Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-286/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, X5 Xidmətinin nümayəndəsi X1, Göyçay Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-123)-148/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim İ.Fəttahov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.3-cü maddəsi ilə X5 Xidmətinin X2 şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta potokolu üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş 03.02.206-cı il tarixli inzibati xəta haqqında protokola görə, o, qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilmiş, Lakin qeyd olunan sənədləri X2 Şöbəsinə göndərilməsini xahiş etmiş, lakin icra edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdiri Nümayəndə izahat verərək göstərmişdir ki, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mühasib vəzifəsində çalışmış, qeyd edilən ştat ləğv edildiyindən işdən azad edilmişdir. Bundan sonra X5 Xidmətinin X2 şöbəsi tərəfindən məktub daxil olsa da səhəti ilə əlaqədar xəstəxanada olmuş, məktuba cavab verə bilməmiş, lakin sonradan sənədləri X5 Xidmətinin X2 şöbəsinə təqdim etmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən xəstəxanada olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə X5 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Şikayətçi hesab etmişdir ki, Göyçay Rayon Məhkəməsinin həmin qərarı əsassız olduğundan ləğv edilməli, Xidmət tərəfindən tərtib edilmiş protokol əsasında şöbə inzibati məsuliyyətə cəlb edilməlidir. Şikayətçi bildirmişdir ki, məhkəmə qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sorğu göndərildiyi, lakin həmin sorğunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çatdırılmadığı əsas gətirilmişdir. Şikayətçi qeyd etmişdir ki, X4 şikayəti əsasında ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, vətəndaş X4 həmin Şöbədə əmək hüquqlarının pozulması barədə DƏMXnə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaşın müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə göndərilməsi tələb edilmişdir. Şikayətçi bildirmişdir ki, sözügedən məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilməsinə baxmayaraq, həmin Şöbə tərəfindən sənədlər tam şəkildə təqdim edilməmişdir. Belə ki, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti müəssisə tərəfindən göndərilməmişdir. Şikayətçi bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdiri Nümayəndə inzibati xəta haqqında protokol tərtib edilərkən xəstəliyi ilə əlaqədar olaraq əmək funksiyasının icrasında azad edilməsinə münasibətdə bildirmək istədiklərini qeyd etmişdir ki, sözügedən məsələ inzibati xəta haqqında işin vəzifəli şəxsinə münasibətdə nəzərə alına bilərdi. Hər halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən müvafiq sənədlər tam təqdim edilmədiyi üçün inzibati xəta hadisəsi baş vermişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında həmin Şöbənin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 Xidmətinin nümayəndəsi X1 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Göyçay Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin nümayəndəsi Nümayəndə çıxış edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşə əlavə edilmiş ##.##.2025-ci il tarixli X5 Xidmətinin X2 şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru Nümayəndə ünvanlanmış bildirişdən görünür ki, vətəndaş X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək hüquqlarının pozulması barədə müraciətinə X5 Xidmətinin X2 şöbəsində baxılır. Qeyd edilənlərə əsasən X6 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədləri 7 iş günü ərzində Mərkəzi Aran regional şöbəsinə təqdim edilməsi xahiş olunur. İşə əlavə edilmiş ##.##.2026-cı il tarixli X5 Xidmətinin X2 şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru Nümayəndə ünvanlanmış bildirişdən görünür ki, inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak edilməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 10:00-da Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinə dəvət edilmişdir. Sığortaolunan xəstəlik vərəqəsindən görünür ki, Nümayəndə ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədən əmək fünksiyasının icrasından azad edilmişdir Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək X8 Rayon Profilaktik Dezinfeksiya Şöbəsi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə qanuni, ədalətli və əsaslı məhkəmə aktı qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi aşağıdakı hüquqi əsaslara söykənərək şikayətin rədd edilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 3-cü maddəsinin tələbinə görə, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun yalnız qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və əməlin inzibati xəta tərkibinin bütün digər əlamətlərini (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) daşıması mütləqdir. İnzibati xətanın tərkib elementlərindən hər hansı birinin olmaması qanunvericiliyə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraatı istisna edən hallardan biridir. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyektiv və obyektiv cəhətləri formalaşmamışdır. İXM-in 539.3-cü maddəsinin dispozisiyasına əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Bu normanın mənasına görə, inzibati məsuliyyətin yaranması üçün subyektin icrası məcburi olan qanuni tələbi yerinə yetirməyə obyektiv imkanı olduğu halda, qəsdən və ya ehtiyatsızlıqdan hərəkətsizlik nümayiş etdirməsi şərt qoyulur. Lakin müəyyən edilmişdir ki, hüquqi şəxsin rəhbəri və yeganə səlahiyyətli təmsilçisi Nümayəndə sorğu daxil olduğu və icra müddəti müəyyən edildiyi dövrdə (##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək) kəskin xəstəliyi ilə əlaqədar xəstəxanada stasionar müalicədə olmuş və iş materiallarına əlavə edilmiş rəsmi sığortaolunan xəstəlik vərəqəsinə əsasən əmək funksiyasının icrasından tam azad edilmişdir. Hüquqi şəxsin idarəetmə strukturunun spesifikasını, habelə qeyd olunan mühasib ştatının ləğv edilməsi səbəbindən sorğu edilən sənədlərin hazırlanması və göndərilməsinin birbaşa rəhbərin şəxsi icraatında olmasını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, sənədlərin vaxtında təqdim edilməməsi qanuna itaətsizlik və ya iradi hərəkətsizlik deyil, qarşısıalınmaz obyektiv amillərin təsirindən irəli gəlmişdir. İXM-in 13-cü maddəsinə görə, inzibati xətanın qəsdən törədilməsi üçün şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bu nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Mövcud iş üzrə isə hüquqi şəxs tərəfindən dövlət orqanının sorğusuna qəsdən məhəl qoyulmaması halı aşkar edilməmiş, əksinə, müəssisə rəhbəri sağaldıqdan və əmək fəaliyyətinə qayıtdıqdan dərhal sonra tələb olunan sənədləri və müvafiq izahatları tam şəkildə X5 Xidmətinin X2 Şöbəsinə təqdim etmişdir. Sənədlərin sonradan vəzifəli şəxsə təqdim olunması faktı şəxsin hüquqazidd niyyətinin olmadığını, asayişi pozmaq məqsədi daşımadığını və inzibati orqanla tam əməkdaşlıq etdiyini təsdiq edir. Bu baxımdan, subyektiv cəhətdən şəxsin təqsirinin mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası şikayətçinin "hüquqi şəxsin məsuliyyətinin vəzifəli şəxsin xəstəliyindən asılı olmaması" barədə dəlilini əsassız hesab edir və rədd edir. Belə ki, hüquqi şəxs öz fəaliyyətini və hüquqi iradəsini məhz onun adından çıxış etmək səlahiyyəti olan idarəetmə orqanları və rəhbər şəxslər vasitəsilə reallaşdırır. İnzibati icraatın gedişində hüquqi şəxsin yeganə vəzifəli şəxsinin qanuni əsaslarla əmək qabiliyyətini itirməsi və bu səbəbdən icraat müddətində müəssisənin faktiki fəaliyyətsiz və rəhbərsiz qalması hüquqi şəxsin iradəsindən kənar bir hal olub, onun əməlinin qanunsuzluğunu təkzib edir. Təqsir prinsipi istisna olunduğu halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunun fundamental prinsiplərinə ziddir. Məhkəmə həmçinin xüsusi olaraq vurğulayır ki, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə və yerli qanunvericiliyin tələblərinə əsasən, tətbiq olunan hər bir inzibati sanksiya və tənbeh tədbiri mütənasiblik və ədalətlilik meyarlarına cavab verməlidir Hazırkı iş üzrə hüquqi şəxsin rəhbərinin rəsmi xəstəlik vərəqəsi ilə təsdiq olunan ağır səhhəti fonunda sənədlərin bir neçə gün gecikdirilməsinə görə hüquqi şəxsə İXM-in 539.3-cü maddəsi ilə minimum 2000 manat məbləğində ağır maliyyə cəriməsinin tətbiq edilməsi cəhdi mütənasiblik balansını kobud şəkildə pozur. Bu cür əsassız və formal yanaşma müəssisənin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə təhlükəsi yaradır və inzibati tənbehin mahiyyətinə ziddir. İXM-in 3-cü maddəsinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və əməlin inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıması mütləqdir. İXM-in 13-cü maddəsinə görə isə inzibati xətanın qəsdən törədilməsi üçün şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bu nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Hazırkı işin halları çərçivəsində sənədlərin vaxtında təqdim edilməməsi qanuna itaətsizlik və ya qəsdən edilən hərəkətsizlik deyil, sorğunun müəssisənin daxili faktiki halları (fəaliyyətin dayandırılması) ilə uyğunsuzluğunun birbaşa nəticəsidir. Təqsir prinsipi istisna olunduğu halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz olardı. Məhkəmə həmçinin xüsusi olaraq qeyd edir ki, İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli ilə bağlı yaranan bütün şübhələr və faktiki uyğunsuzluqlar həmin şəxsin xeyrinə şərh edilməlidir. İnzibati orqanın daxili vəziyyəti araşdırmadan hüquqi şəxsi 2000 manatdan başlayan ağır pul cəriməsinə məruz qoymaq cəhdi ədalətlilik və mütənasiblik prinsiplərinə tamamilə ziddir. Avropa Şurasının "İnzibati aktlar üzərində mütənasiblik" prinsiplərinə müvafiq olaraq, tətbiq edilən inzibati sanksiya hədəfə çatmaq üçün zəruri olan həddi aşmamalıdır. Mövcud olmayan və ya hazırlanması obyektiv olaraq qeyri-mümkün olan sənədlərin vaxtında təqdim edilməməsinə görə hüquqi şəxsə ağır maliyyə sanksiyasının tətbiqi mütənasiblik balansını kobud şəkildə pozur və mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilə bilər. Beləliklə, apellyasiya məhkəməsi mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin həm obyektiv, həm də subyektiv əlamətləri yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata xitam vermişdir və apellyasiya instansiyası həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. İnzibati orqanın apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İXM-in 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.3-cü maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən orqan tərəfindən işin halları hərtərəfli araşdırılmamış, işçinin əmək münasibətlərinin hazırkı statusu (məzuniyyətdə olması) dəqiqləşdirilməmişdir. Yanlış faktiki ehtimala söykənən sorğu və həmin sorğunun icra edilməməsinə görə tərtib olunan protokol İXM-in 3-cü maddəsində nəzərdə tutulan "təqsir" və "xəta tərkibi" prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Hüquqi şəxs tərəfindən xitam sənədlərinin təqdim edilməməsi qanuna itaətsizlik deyil, sorğunun faktiki hallarla uyğunsuzluğunun nəticəsidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipinə (İXM maddə 8) əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli ilə bağlı yaranan bütün şübhələr və faktiki uyğunsuzluqlar həmin şəxsin xeyrinə şərh edilməlidir. İnzibati orqanın yanlış sorğusu əsasında hüquqi şəxsi 2000 manatdan başlayan ağır pul cəriməsinə məruz qoymaq ədalətlilik və mütənasiblik prinsiplərinin kobud pozulması olardı. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, "BLOKSİ” MMC-nin əməlində İXM-in 539.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi (obyektiv və subyektiv tərəfləri) yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata xitam vermişdir və apellyasiya instansiyası həmin qərarın dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. Məhkəmə həmçinin Avropa Şurasının "İnzibati aktlar üzərində mütənasiblik" prinsiplərinə istinad edərək qeyd edir ki, tətbiq olunan inzibati tənbeh hədəfə çatmaq üçün zəruri olan həddi aşmamalıdır. Müvcud olmayan bir sənədin təqdim edilməməsinə görə hüquqi şəxsə 2000 manatdan başlayan ağır maliyyə sanksiyasının tətbiqi mütənasiblik balansını kobud şəkildə pozur. Bu, həm də AİHM-in * saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) kontekstində mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilə bilər. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xəta tərkibi olmadığından xitam verilməlidir Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-123)-148/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-123)-148/2026 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-286/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-286/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver