Məhkəmə qərarları › İş №3(3-10)-272/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-272/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-272/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmasına dair Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından protokol tərtib edən orqan X8 Xidmətinin Hüquq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, “xxxx” MMC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışır. ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarla barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edilmişdir. Qərarın əsasında, ##.##.2025-ci il tarixində motokuryer vəzifəsində çalışan işçi Mehdiyev Talehin yolnəqliyyat hadisəsi keçirməsi ilə əlaqədar tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunması üçün dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat vermədiyi qeyd olunmuşdur. Hadisə həmin günün ikinci yarısında təqribən saat 16:00 - 17:00 radələrində baş vermiş və həmin tarixdə həm Əməyin Mühafizəsi üzrə məsul şəxs (Əmək Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin müdiri Rüstəm Lazımov), həm də kuratoru, direktor müavini Ruslan Hümbətov əmək məzuniyyətində olmuşlar (əmək məzuniyyətinin verilməsinə dair müvafiq əmrlərin surəti qoşmadadır). Bu səbəbdən ilkin məlumatın təqdim edilməsi yalnız ##.##.2025 tarixində mümkün olmuşdur. Bundan əlavə, hadisə üçün ilkin tibbi müdaxilə hadisənin qarşı tərəfinin təşəbbüsü ilə özəl tibb müəssisəsində həyata keçirilmiş, bu da zərərçəkmiş işçiyə dair məlumatların əldə olunmasında müəyyən gecikmələrə səbəb olmuşdur. Özəl tibb müəssisələrinin fəaliyyət qaydaları nəzərə alındıqda, pasiyent məlumatlarının aidiyyəti qurumlara təqdim olunması yalnız pasiyentin razılığı ilə həyata keçirilir. Hadisə barədə əməkdaşın bilavasitə rəhbəri tərəfindən məlumat verilməsi iş vaxtından sonra baş verdiyindən, rəsmi prosedurların həyata keçirilməsi yalnız növbəti iş günündə ##.##.2025 tarixində mümkün olmuşdur. Bununla yanaşı, inzibati xəta hadisəsi kimi qiymətləndirilən müvafiq halı (məlumat verilməməsi) ƏƏSMN kiminsə şikayəti əsasında deyil məhz işəgötürən olaraq onun sayəsində öyrənə bilmişdir. Bu, öz növbəsində, faktın gizlədilməsinə dair hər hansı niyyətin və ya qərəzli davranışın olmadığını göstərir. İşlədiyi müəssisədə belə hallara qarşı olduqca həssas yanaşılır və oxşar situasiyalarda mütəmadi olaraq müvafiq qurumlara qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtında məlumat verilmişdir (müvafiq nümunələr qoşmadadır). Qeyd edilən halları və təcrübəli mütəxəssis kimi məsuliyyətli fəaliyyətini nəzərə alaraq bildirir ki, müvafiq protokol və ona dair qəbul edilmiş qərarla razı deyildir. Hesab edir ki, sadaladığı hallar üzrlü səbəb kimi qəbul edilə və protokol tətbiq edilməyə bilərdi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsini rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən şikayət verilmişdir. şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ##.##.2026-cı il tarixli, 3(039)- ****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İnzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Xidmətin Bakı Şəhər İdarəsinə göndərilmişdir. Məhkəmə qərarını bununla əsaslandırmışdır ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Hesab edirlər ki, məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, X8 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Məhkəmə işə baxarkən inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Qərardan şikayət verən orqan (şəxs) hadisə barədə sonradan məlumatlı olması səbəbindən Xidmətə məlumat verməməsinə münasibətdə bildirlər ki, İnzibati xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi müvafiq inzibati xətanı tənzimləyən maddənin dispozisiyasında müəyyənləşdirilir. İXM-nin 555.1-ci maddəsində xətanın qəsdən, yaxud ehtiyatsızlıqdan törədilməsi istisna edilməmişdir. Həmçinin, inzibati xətalara münasibətdə məsuliyyəti istisna edən hallar qanunvericilikdə dəqiq müəyyənləşdirilir. İXM-nin 555.1-ci maddəsində inzibati xəta üzrə təqsirin növü fərqləndirilmədiyindən, nə də məsuliyyətdən azad edən istisna hal müəyyənləşdirilmədiyindən şəxsin məlumatlı olub-olmaması onu məsuliyyətdən azad etmir. Həmçinin, müvafiq maddənin dispozisiyasından göründüyü kimi sadəcə gizlədilmə yox, məlumat verilməməsi də inzibati xətanı yaradır. Bu halda şəxsin gizlətmə niyyəti olmasa belə, onun hadisə baş verən gün dərhal məlumat verməməsi qanunla müəyyən edilmiş öhdəliyinin icra edilməməsidir. Məhkəmə iş üzrə sübutların olmamasına istinad etsə də, şikayətçi tərəfindən məhkəmədə verilmiş izahatlar faktı təsdiq etməyə kifayət edir. Belə ki, izahatlar qəbul edilmiş qərarla ziddiyyət təşkil etmir. İşəgötürən məlumatın dərhal verilmədiyini etiraf edir, məhkəmə tərəfindən belə məlumatın dərhal verilməməsinin səbəblərinə hüquqi qiymət verilə bilərdi, lakin yuxarıda qeyd olunduğu kimi, müvafiq maddə üzrə məsuliyyəti, yaxud təqsirin növünü istisna edən norma mövcud olmadığından inzibati xətaya görə hər bir halda məsuliyyət tədbiri görülməlidir. Həmçinin, qeyd olunan inzibati xətanın mövcudluğu şəxsin Xidmətə ünvanladığı ##.##.2025-ci il tarixli, ***/**** nömrəli məktubla və həmin tarixdə elektron poçt vasitəsi ilə göndərilmiş məlumatla öz təsdiqini tapır (hər iki sənəd təqdim edilir). Beləliklə, Yevlax Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İXM-in 555.1-ci maddəsi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol qəbul edilərkən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Qərardan şikayət verən orqan (şəxs)nın təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və məhkəmə qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 555.1-ci maddəsinə əsasən, İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan sənədlərə əsasən vəzifəli şəxs tərəfindən İXM-in 555.1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmət tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Odur ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılması barədə Qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X1 şikayəti müdafiə edərək bildirdi ki, ## ###### 2025-ci il tarixdə "xxxx" MMC-də motokuryer vəzifəsində çalışan işçi Taleh Mehdiyev yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC-nin vəzifəli şəxsi istehsalatda baş vermiş bədbəxt hadisənin baş vermə faktını gizlətmiş və bədbəxt hadisənin araşdırılması üçün qanunvericiliyə əsasən həmin gün DƏMX-yə məlumat verməmişdir. Məlumat hadisə baş verən gündən 2 gün sonra, yəni ## ###### 2025-ci il tarixdə verilmişdir. Bu barədə yazılı məlumatı mövcuddur. Təqdim olunan sənədlə qarşı tərəf dolayı yolla öz təqsirini etiraf edir. Verilən suallara cavab olaraq bildirdi ki, onlara heç bir məlumat verilmədiyi üçün, onlar araşdırma apararaq xəsarəti müəyyən edə bilməmişlər. Onlar "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədə istinad etmişlər. Sorğu verilərsə hadisənin baş veribverməməsini müəyyən etmək olar. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayadada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin məzmunundan görünür ki, onun əsas dəlili “xxxx" MMC-də motokuryer vəzifəsində çalışan işçi Taleh Mehdiyevin ## ###### 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi və "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisənin baş vermə faktını gizlətməsi və bədbəxt hadisənin araşdırılması üçün qanunvericiliyə əsasən həmin gün X8 Xidmətinə məlumat verilməməsidir. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli əmrindən görünür ki, “xxxx” MMC-nin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində şöbə müdiri vəzifəsində çalışan X5 cari iş ili üzrə 7 (yeddi) gün əsas, keçmiş iş illəri üzrə 2023-2024 iş dövrü üçün 15 ( on beş) gün əsas, 6 (altı) gün əlavə təqvim günü olmaqla (əmək məzuniyyətinin bir hissəsi), ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək ümumilikdə 28 ( iyirmi səkkiz) gün məzuniyyətin verilməsi əmr edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli əmrindən görübür ki, “xxxx” MMC-nin direktor müavini vəzifəsində çalışan X6 iş illəri üzrə 2024-2025 iş dövrü üçün 9 (doqquz) gün əsas təqvim günü olmaqla (əmək məzuniyyətinin bir hissəsi), ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək məzuniyyətin verilməsi əmr edilmişdir. İş materiallarında olan “xxxx” tərəfindən X8 Xidmətinə ünvanlanmış ##.##.2025-ci il tarixli, ***/**** saylı məktubda qeyd olunmuşdur ki, “xxxx" MMC-nin Əməliyyatlar şöbəsinin moto-kuryer vəzifəsində çalışan əməkdaşı X3 Bakıxanov ərazisində (Sabunçu İcra Hakimiyyətinin qarşısında, H.Ərəblinski küçəsində) idarə etdiyi 99-H-138 dövlət qeydiyyat nişanlı motosiklet ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandıraraq göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ####### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Qərardan şikayət verən orqan (şəxs) həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə qərar qəbul etməklə tam ədalətli və qanuni mövqe tutmuşdur. Belə ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli məktubundan da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün müraciət etsə də qeyd edilən sənədlər birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər, o cümlədən qərarda göstərilən hadisənin baş verməsini təsdiq edən sənədlər (protokollar, ekspertiza rəyləri, istintaq orqanının qərarı və s.) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmasına dair Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar