Məhkəmə qərarları › İş №3(3-10)-259/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-259/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-259/2026 22.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından protokol tərtib edən orqan Protokol tərtib edən orqanlar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol (##.##.2026-cı il tarixli EP № *******) tərtib edilmişdir ki, o, 29000,00 ABŞ dolları məbləğində vəsaiti Bank hesabından ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 29000,00 ABŞ dolları vəsait hesabına alınan mallar (xidmətlə) ölkəyə idxal edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında protokol tərtib edən orqan Protokol tərtib edən orqanlar tərəfindən apellyasiya şikayəti verilmişdir. şikayətin və proses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (bundan sonra MMC) tərəfindən ##.##.2024-cü il tarixində xarici şirkətin hesabına 29000.00 ABŞ dolları məbləğində avans köçürməsi həyata keçirilmişdir. Həmin köçürmənin müqabilində mallar ölkəyə idxal olunmamış, vəsaitin geri qaytarılması təmin edilməmişdir. Qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla 2 il ərzində mallar ölkəyə idxal olunmadığından Mərkəzi Bank tərəfindən EP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib olunmuş protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və bunu iş materiallarında olan ##.##.2024-cü il tarixli 01241000124359 və ##.##.2024-cü il tarixli ************** nömrəli yük gömrük bəyannamələrinə (bundan sonra – YGB) əsasən malların idxal edilməsi ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutlar düzgün qiymətləndirməmiş və əsassız olaraq qeyd olunan gömrük bəyannamələrinə istinad edilərək avans köçürməsi üzrə malların idxal edildiyi nəticəsinə gəlmişdir. Bildirirlər ki, Mərkəzi Bankın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində yerləşdirilən elektron gömrük bəyannamələri, həmçinin idxal müqavilələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatlara baxış imkanı mövcuddur və bu məlumatlar xidməti zərurətlə əlaqədar olaraq yoxlanılır. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarında istinad olunmuş gömrük bəyannaməsinin yoxlanması nəticəsində müəyyən edilmişdir ki, həmin YGB-lər baxılan iş üzrə icra olunmuş köçürmə ilə əlaqəli deyildir. Belə ki, məhkəmə hazırkı avans köçürməsi ilə təqdim edilmiş gömrük bəyannaməsi arasında faktiki bağlılığı araşdırmamış, bəyannamənin rekvizitlərinin avans köçürməsi zamanı təqdim edilmiş rekvizitlərə uyğun olmadığını nəzərə almamışdır. Belə ki, iş materiallarında olan 01241000124359 və ************** nömrəli gömrük bəyannamələri araşdırılarkən 44-cü qrafada qeyd edilmiş müqavilə və invoys məlumatlarının köçürülmüş avans ödənişi məlumatları ilə üst-üstə düşmədiyi, həmçinin YGB-lərin çatdırılma şərtlərinin 100 (əvvəlcədən ödəniş) olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, MMC inzibati məsuliyyətdən yayınmaq üçün məqsədli şəkildə hazırkı köçürmə ilə əlaqəsi olmayan YGB-ləri məhkəməyə təqdim etmiş və məhkəmə təqdim olunan YGB-lərin köçürmə ilə əlaqəli olub-olmadığını yoxlamadan və inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2024-cü il tarixli köçürmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 29000.00 ABŞ dolları məbləğində vəsaitə münasibətdə inzibati cərimə tətbiq edilməli idi. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 5.1-ci yarımbəndinə görə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir. Qaydaların 5.2-ci yarımbəndinə görə idxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilən əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Beləliklə, hakimin sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. İXM-in 135.1.2-ci maddəsinə tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində EP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında 29000.00 ABŞ dolları məbləğində köçürməyə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 çıxış edərək şikayətin təmin olunmamasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, 29 min ABŞ dolları Türkiyə Respublikasında yerləşən bank hesabına ## ###### 2024-cü il tarixdə köçürülmüşdür. Həmin pul suvarma sistemlərinin alınması üçün köçürülmüşdür. Həmin məbləğdə malmaterial Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə daxil olmuş, lakin hansı tarixdə daxil olduğunu xatırlamır. Pul 3 nömrə ilə göndərilsə də, gömrükdə mallar 2 nömrə ilə qeydiyyata alınmışdır. Hal-hazırda 29 min ABŞ dolları məbləğində malların ölkəyə daxil omasını sübut edə biləcək hər hansı sənəd təqdim edə bilmir. Protokol tərtib edən orqanlar qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə Protokol tərtib edən orqanlar nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməli və Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli OUT-*****-**** saylı məlumatda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal edilən malların və xidmətlərin ödənişləri üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi halları üzrə ##.##.2024-cü il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) «xxxx» ASC vasitəsilə qabaqcadan 29000,00 ABŞ dolları ödəniş həyata keçirmiş və 2 il müddət keçdikdən sonra həmin məbləğdə malın ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərə dair sənədləri banka təqdim etməmişdir. İşdə olan ##.##.2024-cü il tarixli müqavilənin surətinə əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən “ÖZ DRİP PLASTİK SANAYİ VE TİCARET LTDŞ.ŞTİ ” Şirkəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə (VÖEN: **********) kənd təsərrüfatı təyinatlı suvarma qurğuları çatdırmağı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ##.##.2024-cü il tarixli, ******** nömrəli Ödəniş tapşırığına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin «xxxx» ASC hesabından “OZ DRIP PLASTİK SANAYI VE TICARET” LTD-nin “X2 Bankası” hesabına 29000,00 ABŞ dolları köçürülmüşdür. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi ilə razılaşmır və hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Şikayətin dəlillərinə gəlincə, qeyd olunmalıdır ki, İXM-in 430-cu maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət o zaman yaranır ki, valyuta vəsaitini ölkədən çıxarmış şəxs müəyyən edilmiş müddətlərdə ödənilmiş valyuta vəsaitinin və ya ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxalını təmin edə bilmir. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-ci bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) tərəfindən ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 29000 ABŞ dolları məbləğində valyuta vəsaiti ölkəyə qaytarılmışdır. Mövqeyini əsaslandırarkən məhkəmə işə əlavə edilmiş ##.##.2024-cü il tarixli ************** nömrəli Gömrük bəyannaməsinin surətinə və ##.##.2024-cü il tarixli ************** nömrəli Gömrük bəyannaməsinin surətinə istinad etmişdir. Həmin bəyannamələrdən müəyyən edilmişdir ki, Türkiyədən gətirilən “ÖZ DRİP PLASTİK SANAYİ VE TİCARET LTDŞ.ŞTİ ” Şirkəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilən 50500,0 ABŞ dolları dəyərində olan mallar ( kənd təsərrüfatı təyinatlı suvarma qurğuları) və Türkiyədən gətirilən “ÖZ DRİP PLASTİK SANAYİ VE TİCARET LTDŞ.ŞTİ” Şirkəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilən 70500,0 ABŞ dolları dəyərində olan mallar (kənd təsərrüfatı təyinatlı suvarma qurğuları) Azərbaycan Respublikasına idxal edilmişdir. Halbuki, apellyasiya şikayətindən göründüyü kimi Mərkəzi Bankın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində yerləşdirilən elektron gömrük bəyannamələri, həmçinin idxal müqavilələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatlara baxış imkanı mövcuddur və bu məlumatlar xidməti zərurətlə əlaqədar olaraq yoxlanılır. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarında istinad olunmuş gömrük bəyannaməsinin yoxlanması nəticəsində müəyyən edilmişdir ki, həmin YGB-lər baxılan iş üzrə icra olunmuş köçürmə ilə əlaqəli deyildir. Belə ki, məhkəmə hazırkı avans köçürməsi ilə təqdim edilmiş gömrük bəyannaməsi arasında faktiki bağlılığı araşdırmamış, bəyannamənin rekvizitlərinin avans köçürməsi zamanı təqdim edilmiş rekvizitlərə uyğun olmadığını nəzərə almamışdır. Belə ki, iş materiallarında olan 01241000124359 və ************** nömrəli gömrük bəyannamələri araşdırılarkən 44-cü qrafada qeyd edilmiş müqavilə və invoys məlumatlarının köçürülmüş avans ödənişi məlumatları ilə üst-üstə düşmədiyi, həmçinin YGB-lərin çatdırılma şərtlərinin 100 (əvvəlcədən ödəniş) olmadığı müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 29000 ABŞ dolları məbləğində valyuta vəsaitinin hesabına, ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixdə 50500,0 ABŞ dolları və 70500,0 ABŞ dolları dəyərində olan malların idxal edilməsi ağlabatan hesab edilmir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən ##.##.2024cü il tarixli ************** nömrəli Gömrük bəyannaməsinin surətinə və ##.##.2024-cü il tarixli ************** nömrəli Gömrük bəyannaməsinin surətinə istinad edilsə də, iş materiallarına qeyd edilən bəyannamələrlə yanaşı ##.##.2024-cü il tarixli ************** nömrəli Gömrük bəyannaməsinin (70500,0 ABŞ dolları dəyərində olan mallarla bağlı) surəti də əlavə edilmişdir ki, birinci instansiya məhkəməsi həmin bəyannaməyə hüquqi qiymət verməmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş bəyannamələrin hazırkı iş üzrə köçürmə ilə bağlılığı aşkar edilməmişdir. Bundan başqa apellyasiya məhkəmə baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən bank vasitəsilə ##.##.2024-cü il tarixində ölkə xaricinə köçürülmüş 29000 ABŞ dolları vəsaiti hesabına alınan malların (xidmətin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd, yaxud da həmin məbləğdə valyuta vəsaitinin geri qaytarılmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, məhkəmə baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 isə izahatında 29 min ABŞ dolları məbləğində malların ölkəyə daxil omasını sübut edə biləcək hər hansı sənəd təqdim edə bilmədiyini göstərmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 29000 ABŞ dolları məbləğində vəsaiti ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 29000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri), Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Protokol tərtib edən orqanlar tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Protokol tərtib edən orqanlar tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 29000 (iyirmi doqquz min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində (ödənişin icra edildiyi gün Protokol tərtib edən orqanlar müəyyən etdiyi məzənnə üzrə manatla) inzibati qaydada cərimə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar