Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-257/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə(sədrlik edən A.Babayeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İşin halları: Yevlax rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə saat 10 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 2 eltisi Əhmədova Həqiqət Rəsul qızını yaşadığı ünvanda döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkməsinin məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Həqiqət onun eltisidir, onlar bir evdə ayrı-ayrı otaqlarda yaşayırlar. Evin mətbəxində qısaqapanma olduğu üçün mətbəxin işığı sönmüş, işiğın xəttini düzəltmək üçün evin damına çıxmış, damdan düşən zaman Həqiqət onun şəklini çəkmişdir, o, nə üçün çəkdiyini soruşan zaman isə Həqiqət ona “lazım olar” demiş və çıxıb getmişdir. Sonradan Həqiqətin küçədən səsi gəlmiş, gedib baxarkən Həqiqətin yerdə oturaraq qışqırdığını görmüşdür. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Əgər xəsarət yetiribsə, sübut təqdim etsin, video görüntü göstərsin ki, o da bilsin. Odur ki, o ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instasnya məhkəməsinin məhkəmə iclasında izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun eltisidir. Onlar bir evdə yaşayırlar. Hadisə baş verən gün,o, Gülmiranı evin damında görmüş və onun şəklini çəkmişdir. Sonra Gülmiranın qızı onun üstünə qışqırmış, onun niyə anasının şəklini çəkdiyini soruşmuş, o isə evin həyətinə düşmüşdür. Həmin vaxt Gülmira axrasınca gəlib paltarından tutaraq “şəklimi niyə çəkirsən” deyən zaman sonra o həyətinə düşən zaman Gülmira onun arxasından gələrək, paltarından tutub “mənim niyə şəklimi çəkirsən”demiş, o isə sübut kimi çəkdiyini bildirmişdir. Bu zaman aralarında münaqişə yaranmış və Gülmira başının arxasından 1 dəfə şillə ilə vurmuş, paltarından tutub dartmış, o isə paltarını buraxmasını çıxıb gedəcəyini deyərək giriş qapısına doğru dartınmış, həmin vaxt qapını açmış ki, çölə çıxsın Gülmira kürəyindən itələmiş, o qapıdan küçəyə doğru yerə yıxılmış, sağ dizi və sol əlinin iç səthi yerə yıxılmağı nəticəsində sıyrılmış, dərhal əri Səfər Əhmədovu zəng edib çağırmışdır. yerə yıxılmış ona şillə vurmuş və paltarını dartmışdır, o həyətdən çıxıb getmək istəyən zaman qapının ağzında Gülmira onu itələmiş, o yerə yılxıldığı üçün dizləri və əli sıyrılmışdır. Hadisə vaxtı yanlarında heç kim olmamışdır. Sonradan Gülmira qonşuları çağırıb demişdir ki, kömək edin qaldıraq guya yıxılıb. O, qalxmamış etiraz etmişdir ki, hamı görsün ki Gülmira onu yıxıb. Ekspertizadan da keçmişdir. Həmçinin yıxıldıqdan sonra özü xəsarətlərinin şəklini və videosunu çəkmişdir. Hal-hazırda vəkilindədir. Aldığı xəsarətlər uzun müddət onda narahatlığa səbəb olmuşdur. Həm fiziki, həm psixi sarsıntılar keçirmişdir. Halhazırda Gülmira ilə barışmamışdır, şikayətçidir və Gülmiranın barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X1 çıxış edərək bildirmişdir ki, o, hadisə zamanı orda olmamışdır, bazarda olan zaman arvadı Həqiqət ona zəng edərək Gülmiranın onu itələyərək yıxdığını demişdir. O, evə gələn zaman arvadının küçədə yerə uzandığını görmüşdür. Nə olduğunu soruşduqda baş verdiyini soruşan zaman Gülmiranın onu yıxdığını demişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X2 çıxış edərək bildirmişdir ki, Həqiqət və Gülmira onun qardaşı arvadlarıdır. O hadisə baş verən zaman orda olmamışdır, Həqiqət ona zəng etmiş, Gülmiranın onu yıxdığını, özünü tez ona çatdırmasını demişdir. Ancaq hadisənin necə baş verdiyini, Həqiqətin necə yıxıldığını gözləri ilə görməmiş, ancaq Həqiqətin ona danışdıqlarına əsasən Gülmiranın yıxdığını bilmişdir. Gülmiradan niyə belə etdiyini soruşduqda, qapını bağlayıb içəri keçmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədova İlahə Seyran qızı çıxış edərək bildirmişdir ki, Gülmira onun anasıdır, Anası dama çıxıb elektirik xəttinə baxan zaman o mətbəxdə olmuş, Həqiqətin anasının şəklini çəkdiyini görmüş, ondan anasının şəklini niyə çəkdiyini soruşmuşdur, Həqiqət isə ona cavab verməmişdir, hadisəni gözləri ilə görməsə də anasının həyətdə olarkən Həqiqətin küçədə qışqırdığını eşitmişdir. Onun anası Həqiqəti nə döyməmiş, nədə yıxmamışdır, onların arasında sadəcə sözlü şəkildə dava olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində onun yaşadığı ünvanda onu döymüşdür. Döyülmə faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X4 * nömrəli ##.##.2026-cı il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən təsdiq edilmişdir. Həmin rəyə əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol əlin ovuc səthinin, sağ diz nahiyəsinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti ##.##.2026-cı il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Ərizəçi daha sərt və qəti cəza tətbiq edilməsini istədiyini bildirmişdir. Bu səbəbdən apellyasiya şikayəti ilə şəxsin barəsində həmin normanın sanksiyasında nəzərdə tutulan daha sərt və qəti cəzanın təmin olunması üçün ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi İXM-in 128.2.1, 129, 130, 134, 135-ci maddələrinə əsasən məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının cəzaya münasibətdə dəyişdirilərək sanksiyada nəzərdə tutulan daha ciddi və qəti cəzanın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşdə olan ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə saat 10 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 1 eltisi Zərərçəkmiş şəxs yaşadığı ünvanda döymüşdür. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 * nömrəli ##.##.2026-cı il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol əlin ovuc səthinin, sağ diz nahiyəsinin qançırı küt alətin təsirindən əməli gəlmişdir, əmələ gəlmə müddəti ##.##.2026-cı il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətində göstərdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha sərt və qəti tənbeh tədbirinin tətbiq edilməsi barədə dəlilləri tamamilə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbeh növünü seçərkən qanunvericiliyin prinsiplərinə tam əməl etmişdir. Belə ki, İXM-in 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni xətanın xarakterinə, onun törədilməsi hallarına və xətanı törədənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2018-ci il və ## ######## 2023-cü il tarixli qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, məsuliyyətin fərdiləşdirilməsi və mütənasiblik prinsiplərinin tələblərinə uyğun olaraq, sanksiya tətbiq edilərkən şəxsin keçmiş hərəkətləri, xətanın dərəcəsi və xüsusiyyətləri obyektiv qiymətləndirilməlidir. İXM-in 21-ci maddəsinə görə, inzibati tənbeh intizam və tərbiyə xarakteri daşımalı, qisas funksiyasını yerinə yetirməməlidir. İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, xəta törədənin şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh növü seçərkən onun əvvəllər analoji inzibati xəta törətməməsini, tərəflərin bir evdə yaşayan yaxın qohumlar (eltilər) olmasını, münaqişənin məişət zəminində qəfil yaranan mübahisədən qaynaqlanmasını və yetirilən bədən xəsarətlərinin sağlamlığa zərər vurmayan dərəcədə olmasını əsas götürərək sanksiya daxilində cərimə tənbehinə üstünlük vermişdir. İXM-in 157ci maddəsinin sanksiyasında "iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə" və ya “inzibati həbs" nəzərdə tutulur. Məhkəmənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin etdiyi 300 manat cərimə tənbehi maddənin sanksiya hədlərinə tam uyğundur, əməlin xarakteri və ağırlıq dərəcəsi ilə tam mütənasibdir. Şəxs barəsində daha ağır sanksiya növü olan inzibati həbs tənbehindən istifadə edilməsi üçün hər hansı qanuni zərurət və əsas mövcud deyildir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən işin faktiki halları tam və obyektiv araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, habelə tənbeh tədbiri ədalətlilik prinsipi əsasında mütənasib seçilmişdir. Bu səbəbdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarı İXM-in 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Oxşar münasibətləri tənzimləyən İXM-in 272.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ######## tarixli Qərarında göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır. Ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir və inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan əməlləri törədən şəxslərə münasibətdə inzibati tənbeh tətbiq edilərkən, tətbiq edilən inzibati tənbehin törədilən inzibati xətanın xarakterinə mütənasibliyi, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi prinsiplərinin tələblərinə uyğun olaraq inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən halların, ov qaydalarının pozulması dərəcəsinin, inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati xətanı törədənədək və törətdikdən sonrakı hərəkətlərini xarakterizə edən halların nəzərə alınması mütləqdir. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Yevlax Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-257/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-257/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver