Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-268/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sərlik edən Z.Məmmədova) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 525-ci maddəsi ilə təqsirli bilinib, 8.48 manat qumara qoyulmuş pul vəsaiti müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İşin halları Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, ##.##.2026cı il tarixdə və müxtəlif vaxtlarda mütəmadi PinUp oyununda qumar oyunu oynamışdır. Qeyd edilən material üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 525ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Protokolu tərtib edən orqan-nin İTB-nin polis sahə rəisi X1 izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə Protokolu tərtib edən orqan-nin PPXB-nin V R Rufan Aslanov və polis nəfəri Anar Gülməmmədov tərəfindən yazılmış raport icraatına daxil olmuşdur. Raportun araşdırılması zamanı Zaqatala rayonu Suvagil kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “PinUp" oyununda özünə məxsus elnurheydəelektron ünvan 1 mail adresi ilə qeydiyyatdan keçərək profil yaratdığı və həmin profillə qumar oynadığı, qumar oyunu vasitəsilə qazandığı qanunsuz pulları isə özünə məxsus “Azərbaycan Beynəlxalq Bank” kartından çıxararaq istifadə etdiyi müəyyən edilmişdir. Onun izahatı alınmış və bunun əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında ##.##.2026-cı il tarixdə İXM-in 525-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Ona qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə təxminən səhər saat 11-12 radələrində Zaqatala şəhər ərazisində "Bazar" adlanan əraziyə yaxın yolda dayanıb siqaret çəkərkən yoldan keçən Post Patrul Xidmətinin avtomobili onun yanında dayanmışdır. Protokolu tərtib edən orqan-nin PPXB-nin əməkdaşı Rufan Aslanov ona yaxınlaşaraq yolda siqaret çəkməyin qadağan olunduğunu, barəsində protokol tərtib ediləcəyini və buna görə onunla Protokolu tərtib edən orqan-nə getməli olduğunu bildirmişdir. Şikayətçi etiraz etmədən post patrul avtomobilinə əyləşərək şöbəyə getmişdir. Şöbəyə daxil olarkən saat təxminən səhər saat 12:00 radələri olmuşdur. Şikayətçi bildirmişdir ki, Protokolu tərtib edən orqan-nin inzibati binasına daxil olduqdan sonra ona çoxlu suallar və təzyiqlər edilmişdir. O, təhlükəsizlik kodunu daxil etdikdən sonra ona məxsus mobil telefonuna heç bir çəkiliş aparılmadan, hüquqları izah edilmədən və vəkillə təmin edilmədən baxış keçirildiyini və telefonundakı şəxsi məlumatlarının ələ keçirildiyini qeyd etmişdir. Şikayətçi Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından narazı olduğunu bildirmişdir. Çünki həmin qərarın verilməsi üçün əsas olmuş Protokolu tərtib edən orqan-nin İTB-nin sahə rəisi Rəşad Adıgözəlzadə tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun tam qanunsuz olduğunu iddia etmişdir. Protokol tərtib edilərkən onun verdiyi izahatın təzyiq altında verildiyini bildirmişdir. Ümumiyyətlə, onun tərəfindən verilən izahatda qeyd olunduğu kimi, onun tərəfindən ## ###### 2026-cı il tarixdə "PinUp" qumar saytından qeydiyyatdan keçdiyi və müxtəlif vaxtlarda həmin oyun vasitəsilə qanunsuz qazandığı pulları "Azərbaycan Beynəlxalq Bankı"na məxsus kartdan çıxararaq istifadə etdiyi barədə məlumatların həqiqətə uyğun olmadığını vurğulamışdır. Şikayətçi qeyd etmişdir ki, məhkəmə qərarında iş materiallarına əlavə edilmiş güya ona məxsus ABB hesabından çıxarılan ##.##.2026-cı il tarixli qəbzdən göründüyü kimi, onun hesabından USA, ***-***-**** nömrəli hesaba 4,99 USD pul köçürüldüyü göstərilmişdir. O, bunun tamamilə absurd və yalan olduğunu bildirmişdir. Çünki həmin qəbzin ona məxsus hesabdan çıxarılmadığını, həmin ödənişin ümumiyyətlə ona məxsus hesabdan göndərilməsini təsdiq edən dəlillərin iş materiallarına əlavə edilmədiyini iddia etmişdir. Şikayətçi barəsində inzibati tənbeh verilmə haqqında qərar çıxarılandan sonra ABB bankına müraciət edərək ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək olan bütün köçürmələrlə bağlı ABB kart hesabından çıxarışın verilməsini xahiş etdiyini bildirmişdir. O, şikayətinə əlavə etdiyi ABB kart hesabından çıxarışa əsasən, ##.##.2026-cı il tarixdə hesabından USA, ***-***-**** nömrəli hesaba 4,99 USD pul köçürülmədiyini, nə də həmin hesabdan onun kart hesabına mədaxil olmadığını göstərmişdir. Şikayətçi məhkəmə baxışı iclasında bu barədə dəfələrlə bildirsə də, məhkəmənin yenə də inzibati işi kifayət qədər araşdırmadan yalnız inzibati protokolda qeyd edilənlərə əsaslanaraq, ona məxsus olmayan hesabdan köçürülən 4,99 ABŞ dollarına görə onu İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etdiyini bildirmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətininj təmin edilməsini xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala rayon polis şöbəsində verdiyi izahatından görünür ki, 2026-cı ilin yanvar ayının 24də qeydiyyatdan keçərək qanunsuz qumar oyunlarlarında iştirak etdiyini, müxtəlif məbləğlər köçürərək həmin oyunlarda iştirak etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus ABB hesabından çıxarılan ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, onu hesabından USA, ***-***-**** nömrəli hesaba 4,99 USD pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus elektron poçt hesabından çıxarışdan görünür ki, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026, ##.##.2026cı il tarixlərdə Pin Up saytından mesajlar daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus telefonun mesajlar bölməsinə ##.##.2026-cı il tarixdə gələn PinForUp dan gələn mesajdan görünür ki, Login: 994509695021, Şifrə: paSMiub=ukwNULcd məzmunlu mesaj daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus elektron poçt hesabına ##.##.2026-cı il tarixdə gələn hesabdan görünür ki, elektron ünvan 2 tərəfindən ******** nömrəli İD hesab nömrəsi göndərilmişdir. İş materiallarına əlavə edilmiş Pin-Up hesabından çıxarışdan görünür ki, 82621967 kod nömrəli oyuncunun balansında 0,01 manat pul mövcuddur və 22% titul qazanılmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş materiallarını tədqiq edib və birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni qiymətləndirərək hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanunidir, əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə müəyyən edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində irəli sürdüyü iddialar işin faktiki halları və toplanmış mötəbər sübutlarla tam təkzib olunur və hüquqi əsasdan məhrumdur. İlk növbədə, şikayətçinin polis şöbəsində verdiyi izahatın təzyiq altında alınması və qumar oyunlarında iştirak etməməsi barədə iddiaları obyektiv gerçəkliyi əks etdirmir. İş materiallarına əlavə edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmiş sübutların məcmusu göstərir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə qanunsuz qumar platforması olan "PinUp" saytında özünə məxsus elnurheydəelektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçmiş, profil yaratmış və müxtəlif vaxtlarda mütəmadi olaraq qumar oyunlarında iştirak etmişdir. Şəxsin könüllü şəkildə verdiyi ilkin izahatında əməlindən peşman olduğunu bildirməsi, iş üzrə digər maddi və elektron sübutlarla tam uzlaşır və bir-birini tamamlayır. Şikayətçinin "Azərbaycan Beynəlxalq Bankı"na (ABB) məxsus kart hesabından qumar məqsədilə heç bir köçürmə aparmadığı və işdə olan bank qəbzlərinin ona aid olmadığı barədə dəlilləri də əsassızdır. Belə ki, iş materiallarında mövcud olan ##.##.2026-cı il tarixli qəbzdən aydın görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olan kart hesabından xaricdə yerləşən və qumar platformaları ilə əlaqəli olan "USA, 855-836-3987" nömrəli hesaba 4,99 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Şikayətçinin məhkəməyə təqdim etdiyi və köçürmənin olmadığını iddia etdiyi bank çıxarışı materialları, iş üzrə rəsmi qaydada sənədləşdirilmiş və elektron audit qeydləri ilə təsdiq olunmuş əməliyyat faktını aradan qaldırmır. Ekranda və rabitə vasitələrində aşkar edilmiş digər rəqəmsal sübutlar da hüquqazidd əməlin törədilməsini şübhəsiz qətiyyətlə sübut edir. Şəxsin mobil telefonunun yoxlanılması zamanı, ##.##.2026-cı il tarixdə onun "994509695021" mobil nömrəsinə "PinForUp" xidmətindən daxil olan və şəxsi istifadəçi adını habelə xüsusi giriş şifrəsini (paSMiub=ukwNULcd) ehtiva edən qeydiyyatı aşkar edilmişdir. Bundan əlavə, ##.##.2026-cı il tarixdə elektron ünvan 2 ünvanından onun elektron poçtuna "82621967" nömrəli xüsusi ID oyunçu hesabının göndərildiyi və Pin-Up platformasından çıxarılmış rəsmi profildə həmin IDyə malik oyunçunun balansında qumar pulunun (0,01 manat) və qazanılmış status faizinin (22% titul) mövcud olduğu aşkar surətdə müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, hakimin inzibati xətanın olub-olmamasını və şəxsin təqsirini müəyyən etmək üçün istinad etdiyi protokollar, izahatlar, elektron məlumatlar və digər sənədlər tam hüquqi qüvvəyə malik sübutlardır. İXM-in 84.1-ci maddəsinin tələbinə görə, hakim işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv tədqiq edərək öz daxili inamı ilə hüquqi qiymət verməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi toplanmış materiallara düzgün hüquqi qiymət vermiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 525-ci maddəsinin tərkib əlamətlərinin olduğunu tam və qanunauyğun şəkildə subbuta yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən 3000 manat məbləğində inzibati cərimə və qumara qoyulmuş 8.48 manat pul vəsaitinin müsadirəsi tənbehi qanunvericiliyin prinsiplərinə, xətanın xarakterinə və törədən şəxsin şəxsiyyətinə tam uyğundur. İcraat zamanı sübutların qanunsuz əldə edilməsi və ya şəxsin müdafiə hüququnun pozulması kimi prosessual xətalara yol verilməmişdir. Bu səbəbdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin qərarı isə qüvvədə saxlanılmalıdır. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-268/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-268/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver