Məhkəmə qərarları › İş №3(3-10)-283/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-283/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-283/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Gözəlov İkram Akif oğlunun iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-110)-41/2026 (sədrlik edən A.Əsgərov) saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” ## ###### 2026- cı il tarixli, MN ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Gözəlov İkram Akif oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayonu, Bizlan kəndi yaxınlığında yerləşən “Green Park” restoranını işlədir. ## ###### 2025-ci il tarixdə ekologiya idarəsinin əməkdaşları restorana baxış keçirmiş və restoranda əmələ gələn tullantıların qaztoztutucu qurğu olmadan ətraf mühitə atılması faktını aşkar edərək, həmin fakt əsasında protokol tərtib etmişlər. Həmin protokol əsasında qərar qəbul edilərək 3.500 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Belə ki, əməkdaşlar yoxlama apararkən manqalda od “köz” olmamaqla bişinti işi görülmürdü, yəni avadanlıqdan istifadə edilmirdi. Bu səbəbdən, qurğu işlək vəziyyətdə deyildi və qurğunun istismar qaydasının pozulması halları baş verməməklə inzibati xəta hadisəsinin olması mövcud deyildir. Obyektdə hansısa ölçməanaliz işləri aparılmamışdır. Ölçmə-analiz işlərinin hansı cihazla, hansı qaydada aparıldığı, bu cihazın standartlara cavab verib-verməməsi, işlərin aparıldığı vaxt onun iştirakının təmin edilib-edilməməsi və sair vacib məlumatlar protokolda öz əksini tapmayıb. Protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun göstəricisi, tipi, markası, modeli və s. barədə qeydlər qrafası var və burada həmin ölçmə analiz işlərinin hansı texniki vasitənin köməyi ilə aparıldığı barədə qeydlər göstərilməli idi. Əks halda, bu ölçmə-analiz işlərinin nəticəsi (monitorinq aktı) sübut kimi nəzərə alınmamalıdır. Bundan başqa, qeyd olunan yoxlama zamanı, həm də inzibati icraat aparılan zaman kobud qanun pozuntularına yol verilmişdir. Protokolda və qərarda idarə tərəfindən aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınması barədə məlumat yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlıq maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31.2 və 31.2.3-cü maddələrinin tələblərinə uyğun olaraq yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassız və qanunsuzdur. Hakim tərəfindən qanunvericiliyin tələbləri pozularaq iş hərtərəfli araşdırılmamışdır. Şəsin əməlində açıq-aşkar inzibati xəta tərkibi olmasına baxmayaraq hakim tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, idarəsnin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Gözəlov İkram Akif oğluna məxsus restoranda atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınması üçün qaz-toz təmizləyici təmizləyici qurğu quraşdırmadan müəyyən edilmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsini, Gözəlov İkram Akif oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun dəyişdirilmədən saxlanılması və inzibati cərimənin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Gözəlov İkram Akif oğlu çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - “İnzibati tənbeh vermə haqqında” ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Gözəlov İkram Akif oğlu İXM-in 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3.500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını, apelyasiya şikayətinin dəlillərini ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir. Apelyasiya şikayətini vermiş dövlət orqanının iddiaları işin faktiki halları və hüquqi əsasları ilə təsdiq olunmur, bu səbəbdən şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, İXM-in 6-cı maddəsində təsbit olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl edilməli, dövlət orqanları və vəzifəli şəxslər öz fəaliyyətlərini yalnız qanunla müəyyən edilmiş hüdudlarda və qaydada həyata keçirməlidirlər. İnzibati-delikt hüququnun təbiəti etibarilə repressiv və tənbehləndirici xarakter daşıdığını, şəxslərin hüquq və azadlıqlarına birbaşa təsir göstərdiyini nəzərə alaraq, səlahiyyətli orqan tərəfindən aparılan hər bir nəzarət tədbiri və inzibati icraat formal cəhətdən qüsursuz olmalı və imperativ qanun normalarına əsaslanmalıdır. Qanunun tələblərinin pozulması ilə həyata keçirilən yoxlama və ya monitorinqlər hüquqi dövlət prinsiplərinə zidd olmaqla yanaşı, sahibkarlıq subyektlərinin hüquqlarının qanunsuz məhdudlaşdırılmasına gətirib çıxarır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonu, Bizlan kəndi yaxınlığında yerləşən, Gözəlov İkram Akif oğluna məxsus “Green Park” restoranında keçirilmiş yoxlama (baxış və ya monitorinq) plandankənar xarakter daşımışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.11-ci maddəsinin imperativ tələbinə görə, plandankənar yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün elektron formada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl mütləq qaydada reyestrdən çıxarış alınmalıdır. Lakin iş sənədlərində həmin nəzarət tədbirinin Vahid Məlumat Reyestrində qeydiyyata alınmasını və reyestrdən çıxarışın mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, ölkə ərazisində sahibkarlığın dəstəklənməsi və müdafiəsi məqsədilə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il ######ın #-dək dayandırılmışdır. Həmin Qanunun 2.1-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Siyahı"da istisnalar qəti və məhdud şəkildə müyyən olunmuş, həmin istisnalar sırasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sahibkarlıq subyektlərində bu qəbildən olan cari ekoloji yoxlamaların və baxışların keçirilməsi daxil edilməmişdir. Qanunvericiliklə müəyyən edilmiş moratoriyaya əməl edilmədən, qanunsuz olaraq həyata keçirilən yoxlama fəaliyyəti hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1.5-ci bəndinə müvafiq olaraq, Vahid Məlumat Reyestrində qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntusu faktları ilə bağlı sahibkara qarşı hər hansı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, qanunsuz yoxlama nəticəsində tərtib edilmiş ## ###### 2025-cı il tarixli protokol və monitorinq aktı İXM-in tələblərinə görə icraat zamanı əldə olunmuş qanunsuz sübutlar kateqoriyasına aid edilir. İXM-in 53.2-ci maddəsinin tələbinə görə, inzibati xəta törədilməsinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə, barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata mütləq qaydada xitam verilməlidir. İnzibati orqan tərəfindən maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə toplanmış materiallar inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün hüquqi əsas təşkil edə bilməzdi. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tamamilə qanunauygundur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz; 16.1.3-cü maddəsinə əsasən, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aparılır; 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır; 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il ######ın #-dək dayandırılır; 2.1-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağmədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır; 2.3-cü maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1-ci bəndinə müvafiq olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması, fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılması, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi, kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”, “Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması aparıla bilər . Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan da göründüyü kimi qanunvericilikdə yoxlamanın iki növü (plan üzrə və plandankənar yoxlama) nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə inzibati orqan tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında yox, monitorinq formasında həyata keçirildiyindən plandankənar yoxlama olmuşdur. İnzibati orqan tərəfindən qeyd olunan yoxlamanın keçirilməsi nəticələrini o zaman qanuni hesab etmək olar ki, inzibati orqanın əməkdaşları sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan inzibati pozuntunu aşkar etsin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən aşkar olunmuş pozuntu üzrə dövlət orqanına məlumat versin. Yalnız qeyd olunan məlumatdan sonra və plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilərək və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alındıqdan sonra aparılmış yoxlama qanuni hesab edilə və sahibkar barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas ola bilər. Hazırkı halda isə plandankənar yoxlamanın aparılması qaydalarına riayət edilmədən yoxlama aparıldığından, qeyd olunan hal sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hesab edilir və aparılmış yoxlamanın nəticələrinin qanunsuz hesab olunmasına gətirib çıxarır. İXM-in 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İnzibati Xətalar Məcəllləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar