Məhkəmə qərarları › İş №3(3-10)-266/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-266/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-266/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi X6 Xidmətinin Hüquq İdarəsinin nümayəndələri X1, X2 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İsa oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) İsa oğlunun Azərbaycan Respublikasının İXMnin 555.1-ci maddəsi ilə inzibati qaydada cərimə olunmasına dair Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından protokol tərtib edən orqan X6 Xidmətinin Hüquq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin (hakim Ruqiyyə Cəfərova) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İsa oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati qaydada cərimə olunmasına dair Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) İsa oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsinə əsasən 1800 manat məbləğində barəsində inzibati cərimə tətbiq edildiyini, aidiyyəti sənədlərin ##.##.2026-cı il tarixdə poçt vasitəsilə aldığını, baş vermiş hadisənin bədbəxt hadisə ilə heç bir əlaqəsinin olmadığını, dərhal Yevlax Rayon Polis Şöbəsinə məlumat verdiyini bildirmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Qərardan şikayət verən orqan (şəxs) İsa oğlu şikayətin məzmununa uyğun çıxış edərək, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X3 verilmiş şikayətlə razılaşmayaraq, Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsinin tələblərinin pozulduğunu qeyd edərək, işəgötürən (N.İ.Cəfərov) tərəfindən istehsalatda baş verən hadisənin və ya bədbəxt hadisənin baş verməsi faktının gizlədilməsi ilə əmək qanunvericiliyinin tələblərinin pozulduğunu və baş verən hadisə ilə bağlı X6 Xidmətinə məlumat verməli olduğu halda məlumat vermədiyini bildirmişdir. Məhkəmə iclasında X3 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Günel Elmiyevanın Azərbaycan Respublikasının Prezident Adminstrasiyasına ünvanlamış olduğu şikayət aidiyyəti üzrə onlara göndərilmiş, araşdırma nəticəsində şəxs iş yerində şiddətə məruz qaldığını bildirmişdir. Hadisənin bədbəxt hadisə olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə müəyyən edilmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsi ilə inzibati qaydada 1800 manat cərimə edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsini rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən şikayət verilmişdir. şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin (hakim Ruqiyyə Cəfərova) ##.##.2026-cı il tarixli, 3(5-166)- ***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) yanında X6 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) İsa oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarını bununla əsaslandırmışdır ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamış, istehsalatla bağlı olmayan hadisə olmuş, inzibati orqan hadisənin istehsalatla bağlı olmasını sübut etməmişdir. Hesab edirlər ki, məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, X6 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Həm İXM-nin 555.1 -ci maddəsinin dispozisiyasına, həm də Əmək Məcəlləsinin 217-ci maddəsinə nəzər yetirsək görərik ki, qanun “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması” anlayışı ilə “hadisə” anlayışını bir-birindən fərqləndirir. Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulan dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermək öhdəliyi hadisənin ağırlıq dərəcəsindən asıle olmayaraq istehsalatla bağlılığının araşdırılması üçün müəyyən edilmişdir. Yəni İXM-nin 555.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyil. Sözügedən maddə üzrə inzibati xəta hadisə barədə araşdırmanın yekun nəticəsi ilə yox, hadisə baş verdikdən sonra araşdırılma aparılması məqsədi ilə bağlıdır. Hadisənin istehsalatla bağlı olub-olmaması, təqsirin müəyyənləşdirilməsi və s. Xidmətin səlahiyyətindədir. Nə vəzifəli şəxsin, nə də məhkəmənin hadisənin istehsalatla bağlılığını araşdırmağa çalışması qanunauyğun deyil. Bu “araşdırma” nəticəsində gəlinən nəticələrin hüquqi qüvvəsinin olmaması ilə yanaşı, İXM-nin 555.1-ci maddəsinə münasibətdə əhəmiyyətsizdir. Hadisənin istehsalatla bağlılığının müəyyən edilməsi təhqiqatın nəticəsində mümkündür. Məhkəmədə isə belə bir təhqiqat aparılmamışdır. Məhkəmə iş üzrə sübutların olmamasına istinad etsə də, şikayətçi tərəfindən məhkəmədə verilmiş izahatlar faktı təsdiq etməyə kifayət edir. Belə ki, izahatlar qəbul edilmiş qərarla ziddiyyət təşkil etmir. İşəgötürən məlumatın dərhal verilmədiyini etiraf edir, məhkəmə tərəfindən belə məlumatın dərhal verilməməsinin səbəblərinə hüquqi qiymət verilə bilərdi, lakin məhkəmə hadisənin istehsalatla bağlı olubolmamasını araşdırmışdır. Beləliklə, Yevlax Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparıimadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən İXM-in 555.1 -ci maddəsi ilə Qərardan şikayət verən orqan (şəxs) İsa oğlu barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol qəbul edilərkən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Qərardan şikayət verən orqan (şəxs) İsa oğlunın təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və məhkəmə qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 555.1 -ci maddəsinə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemıoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan sənədlərə əsasən vəzifəli şəxs tərəfindən İXM-in 555.1 -ci maddəsinin tələblərinin pozulması faktı və Xidmət tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Odur ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İsa oğlu barəsində qəbul edilmiş ##.##.2026-cı ıl tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılması barədə Qərar qəbul ediməsini xahiş etmişlər. Apellyasiya Məhkəməsinin iclasında iştirak edən qərar qəbul edən orqanın nümayəndəsi X2 şikayəti müdafiə edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İsa oğlu birinci instansiya məhkəməsində də bildirib ki, baş vermiş hadisə barədə X6 Xidmətinə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Nazirlər Kabinetinin müvafiq qaydalarına istinad edib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 Xidmətinə məlumat verilməsində cavabdeh idi. X6 Xidmətinə məlumat istintaq orqanından daxil olmuşdur. Hər bir halda polis orqanlarına məlumat verilsə də, X6 Xidməti tərəfindən araşdırma aparılmalı idi. Birinici instansiya məhkəməsi hadisənin istehsalatda baş verib-verməməsini araşdırıb və qərar qəbul edib. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, xəsarətlə bağlı dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs qadın olmuş, onun da barəsində amnistiya aktı tətbiq edilmişdir. İş yerlərində hər hansı hadisə ilə bağlı, yəni hər hansı xəsarət alma ilə bağlı və ya ölüm hadisəsi ilə bağlı mütləq X6 Xidmətinə məlumat verilməlidir. Hazırkı işdə söhbət rəsmi işçidən gedir, şəxsin əmək müqaviləsi olmuşdur. Xəsarətin dərəcəsindən asılı olmayaraq məlumat verilməlidir. Hadisənin istehsalatla əlaqəli olmasını X6 Xidməti araşdırmalıdır. Birinci instansiya məhkəməsi hadisənin istehsalatla bağlı olub-olmamasını araşdırmışdır. İşçi əmək funksiyalarını yerinə yetirən zaman xəsarət alarsa X6 Xidməti tərəfindən təhqiqat aparılmalıdır. Apellyasiya Məhkəməsinin iclasında iştirak edən qərar qəbul edən orqanın nümayəndəsi X1 şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İsa oğlu bildirdi ki, o, istehsalatla məşğul olmamış, işlətdiyi obyektdə yüngül dava olmuş, o, da bu barədə polis orqanlarına məlumat vermişdir. Bütün dövlət qurumlarında tablolarda polis orqanlarının, fövqəladə hallarla bağlı və səhiyyənin nömrələri var, X6 Xidmətinin nömrəsi yoxdur. O, dava ilə bağlı X6 Xidmətinə məlumat verilməli olduğunu bilməmişdir. Hazırkı işlə də bağlı ona cərimə tətbiq olunmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxs ofisiant işləmiş, yüngül xəsarət almış, üzü cızılmışdır. Hadisə ilə bağlı istintaq aparılıb və xitam verilmiş, dava edən şəxslər qadınlar olmuşdur. O, 70 kv.m. sahədə kafe işlətmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, işəgötürən tərəfindən istehsalatda baş verən hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi qeyd olunmuşdur. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” ##.##.2026-cı il tarixli Qərardan görünür ki, X4 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi olsa da, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarına əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid edildiyindən cinayət işinin başlanması rədd edilmiş və şəxs cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan *** saylı ekspert rəyindən görünür ki, Günel Elmiyevanın aldığı xəsarət küt alətin təsirindən əmələ gəlmiş, qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarı ilə razılaşmır və hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı belə əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə baş vermiş hadisə xarici amillərin təsiri nəticəsində faktiki baş verən, sığorta olunanın sağlamlığının pozulmasına, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə səbəb olan qəfil, gözlənilməz hal olmadığından bədbəxt hadisə hesab edilə bilməz. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta“ haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə dedikdə, sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Göründüyü kimi baş verən hadisə cinayət faktı kimi ##.##.2026-cı il tarixli Yevlax RPŞ-nin Qərarı ilə təsdiqini tapmış və G.Şükürovanın əməlində AR CM-nin 221.1-ci maddəsinin tərkibi olsa da barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarına əsasən amnistiya tətbiq edilərək cinayət cinayət işinin başlanması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.4-cü bəndinə istinad etməklə baş verən hadisənin cinayət faktı kimi təsdiqini tapdığından hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədən uçota alınmamalı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.2-ci bəndində göstərilmişdir ki, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin Qaydaların 1.6-cı bəndində göstərilmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Qeyd edilən Qaydaların 1.7-ci bəndində göstərilmişdir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X6 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X6 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsində ( istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları) göstərilmişdir:

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Göründüyü kimi qeyd edilmiş normaların tələbindən müəyyən olunur ki, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə həmin hadisə təhqiq edilməlidir. Lakin, birinci instansiya məhkəməsinin mövqeyindən çıxış etdikdə baş vermiş hadisənin X6 Xidməti tərəfindən araşdırılmalı olub-olmaması, cinayət faktı kimi təsdiqini tapmış hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədən uçota alınmamasının hansı qurum tərəfindən həyata keçirilməli olması müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə görə işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsasları kimi bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də, Qərardan şikayət verən orqan (şəxs) İsa oğlunun Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsi ilə inzibati qaydada cərimə olunmasına dair Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qərara aldı: X6 Xidmətinin Hüquq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar