Məhkəmə qərarları › İş №3(3-10)-284/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-284/2026

02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-284/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-132)-203/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim İ.Hüseynov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMin) 539.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Məhkəmənin icraatına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 539.1-1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadla qeyd olunan protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmışdır. Qərardadda qeyd olunan natamamlıqlar aradan qaldırılmadan yenidən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müvafiq məktubun müəssisəyə çatdırılmadığına istinad edilsə də, müvafiq məktub "xxxx" altsistemində müəssisəyə məxsus elektron kabinetə yerləşdirilmişdir. Bu barədə təsdiqedici sənədlər əlavə olunmuşdur. Şikayətçi nəzərə çatdırmışdır ki, qeyd olunan məktub göndərilərkən hələ inzibati xəta törədilmədiyindən müvafiq məktubun çatdırılması İXM-in 57-ci maddəsi ilə tənzimlənmir. Odur ki, həmin dövrdə müvafiq icraat "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun təsiri altına düşdüyündən şəxsə məxsus elektron kabinet vasitəsilə məktubun göndərilməsi qanunun tələblərinə zidd deyildir. Şikayətçi İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunduğunu qeyd etmişdir. Şikayətçi bildirmişdir ki, Xidmətin Dağlıq Şirvan regional şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubdan görünür ki, 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının 2024- cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması tələb olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi tərəfinizdən təmin edib nəticəsi barədə 10 (on) iş günü ərzində X1 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə məlumat verilməsi məqsədilə sizə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı icrası məcbur olan göstəriş məktubu verilmiş və bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbir icra edilmədiyi təqdirdə İXM-in 539.1-1-ci maddəsi ilə tərəfimizdən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılaçağı bildirilmiş, lakin bununla bağlı hər hansı bir məlumatı Xidmətin Dağlıq Şirvan regional şöbəsinə təqdim edilmədiyi üçün inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə, saat 11:00-da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində Xidmətin Dağlıq Şirvan Regional Şöbəsinə dəvət olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. İXM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın subyektiv tərəfi, yəni şəxsin təqsirlilik məsələsi İXM-in 13-cü maddəsinə əsasən müəyyən edilir və qəsd mütləq şəkildə subyektin öz əməlinin hüquqazidd xarakterini dərk etməsini, onun zərərli nəticələrini qabaqcadan görməsini və bunları arzu etməsini, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsini ehtiva edir. İş materiallarının araşdırılmasından görünür ki, X1 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış icrası məcburi göstəriş məktubları müəssisənin fiziki ünvanına deyil, "xxxx" altsistemindəki elektron kabinetə yerləşdirilmişdir. Şikayətçi tərəf hər nə qədər bu icraatın "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşdüyünü və bildirişin elektron kabinetə göndərilməsinin kifayət etdiyini idarə etsə də, məhkəmə kollegiyası hesab edir ki, şəxsin hüquqi məsuliyyətini şərtləndirən rəsmi göstərişlərin faktiki olaraq subyektə çatdırılmaması və onun bundan xəbərsiz qalması halı əməlin subyektiv tərəfini birmənalı olaraq istisna edir. İXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün zəruri olan maddihüquqi şərt — müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş, icrası məcburi olan göstərişin əmək münasibətlərinin iştirakçıları tərəfindən təqsirli şəkildə icra edilməməsidir. Bu xətanın tərkibinin subyektiv tərəfinin, yəni təqsirin müəyyən edilməsi baxımından həmin göstərişin subyektə çatdırılması həlledici əhəmiyyət kəsb edir. Hazırkı işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində çıxarılmış göstərişdən obyektiv olaraq məlumatlı olmasını təsdiq edən birbaşa və təkzibedilməz sübutlar təqdim olunmamışdır. Göstərişin rəsmi və qüsursuz qaydada çatdırılmaması faktı özlüyündə inzibati xətanın tərkib elementlərini tamamilə aradan qaldıran əsaslı haldır. Birinci instansiya məhkəməsi işin bu mühüm faktiki halına düzgün hüquqi qiymət verərək, müəssisənin əməlində inzibati xəta tərkibi olmadığı qənaətinə gəlmiş və İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir ki, bu da tamamilə qanunauyğundur və maddi hüquq normalarının tələblərinə cavab verir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi əsaslı nəticələri təkzib etmir, məhkəmə iclasında tədqiq edilmiş sübutların mötəbərliyini şübhə altına almır və qərarın ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasları təşkil etmir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, dövlət orqanı tərəfindən tətbiq edilən inzibati icraat tədbirləri yalnız formal xarakter daşımamalı, şəxsin öz hüquq və vəzifələrini həyata keçirməsi üçün ona real imkan yaratmalıdır. Göstərişin geri qaytarıldığı və ünvan sahibinə çatmadığı halda, həmin göstərişin icra olunmadığı əsası ilə şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi İXM-in 8-ci maddəsində təsbit olunmuş "təqsirsizlik prezumpsiyası" prinsipi ilə ziddiyyət təşkil edir. Həmin prinsipə görə, şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə məsuliyyət yarana bilər və aradan qaldırılması mümkün olmayan hər bir şübhə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə şərh edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, göstərişin rəsmi qaydada çatdırılmaması faktı özlüyündə inzibati xəta tərkibini aradan qaldıran əsaslı haldır. Birinci instansiya məhkəməsi işin bu mühüm faktiki halına düzgün hüquqi qiymət verərək, müəssisənin əməlində inzibati xəta tərkibi olmadığı qənaətinə gəlmiş və İXM-in 53.1.2-ci maddəsinə əsasən icraata xitam vermişdir ki, bu da tamamilə qanunauyğundur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və qərarın ləğv edilməsi üçün kifayət edən əsaslar təqdim olunmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır.. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkəmə baxışı anında əməlin ictimai təhlükəliliyi itdiyindən və hüquqpozma aradan qaldırıldığından, İXM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq icraata xitam verilməsi üçün əsaslar yaranmışdır Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar