Məhkəmə qərarları › İş №3(3-10)-258/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-258/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-258/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, “xxxx” MMCnin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib edən edən orqan Protokolu tərtib edən orqan böyük icra məmuru X4 və zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-158)-225/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim Ş.Cəfərova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Protokolu tərtib edən orqanndən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Protokolu tərtib edən orqanndə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər ## ###### 2026-cı il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Protokolu tərtib edən orqan icra məmuru X4 birinci instasniya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2010-cu il tarixli icra sənədinə əsasən ##.##.2010-cu ildən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli, həmçinin borcludan 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. İcra sənədi ##.##.2010-cu il tarixdə Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin dərhal icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən müvafiq olaraq təmin edilməmiş, borclu tərəfindən bu günədək 600 manat ödəniş edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)- 1755/ ****-*** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən ##.##.2021-ci il tarixdən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 2735.80 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2021-ci il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin *l-***** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən ##.##.2023-cü il tarixdən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 245.08 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2023-cü il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. Bakı Şəhəri ** saylı Notariat Kontorunun *l-***** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən ##.##.2024-cü ildən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 135 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2024-cü il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin 3(075)-570/ ****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2025-ci ildən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100 manat cərimə tutularaq dövlət büdcəsinə ödəilməlidir. İcra sənədi ##.##.2025-ci il tarixdə Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. İcra sənədlərinin məcburi icrasını təmin etmək üçün borclunun əmlakının axtarışına başlanılmış, borclunun bank hesablarının və həmin hesablarda pul vəsaitlərinin olub-olmaması, borclunun adına qeydə alınmış daşınar və daşınmaz əmlakının olub-olmaması, borclunun sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmaması, borclunun əmək haqqı və pensiyasının olub-olmaması barədə "Elektron İcra" İnformasiya sistemi vasitəsilə müvafiq sorğular verilmişdir. Sorğuların nəticəsi olaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına qeydə alınmış 1 ədəd "VAZ 21074" minik markalı, **BO*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuş, lakin həmin avtomobilin yerini müəyyən etmək mümkün olmadığı üçün ## ###### 2022-ci il tarixdə "borclunun əmlakının axtarılması haqqında" qərar qəbul olunmuş, həmin avtomobilin üzərinə həbs qoyulması məqsədilə ## ###### 2022-ci il tarixdə təqdimatla məhkəməyə müraciət olunmuş, Şəki Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə borclunun adına qeydə alınmış 1 ədəd "VAZ 21074" minik markalı, **BO*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun çağırışına əsasən ## ###### 2026-cı il tarixdə Protokolu tərtib edən orqannə gəlmişdir. Borclu izahatı alınarkən bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fəhlədir. Bu fəaliyyətin nəticəsində ay ərzində təxmini 300 manat qazancı olur. Borcludan əmlakı barədə soruşulduqda bildrmişdir ki, adına qeydə alınmış 1 ədəd "VAZ 21074" minik markalı, **BO*** dövlət qeydiyyat nişanlı avtomobil var, lakin o həmin avtomobili 2013-cü ildə etibarnamə ilə satmışdır. Avtomobilin faktiki sahibi avtomobili öz adına qeydiyyata aldırmadığı üçün həmin avtomobil borculun adında qalmışdır, həmin avtomobilin harada olduğunu bilmir, bu günə qədər sadəcə "xxxx" MMC-yə olan borcundan 300 manat ödəniş etmişdir. Bu gün 100 manat ödəniş edə biləcəyini,1 həftə ərzində "xxxx" MMC və "xxxx" BOKT MMC-yə olan borcunu tam şəkildə ödəyəcəyini bildirmiş, əlavə etmişdir ki, qalan borcunu ödəmək üçün kifayət qədər vəsaiti yoxdur, hər ay hissə-hissə ödəniş edə bilər. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment üzrə toplam 8520 manat, digər icra sənədləri üzrə borcu 2915.88 manat, ümumilikdə isə 11435.88 manat borcu vardır. Borcludan icra sənədlərini təmin etmək tələb olunsa da, o kifayət qədər vəsaiti olmadığını bildirərək borclarını ödəməkdən boyun qaçırmışdır. Tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cumy oğlu yuxarıda qeyd olunan icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instasniya məhkəməsində izahat verərək bildirmişdir ki, qazancının tamamilə uşaqlarının sağlamlığına sərf edir, borclarından da, hissə hissə ödənişlər etmişdir. Himayəsində azyaşlı xəstə uşağı var, pul olan kimi onun müalicəsinə xərcləyirlər, onu mütəmadi olaraq müayinə və müalicə olunmaq üçün Bakı şəhərinə aparırırlar. Bütün qeyd edilənləri nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçi vəkili X5 birinci instasniya məhkəməsində izahat verərək, cavabdehin qazancını yalnız uşağının sağlamlığı üçün sərf etdiyini, aliment borcu üzrə tələbkarın onun inzibati qaydada həbs edilməsini istəmədiyini, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclarından hissə-hissə ödənişlər etdiyini nəzərə alaraq iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-yə olan borcundan bir neçə saatdan sonra 100 manat ödəniş edəcəkdir Zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instasniya məhkəməsində izahat verərək bildirmişdir ki, aliment tələbindən imtina etmir, lakin icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə birgə nikahlarından doğulmuş azyaşlı uşağı xəstədir, onun müalicəsi üçün hər ay xeyli miqdarda xərc çəkirlər, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulacağı təqdirdə uşağın müaciləsi yarımçıq qala bilər. Bu səbəbdən də övladlarının maddi cəhətdən daha da çox çətinliyə məruz qalmaması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs olunmasını istəmir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərərçəkmiş şəxs “xxxx” MMC və Protokolu tərtib edən orqan həmin qərardan apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən borclu X2 cəmi 2735.80 manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli idi. Məhkəmə icra məmuru tərəfindən verilmiş inzibati xəta haqqında protokolun təmin edilməməsini borclunun borcunu üzrlü səbəblərə görə tam icra edə bilməməsi və protokol verildikdən sonra borcun bir qismini ödəməsi ilə əsaslandırmışdır. Şikayət verən bununla razılaşmadığını bildirərək qeyd etmişdir ki, İcra Şöbəsi tərəfindən borcluya könüllü icra müddəti verilməsinə baxmayaraq, borclu icra sənədi üzrə tələbi tam icra etməmişdir. İcra sənədi üzrə tələb xeyli müddət icra edilməmişdir və bu müddət ərzində icra edilməməsi üçün heç bir üzrlü səbəb ola bilməz. Borclunun icra sənədi üzrə tələbi hissəvi şəkildə ödəməsi üçün icra üsulunun dəyişdirilməsi və ya hissəvi ödənilməsinə dair heç bir məhkəmə qərarı olmamışdır. Borclu dəfələrlə ödənişlə bağlı söz vermiş, lakin sözünü icra etməmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Borclu izahatında fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir ki, bu da onun qısa müddət ərzində tələbi ödəmə qabiliyyətinə malik olduğunu göstərir. Borclu icra məmuru tərəfindən dəfələrlə İcra Şöbəsinə çağırılmış, lakin çağırışlara gəlməmiş və icra məmurunun qanuni tələblərini qəsdən icra etməmişdir. Şikayətverənin fikrincə, məhkəmə qərar qəbul edərkən itirilmiş müddəti, hissəvi ödənişlə bağlı məhkəmə qərarının olmamasını, borclunun İcra Şöbəsinə axtarışla gətirilməsini və borclunun icra sənədi üzrə tələbi qəsdən icra etmədiyini nəzərə almamışdır. Şikayətverən Şəki Rayon Məhkəməsinin qərarını ədalətli hesab etmədiyini bildirmişdir. Şikayətverən hüquqi əsas olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə (apellyasiya şikayəti vermək hüququ), 360-cı maddəsinə (bir aylıq şikayət vermə müddəti), 384.0.2-ci maddəsinə (apellyasiya instansiyasının səlahiyyətləri) və 385-ci maddəsinə (apellyasiya qaydasında ləğv üçün əsaslar) istinad etmişdir. Şikayətverən İXM-in 528.1-ci maddəsinin pozulduğunu iddia edərək bildirmişdir ki, məhkəmə icra sənədinin uzun müddət icrasız qalmasını nəzərə almamışdır. Həmçinin, "İcra haqqında" Qanunun 15-ci maddəsinə əsasən, icra sənədinin icra üsulunun dəyişdirilməsi və ya hissəvi ödənilməsinə dair məhkəmə qərarının olmaması məsələsinə məhkəmə tərəfindən diqqət yetirilmədiyini qeyd etmişdir. Protokolu tərtib edən orqan şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2010-cu il tarixli icra sənədinə əsasən ##.##.2010-cu ildən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli, həmçinin borcludan 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi ##.##.2010-cu il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin dərhal icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aylıq ödənişi tam şəkildə və vaxtında yerinə yetirməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq alimenti ödəməkdən yayınmışdır. Şəki Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 2705.80 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu xərci tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2021-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam şəkildə və vaxtında ödəməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-10008 nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 249.08 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam şəkildə və vaxtında ödəməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Bakı Şəhəri ** saylı Notariat Kontorunun 8İ-27673 nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 135 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2024-cü il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam şəkildə və vaxtında ödəməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Şək Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 100 manat inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi ##.##.2025-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakn borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam şəkildə və vaxtında ödəməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çağırışa əsasən ## ###### 2026-cı il tarixində Protokolu tərtib edən orqannə gəlmişdir. Borclu izahatında bildirmişdir ki, rəsmi işi yoxdur, fəhləliklə məşğul olur. Ay ərzində təxminən 300 manat qazancı olur. Bu günə kimi sadəcə “xxxx” MMC-yə olan borcundan 300 manat ödəniş etmişdir. Borcludan icra sənədləri üzrə borclarını ödəməsi tələb olunmuş, ancaq o, bütün borclarını ödəmək üçün kifayət qədər imkanı olmadığını bildirərək bu tələbi yerinə yetirməkdən imtina etmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir ata kimi uşağının qida, geyim, sağlamlıq və digər tələbatlarının ödənilməsini düşünməmiş, məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentdən daha az məbləğdə ödənişlər etmiş, nəticədə aliment borcunun yaranmasına gətirib çıxarmışdır. Borclu əgər məhkəmə qərarına hörmətlə yanaşaraq, öz valideyinlik vəzifəsini, uşaqlara baxmağın onun da vəzifəsi olduğunu dərk edərdisə üzərinə qoyulmuş vəzifəni yerinə yetirər, alimenti vaxtında ödəyər, nəticədə aliment borcu yaranmazdı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2- maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. AR Ailə Məcəlləsinin 29.4-cü maddədə isə göstərilmişdir ki, ər-arvad övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu isə nəinki uşaqları üçün əlverişli şərait qurmuş, saxlamış, buna cəhd etmiş, aylıq ödəməli olduğu bir nəfər uşağa görə 50 manat məbləğindəki alimenti belə ödəməmiş, aliment borcu yaranmışdır. Həmçinin digər icra sənədləri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, uzun müddət keçməsinə baxmayaraq borclarını ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlu çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinin əsassız olduğundan təmin edilməməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şəki Rayon məhkəməsinin ## ###### 2010-cu il tarixli, *(***)-****/**** nömrəli alimentin alınması tələbinə dair məhkəmə əmrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay bir uşaq üçün 50 (əlli) manat məbləğində alimentin tutulması, ## ##### 2009-cu il tarixində anadan olmuş, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün N.Nərimanov küçəsi */* nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan ##.##.2011-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş ## #### 2012- ci il tarixli aktda şəxsin, qeyd etdiyi kimi ünvan 1 ünvanında yaşamadığı müəyyən edilmişdir. Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş, ## #### 2012- ci il tarixli qərarda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2010-cu il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2010-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində vaxt verilmişdir. Protokolu tərtib edən orqan tərəfindən banklara ##.##.2011-ci il tarixində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs banklarda olan qızıl-zinət əşyalarının və pul vəsaitlərinin olub-olmaması bağlı sorğular göndərilmişdir. ##.##.2011-ci il tarixli sorğulara cavab olaraq banklar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs banklarda heç bir qızıl-zinət əşyalarının və pul vəsaitlərinin olmadığını bildirmişdirlər. Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş, ## ###### 2022-ci il tarixli qərarda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məcburi surətdə Protokolu tərtib edən orqannə gətirilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən Şəki Rayon Məhkəməsinə ##.##.2022-ci il tarixində göndərilmiş təqdimatda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “Vaz 21074” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məhkəmədən xahiş olunmuşdur. Protokolu tərtib edən orqan ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8İ-10008 nömrəli, ##.##.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması məhkəmədən xahiş olunmuşdur. Protokolu tərtib edən orqan ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır Tələbin könüllü icrası haqqında ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *-i***** nömrəli, ##.##.2024-cü il tarixi icra sənədi üzrə göstərilən tələbin 10 gün müddətində icra olunması məhkəmədən xahiş olunmuşdur. Tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-*(***)-***/****-* nömrəli, ##.##.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində vaxt verilmişdir. Protokolu tərtib edən orqan tərəfindən göndərilmiş, ##.##.2012-ci il tarixli xəbərdarlıq məktubunda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Rayon Məhkəməsinin ## ###### 2010-cu il rarixli, *(***)-**** saylı icra sənədində göstərilmiş tələbin müəyyən edilməsi tələb olunmuşdur. Protokolu tərtib edən orqan ##.##.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində vaxt verilmişdir. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş, ##.##.2022-ci il tarixli qərarda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus VAZ 21074 minik markalı, 55 BO №li dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilməsi, yeri müəyyən edildikdən sonra, Protokolu tərtib edən orqannə gətirilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2024-cü il tarixdə Protokolu tərtib edən orqanndə verdiyi izahatında icra sənədi barədə məlumatının olduğunu bildirmişdir. Hal-hazırda imkanının olmadığını, gələn aydan 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barədə ##.##.2024-cü il tarixində MN ******* nömrəli Protokol tərtib edilmişdir Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Protokolu tərtib edən orqanndə verdiyi izahatında icra sənədi barədə məlumatının olduğunu bildirmişdir. “VAZ 21074” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilinin ona aid olmadığını, artıq satdığını qeyd etmişdir. Borcdan 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş, ##.##.2026-cı il tarixli qərarda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “VAZ 21074” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili üzərində həbs qoyulması qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2014-cü il tarixində verilmiş qəbzdə onun Zərərçəkmiş şəxs 50 (əlli) manat verdiyi qeyd olunmuşdur. Protokolu tərtib edən orqan tərəfindən Zərərçəkmiş şəxs nümayəndəsi X6 ## ###### 2014-cü il tarixində verilmiş qəbzdə onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100 (yüz) manat məbləğində aliment pulu aldığı qeyd olunmuşdur. Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2014-cü il tarixində verilmiş qəbzdə onun tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat verdiyi qeyd olunmuşdur Şəki Apellyasiya Məhkəməsis birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Şəki Rayon Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, maddi və prosessual hüquq normalarını səhv tətbiq edərək əsassız qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə və Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə, o cümlədən İXm-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə birbaşa əsas yaradır. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə, icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclunun məsuliyyətə cəlb edilməsi qanunvericiliyin imperativ tələbidir. Birinci instansiya məhkəməsi barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi iş yerinin olmamasını, fəhləliklə məşğul olaraq az gəlir əldə etməsini və qazancını himayəsindəki azyaşlı xəstə uşağının müalicəsinə sərf etməsini əsas gətirərək iş üzrə icraata xitam vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şəxsin işləməməsi və ya maddi imkanının zəif olması sonuncunu məhkəmə qərarı ilə üzərinə qoyulmuş borcları, xüsusilə də uşağın saxlanılması üçün kəsilmiş aliment öhdəliyini ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1ci maddəsinə müvafiq olaraq, valideynlər öz uşaqlarını saxlamağa borcludurlar və bu öhdəlik hər hansı şərtdən asılı olmayaraq mütləq xarakter daşıyır. Borclunun aliment üzrə 8520 manat, digər icra sənədləri üzrə isə 2915.88 manat olmaqla ümumilikdə 11435.88 manat məbləğində böyük həcmdə borcunun yaranması onun icra prosesinə uzun illər ərzində məsuliyyətsiz yanaşdığını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarına əsasən, İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət müəyyən edilərkən ədalətlilik və tənbehin fərdiləşdirilməsi prinsipləri rəhbər tutulmalıdır. Bu mənada, borclunun məhkəmə qərarını qəsdən icra etməməsi ilə onun obyektiv səbəblərdən (ağır xəstəlik, qarşısıalınmaz qüvvə və s.) icra edə bilməməsi halları dəqiq fərqləndirilməlidir. Əgər borclunun real maddi çətinliyi və ya uşağının səhhəti ilə bağlı mütəmadi xərcləri mövcud idisə, o, qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edərək icra üsulunun və vasitəsinin dəyişdirilməsi, yaxud borcun hissə-hissə ödənilməsi barədə qərar əldə etməli idi. İş materiallarından görünür ki, borclu tərəfindən bu istiqamətdə heç bir hüquqi addım atılmamış, əksinə, borclunun adına qeydiyyatda olan “VAZ 21074” markalı avtomobilin gizlədilməsi səbəbindən 2022-ci ildə onun barəsində axtarış elan edilmiş və əmlak üzərinə məcburi həbs qoyulmuşdur. Bu hallar borclunun icradan qəsdən boyun qaçırdığına dair əsaslı şübhələr yaradır və birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatlara hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, zərərçəkmiş şəxs “xxxx” MMC-nin apellyasiya şikayətində irəli sürdüyü dəlillər — borclunun könüllü icra müddətində və ondan sonrakı uzun dövrdə öhdəliyini tam icra etməməsi, icra məmurunun çağırışlarına qəsdən gəlməməsi və kommersiya hüquqi şəxslərinə olan borcların ödənilməsindən tamamilə yayınması faktları işin tam və obyektiv halları üçün mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız aliment tələbkarının şifahi bəyanatına əsaslanaraq icraata xitam vermiş, lakin icraatda olan digər 4 icra sənədinin (notariat qeydləri, dövlət cəriməsi və kommersiya borcları) icra olunmaması faktını və digər tələbkar olan “xxxx” MMC-nin hüquqlarını tamamilə diqqətdən kənarda saxlamışdır. İXM-in 133.2.8-ci maddəsinin tələbinə görə, məhkəmə iş üzrə bütün materialları və dəlilləri vahid kontekstdə, hərtərəfli yoxlamalıdır. Birinci instansiya məhkəməsi bu tələbi pozaraq, faktiki olaraq işin hallarını tam araşdırmadan və subyektiv əsaslarla icraata xitam verməklə prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Qeyd olunan nöqsanlar və işin hallarının natamam araşdırılması, apellyasiya instansiyası məhkəməsinə iş üzrə mahiyyəti üzrə yekun qərar verməyə imkan vermir. Çünki borclunun təqsirlilik dərəcəsi, onun himayəsində olan uşağın xəstəliyinə dair tibbi sənədlər, xərclənən vəsaitlərin həcmi və digər tələbkarların iddiaları birinci instansiya məhkəməsində yenidən, sənədlər əsasında geniş tədqiq olunmalıdır. Bu səbəbdən, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli əsassız qərarı İXM-in 134.1.4-cü maddəsinə uyğun olaraq ləğv edilməli və inzibati xətaya dair iş, qeyd olunan halların hərtərəfli və obyektiv araşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməlidir. Sadalanan səbəblərə görə də işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeni əsaslı bilmir. Oxşar münasibətləri nizama salan İXM-in 53-cü maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən hüquq normasının məzmunundan aydın olur ki, ararşdırılan iş üzrə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinə səbəb ola biləcək hər hansı hal yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Bu baxımdan da apellyasiya instansiya məhkəməsi bu fikirdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, işləməməsi, madddi imkanının zəif olması sonuncunu borcu ödəmək vəzifəsindən azad etmir. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-in 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Ona görə də, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin və Protokolu tərtib edən orqan apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-158)-225/2026 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC və Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar