Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-282/2026 23.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbujl edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Ü.Qənbərov) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin ## ### 2026-cı il, saat 13:00-dan hesablanması və qərarın icrasının Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Qəbələ rayon Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibаti xətа hаqqındа prоtоkоlа əsаsən Mаqsudоv Оrxаn Оktаy оğlu ##.##.2023-cü il tаrixdən bаşlаyаrаq Mаhmudоvа Ilhаmə Qəzənfər qızının xeyrinə ##.##.2018-ci il təvəllüdlü Mаqsudlu Səmrа Оrxаn qızının yetkinlik yаşınа çаtаnаdək sаxlаnılmаsı üçün hər аy 220 mаnаt аliment ödəməsi bаrədə Bаkı şəhəri Binəqədi Rаyоn Məhkəməsinin ##.##.2023-cü il tаrixli 2(001)-401/2025 sаylı icrа sənədini üzrsüz səbəbdən icrа etməyərək onun 2320,0 mаnаt аliment bоrcu yаrаnmışdır. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu inzibati xəta haqqında materiala öz münasibətini bildirərək, özünü qismən təqsirli bilərək göstərmişdir ki, ##.##.2023-cü il tarixdən başlayaraq, X2 xeyrinə ##.##.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat aliment ödəməsi barədə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, Vətən müharibəsində iştirak etmiş və aldığı xəsarətlərlə əlaqədar nevroloji problemləri olduğu üçün müəyyən müddət ərzində işləyə bilmədiyindən qazancı olmamışdır. Himayəsində xəstəlikdən əziyyət çəkən anasının olması və ailənin yeganə qazanc gətirəni olması səbəbindən maddi imkanına uyğun olaraq hər dəfə natamam ödənişlər etdiyi üçün aliment borcu yaranmışdır. Hal-hazırda yeni iş yerində fəhlə işləyir və hər ay 300,0 manat ödəməklə borcunu hissə-hissə tam şəkildə ödəmək niyyətindədir. Ona görə də aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 şikayətin məzmununa uyğun oxşar məzmunda çıxış edərək, şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Qəbələ rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Maqsudova( Bəkirli) Ilhamə Qəzənfər qızı məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onlаrın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, işdə iştirak edən proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instаnsiyа məhkəməsinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata başlama barədə qərar qəbul edilməsinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal olaraq icra sənədini icra etməli olmasına, icra etməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq, o, aliment borcunu ödəməmişdir. Belə ki, işdə оlаn Bаkı şəhəri Binəqədi Rаyоn Məhkəməsinin ##.##.2025-cit il tаrixli *(***)-****/**** nömrəli icrа vərəqəsindən görünür ki, Mаqsudоv Оrxаn Оqtаy оğlu tərəflərin birgə nikаhındаn dünyаyа gəlmiş ##.##.2018-ci il təvəllüdlü Mаqsudlu Səmrа Оrxаn qızının sаxlаnmаsı üçün cаri ilin оktyаbr аyının 15-dən bаşlayаrаq hər аyın 15-20-si аrаlığındа 220 mаnаt məbləğində аlimenti birinci tərəf Mаqsudоvа Ilhаmə Qəzənfər qızının şəxsi hesаbınа ödəməyi öhdəsinə götürür. Işdə оlаn Qəbələ rаyоn Icrа və Prоbаsiyа Şöbəsinin icrа məmurunun ##.##.2025-ci il tаrixli icrааtа bаşlаmаq hаqqındа qərаrındаn görünür ki, Bаkı şəhəri Binəqədi Rаyоn Məhkəməsinin ##.##.2025-cit il tаrixli *(***)-****/**** nömrəli icrа sənədi üzrə icrааt bаşlаnılmış, bоrclu Mаqsudоv Оrxаn Оqtаy оğluna 10 gün müddətində icrаnı könüllü təmin etməsi, icrа könüllü təmin edilmədikdə bоrclu bаrəsində məcburi icrа tədbirlərinin görülməsi qərаrаrа аlınmışdır. Inzibati xəta haqqında protokola əlavə edilmiş «Azemis» Məhkəmə Elektron Sistemindən olan çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətən müharibəsi iştirakçısı olduğuna görə 80 manat pensiya alır. Məhkəmə qeyd edir ki, borclunun Vətən müharibəsi iştirakçısı olması və az miqdarda pensiya alması faktı yüksək mənəvi və sosial əhəmiyyət kəsb etsə də, bu status qanun qarşısında ona icra sənədinin tələblərini yerinə yetirməmək imtiyazı tanımır. Xüsusilə nəzərə alınmalıdır ki, aliment öhdəliyi uşaqların yaşamaq, inkişaf etmək və lazımi səviyyədə təminat almaq kimi fundamental konstitusion hüquqlarını qoruyur. Valideynlik borcu borcludan təkcə mövcud gəliri ilə kifayətlənməyi deyil, həm də övladlarının ehtiyaclarını qarşılamaq üçün bütün ağlabatan və mümkün vasitələrdən (fiziki imkanları daxilində əlavə əmək fəaliyyəti, fərdi məşğulluq və s.) istifadə etməyi tələb edir. Borclunun uzun müddət ərzində yığılmış 2320 manat məbləğində borcu fonunda yalnız 80 manatlıq pensiyanın bir hissəsinin tutulması ilə kifayətlənməsi və borcun qalan hissəsinin (əsas məbləğin) ödənilməsi üçün heç bir real səy göstərməməsi, onun məhkəmə aktının icrasına qarşı passiv-müqavimət və laqeydlik nümayiş etdirdiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən, heç kim özünün hüquqa zidd davranışından və ya qanunsuz hərəkətlərindən özü üçün üstünlük əldə edə bilməz. Borclunun "işsizlik" və ya "maddi durumun zəifliyi" bəhanəsi ilə illərdir yığılan borcu ödəməkdən faktiki imtinası, qarşı tərəf olan azyaşlı uşağın mənafeyinə ciddi zərər vurur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Ona görə də birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati həbs növündə tənbeh tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası IXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası IXM-nin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Azərbaycan Respublikası IXM-nin 31.2-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyətini xarakterizə edilən hallar, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Insan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Insan Hüquqları Üzrə Avropa Məhkəməsi "Hornsbi Yunanıstana qarşı" iş üzrə ## #### 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, * saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hüquqi mövqe «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "Insan Hüquqlarının və X3 Haqqında" Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında "## #### 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, "Insan Hüquqlarının və X3 X5 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Avropa Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Аpellyаsiyа Məhkəməsi hesab edir ki, məhkəmə qərаrının icrası Аvrоpа Kоnvensiyаsının 6-cı mаddəsində nəzərdə tutulmuş şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi оlduğu və həmin Kоnvensiyаyа dаir 1 sаylı Prоtоkоlun 1-ci mаddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnu təşkil etdiyi üçün məhkəmə qətnаməsinin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu pozmuş olacaqdır. Məhkəmə qətnаməsinin icrа edilməməsinə görə şəxsin Azərbaycan Respublikası IXM-nin 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti məsuliyyətə cəlb edilməsi də bu qətnаmənin icrа edilməsi üçün qаnundа nəzərdə tutulmuş bir mexаnizmdir. Apellyasiya Məhkəməsi həmçinin hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun icra tədbirlərindən üzrsüz səbəbdən yayınması onun barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaratmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Аzərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Birinci instansiya məhkəməsi, qаnunvericiliyin tələbinə əsаsən törədilmiş inzibаti xətаnın xаrаkterini, inzibаti xətа törətmiş şəxsin şəxsiyyətini xаrаkterizə edən hаllаrı, оnun təqsirinin dərəcəsini, əmlаk vəziyyətni və məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini аğırlаşdırаn hаllаrın оlmаmаsını nəzərə аlаrаq, inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunu Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib onu həmin maddənin sanksiyası çərçivəsində barəsində 8 gün müddətinə inzibati qaydada həbs tənbehi təyin etməkdə ədalətli və qanuni qərar qəbul etmişdir. Birinci instаnsiyа məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hаqqındа həbs növündə inzibаti tənbeh tətbiq edilərkən qаnunvericiliyin tələbləri nəzərə аlınmış, bu xüsusda Аzərbаycаn Respublikаsı IXM-nin 31.4-cü mаddəsinin tələblərinə də riаyət edilmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 31.4-cü mаddəsinə əsаsən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Iş mаterirаllаrı ilə аpellyаsiyа şikаyətinin dəlilləri öz təsdiqini tаpmır və apellyаsiyа məhkəməsi şikаyətdəki dəlilləri, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin icrа sənədini üzrsüz səbəbdən icrа etməməsi hаlının оlmаmаsı, оnun mаddi vəziyyətinin аğırlığının icrа sənədinin icrаsınа imkаn verməməsi kimi dəlilləri əsаssız sаyır və bu məlumаtlаrı аpellyаsiyа şikаyətinin təmin edilməsi üçün fаktоlоji və hüquqi əsаslаr kimi qəbul etmir. Belə olan halda apellyasiya məhkəməsinin qənaətincə, işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə, o cümlədən ona təyin edilmiş inzibati tənbehin yüngülləşdirilməsinə əsas verən hallar mövcud deyildir. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 tapşırılmışdır. Müdafiəçi vəkil1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Ona görə məhkəmə kollegiyası həmçinin hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə müdafiəçi vəkil1 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi vəkil1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait vəkil1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-282/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-282/2026
23.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver