Məhkəmə qərarları › İş №3(3-10)-261/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-261/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-261/2026 22.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-166)-689/2026 saylı qərarı ilə (sədrlik edən hakim R.Əlizadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMin) 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İşin halları: Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli, icra sənədi üzrə iddiaçıların mülkiyyətində olan Yevlax şəhəri H.Əliyev prospekti 55 ünvanında 13 sot torpaq sahəsində yerləşən 43 kv.metr olan mağazadan borcluların çıxarlmasını və həmin obiyektin borcluların öz hesabına sökülməsini, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu səbəbdən Protokolu tərtib edən orqannə çağrılaraq izahatı alınmış, icra sənədinin tələbləri ilə tanış olunmuş, icra sənədini könüllü icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci madəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəmə göndərilmişdir. Bununla da borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Protokolu tərtib edən orqan icra məmuru X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli, icra sənədi üzrə iddiaçıların mülkiyyətində olan Yevlax şəhəri H.Əliyev prospekti 55 ünvanında 13 sot torpaq sahəsində yerləşən 9,4 kv metr və 14 kv metr hisssəsindən borcluların çıxarlmasını və həmin obiekt borclulsrın öz hesabına sökülməlidir Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqannə çağrılaraq izahatı alınmış,icra sənədinin tələbləri ilə tanış olmuş,icra sənədini könüllü icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəmə göndərilmişdir. Bununla da borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instasniya məhkəməsinin məhkəmə iclasında izah etmişdir ki, keçən həftə Protokolu tərtib edən orqannə çağırıldığını,onun adına heç bir torpaq sahəsinin və ya mağazanın olmaığını,sözügdən torpaq sahəsinin və mağazanın anasının adına olduğunu,həmin mağazada anasının 1992- ci il tarixdə işlədiyini,2005-ci il tarixdə Yevlax şəhərində abadlaşdırılma aparılarkən həmin mağazaya aid sənədləşmələr Yevlax rayon İcra Hakimiyyəti və Yevlax Bələdiyyəsi tərəfindən aparıldığını,onun həmin torpaq sahəsinə və mağazaya heç bir aidiyyətinin olmadığını,hazırda anasının xəstə olduğu üçün Türkiyə Respublikasına müalicə aldığını bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 oğlunun müdafiəçisi X8 birinci instasniya məhkəməsinin məhkəmə iclası zamanı çıxışında göstərmişdir ki,müdafiəçisi olduğu inzibati xəta törədən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin torpaq sahəsinə və mağazaya heç bir aidiyyəti yoxdur.Həmin torpaq sahəsinin və mağazanın anasının adına olduğunu,anasının hazırda Türkiyə Respublikasına müalicə aldığını, bu işlə bağlı yuxarı insansiyalarına şikayət edəcəklərini buna görə də çıxış üçün məhkəmədən vaxt istədiyini xahiş etmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu həmin qərardan şikayət verərək Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən o, İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə görə, onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi səbəbindən həmin maddə ilə təqsirli bilindiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli icra sənədi üzrə iddiaçıların mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 55 ünvanında 13 sot torpaq sahəsində yerləşən 43 kvadratmetr olan mağazadan borcluların çıxarılması və həmin obyektin borcluların öz hesabına sökülməsi qərara alınmışdır. O, məhkəmə qətnaməsinin nəticə hissəsini mübahisələndirmədiyini, lakin aşağıdakı əsaslarla barəsində tərtib edilən qərarın tam əsassız olduğunu hesab etdiyini bildirmişdir. Birinci əsas olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisələndirilən əmlakın nə mülkiyyətçisi, nə də istifadəçisi olmadığını qeyd etmişdir. İkinci əsas olaraq, o, icra bölməsinə çağırıldığı andan gəldiyini, ona bir həftə vaxt verilərək növbəti həftənin 5-ci günü, yəni ##.##.2026-cı il tarixdə icra bölməsinə gəlməsinin bildirildiyini, onun da vəkili ilə birlikdə gəldiyini qeyd etmişdir. O, icra bölməsində bildirmişdir ki, qeyd olunan əmlakın hər hansı bir şəkildə mülkiyyətçisi deyildir və həmin torpaq sahəsini və əmlakı zəbt etməmişdir. O, zəbtlə bağlı heç bir hərəkət etmədiyini və etməyəcəyini, icra bölməsində nəyi zəbt etdiyini, hansı icra hərəkətinə maneə olduğunu və hansı hərəkətinin qanuna zidd olduğunu soruşduğunu, buna baxmayaraq ona protokol tərtib edildiyini və məhkəməyə gətirildiyini bildirmişdir. Üçüncü əsas olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədən özünün və vəkilinin müdafiələrini qurmaq üçün vaxt istədiklərini, dəfələrlə xahiş etdiklərini, lakin müdafiə hüquqlarının açıq şəkildə pozulduğunu qeyd etmişdir. O, işdəki diskə diqqət yetirildikdə tələbkarın həm onu, həm də vəkilini hədələdiyini, məhkəmədə hüquqlarını həyata keçirməyə maneələr yaradıldığını bildirmişdir. O, məhkəməyə hansı qanunu pozduğuna görə protokolla hakim qarşısına çıxarıldığını, başqasının əmlakını necə sökə biləcəyini, buna haqqının və hüququnun olub-olmadığını soruşduğunu qeyd etmişdir. O, tələbkarın qanunsuz və mənasız ərizəsinə əsasən onun adının məhkəmə müstəvisinə salındığını, hakimə məhkəmə qətnaməsi ilə qeyd olunan əmlakdan çıxarılmadıqda, həmin əmlaka girmədiyini və girmədiyi bir əmlakdan çıxarılmasının nəyə lazım olduğunu, əmlakın sökülməsi ilə bağlı başqa birinin mülkiyyətini necə sökə biləcəyini bildirdiyini qeyd etmişdir. Dördüncü əsas olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisələndirilən məsələ ilə bağlı mülkiyyətin sonuncu sahibi və əvvəlki sahibi tərəfindən kassasiya şikayəti verildiyini, məhkəmələrin qərar qəbul edərkən onların mənafeyinə toxunan qərar qəbul edərək mülkiyyətçinin əmlakı ilə bağlı əsassız qətnamə çıxardıqlarını bildirmişdir. O, mülkiyyətçinin nə özünün iştirak etdiyini, nə də məhkəmənin mülkiyyətçi ilə bağlı konkret addım atmadığını qeyd etmişdir. Sözügedən əmlakın sökülməsi ilə bağlı olan qətnamə mübahisələndirildiyindən, məhkəmənin hazırkı protokola belə baxa bilməyəcəyini, Yevlax rayon Məhkəməsinin zaman çərçivəsində məsələyə aydınlıq gətirmək və mübahisənin ədalətli həllini müəyyən etmək əvəzinə onların müdafiə hüquqlarını pozaraq qeyd etdiyi nüanslara əhəmiyyətli dərəcədə qiymət vermədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bütün bunlarda onların mülkiyyət üzərində başqasının hüquqlarını azaltmağa yönələn mövqedən yanaşıldığını, hazırkı şikayətinin ədalətli araşdırılmasını, onun iştirakının təmin edilməsini, bu əsassız qərarın ləğv edilməsini və əsassız olaraq inzibati məsuliyyətə cəlb edildiyini nəzərə alaraq ədalətə sığındığını bildirmişdir. Odur ki, Yevlax rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, İş № *(*-***)-***/**** saylı qərarı işdə inzibati məsuliyyəti müəyyən edən inzibati xəta hadisəsi olmadığından Protokolu tərtib edən orqan protokolunun rədd edilməklə icraata xitam verilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşdə olan ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən imtina edir. İcraata başlama haqqında ## ###### 2026-cı il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. İş materiallarına olan ## ### 2026-cı il tarixli “Barışıq Sazişi”-dən görünür ki, X4 ilə X5, X6 və X2 arasında “10 min manat müqabilində Yevlax şəhəri, H,Əliyev pr 5 ünvanında yerləşən 0,1298 ha torpaq sahənin 17 kvm hissəsindən imtina edilməsi” barədə qarşılıqlı razılaşma olmuşdur. İş materiallarına olan ##.##.2026-cı il tarixli X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsindən ünvanlanmış Teleqramdan görünür ki, zərərçəkmiş şəxs borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rauf oğlu və X4 ilə barışıq əldə etmiş və aralarında heç bir mübahisə qalmamışdır. Zərərçəkmiş şəxs verilmiş apellyasiya şikayəti ilə razı olduğunu bildirmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş materiallarını və təqdim olunmuş əlavə sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edib hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 133.1 və 133.2.8-ci maddələrinin tələblərinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət hakim tərəfindən təkbaşına baxılarkən iş üzrə qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında tam həcmdə yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu qismində icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması qərara alınsa da, apellyasiya instansiyası məhkəməsində işin icraatına xitam verilməsini şərtləndirən yeni və mühüm hüquqi hallar ortaya çıxmışdır. İş materiallarına əlavə edilmiş ## ### 2026-cı il tarixli rəsmi "Barışıq Sazişi"nin məzmunundan görünür ki, borclunun ailə üzvü X4 ilə tələbkarlar X5, X6 və X2 arasında mübahisəli daşınmaz əmlaka dair qarşılıqlı razılıq əldə olunmuşdur. Sazişə əsasən, 10 000 (on min) manat kompensasiya müqabilində Yevlax şəhəri, H.Əliyev prospekti 55 ünvanında yerləşən torpaq sahəsinin 17 kv.m hissəsi üzərindəki iddialardan və mübahisəli tikilinin sökülməsi tələbindən imtina edilmişdir. Eyni zamanda, zərərçəkmiş (tələbkar) şəxs X2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli rəsmi teleqramla təsdiq olunur ki, tərəflər arasında maddi və ya iddia xarakterli hər hansı bir narazılıq və ya mübahisə qalmamışdır. Tələbkar teleqramında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə tam barışıq əldə etdiyini bəyan edərək, borclunun verdiyi apellyasiya şikayəti ilə razı olduğunu bildirmiş və məhkəmədən həmin şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati xətalar qanunvericiliyində təsbit olunmuş barışıq institutu təkcə yaranmış konkret hüquqi mübahisəni yekunlaşdıran texniki prosedur deyil, həm də tərəflər arasında münasibətlərin bərpasına xidmət edən mühüm stimullaşdırıcı alətdir. İcraat zamanı tərəflərin barışmasının inzibati məsuliyyətdən azad etmə və işə xitam vermə əsası kimi qəbul edilməsi, şəxslərdə gələcəkdə də mövcud olan mübahisələri məhkəmə çəkişməsi və məcburi icra tədbirləri səviyyəsinə çatdırmadan, qarşılıqlı güzəştlər yolu ilə razılaşma yolu ilə həll etmək üçün güclü stimul və motivasiya yaradır. Bu yanaşma vətəndaşların qanuna və ədalət mühakiməsinə olan inamını artırmaqla yanaşı, onları neqativ hüquqi nəticələrdən yayınmaq üçün barışdırıcı addımlar atmağa təşviq edir. Hazırkı halda, borclunun məcburi icra hərəkətlərinə görə cərimə edilməsindən sonra tərəflərin bir araya gələrək rəsmi saziş bağlaması və kompensasiya müqabilində mübahisəni kökündən həll etməsi dövlətin barışıq siyasətinin effektivliyini sübut edir. Əgər məhkəmə tərəflərin əldə etdiyi könüllü barışığı və tələbkarın rəsmi teleqramla ifadə etdiyi razılığını nəzərə almayıb inzibati cəzanı qüvvədə saxlasaydı, bu, şəxslərin gələcəkdə mübahisələri müstəqil şəkildə, barışıq yolu ilə həll etmək stimulunu və marağını əhəmiyyətli dərəcədə azaldardı. Qanunvericiliyin bu humanist mahiyyəti, cəzanın labüdlüyü prinsipindən daha çox, pozulmuş hüquqların bərpasını rəhbər tutur. Müasir beynəlxalq hüquq paradiqmasında, xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qətnamələrində və Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə yönəlmiş tövsiyələrində (məsələn, "Məhkəmələrin iş yükünün azaldılması və alternativ həll yollarının təşviqi barədə" R(86)12 və "İnzibati orqanlar və özəl şəxslər arasındakı mübahisələrin alternativ həlli barədə" Rec(****)* saylı Tövsiyələr) dövlətlərin üzərinə mübahisələrin məhkəmədənkənar, sülh və kompromis yolu ilə həllini rəğbətləndirmək vəzifəsi qoyulur. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı "əsaslı şübhədən kənar" sübutetmə standartı və İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 6cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ) baxımından, inzibati məsuliyyətin tətbiq edilməsi və qüvvədə saxlanılması üçün şəxsin əməlində ictimai təhlükəliliyin davam etməsi ağlabatan şübhə doğurmamalıdır. Hazırkı halda, icra sənədinin icra olunmaması zəminində yaranmış mübahisə tərəflərin könüllü barışığı ilə kökündən ortadan qalxdığı üçün, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindəki inzibati xəta tərkibi və cəmiyyət üçün təhlükəlilik dərəcəsi tamamilə aradan qalxmışdır. Göstərilənlərə görə, Şəki Apellyasiya Məhkəməsi belə qənaətə gəlir ki, Yevlax Rayon Məhkəməsinin borclunun cərimə edilməsi barədə ## ##### 2026-cı il tarixli qərarı hüquqi qüvvədə saxlanıla bilməz. İş üzrə zərərçəkmiş şəxslərlə borclu arasında rəsmi barışıq əldə olunduğu üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti tam təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və İXM-in 528-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməliməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 135.1 və 135.1.5-1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin . Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar