Məhkəmə qərarları › İş №3(3-10)-269/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-269/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-269/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs İbrahimov Sərxan Yusif oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sərlik edən P.Məmmədova) İbrahimov Sərxan Yusif oğlunun barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. işin halları: İbrahimov Sərxan Yusif oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında X3 Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMin) 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə ## ###### 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli Əmək, məşğulluq, əmək pensiyaları, sosial muavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən onun İXM-in 469- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli Əmək, məşğulluq, əmək pensiyalan, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qarar qəbul etmişdir. Hesab edir ki, onun barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərar prosessual qanunvericilik kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, hazırda qüvvədə olan İnzibatı Xətalar Məcəlləsi İnzibati xətalar haqqında işlər barədə elektron informasiya ehtiyatları və sistemləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsi ilə inzibati xətalara dair işlərə baxılmasının prosessual əsaslarını müəyyən etmiş lakin barəmdə yuxarıda qeyd edilən elektron qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən barəsində elektron protokol tərtib edilməsi barəsində onu məlumatlandırmamış, ona elektron protokolun surəti göndərilməmiş, barəsində inzibati icraatın aparılmasından xəbəri olmamış və onun xəbəri olmadan barəmdə qeyd olunan elektron qərara qəbul edilmişdir ki, bu da hazırda qüvvədə olan qanunvericiliyin kobud şəkildə pozulmasıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Sərxan Yusif oğlu apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə onun barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. Şikayətçi birinci instansiya məhkəməsinin sözügedən qərarını qanunsuz, əsassız və ədalətsiz hesab etmişdir. Şikayətçi bildirmişdir ki, işə baxan birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İbrahimov Sərxan Yusif oğlu tərəfindən işəgötürən kimi üzərinə düşən qanunvericiliklə müəyyən edilmiş vəzifələr yerinə yetirilməmişdir, yəni əmək müqaviləsi bağladığı işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Şikayətçi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsinin bu mövqeyi İnzibati Xətalar Məcəlləsinin fundamental prinsiplərindən olan "təqsirsizlik prezumpsiyası prinsipi"nə ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericilik inzibati xətaya dair işlərə baxarkən inzibati məsuliyyətə cəlb edilmiş şəxsin təqsirli olmasının sübut edilməsini inzibati xətaya dair işlərə baxan orqanların üzərinə qoymuşdur. Buna görə də işə baxan birinci instansiya məhkəməsi şikayətçinin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübutları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsindən tələb etməli və obyektiv həqiqətin müəyyən edilməsi üçün öz təşəbbüsü ilə sübutlar toplamalı idi. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən onun barəsində İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, İbrahimov Sərxan Yusif oğlu tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçinin (X2) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin etmədiyinə görə İXM-in 469.2-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. AR ƏƏSMN X3 Xidmətinin 3-17-5/2-İ-7196/2025 saylı, ## ###### 2026-cı il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225- ci maddəsinin 1-ci hissəsinə əsasən İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən ##.##.2025-ci il tarixində inteqrasiya olunmuş məlumatlara əsasən fərdi sahibkar İbrahimov Sərxan Yusif oğlu ilə əmək müqaviləsi bağlamış 1 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin olmadığı müəyyən edilmiş və bu səbəbdən İbrahimov Sərxan Yusif oğlu barəsində İXM-in 469-1-ci maddəsinə uyğun olaraq ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin altsistemi olan Avtomatlışdırılmış Sosial Informasiya Sisteminin (ASİS) Elektron audit modulu üzərində cərimələrin tətbiqi yalnız real vaxt rejimində aparılır. Belə ki, İXM-in 127-3.2-ci maddəsinə əsasən həmin Məcəllənin 469-1-ci maddəsində göstərilən inzibati xəta dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq "İCMAL" informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. İXMin 469-1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cəərimə edilir. Göstərilənləri nəzərə alaraq barənizdə tərtib olunaraq "ASAN ödəniş" informasiya sistemində mövcud olan şəxsi elektron kabinetinə yerləşdirilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında elektron qərarın surəti məlumat üçün təqdim edilir Məhkəmə sorğusu əsasında AR ƏƏSMN X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş *-**-*/*-*****/**** saylı, ## ##### 2026-cı il tarixli məktubun surətindən görünür ki, İXM-in 127-3.2-ci maddəsinə əsasən həmin Məcəllənin 469-1-ci maddəsində göstərilən inzibati xəta dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, İnzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada va bu Məcələnin 45-2.3-cü maddəsinə uyğun olaraq "ICMAL" informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tenbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ile təsdiqlənir və işlə bağlı araşdırma aparılması nəzərdə tutulmur.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Qanunvericiliklə işəgötürənin fəaliyyət sahəsindən asılı olaraq istehsalatda bədbəxt hadisələrdən sığorta ilə bağlı hər hansı xüsusi müddəa müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən 05.12. 2025-ci il tarixində inteqrasiya olunmuş məlumatlara əsasən fərdi sahibkar İbrahimov Sərxan Yusif oğlu ilə əmək müqaviləsi bağlamış 1 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itinilməsi hallarından icban sığorta müqaviləsinin olmadığı müəyyən edilmiş və bu səbəbdən İbrahimov Sərxan Yusif oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə uyğun olaraq ##.## 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məhkumun şəxsi işini və apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, İbrahimov Sərxan Yusif oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, fərdi sahibkar İbrahimov Sərxan Yusif oğlu ilə əmək müqaviləsi bağlamış 1 nəfər işçinin (X2) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin olmadığı müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması qeyd edilməklə İXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini tam formalaşdırır. Şikayətçinin barəsində elektron icraat aparılarkən qanunvericiliyin tələblərinin pozulması, onun məlumatlandırılmaması və "təqsirsizlik prezumpsiyası" prinsipinin zədələnməsi barədə dəlilləri tamamilə əsassızdır və hüquqi məntiqə söykənmir. İXM-in 127- 3.2-ci maddəsinə əsasən, bu qəbildən olan xətalar dövlət informasiya sistemləri vasitəsilə aşkar edildikdə, real vaxt rejimində, şəxsin iştirakı olmadan və əlavə iş üzrə araşdırma aparılmadan birbaşa elektron qərar formasında çıxarılır. Səlahiyyətli orqan tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli elektron qərar qanunvericiliyin bu tələbinə uyğun olaraq unikal nömrə ilə rəsmiləşdirilmiş və şəxsin "ASAN ödəniş" sistemindəki elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır. Məlumatlandırma və sənədlərin rəsmi çatdırılması məsələsində, İXM-in 57-ci maddəsinin tələbləri xüsusilə rəhbər tutulmalıdır. Həmin maddə inzibati xətalar haqqında işlər üzrə sənədlərin, rəsmi bildirişlərin və qərarların aidiyyəti şəxslərə rəsmi qaydada verilməsinin prosessual əsaslarını və alternativ üsullarını tənzimləyir. Belə ki, fiziki və hüquqi şəxslərin dövlət tərəfindən yaradılmış rəsmi elektron kabinetləri (o cümlədən "ASAN ödəniş" sistemi) sənədlərin rəsmi qaydada çatdırılma məkanı kimi təsbit olunmuşdur. Səlahiyyətli orqanın gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək şəxsi elektron kabinetə yerləşdirilmiş inzibati tənbeh vermə haqqında elektron qərar İXM-in 57-ci maddəsinin birbaşa tələbinə görə hüquqi qüvvəyə minmiş, rəsmi qaydada verilmiş və şəxsə rəsmən elan olunmuş hesab edilir. Şəxsin öz elektron kabinetini vaxtında yoxlamaması, rəqəmsal bildirişlərə biganə yanaşması və ya texnoloji imkanlardan istifadə etməməsi onu qanun qarşısında məsuliyyətdən azad etmir və prosessual qanunvericiliyin pozulması hüquqi nəticəsini doğurmur. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin rəsmi məlumatları, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) və Avtomatlaşdırılmış Sosial İnformasiya Sisteminin (ASİS) Elektron audit modulunun inteqrasiya olunmuş real vaxt göstəriciləri şikayətçinin təqsirini qəti şəkildə subut edir. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarının tətbiqində heç bir xətaya yol verməmişdir. Şikayətçiyə tətbiq edilmiş 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri xətanın xarakterinə, törədilmə şəraitinə və qanunvericiliyin ümumi prinsiplərinə tam mütənasib olmaqla, İXM-in 9.1 və 21-ci maddələrində təsbit edilmiş ədalət və profilaktika məqsədlərinə tam cavab verir. Səbəb göstərilən əsaslara görə, birinci instansiya məhkəməsinin qanuni qərarının ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir, şikayətin dəlilləri əsaslı deyildir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İbrahimov Sərxan Yusif oğlu tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İbrahimov Sərxan Yusif oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar