Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-263/2026 22.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və inzibati xəta haqqında iş üzrə qərar edən orqan DƏMX-nin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X4 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(**-***)- ***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## #### 2026-cı il tarixli, *(**-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X4 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. işin halları: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə olunmağı haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 192.1-ci maddələrinə əsasən 3000 manat məbləğində cərimə olunmuşdur. Həmçinin qeyd edir ki, Yevlax şəhərində “Çinar” adlı kafe işlədir. X2 və X5 adında iki nəfər işçisi vardır. X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin qərarında adı qeyd olunan şəxslə yəni X6 ilə uzun müddətdir dostluq münasibətləri var, Vasif adətən onun kafesində olur. Onun kəanrda işi olduqda, kafede 20-30 dəqiqəlik nəsə lazim olarsa Vasif köməklik edir. Hazırda mübahisələndirilən qərar çıxarılmamışdan öncə onun işlətdiyi kafedə mübahisə yaranmış və polis əməkdaşları oraya gəlmişlər, həmin vaxt, o, orda olmamış, dostu Vasif orda olmuşdur. Polis şöbəsində izahat alınarkən Vasif demişdir ki, oranı işlədən dostudur və 3-4 aydır işsizlikdən ara sıra ora gəlir, vaxt keçirir. Həmin hadisə vaxtıda orda olmuşdur. Xüsusi olaraq vurğulayır ki, Vasif mühafizədə işləyib, kafe ilə heç bir əlaqəsi olmamışdır. Lakin izahat alınarkən polislər ifadəsində orda işlədiyini, hadisəni mətbəxdə olduğu üçün görmədiyini yazmasını demişlər. Vasif də işin bu yerə gələcəyini anlamamışdır. Bilməmişdir ki, elə ifadə verməyi problem yarada bilər. Protokol tərtib olunmamışdan qabaq ona X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən məktub gəlmiş, həmin vaxt kafedə baş vermiş hadisə ilə bağlı məhkəmə olduğu üçün eləbilmişdir həmin işlə bağlı çağırılır. Daha sonra heç bir xəbər etmədən, işçilərin və onun izahatı alınmadan, heç bir qanuni prosedur aparmadan ona ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Ona görə də, protokol və qərarın ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassız və qanunsuzdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətini müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarın ləğv olunmasını barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(**-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, o, Yevlax rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ##.##.2026-cı il tarixində poçt vasitəsilə göndərilməklə ##.##.2026-cı il tarixində almışdır. O, bu qərarla razı deyildir. O, AR İXM-nm 192.1-ci maddəsilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. O, bu qərardan şikayət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli MN-******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nın 192.1-ci maddələrinə əsasən 3000 manat məbləğində cərimə olunmuşdur. Həmçinin qeyd edir ki, Yevlax şəhərində “Çinar” adlı kafe işlədir. X2 və X5 adında iki nəfər işçisi vardır. X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin qərarında adı qeyd olunan şəxslə yəni X6 ilə uzun müddətdir dostluq münasibətləri var, Vasif adətən onun kafesində olur. Onun kənarda işi olduqda, kafedə 20- 30 dəqiqəlik nəsə lazım olarsa Vasif köməklik edir. Hazırda mübahisələndirilən qərar çıxarılmamışdan öncə onun işlətdiyi kafedə mübahisə yaranmış və polis əməkdaşları oraya gəlmişlər, həmin vaxt, o, orda olmamış, dostu Vasif orda olmuşdur. Polis şöbəsində izahat alınarkən Vasif demişdir ki, oranı işlədən dostudur və 3-4 aydır işsizlikdən ara sıra ora gəlir, vaxt keçirir. Həmin hadisə vaxtıda orda olmuşdur. Xüsusi olaraq vurğulayır ki, Vasif mühafizədə işləyib, kafe ilə heç bir əlaqə olamışdır. Lakin izahat alınarkən polislər ifadəsində orda işlədiyini, hadisəni mətbəxdə olduğu üçün görmədiyini yazmasını demişlər. Vasif də işin bu yerə gələcəyini anlamamışdır. Bilməmişdir ki, elə ifadə verməyi problem yarada bilər. Protokol tərtib olunmamışdan qabaq ona X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən məktub gəlmiş, həmin vaxt kafedə baş vermiş hadisə ilə bağlı məhkəmə olduğu üçün elə bilmişdir həmin işlə bağlı çağırılır. Daha sonra heç bir xəbər etmədən, işçilərin və onun izahatı alınmadan, heç bir qanuni prosedur aparmadan ona 29.01.226-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Ona görə də, protokol və qərarın ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin 29.01.226-cı il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Yevlax rayon Məhkəməsi barəsində ədalətsiz qərar qəbul etmişdir. Qeyd olunan qərardan Yevlax rayon Məhkəməsinə şikayət etmiş, Yevlax rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X4 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən qeyd etdiyi hallar heç bir halda obyektiv həllini tapmamışdır. Əsassız olaraq barəsində protokol tərtib edilmiş, məhkəmə də həmin protokolu əsaslı hesab edərək üzərində 3000 manat cəriməni təsdiq etmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 76.1, 84.1, 192.1-ci maddələrinin tələblərini açıq-aşkar pozmuşdur. X6 nə deməsi onun üçün önəmli deyil, X3 kafesində işləməyib, aralarında olan dostluq münasibətinə müvafiq olaraq Vasif onun yanına mütəmadi gələrək vaxtlarını keçirtmişlər. Vasif Nağızadə onun yanında nə işləmiş, nə də əmək münasibətlərində olmuşdur. Bütün bunları məhkəmə qeyri obyektiv araşdırmışdır. Bu səbəbdəndə o, hazırki qərarla razı deyil, məhkəmə qaydasında həmin qərarın ləğvini istəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, İş № *(5-166)- ***/**** saylı qərarının işdə inzibati xəta hadisəsi olmadığından ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətini müdafiə edərək bildirdi ki, hadisə günü dostu ona kömək etmişdir. Dostu şahid qismində polis şöbəsində dindiriləndə bilməyərəkdən kafedə işlədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, dostu hər gün kafedə olmuşdur. O, kaferestoran işlətmiş, hal-hazırda fəaliyyət göstərmir. Kafedə Ehtibar adlı şəxs və onun həyat yoldaşı işləmişlər. Dostunun adı Vasifdir. Kafedə iki nəfər müştəri arasında dava olmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında qərar qəbul edən orqanın nümayəndəsi X1 çıxış edərək bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Belə ki, birinci instansiya məhkəməsində hazırkı iş üzrə kifayət qədər araşdırma aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) öz ifadəsində bildirmişdir ki, X7 ilə əmək müqaviləsi bağlamış, X7 da izahatında bildirmişdir ki, kafeyə gələn müştəriləri qarşılamış və hesabları aparmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, onlara məlumat istintaq orqanından daxil olmuşdur. Hadisə ilə bağlı izahatlar mövcuddur. hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(**-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs X6 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəsi minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyindən İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) (VÖEN:2201414482; FİN: *******-##.##.1998-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nizaibati xəta haqqında iş üzrə icraata başlamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasınin İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tərtib edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, X6 onun işlətdiyi “Çinar” restoranında işləmədiyi halda onun barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(**-***)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə şikayətinin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən, inzibati qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı olaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 192.1ci maddəsilə inzibati qaydada icraat açılması məsələsinə baxılması üçün qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və X6 ifadələrindən, həmçinin “Sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, X6 Qərardan şikayət verən orqan (şəxs) icarə əsasında işlətdiyi “Çinar” kafesində işləmiş və tərəflər arasında əmək müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etmişdir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. İXM-nin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(**-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(**-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-263/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-263/2026
22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver