Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-280/2026 01.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkim Z.Məmmədova) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan-nin yol patrul xidməti inspektoru, R X1 ##.##.2026-ci il tarixli, IXP ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayəti təmin edilməmişdir. Işin halları: Barəsində inzibati xətа hаqqındа iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, səlahiyyətli Qərarından şikayət verilən orqan-nin DYPB-nın YPX-nin inspektoru, R X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli "Inzibat tənbeh vermə haqqında" elektron qərarın ləğv edilməsi və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-ci il tarixdə, saat 15:59-da Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsində ona məxsus “LAND ROVER RANGE ROVER HSE minik” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman Qərarından şikayət verilən orqan-nin DYPB-yə məxsus xidməti avtomobildə tək xidmət aparan R Sadəddin Muradlı onu hər hansı qayda pozuntusuna yol vermədiyi halda əsassız olaraq saxlamış, onunla salamlaşıb qayda pozduğumu bildirmiş, o isə ona hər hansı xətaya yol vermədiyini bildirib, ondan yol hərəkəti qaydasını pozmuşdursa sübutları, o cümlədən video görüntünü göstərməyini xahiş etmişdir. O, ondan “bir dəqiqə gözlə” deyib xidməti avtomobilinə tərəf gedib geri qayıtmış, əlində olan protokolu avtomobilinin şüşəsindən kobud şəkildə üzərinə atıb getmişdir. O, bundan sonra oxuyub tanış olduqda həmin kağızın IXP ******* nömrəli inzibati protokol olduğunu, protokolun barəsində Azərbaycan Respublikası IXM-nin 327.2- 1.1, 1.3 və 1.11, 329.1-ci maddələrinə əsasən tərtib olunduğunu bildirmişdir. Sonradan SMS-Radar tətbiqinə baxdıqda məlum olmuşdur ki, həmin protokol qərarlıdır. Lakin polis əməkdaşı tərəfindən ona inzibati tənbeh vermə barədə qərar təqdim edilməmişdir. Hesab edir ki, çıxarılmış inzibati xəta haqqında qərar tam qanunsuzdur. Çünki qeyd edilən inzibati xəta hadisəsi onun tərəfindən törədilməmişdir. Əgər belə olmasaydı, polis əməkdaşı qeydə alındığını qeyd etdiyi inzibati xəta barədə xidməti avtomobildə olan video qeydiyyat cihazı vasitəsilə qeydə alınmış videogörüntünü təqdim edərdi. Göründüyü kimi barəsində çıxarılmış olan qərar qanunsuzdur və ləğv edilməlidir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icrааtа xitаm verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını qanunsuz və əsassızdır. Heç bir sübut təqdim edilmədən o, inzibati məsuliyyətə cəlb edilib. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icrааtа xitаm verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və inzibati xəta haqqında protokol tərtib etmiş Zaqatala Rayon Polis Şöbəsinin nümаyəndəsi məhkəmə iclasına gəlməmişlər. Аzərbаycаn Respublikаsı Iinzibаti Xətаlаr Məcəlləsinin (bundаn sоnrа mətndə IXM) 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, səlahiyyətli orqan Qərarından şikayət verilən orqan-nin yol patrul xidməti inspektoru, R X1 tərəfindən tərtib edilmiş ## ###### 2022-ci il tarixli IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-ci il tarixdə, saat 15:59-da Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsində “LAND ROVER RANGE ROVER HSE minik” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası IXM-in 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib IXM-nin 34.3-cü maddəsinə əsasən 100 manat inzibati cərimə olunmuşdur. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, toplanmış sübutlarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXMnin IXM-in 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası IXMnin IXM-in 327.2 və 329.1-ci maddələri ilə tövsif olunmuşdur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2 və 329.1-ci maddələrinin nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xətaların tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Həmçinin inzibаti xətа hаqqındа işə bаxаn vəzifəli şəxs tərəfindən qаnunvericiliyin tələbinə əməl edilərək Аzərbаycаn Respublikаsı IXM-nin 34.3-cü mаddəsinə əsаsən Bаlаyev Əfqаn Idris оğlu bаrəsində dаhа ciddi inzibаti xətаya görə IXM-nin 327.2-ci mаddəsinin sаnksiyаsındа nəzərdə tutulmuş inzibаti tənbehi tətbiq etmişdir. Belə ki, IXM-nin 34.1-ci mаddəsinə əsаsən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. IXM-nin 34.2-ci mаddəsinə əsаsən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. IXM-nin 34.3-cü mаddəsinə əsаsən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. IXM-nin 327.2-ci mаddəsinə əsаsən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. IXM-nin 329.1-ci mаddəsinə əsаsən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə müəyyən edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarı qəbul etməkdə haqlı olmuşdur. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.2-ci maddəsinə əsasən isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 11-ci hissəsinə əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12-ci hissəsinə əsaəsn nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; 13-cü hissəsinə əsasən nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıbsönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin Qanunun 42-ci maddəsinin VI bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmin Qanunun 75-ci maddəsinin İ bəndinə əsaəsn sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Həmin Qanunun 77-ci maddəsinin İ bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Işdəki sübutlаrlа, о cümlədən şаhid izаhаtı, videоgörüntü və inzibаti xətа hаqqındа prоtоkоllа təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Zaqatala Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. IXM-in 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki Qərardan şikayət verən orqan (şəxs) törətdiyi əməldə Azərbaycan Respublikası IXM-nin 327.2 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli Qərarından şikayət verilən orqan-nin DYPB-nın YPX-nin inspektoru, R X1 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli "Inzibat tənbeh vermə haqqında" elektron qərarın ləğv edilməsi və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayətini təmin etməməklə düzgün qərara gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı verilmiş аpellyаsiyа şikаyətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-280/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-280/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver