Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-278/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin halları: “xxxx” MMC tərəfindən X9 müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubla müraciət olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməməklə münasibət bildirilməmiş və “xxxx” MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Şəki-X5nin nümayəndəsi X2 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş X9 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Şəki-X5nə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini tələb edə bilər. X9 müraciəti “xxxx” MMC-ə ünvanlansa da, heç bir cavab alınmamışdır. Bundan başqa “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, yuxarıda qeyd olunan məktubda nəzərdə tutulan tədbirlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülməmiş, nəticədə hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd olunanları nəzərə alaraq “xxxx” MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən şikayət verilmişdir. şikayətin dəlilləri: Verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ##.##.2026-ci il tarixli, 3(5-158)- ***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-X5 tərəfindən tərtib edilmiş “xxxx” MMC barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyi yanında X4 Xidməti X4 Şəki- Zaqatalaregional şöbəsi tərəfindən vətəndaşa aid sənədlərin təqdim edilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və onun rəhbərliyinə ünvanlanmış məktubun ünvana çatdırılmasına dair çıxarış və eyni zamanda məktubun hansısa bir ünvana çatdırılması barədə bildiriş iş materiallarına əlavə edilmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin SosiaMüdafıəsi Nazirliyi yanında X4 Xidməti X4 Şəki X5 tərəfindən məhkəməyə bildirişin çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin, Azərpoçt MMC-nin "xxxx" MMC-yə vermiş olduğu cavabdan göründüyü kimi, ƏƏSMN X4 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış SS 942064275AZ ştrix kodlu sifarişli məktub “xxxx" MMC-yə çatdırılmadığından, həmçinin ##.##.2026 tarix sorğunun "xxxx" MMC-nin məlumatlı olmasını təsdiq edəcək elektron kabinetində olan mobil telefon nömrəsinə göndərilmiş SMS məlumat və ya elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olması barədə məlumat təqdim etməmişdir. Hesab edirlər ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında “xxxx” MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, X9 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktub “ASİS” vasitəsi ilə MMC-nin ƏMASda olan elektron kabinetinə yerləşdirilmiş və vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günümüddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin müəssisə tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, ## ##### 2019-cu il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin 2-ci bəndində MEİS-in strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası müəyyən edilmişdir. Həmin Əsasnamənin 2.3.2-ci bəndinə əsasən “Əmək və məşğulluq” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi həyata keçirilir. Həmçinin qeyd etmək lazımdır ki, sənədlərin təqdim edilməsi ilə bağlı sorğunun göndərilməsi mərhələsi “İnzibati icraat haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, ##.##.2026-cı il tarixli 3-17-5/2- ****/**** nömrəli sorğu məktubu ##.##.2026-cı il tarixdə, saat 10:04-də hüquqi şəxsin ƏMAS-da olan elektron kabinetinə yerləşdirilmişdir. Məhkəməyə göndərilmiş iş materialları ilə də müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ##.##.2026-ci il tarixli məktubu “xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir ki, bununla da müəssisəyə ünvanlanmış sorğu məktubu “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə uyğun olaraq 3 gün sonra yəni ##.##.2026-cı il tarixdə çatdırılmış hesab edilir. Həmçinin məhkəmə öz qərarında bildirir ki, ## ### 2022-ci itarixindən ********** nömrəli VÖEN üzrə heç bir istifadəçi sistemə daxil olmamışdır. Bildiririk ki, hüquqi şəxsin ##.##.2022-ci il tarixdən sistemə daxil olmaması onun fəaliyyət göstərdiyi dövrdə yaranmış əmək hüququ münasibətlərindən və həmin münasibətlərlə bağlı dövlət nəzarəti orqanının qanuni tələblərini icra etmək öhdəliyindən azad etmir. Hüquqi şəxs fəaliyyət göstərdiyi dövrdə həyata keçirdiyi bütün hərəkətlərə və yol verdiyi pozuntulara görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, İXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Şəki Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən "xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Həmin Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Şəki Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmət tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. prosessual məsələlər: Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X1 şikayəti müdafiə edərək bildirdi ki, vətəndaşın müraciəti əsasında müvafiq sənədlərin təqdim olunması üçün “xxxx” MMC-yə sorğu ilə müraciət olunmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, müvafiq sorğu ## ###### 2026-cı il tarixdə göndərilmişdir. Sorğu elektron kabinet vasitəsi ilə ## ###### 2026-cı il tarixdə göndərilmişdir. İş yükünün çoxluğu ilə bağlı sorğu elektron kabinetə gec göndərilmişdir. Sorğunu poçt vasitəsi ilə də göndərsələr də, məktubları çatmamışdır. Sorğunun elektron kabinetə yerləşdirilməsi ilə bağlı məlumatlar iş materialında mövcuddur. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə “xxxx” MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin məzmunundan görünür ki, şikayətin əsas dəlili olaraq X9 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli məktub “ASİS” vasitəsi ilə MMC-nin ƏMAS-da olan elektron kabinetinə yerləşdirilməsi və vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunsa da, müəssisə tərəfindən həmin sənədlərin təqdim edilməməsi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə həmin Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə yaranır və vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, tərəfin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şəki regional poçt flialının rəisi E.Bəkirovun birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, ƏƏSMN X4 Xidməti tərəfindən “xxxx” MMC-yə ünvanlanmış SS *********AZ saylı məktubu “xxxx” MMC-yə ünvançı tapılmadığı üçün çatdırılmamışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna “DOST” Rəqəmsal innovasiyalar Mərkəzindən verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X4 Şəki-X5 tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli sənəd ## ###### 2026-cı il tarixində göndərilmiş və işəgötürənin şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin, müəyyən edilmişdir ki, ## ### 2022-ci il tarixindən ********** nömrəli VÖEN üzrə heç bir istifadəçi sistemə daxil olmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X4 Şəki- X5 tərəfindən təqdim edilmiş materiallara “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubun ünvana çatdırılmasına dair çıxarış yaxud digər sübut (poçt identikifikatoru və s.) əlavə edilməmiş, eyni zamanda məktubun hansısa bir ünvana çatdırılması barədə bildiriş müəyyən edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-X5 tərəfindən ##.##.2026-cı il tarixli məktubun çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyasiya şikayətində X9 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktub “ASİS” vasitəsi ilə MMC-nin ƏMAS-da olan elektron kabinetinə yerləşdirilmiş və vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsinin tələb olunduğu bildirilsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi izahatında iş yükünün çoxluğu ilə bağlı sorğunun elektron kabinetə gec göndərildiyini, sorğunu poçt vasitəsi ilə də göndərsələr də, məktublarının çatmadığını göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə tam ədalətli və qanuni mövqe tutmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayət təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-278/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-278/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver