Məhkəmə qərarları › İş №3(3-10)-262/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-262/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-262/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim R.Əlizadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 Şöbəsi tərəfindən İXM-in 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları və sənədləri təqdim etməmişdir. Bununla da, hüquqi şəxs xxxx MMC-nin barəsində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi X4 bildirmişdir ki, protokolla razı deyillər. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC təmir işləri ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixdən öz fəaliyyətini dayandırdığından, işçilər ərizələrinə əsasən öz hesablarına ödənişsiz məzuniyyətə buraxılmış, müəssisənin fəaliyyətinin dayandırılması barədə əmr verilmiş, sözügedən əmr bütün lazımı Dövlət orqanlarına təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 Şöbəsi tərəfindən müəssisəsiyə daxil olan ## ###### 2026-cı il tarixli məktubla zəruri məlumatlar istənilmişdir. Həmin məlumatların bir çoxu müəssisədə çalışan məsul şəxslərə aid olduğundan ## ###### 2026-cı il tarixdə müəssisədə təmir işləri bitmədiyi, zavod fəaliyyətə başladıqda məktuba tam olaraq dolğun cavab veriləcəyi bildirilmişdir. Sözügedən faktları təsdiq edəcək arayış vardır və həmin arayışı məhkəməyə təqdim etdi. Buna görə də məktububu onlardan asılı olmayan səbəblərə görə göndərilməməsi nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarını Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması ilə əsaslandırmışdır. Hüquq idarəsi hesab edir ki, Yevlax Rayon Məhkəməsinin həmin qərarı əsassız olduğundan ləğv edilməli, X5 Xidmətinin X2 Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Şikayətə əsasən, məhkəmə tərəfindən inzibati orqanın protokoluna sübut kimi düzgün qiymət verilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən müəssisənin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə irəli sürülən mülahizələrə əsaslanılmışdır. Hüquq idarəsi bildirmişdir ki, məktubların poçta təhvil verilmə reyestrlərindən və poçt izləmələrindən görünür ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə göndərilən ##.##.2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli məktub MMC tərəfindən qəbul edilmişdir. Məhkəmə qərar qəbul edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli məktuba istinad etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC zavodda cari təmir işləri ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixdən öz fəaliyyətini qeyri-müəyyən tarixədək dayandırmış, işçilər ərizələrinə əsasən ödənişsiz məzuniyyətə buraxılmışlar. Zavodun fəaliyyətinin dayandırılması barədə ##.##.2025-ci il tarixli, 101 K saylı əmr verilmişdir. Zavodda təmir işləri hələ də bitməmişdir və zavod fəaliyyətə başladıqda məktuba dolğun cavab veriləcəkdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sorğu məktubuna mütəxəssis işçilər tərəfindən cavablandırılmalıdır, həmin işçilər isə ödənişsiz əmək məzuniyyətində olmuşlar. Hüquq idarəsi bu mövqeyə etiraz edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən sorğu məktubuna ## ###### 2026-cı il tarixli məktubla cavab verilmişdir. Məhkəmənin qeyd etdiyi mövqeyə əsasən yanaşmış olsaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ümumiyyətlə cavab verməməli idi. MMC sorğuya cavab vermişdirsə, onda tələb edilən sənədləri Xidmətə təqdim etməyə heç bir maneə olmamışdır. Hüquq idarəsi əlavə olaraq bildirmişdir ki, MMC-nin fəaliyyətinin dayandırılması və işçilərin məzuniyyətdə olması MMC-ni sorğuda qeyd edilən sənədləri Xidmətə təqdim etməsi məsuliyyətindən azad etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmişdir. Bununla da, müəyyən edilmiş müddət ərzində tələb olunan sənədlər təqdim edilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Yevlax Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və əsassız qərar qəbul edilmişdir. X5 Xidmətinin X2 Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Şikayətdə qeyd olunmuşdur ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsiri iş materiallarında mövcud olan mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən anlayışına uyğun olaraq əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Odur ki, İXM-in 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasının məhkəmə qərarının ləğv edilməsi üçün əsas olduğunu bildirərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq,”xxxx” MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X1 müraciətinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci bəndinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli 3-17-5/2- ***/**** nömrəli məktubda qeyd edilmiş sənədlər X2 şöbəsinə təqdim edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 Şöbəsi tərəfindən hüquqi şəxs xxxx MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli *-**-*/*-***/** nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə barələrində müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəksiniz. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 Şöbəsi tərəfindən hüquqi şəxs xxxx MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli *-**-*/*-***/** nömrəli məktubda göstərilmişdir ki, vətəndaşlar X1 və X3 hüquqi şəxs xxxx MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdikləri ## ###### 2025-ci il tarixli müraciətlərinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 Şöbəsində baxılır. Odur ki, vətəndaşlar (X1 və X3) müraciətlərinə münasibət bildirilməsi və vətəndaşlara aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günündən gec olmayaraq X5 Xidmətinin X2 şöbəsinə təqdim edilməsini xahiş edirik. 1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), 2.Kollektiv müqavilə (olduğu təqdirdə) 3. İş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (2021-2021-ci illər) 4. Əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti. 5. Son haqq hesabın hesablanıb ödəniləsini təsdiq edən sənədlərin surəti. 6. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar İttifaqı Təşkilatına müraciət və HİT-nin razılığı və.s) 7. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasiət bildirməsinə dair cavab məktubu. 8.Hadisə yerinə baxış aktı. 9.Hadisə yerinin sxemi və fotoşəkilləri. 10.Zərərçəkənin ƏM və TTQ dair keçirilən təlimat(giriş ilkin və dövri)jurnallarından biliklərinin yoxlanılması protokollarından çıxarışlar. 11.Zərərçəkənin və aidiyyatı vəzifəli şəxslərin vəzifə və peşə təlimatları, o cümlədən texniki təhlükəsizlik qaydalarından təlimatları. 12.Hadisə nəticəsində müəssisəyə dəymiş maddi ziyan barədə arayış. 13. Müəssisənin (fiziki şəxsin) Dövlət qeydiyyatından keçməsinin təsdiqləyici sənədlər (müəssisənin şəhadətnaməsi nizamnaməsi) 14.Pozulmuş qayda,təlimat və digər normativ-hüquqi sənədlərdən çıxarışlar. 15.Fərdi mühafizə vəsaitlərinin verilməsinin təsdiqləyici sənədləri. 16.İşlərin təhlükəsiz aparılmasına cavabdeh şəxsin təyin olunması barədə əmr. 17.Təhqiqatın aparılması ilə bağlı komissiyaya üzv salınması üçün nümayəndənizin təqdim edilməsi İşdə olan və məhkəmə iclasında tədqiq olunan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## ###### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 Şöbəsinin *-**-*/*-***/** saylı, ## ###### 2026-cı il tarixli məktublarına cavab olaraq bildirmişlər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Kərpic zavodu, zavodda cari təmir işləri ilə əlaqədar olaraq, ##.##.2025-ci il tarixdən öz fəaliyyətini qeyri müəyyən tarixədək dayandırmış, işçilər ərizələrinə əsasən öz hesablarına ödənişsiz məzuniyyətə buraxılmışlar. Zavodun fəaliyyətinin dayandırılması barədə ##.##.2025-ci il tarixdə 101 K saylı əmr verilmişdir. Zavodun fəlaiyyətinin dayandırılması barədə tərtib olunmuş 101 K saylı- ##.##.2025-ci il tarixli Əmr bütün lazımı Dövlət orqanlarına təqdim olunmuşdur. Nəzərlərinə çatdırılmışdır ki, hal-hazırda zavodda təmir işləri bitməmişdir. Zavod fəaliyyətə başladıqda məktuba dolğun cavab veriləcəkdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək digər səbəblərə görə fəaliyyətini dayandırmışdır Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları obyektiv qiymətləndirmiş və qanunvericiliyin tələblərinə tam uyğun olaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Belə ki, İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X1 müraciətinə əsasən, X5 Xidmətinin X2 Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli məktubla sorğu göndərilmiş, lakin qeyd edilən sənədlər təqdim edilməmişdir. İnzibati orqan bu hərəkətsizliyi İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta kimi tövsif edərək protokol tərtib etmişdir. Lakin iş materiallarında mövcud olan digər rəsmi sənədlərin hüquqi təhlili göstərir ki, həmin dövrdə hüquqi şəxs tərəfindən hər hansı qəsdən qanunazidd hərəkətsizliyə yol verilməmişdir və əməldə inzibati xətanın subyektiv tərəfi (təqsir) mövcud deyil. Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş rəsmi arayışa əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək cari təmir və digər səbəblərə görə öz fəaliyyətini rəsmi olaraq dayandırmışdır. Müəssisənin direktoru tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş 101 K saylı əmrlə zavodun fəaliyyətinin dayandırılması bəyan edilmiş və bütün işçilər öz ərizələrinə əsasən öz hesablarına ödənişsiz məzuniyyətə buraxılmışdır. Bu sənədlər sübut edir ki, X5 Xidmətinin sorğusu müəssisəyə daxil olduğu ## ###### 2026-cı il tarixində zavod faktiki olaraq fəaliyyət göstərməmiş, orada çalışan məsul şəxslər, o cümlədən sorğu edilən sənədləri (əməkhaqqı cədvəlləri, kollektiv müqavilə, xitam əmrləri və s.) hazırlamaq və təqdim etmək səlahiyyətinə malik mütəxəssislər iş yerində olmamışlar. Apellyasiya məhkəməsi şikayət müəllifinin "cavab məktubunu göndərə bilən hüquqi şəxs sənədləri də göndərə bilərdi" dəlilinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC dövlət orqanının sorğusuna qarşı qətiyyən etinasızlıq nümayiş etdirməmiş, əksinə, qanuna itaət prinsiplərini rəhbər tutaraq ## ###### 2026-cı il tarixdə icraçı orqana rəsmi cavab məktubu ünvanlamışdır. Həmin məktubda zavodda cari təmir işlərinin getdiyi, müəssisənin fəaliyyətsiz olduğu və zavod yenidən fəaliyyətə başladıqda məktuba tam və dolğun cavab veriləcəyi bildirilməklə obyektiv imkansızlıq faktı orqanın diqqətinə çatdırılmışdır. Hüquqi şəxsin nümayəndəsinin qanuni müddət daxilində vəziyyəti izah edən bu cür məktub göndərməsi onun hüquqazidd niyyətinin olmadığını, dövlət orqanının tələbindən boyun qaçırmadığını təsdiq edir. Tələb olunan 17 bənddən ibarət geniş arxiv sənədlərinin toplanması və sistemləşdirilməsi kadrlar və mühasibatlıq şöbələrinin aktiv fəaliyyətini tələb etdiyi halda, işçilərin qanuni məzuniyyətdə olması səbəbindən sənədlərin təqdim edilməməsi hüquqi şəxsdən asılı olmayan obyektiv səbəblərdən baş vermişdir. İXM-in 3-cü maddəsinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və əməlin inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıması mütləqdir. İXM-in 13-cü maddəsinə görə isə inzibati xətanın qəsdən törədilməsi üçün şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bu nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Hazırkı işin halları çərçivəsində sənədlərin vaxtında təqdim edilməməsi qanuna itaətsizlik və ya qəsdən edilən hərəkətsizlik deyil, sorğunun müəssisənin daxili faktiki halları (fəaliyyətin dayandırılması) ilə uyğunsuzluğunun birbaşa nəticəsidir. Təqsir prinsipi istisna olunduğu halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz olardı. Məhkəmə həmçinin xüsusi olaraq qeyd edir ki, İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli ilə bağlı yaranan bütün şübhələr və faktiki uyğunsuzluqlar həmin şəxsin xeyrinə şərh edilməlidir. İnzibati orqanın daxili vəziyyəti araşdırmadan hüquqi şəxsi 2000 manatdan başlayan ağır pul cəriməsinə məruz qoymaq cəhdi ədalətlilik və mütənasiblik prinsiplərinə tamamilə ziddir. Avropa Şurasının "İnzibati aktlar üzərində mütənasiblik" prinsiplərinə müvafiq olaraq, tətbiq edilən inzibati sanksiya hədəfə çatmaq üçün zəruri olan həddi aşmamalıdır. Mövcud olmayan və ya hazırlanması obyektiv olaraq qeyri-mümkün olan sənədlərin vaxtında təqdim edilməməsinə görə hüquqi şəxsə ağır maliyyə sanksiyasının tətbiqi mütənasiblik balansını kobud şəkildə pozur və mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilə bilər. Beləliklə, apellyasiya məhkəməsi mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin həm obyektiv, həm də subyektiv əlamətləri yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata xitam vermişdir və apellyasiya instansiyası həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. İnzibati orqanın apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İXM-in 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.3-cü maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən orqan tərəfindən işin halları hərtərəfli araşdırılmamış, işçinin əmək münasibətlərinin hazırkı statusu (məzuniyyətdə olması) dəqiqləşdirilməmişdir. Yanlış faktiki ehtimala söykənən sorğu və həmin sorğunun icra edilməməsinə görə tərtib olunan protokol İXM-in 3-cü maddəsində nəzərdə tutulan "təqsir" və "xəta tərkibi" prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Hüquqi şəxs tərəfindən xitam sənədlərinin təqdim edilməməsi qanuna itaətsizlik deyil, sorğunun faktiki hallarla uyğunsuzluğunun nəticəsidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipinə (İXM maddə 8) əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli ilə bağlı yaranan bütün şübhələr və faktiki uyğunsuzluqlar həmin şəxsin xeyrinə şərh edilməlidir. İnzibati orqanın yanlış sorğusu əsasında hüquqi şəxsi 2000 manatdan başlayan ağır pul cəriməsinə məruz qoymaq ədalətlilik və mütənasiblik prinsiplərinin kobud pozulması olardı. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, "xxxx” MMC-nin əməlində İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi (obyektiv və subyektiv tərəfləri) yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata xitam vermişdir və apellyasiya instansiyası həmin qərarın dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. Məhkəmə həmçinin Avropa Şurasının "İnzibati aktlar üzərində mütənasiblik" prinsiplərinə istinad edərək qeyd edir ki, tətbiq olunan inzibati tənbeh hədəfə çatmaq üçün zəruri olan həddi aşmamalıdır. Müvcud olmayan bir sənədin təqdim edilməməsinə görə hüquqi şəxsə 2000 manatdan başlayan ağır maliyyə sanksiyasının tətbiqi mütənasiblik balansını kobud şəkildə pozur. Bu, həm də AİHM-in * saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) kontekstində mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilə bilər. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXMin 539.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xəta tərkibi olmadığından xitam verilməlidir Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-166)-408/2026 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar