Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-273/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin rəsi X6 oğlunun və nümayəndəsi X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDI: Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ilə, (sədrlik edən hakim Qalib Paşayev) şikayətin qismən təmin edilməsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN 1869919 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. IŞIN HALLARI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin rəisi X6 oğlu şikayət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin rəisi X6 oğlu şikayətini onunla əsaslandırmışdır ki, X7 Istismarı Idarəsində müddətli əmək müqaviləsi əsasında “informasiya texnologiyaları üzrə mühəndis” vəzifəsində X8 ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. L.E.Ismayılovanın müraciəti əsasında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsində araşdırma aparılmış, L.E.Ismayılova ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 144-cü maddəsinin tələblərini pozduğu, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qənaətinə gəlinməklə, onlardan daha ciddi inzibati xəta olan 192.6-cı maddə üzrə 1800 manat məbləğində inzibati cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Bu qərarı qanunvericiliyə zidd hesab edir. L.E.Ismayılova həmçinin Yevlax Rayon Məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) qarşı iddia qaldıraraq, qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin ## ####### 2025-ci il tarixdə qəbul edilmiş ədalətli qətnamə ilə onun iddiası təmin edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verildiyi müəyyən edilmişdir. Inzibati xəta müqavilələrində dəyişiklik edilərkən hər hansı işçiyə, o cümlədən Ləman Ismayılovaya qarşı ayrı-seçkilik edilməmiş, hər kəsə bərabər yanaşılmışdır. X8 ona təklif edilən yeni vəzifənin ixtisasına uyğunluğunu və əmək haqqında müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişiklik olduğunu nəzərə alıb, onunla bağlanmış əmək müqaviləsində dəyişiklik edilməklə, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsinə keçirilməsinə razılıq vermişdir. ## ####### 2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilmiş əmək müqaviləsi 3 ay müddətinə olmaqla müddətli hesab edilmişdir. Bu dəyişikliklər elektron qaydada bağlanmış, müqavilə X8 tərəfindən SIMA proqramı vasitəsilə, heç bir təzyiq olmadan imzalanmışdır. Bundan sonra işlədiyi müddətdə L.E.Ismayılova onunla bağlanmış əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı şifahi və ya yazılı narazılığını bildirməmişdir. Cari ilin 17 iyun tarixindən Ləman Ismayılova heç bir səbəb göstərmədən işə gəlməmişdir. Ləman Ismayılovaya ilk öncə idarədə işləyən həyat yoldaşı Tahir Ismayılov vasitəsilə şifahi xəbərdarlıq edilmişdir. X11 işə çıxmamasını böyrəyində olan problemlə əlaqələndirdiyini bildirmişdir. ##.##.2025-ci il tarixdə Ləman Ismayılovaya rəsmi yazılı xəbərdarlıq elan edilmişdir. Ləman Ismayılova heç bir üzrlü səbəb olmadan işə çıxmadığından və idarədə həmin vəzifənin icrası vacib olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və həmin vəzifəyə başqa işçi qəbul edilməsi zərurəti yaranmışdır. ## #### 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından və əmək qanunvericiliyinə əsasən işçiylə bağlanmış əmək müqaviləsinə yalnız bir əsas üzrə xitam verilə biləcəyindən, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozsa da, onunla bağlanmış əmək müqaviləsinə məhz müddətin bitməsinə görə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bu məqsədlə qanunvericiliyin tələblərinə uyğun olaraq ##.##.2025-ci il tarixdə Ləman Ismayılovaya bildiriş göndərilməklə, ##.##.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Bildirişi birlikdə yaşadıqları həyat yoldaşı Tahir Ismayılov şəxsən imzalamaqla qəbul etmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə verilmiş müvafiq əmrlə X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə riayət edilmişdir. Qeyd etdiklərinin həqiqət olduğu Yevlax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli 2(039) ****/**** nömrəli qətnaməsi ilə bir daha təsdiq edilir. Bundan başqa əmək müqaviləsinə qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə təqsirli bilinməklə yanaşı, əmək müqaviləsinə xitam verilərkən işçiyə istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsinə görə də təqsirli bilinməyini məntiqsiz hesab edir. Belə ki, əgər işçinin işdən azad edilməsi ilə bağlı əmr qanunsuzdursa, onda həmin əmr əsasında son haqqhesabın- istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi ödənilməsi özlüyündə qanunsuz olmalıdır. Buna görə də hesab edir ki, ondan son haqq-hesabın düzgün ödənilməsi tələb edilirsə, deməli, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanunvericiliyə uyğun olmuşdur. Işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuni olub-olmaması yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. Eləcə də işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edildikdə onun məcburi şəkildə işə bərpası ilə bağlı qərar yalnız məhkəmələr tərəfindən qəbul edilə bilər. Işəgötürən əmək müqaviləsinə xitam verməkdə özünü haqlı saydığı halda, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğu müəyyən edilmədikcə, haqqında iş üzrə icraat zamanı da bu barədə X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə məlumat verilmiş, lakin vəzifəli şəxs tərəfindən heç bir əsaslandırma aparılmadan Inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə dair qərar qəbul edilmişdir. X8 ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Belə ki, X8 ## #### 2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən X5 Istismar Idarəsinə 7-ci dərəcə texnik- hidrotexnik vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt onun əmək haqqı 151 manat olmuş, sonradan hər dəfə ölkə üzrə minimum əmək haqqı artırıldıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında əmək haqqısı müəyyən edilən vəzifələr sırasına daxil edildiyindən, onunda əmək haqqı müvafiq şəkildə artırılmışdır. X5 Istismar Idarəsi tabeliyində olduğu “X10 Xidməti” X2in ## ###### 2024-cü il tarixli qərarı (əmri) ilə yenidən təşkil edilmiş və Qərardan şikayət verən orqan (şəxs) adlandırılmışdır. Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli **** nömrəli “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ## ### 2024-cü il tarixli, ***/F nömrəli əmri ilə “X10 Xidməti” X2in strukturu təsdiq edilmişdir. Bunun davamı olaraq X5 Istismar Idarəsində mövcud olan ştat vahidləri də ixtisara düşmüş, Idarənin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni ştat cədvəlinin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir. Bu barədə X5 Istismar Idarəsinin bütün işçiləri məlumatlandırılmış və onlara, tutduqları ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Eləcə də idarədə texnik-hidrotexnik vəzifəsində işləyən X8 ##.##.2024-cü il tarixdə rəsmi xəbərdarlıq təqdim edilərək, onunla bağlanmış əmək müqaviləsinə 6 təqvim həftəsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi diqqətinə çatdırılmış, bu müddətdə, o, əmək haqqı saxlanılmaqla hər həftə bir iş günü işdən azad edilmişdir. Xəbərdarlıq məktubunda bu müddətdə ixtisasına uyğun iş yeri müəyyən ediləcəyi halda ona məlumat veriləcəyi göstərilmişdir. X8 edilmiş xəbərdarlıq müddətində yeni ştat cədvəlinə uyğun olaraq, idarədə əvvəllər nəzərdə tutulmayan “informasiya texnologiyaları üzrə mühəndis” vəzifəsi təsis edilmişdir. Ixtisasına uyğun olduğundan həmin vəzifə X8 təklif edilmiş, o, həmin vəzifəyə keçməyə razılığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Həmin ərəfədə X5 Istismar Idarəsində 218 işçi çalışmışdır. Yeni ştat cədvəlində isə 174 ştat nəzərdə tutulduğundan, 44 işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Işçilərin bəziləri onlara təklif edilmiş yeni vəzifədə çalışmaqdan imtina etmişlər. Yuxarı təşkilat tərəfindən yeni ştat cədvəlində müəyyən edilmiş vəzifələrin hər birinə işçilərin müddətli əmək müqaviləsi əsasında qəbulu məqsədəuyğun hesab edilmişdir. Buna görə də özü də daxil olmaqla, bütün şəxslərə yeni ştat cədvəlində nəzərdə tutulmuş yeni vəzifələr müddətli əmək müqaviləsi əsasında təklif edilmişdir. Bu şərtlərlə razılaşan şəxsərlə ya yeni əmək müqaviləsi bağlanmış, ya da mövcud əmək müqaviləsində müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdə işçilərin xeyrinə müsbət şərtlər mövcud olmuş, əmək haqqı əvvəlki ilə münasibətdə təxminən iki dəfə artıq müəyyən edilmişdir. Hal hazırda da idarədə işləyən şəxslərlə bağlanmış bütün əmək müqavilələri müddətlidir. Inzibati orqan tərəfindən onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunvericiliyin məğzinə ziddir. Bununla bağlı qəbul edilmiş məhkəmə qətnaməsində isə onun haqlı olduğu müəyyən edilmişdir. Qeyd edilənlər onun hərəkətlərində Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibinin olmadığını göstərir. Təqsirli bilindiyi Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə gəldikdə isə L.E.Ismayılova ilə son haqq-hesabın düzgün aparılmadığını, yəni ona vaxtında məzuniyyətə görə pul əvəzinin tam ödənilmədiyini qəbul edir. Lakin bu hal hesablamanın düzgün aparılmamasına görə baş vermiş və tərəfindən aşkar edildikdən dərhal sonra tam şəkildə ödəniş həyata keçirilmişdir. Bu pozuntu qəsdən törədilməmiş, aşkar edilən kimi aradan qaldırılmışdır. Hesab edir ki, Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta subyektiv cəhətdən yalnız qəsdlə törədilə bilər. O, L.E.Ismayılovaya edilməli olan bütün ödənişlərin tam və vaxtında ödənilməsini təmin etmək məqsədilə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair verdiyi əmrdə son haqq-hesabın aparılmasına dair göstəriş vermişdir. Göründüyü kimi, onun L.E.Ismayılovaya onun haqqı olan məzuniyyətə görə pul əvəzinin tam verilməməsi kimi niyyəti olmamış, eləcə də onunla son haqq-hesabın düzgün aparılmamasına gətirib çıxaracaq hansısa hərəkətə şüurlu şəkildə yol vermişdir. Bu hadisənin baş verməsini onun mühasibatlığı mütəxəssis səviyyəsində bilməməyi ilə əlaqələndirmək olar ki, aidiyyəti işçilərin yol verdiyi səhv də artıq tapşırığı ilə aradan qaldırılmışdır. Buna görə də hesab edir ki, həmin hadisədə Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bütün tərkib elementləri yoxdur. Yəni bu hal qəsdən törədilmə nəticəsində baş verməmişdir. Ehtiyatsızlıqdan törədildikdə isə bu kimi hallar həmin maddə ilə məsuliyyətə səbəb olmur. Təsadüfi deyil ki, həmin maddədəki “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri, Inzibati Xətalar Məcəlləsinin ## ### 2025-ci il tarixədək olan variantında “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri kimi müəyyən edilmişdir. Hansı ki, qanunvericiyə edilmiş müvafiq dəyişikliklər eyni mənada işlənən ifadələrin qanunvericilik texnikasının hüquqi və linqvistik tələbləri baxımından təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Belə ki, əvvəlki variantda işlənmiş bəsit ifadələr ehtiyatsızlıq, səhlənkarlıq nəticəsindəki yanlış hesablamaların həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaratmadığını rahatlıqla deməyə imkan verirdi. Mövcud variant isə ehtiyatsızlıqdan törədilməyə görə məsuliyyət müəyyən edən inzibati xətaların IXM-də dəqiq göstərildiyinə, bunun davamı olaraq həmin maddə üzrə məsuliyyətin yalnız qəsdən törədildiyi halda yarandığına dair hüquqi düşüncəni özündə əks etdirəcək şəkildə tərtib edilmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin nümayəndəsi X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilmiş qərar qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 Istismarı Idarəsinə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla sorğu göndərilmiş və məktubda göstərilən sənədlərin regional şöbəyə təqdim edilməsi tələb edilmişdir. Idarə tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-***/*-**/**** nömrəli məktub və məktuba əlavə edilmiş qoşma sənədlərə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən məlum olmuşdur ki, X8 Suvarma Kanalının Istismarı Idarəsinə ##.##.2017-ci ildə hidrotexnik vəzifəsinə qəbul edilmiş, ##.##.2024-cü il tarixindən həmin idarədə Informasiya Texnologiyaları üzrə mühəndis vəzifəsinə keçirilmişdir. Həmçinin işəgötürən X7 Istismarı Idarəsi tərəfindən işçi X8 ilə aralarında bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin (Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinin (Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün ış illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir) tələbləri pozulmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4 (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə uyğun olaraq inzibati xəta halı yaranmışdır. Nəticədə Xidmətin Mərkəzi Aran regional Şöbəsi tərəfindən vəzifəli şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin rəisi X6 oğlu barəsində haqlı olaraq ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ DƏLILLƏRI: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin rəsi X6 oğlu və nümayəndəsi X4 şikayətin təmin edilməməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X10 Xidməti X2 X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN 1869919 inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş materiallarının yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan şikаyət təmin edilməməlidir. Belə ki, işdə olan ## ###### 2025-ci il tarixli, MN 1869919 inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində 1800 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Iş materiallarına əlavə edilmiş X7 Istismarı Idarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi cənab Elxan Çərkəzova ünvanlanmış ## ####### 2025-ci il tarixli, 3-53-2-066/2-60/2025 mömrəli məktubdan görünür ki, X8 şikayətində qeyd edilənlər onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilməsinin onun tərəfindən qəbul edilməməsi nəticəsində formalaşmış şəxsi təxəyyülün nəticəsi olmaqla, həqiqəti əks etdirmədiyi, X8 şikayətində göstərdiklərinin Yevlax Rayon Məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) qarşı “qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair qaldırdığı iddia ərizəsinə də daxil etdildiyi, məhkəmə iclasının keçirildiyi və növbəti məhkəmə iclasının ##.##.2025-ci ilə təyin edildiyi, L.E.Ismayılova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin, eləcə də L.E.Ismayılovanın hüquqlarının pozulub-pozulmaması məhkəmə araşdırmasının nəticəsində müəyyən ediləcəyi bildirilmiş və L.E.Ismayılovanın müraciətində göstərdiyi xüsusatlar üzrə məhkəmədə işə baxıldığını nəzərə alınmaqla aparılan araşdırmanın məhkəmə prosesinin sonuna qədər dayandırılması xahiş edilmişdir. Iş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh Azərbaycan Dövlət Su X22 Su Meliorasiya Xidməti X2 X7 Istismarı Idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN 1869919 inzibati tənbeh vermə haqqında qərarı bütün sübutlara istinad edilmədən və qiymət vermədən qəbul edilmiş, həmçinin X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun həmin qərarla Inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətalarını törətməsini, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sübutları nəzərdən keçirərək əsaslə olaraq hesab etmişdir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN 1869919 inzibati tənbeh vermə haqqında qərar əğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Iş mаteriаllаrındаn görünür ki, X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN 1869919 inzibati tənbeh vermə haqqında qərarın bütün sübutlara istinad edilmədən və qiymət vermədən qəbul edilmiş, X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun həmin qərarla Inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsini, həmçinin qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə hərtərəfli araşdırılma aparılmamışdır. Belə ki, iş mаteriаllаrındаn görünür ki, ## ###### 2025-ci il tarixli MN 1869919 inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsаs оlаn fаktiki hаllаr L.E.X19 Kanalının Istismarı Idarəsinə qаrşı qаldırılmış işdən çıxаrmа hаqqındа əmrin ləğv edilməsi, işə bərpа və məcburi işburаxmаyа görə əmək hаqqının ödənilməsi tələbi ilə bаğlı məhkəmədə qаldırdığı iddiаnın əsаsı predmet baxıməından eynilik təşkil edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən də həmin iddiаyа hüquqi qiymət verilmişdir. Yəni Yevlax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı X8 cavabdeh Azərbaycan Dövlət Su X22 Su Meliorasiya Xidməti X2 X7 Istismarı Idarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Tərəflərin аpellyаsiyа məhkəməsində bildirdiklərinə görə həmin qətnаmədən X8 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir ki, bu аpellyаsiyа şikаyəti də hаzırdа Şəki Аpellyаsiyа Məhkəməsinin icrааtındаdır. Eyni zаmаndа iş mаteriаllаrındаn və Azərbaycan Dövlət Su X22 Su Meliorasiya Xidməti X2 X7 Istismarı Idаrəsinin rəisinin şikаyətindən və məhkəmədə verdiyi izаhаtdаn müəyyən оlunur ki, X8а istifаdə etmədiyi məzuniyyətə görə artıq pul kоmpensаsiyаsı və sоn hаqq-hesаb ödənilmişdir və işçiyə məmin vaxt işdən çıxаrılаrkən istifаdə etmədiyi məzuniyyətə görə pul kоmpensаsiyаsının sоn hаqq-hesаbın ödənilməməsi mühasibatlıqdakı hesаb səhvləri ilə bаğlı оlmuş və оnun bu işdə təqsiri оlmаmışdır. Оnа görə də işin qeyd edilən bu fаktiki hаllаrı tаm müəyyən edilmədən və оnlаrа düzgün hüquqi qiymət verilmədən X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun IXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməsi və inzibati qaydada tənbeh edilməsi barədə sözügedən ## ###### 2025-ci il tarixli MN ******* saylı qərar həqiqətən də işin hərtərəfli, tаm və оbyektiv аrаşdırılmаsı və ədаlətlilik meyаrlаrınа cаvаb verməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instаnsiyа məhkəməsinin X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın bütün sübutlara istinad edilmədən və qiymət vermədən qəbul edilməsi, həmçinin X7 Istismarı Idarəsinin rəisi X6 oğlunun həmin qərarla Inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törədibtörətməməsinin tam araşdırılmaması, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və bununlа dа hərtərəlfli аrаşdırmаnın аpаrılmаsı üçün işin yenidən həmin inzibаti оrqаnа qаytаrılmаsı bаrədə gəldiyi nəticə əsаslıdır və işin hаllаrınа tаm uyğundur. Оnа görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Hüquq Idаrəsinin mülahizə xarakterli dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Qeyd edilənlərə əsasən işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmаlıdır. NƏTICƏVI HISSƏ: Аzərbаycаn Respublikаsı IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı IXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-273/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-273/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver