Məhkəmə qərarları › İş №3(3-10)-267/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-267/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-267/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xətaq haqqında iş üzrə icraat aparılan şəxs İbrahimova Səidə Xanlar qızının vəkili Vəkil iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-108)-199/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim M.Bağırov) İbrahimova Səidə Xanlar qızı barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən İbrahimova Səidə Xanlar qızının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- **/**** nömrəli, ## ###### 2022ci il tarixli icra sənədinə əsasən İbrahimova Səidə Xanlar qızı 50700 (əlli min yeddi yüz) manat məbləğində aliment borcu üzrsüz səbəbdən ödəməməklə İX-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında Protokolu tərtib edən orqan icra məmuru X1 izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2022-ci il tarixli icra vərəqəsinə əsasən İbrahimova Səidə Xanlar qızından 63000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair qərar qəbul edilmiş, həmin qərara dair icra vərəqəsi icra olunması üçün Protokolu tərtib edən orqannə göndərilmiş, ## ######## 2022-ci il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə İbrahimova Səidə Xanlar qızına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Səidə İbrahimova barəsində ilk dəfə 8 gün müddətə inzibati həbs tənbeh tədbiri, daha sonra isə 1000 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Səidə İbarahimova tərəfindən hissəvi ödənişlər edilmiş, mülkiyyətində olan torpaq sahəsi hərraca çıxarılmış və əldə edilən vəsait hesabına borcdan önişlər edilmişdir. Borclu tərəfindən bugünədək 12500 manat məbləğində ödəniş edilmişdir. Lakin tələbkar həmin ödənişlərlə razı olmamış və borcun tam olaraq ödənilməsini tələb edir. Səidə İbrahimova tərəfindən borc hazırda tam olaraq ödənilmədiyindən onun barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimova Səidə Xanlar qızı izahatında göstərmişdir ki, o, borcunu hissə-hissə ödəyir, sonuncu dəfə 300 manat ödəniş etmişdir. Borcun ödənilməsi üçün satılacaq əmlakı yoxdur. Pay torpağı vardır ki, onu da icra məmuruna satılması üçün təqdim etmiş, torpaq sahəsi satıldıqdan sonra əldə edilmiş vəsait hesabına borcdan ödəniş edilmişdir. Evlərdə təmizlik işləri görür və aldığı pulla ödənişlər edir. Lakin tələbkar onun işlədiyi yerlərdə problemlər yaratmaqla işləməsinə maneəçilik törədir. Hazırda işsizdir və heç bir gəlir yeri yoxdur. Oğlu II Qarabağ müharibəsi qazısıdır. Müharibədən sonra oğlunun səhhətində ciddi problemlər yaranmış və işləmə qabiliyyətini itirmişdir. Oğluna ondan başqa qulluq edəcək kimsəsi yoxdur. O, borcun ödənilməsini könüllü icra edir və icradan yayınmır. Ayda 2-3 dəfə olmaqla ödənişlər edir və ödəniş qəbzlərini İcra şöbəsinə təqdim edir. Hazırda borcu birdəfəlik ödəmək imkanı yoxdur. Hər ay hissə-hissə olmaqla borcundan ödəyəcəkdir. Borcu ödəməmək fikri yoxdur və borcu ödəməkdən yayınmır. Odur ki, qeyd olunanları nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında brahimova Səidə Xanlar qızı bildirmişdir ki, o, bildirişlə və ya telefon əlaqəsi saxlanılmaqla rəsmi qaydada Protokolu tərtib edən orqannə çağırılmamış, müvafiq dövlət orqanlarına sorğular edilmədən və harada olduğu müəyyən edilmədən barəsində ## ##### 2026-cı il tarixli “axtarış” qərarı qəbul edilmişdir. Onun barəsində “axtarış” verilməsi haqqında qərardan xəbəri olmamış, onu polis saxlamamış, icra şöbəsinə təqdim etməmişdir. İcra məmuru ona zəng edib şöbəyə dəvət etmiş, o da könüllü şəkildə icra şəbəsinə gəlmişdir. O, heç vaxt borcu ödəməkdən boyun qaçırmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarına əsasən 63.000 manatın çox cüzi bir hissəsi həmin şəxs tərəfindən ödənilmişdir. O, Ədliyyə Nazirinin qəbulunda olmuş və ona bildirilmişdir ki, şəxs barəsində qanuni tədbirlər görüləcək, barəsində cinayət işinin başlanması üçün aidiyyəti quruma tapşırıq verilmişdir. Zərərçəkmiş şəxs pulu ödəməyən şəxs barəsində qanunla bağlı artıq ikinci dəfədir ki, real qərar qəbul edilmədiyini bildirərək bunun ədalətsizlik olduğunu vurğulamışdır. O, evinin pulunun həmin qadın və onun əri tərəfindən talandığını, bu gün hansı səbəbdən ödənişləri etmədiklərini, onun ərinin Rusiyada qazanc sahibi olduğunu, özünün və oğlunun işlədiyini, lakin Ağdaş rayon Məhkəməsinin onun hiylə dolu dilinə inanaraq barəsində ciddi tədbirlər görmədiyini qeyd etmişdir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, İş № *(*-***)-***/**** saylı Qərarının ləğv edilməsini və İbrahimova Səidə Xanlar qızı barəsində İXM-in 528.1-ci maddəsinə əsasən sanksiyada nəzərdə tutulan ən sərt cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətaq haqqında iş üzrə icraat aparılan şəxs İbrahimova Səidə Xanlar qızının vəkili Vəkil çıxış edərək şikayətin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs və Ağdaş rayonu üzrə icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şəki Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Ağdaş Rayon məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək yeni qətnamə çıxarılması, cavabdeh İbrahimova Səidə Xanlar qızından 63000 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsinə dair qərar qəbul edilmişdir Protokolu tərtib edən orqan ## ######## 2022-ci il tarixli icraata başlamaq haqqında qərarnın və bildirişin surətindən görünür ki, həmin tarixdə Şəki Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2022-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və İbrahimova Səidə Xanlar qızının qeydiyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2023-cü il tarixli qərarının surətindən görünür ki, İbrahimova Səidə Xanlar qızı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarının surətindən görünür ki, İbrahimova Səidə Xanlar qızı İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Protokolu tərtib edən orqan icra məmuru X2 ## ##### 2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərarının surətindən görünür ki, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olan borclu İbrahimova Səidə Xanlar qızı barəsində axtarış elan olunmuşdur. Borclu İbrahimova Səidə Xanlar qızının ## ##### 2026-cı il tarixdə Protokolu tərtib edən orqanndə verdiyi izahatından görünür ki, o, borcunu hissə-hissə ödəyir və birdəfəlik ödəmə imkanı yoxdur. Borcun ödənilməsi üçün satılacaq əmlakı yoxdur. Yeganə pay torpağını satıb borca vermişdir. İşsizdir və bununla bağlı arayış təqdim etmişdir. Kirayə yaşayır. Oğlu “Vətən” müharibəsi veteranıdır və iş qabiliyyəti olmamaqla psixoloji xəstədir. O, borcun ödənilməsini könüllü icra edir və icradan yayınmır. Evlərə təmizlik işlərinə gedir və aldığı pulu tələbkara ödəyir. Ayda 2-3 dəfə olmaqla ödənişlər edir və ödəniş qəbzlərini İcra şöbəsinə təqdim edir. Dövlətin adından çıxan qərarı könüllü icra edir, lakin borcu birdəfəlik ödəmək imkanı yoxdur Borclu tərəfindən məhkəmətə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o, ## ######## 2023-cü il tarixdə 200 manat; ## ######## 2023-cü il tarixdə 200 manat; ## ####### 2023-cü il tarixdə 200 manat; ## ####### 2023-cü il tarixdə 200 manat; ## ###### 2023-cü il tarixdə 200 manat; ## ###### 2024-cü il tarixdə 200 manat; ## ###### 2024-cü il tarixdə 200 manat; ## ##### 2024-cü il tarixdə 200 manat; ## ### 2024-cü il tarixdə 200 manat; ## ### 2024-cü il tarixdə 100 manat; ## ### 2024-cü il tarixdə 200 manat; ## #### 2024-cü il tarixdə 100 manat; ## #### 2024-cü il tarixdə 550 manat; ## #### 2024-cü il tarixdə 200 manat; ## #### 2024-cü il tarixdə 200 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ######## 2024- cü il tarixdə 200 manat; ## ######## 2024-cü il tarixdə 100 manat; ## ######## 2024-cü il tarixdə 200 manat; ## ####### 2024-cü il tarixdə 200 manat; ## ####### 2024-cü il tarixdə 204,70 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ###### 2024-cü il tarixdə 150 manat; ## ###### 2024-cü il tarixdə 1050 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ###### 2024-cü il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 200 manat; ## ###### 2025-ci il tarixdə 200 manat; ## #### 2025-ci il tarixdə 200 manat; ## ##### 2025-ci il tarixdə 100 manat; ## ##### 2025-ci il tarixdə 150 manat; ## ### 2025-ci il tarixdə 100 manat; ## ### 2025-ci il tarixdə 100 manat; ## #### 2025-ci il tarixdə 100 manat; ## #### 2025-ci il tarixdə 150 manat; ## #### 2025-ci il tarixdə 100 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 100 manat; ## ###### 2025ci il tarixdə 100 manat; ## ######## 2025-ci il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 150 manat; ## ###### 2005-ci il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 100 manat; ## ###### 2025-ci il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 100 manat; ## ###### 2026-cı il tarixdə 150 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## #### 2026-cı il tarixdə 100 manat; ## ##### 2026-cı il tarixdə 150 manat; ## ##### 2026-cı il tarixdə 100 manat; ## ##### 2026-cı il tarixdə 50 manat; Həmçinin, tələbkar Zərərçəkmiş şəxs tərəfindən ## ####### 2023-cü il tarixdə verilmiş qəbzin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- **/**** nömrəli, ## ###### 2022-ci il tarixli icra sənədi üzrə borclu İbrahimova Səidə Xanlar qızından 1000 (bir min) manat almışdır. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səidə İbrahimovanın övladı İbrahimov Rəvan İlqar oğlu Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” və ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən “Fizulinin azad olunmasına görə” medalları, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini dinləyərək və işdə olan sübutları hərtərəfli təhlil edərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli xitam haqqında qərarı ləğv olunmalı və iş materialları yeni baxış üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsi borclu İbrahimova Səidə Xanlar qızının borcu hissə-hissə ödəməsini, işsiz olmasını və ailə vəziyyətini əsas gətirərək onun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmiş və icraata xitam vermişdir. Lakin birinci instansiya məhkəməsi icraata xitam verərkən İXM-in 53-cü maddəsinin tələblərini və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi prinsipini nəzərə almamış, işin hallarını birtərəfli qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində və Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsində imperativi olaraq təsbit edilmişdir ki, məhkəmənin qəbul etdiyi və qanuni qüvvəyə minmiş qərarlar dövlətin adından çıxarılır, bütün dövlət və yerli orqanlar, fiziki və hüquqi şəxslər üçün məcburidir və mütləq icra olunmalıdır. Məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsi qanunla birbaşa məsuliyyət yaradır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədi icra olunmadıqda, borclunun qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi qanuni zərurətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli icra vərəqəsinə əsasən borclu Səidə İbrahimovadan 63000 manat pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi tapşırılmışdır. İcraatın başlandığı ## ######## 2022-ci il tarixdən etibarən keçən uzun müddət ərzində borcun yalnız 12500 manat hissəsi ödənilmiş, yerdə qalan 50700 manatlıq böyük məbləğ isə icra edilməmiş qalmışdır. Borclunun subyektiv olaraq "mən borcu ödəməkdən yayınmıram, hissə-hissə ödəyirəm" tipli bəyanatları və cüzi miqdarda etdiyi ödənişlər (məsələn, 50, 100, 150 manat) icra sənədinin mahiyyəti və tələb olunan ümumi borcun həcmi fonunda məhkəmə qərarının real və effektiv icrası kimi qəbul edilə bilməz. Şəxsin rəsmi iş yerinin olmaması və ya maddi vəziyyətinin zəifliyi onu dövlət adından çıxarılmış məhkəmə aktını tam icra etmək öhdəliyindən və buna görə daşıdığı hüquqi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İXM-in 528.1-ci maddəsinin şərhinə dair ## ######## 2018-ci il tarixli qərarına əsasən, bu qəbildən olan işlərə baxılarkən məhkəmələr ədalətlilik və mütənasiblik prinsiplərini rəhbər tutmalı, borclunun icra məmurunun tələblərini yerinə yetirmək üçün real olaraq mümkün vasitələrdən istifadə edib-etməməsini obyektiv qiymətləndirməlidir. Hazırkı iş üzrə borclunun mülkiyyətində olan yeganə pay torpağının icra çərçivəsində satılmasına baxmayaraq, onun digər gəlir mənbələrinin, gizli aktivlərinin və ya real qazanc imkanlarının olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən dərindən və hərtərəfli araşdırılmamışdır. Xüsusilə, tələbkarın şikayətində qeyd etdiyi "borclunun ərinin Rusiyada qazanc sahibi olması və ailənin digər üzvlərinin real gəlirlərinin mövcudluğu" barədə dəlillər məhkəmə tərəfindən tamamilə diqqətdən kənarda saxlanılmışdır. Həmçinin, İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinin əsasları imperativ şəkildə sadalanmışdır. İş materiallarının təhlili göstərir ki, araşdırılan hadisədə icraata xitam verilməsi üçün həmin maddədə nəzərdə tutulan hər hansı bir hüquqi əsas (inzibati xəta hadisəsinin və ya tərkibinin olmaması, son zərurət, zəruri müdafiə və s.) mövcud deyil. Şəxsin övladının Vətən müharibəsi qazısı olması və ailə vəziyyəti İXM-in 35 və 36-cı maddələrinə əsasən yalnız inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər, lakin əməlin xəta tərkibini aradan qaldıran və icraata birbaşa xitam verilməsini şərtləndirən hüquqi əsas statusunda çıxış edə bilməz. İXM-in 76.1 və 84-cü maddələrinin tələblərinə görə, hakim işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları müəyyən etmək məqsədilə sübutları onların məcmusu şəklində, hərtərəfli, tam və obyektiv surətdə öz daxili inamı ilə qiymətləndirməlidir. Ağdaş Rayon Məhkəməsi isə bu tələbləri pozaraq, mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, borclunun birtərəfli izahatlarına əsassız üstünlük vermişdir. Belə olan halda, İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olacaq dərəcədə prosessual qayda pozuntularına yol verildiyindən və mühüm faktlar aydınlaşdırılmadığından, qəbul edilmiş xitam qərarı qanunsuz və əsassız hesab edilərək ləğv olunmalı, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yeni məhkəmə baxışında birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmalı, tərəflərin dəlillərini yenidən araşdırmalı və qanunauyğun qərar qəbul etməlidir. Sadalanan səbəblərə görə də işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeni əsaslı bilmir. Oxşar münasibətləri nizama salan İXM-in 53-cü maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən hüquq normasının məzmunundan aydın olur ki, ararşdırılan iş üzrə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinə səbəb ola biləcək hər hansı hal yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Bu baxımdan da apellyasiya instansiya məhkəməsi bu fikirdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, işləməməsi, madddi imkanının zəif olması sonuncunu borcu ödəmək vəzifəsindən azad etmir. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-in 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Ona görə də, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar