Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-287/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “* №-li Yol İstismarı “ MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, 3(5-132)-204/2026 ( sədrlik edən N.Qoşqarova) saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Məcəllənin 239-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Məcəllənin 239-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi 2-də qeydiyyatda olan “* №-li Yol İstismarı” MMC tərəfindən “2-TG” illik statistik hesabatları idarəyə təqdim edilərək razılaşdırılmaması müəyyən edilmiş və həmin MMC tərəfindən Məcəllənin 239-cu maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il ərzində fəaliyyətinə dair 2-TG yəni, atmosfer havasına atılan zərərli maddələr dair hesabatı fevral ayının 15-dək, təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair hesabatı isə yanvar ayının 25-dək təqdim olunmalı idi. MMC tərəfindən məlumat verilsə də, bəzi sənədlər təqdim olunmamışdır. Bu səbəbdən MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. MMC-nin ekoloji pasportu olsa da, tullantılarla bağlı icazə sənədi olmamışdır. Həmin sənəd Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilir. Həmin icazə sənədi 2026-cı il tarixdən tələb olunmuşdur və əvvəllər MMC tərəfindən hesabat verilərkən həmin sənəd tələb olunmamışdır. Həmin sənədin hansı səbəbdən bu ildən tələb olunması ilə bağlı məlumatı yoxdur. Çünki hesabat idarənin başqa əməkdaşı tərəfindən qəbul edilmiş və araşdırmanı da, həmin şəxs aparmışdır. Ehtiyac olarsa həmin şəxs məhkəmə iclasında iştirak edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirak etdiyi məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, 2026-cı ilin yanvar ayının 15də hesabat rəsmi olaraq təqdim edilmişdir. Həmin hesabat təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair və atmosfer havasına atılan zərərli maddələr dair olmuşdur. Həmin vaxtadək təhlükəli tullantılarla bağlı onlardan hesabat tələb olunmayıb, sadəcə bu ildən 2025-ci il üçün həmin hesabatında verilməsi tələb olunmuşdur. Ayın 15 həmin hesabatı da rəsmi olaraq idarəyə təqdim edilmişdir. Buna baxmayaraq onlara ekoloji pasportun üzərində təbiətə atılan tullantıların icazə sənədinin olması da tələb olunmuşdur. Onların ekoloji pasportu var və həmin pasportda da, atılan tullantıların həcmi və miqdarı göstərilir. Əvvəldən onlar hər il eyni qaydada hesabat vermiş və onlardan qeyd olunan icazə sənədi tələb olunmamışdır. Bu il hesabat zamanı qeyd olunan sənəd tələb edilmişdir. Həmin sənədində qısa müddətdə əldə edilməsi mümkün olmamışdır. Həmçinin həmin sənədin tələb olunması ilə bağlı onlara öncədən hər hansı rəsmi məlumat verilməmişdir. Buna görə də, tərtib edilmiş protokolla razı deyillər. Çünki MMC tərəfindən “2-TG” illik statistik hesabatları idarəyə təqdim etmişlər və bununla bağlı ekoloji pasportları da vardır. Hesabat təqdim olunarkən idarənin əməkdaşı yeni müdirin gəldiyini və bu ildən 2-TG təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair hesabatda tələb olunmuşdur. Həmin hesabatı da təqdim etmişlər. Tərtib olunmuş protokol hesabatın təqdim edilməməsi ilə bağlı olmuşdur. Həmin hesabatlar da təqdim edilmişdir. İcazə sənədi isə 2025ci ili əhatə etməli idi. Həmin sənədi olsaydı belə, 2025-ci ili əhatə etmiş olmayacaqdı. Ümumiyyətlə ötən dövrlərdə həmin sənəd onlardan tələb olunmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində izahat vermiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X1 bildirmişdir ki, “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ekoloji normativ sənədləri tam olaraq ekoloji ekspertiza rəyində göstərilmiş tələbləri yerinə yetirməmiş və həmin normativ sənədləri tam olaraq əldə etməmişdir. Bütün hesabatlar il bitdikdən sonra təqdim edilir. Həmin icazə sənədi 2026-cı il tarixdən tələb olunmuşdur və əvvəllər MMC tərəfindən hesabat verilərkən həmin sənəd tələb olunmamışdır. Həmin sənədin hansı səbəbdən bu ildən tələb olunması ilə bağlı məlumatı yoxdur. Çünki ötən illərdə həmin hesabatları o qəbul etməmişdir. MMC tərəfindən hesabat təqdim olunarkən çatışmayan sənədlər onlara şifahi qaydada bildirilmişdir. Lakin bununla bağlı hər hansı rəsmi cavab verilməmişdir. Həmçinin sənədlərin hazırlanması üçün kifayət qədər vaxtları da olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarında qeyd olunmuşdur ki, “* nömrəli Yol İstismarı” MMC tərəfindən müvafiq ekoloji normativ sənədlər əlavə edilməklə 2TG statistik hsabatlar * saylı RETSİ-ə təqdim edilsə də guya İdarə tərəfindən süni maneələr əsasında həmin sənədlər və statistik hesabatlar qəbul edilməmiş və razılaşdırılmamış, bu səbəblərlə də tərtib edilmiş inzibati xəta haqqında protokol hüquqi nəticəsini-hüquqi şəxsin əməlində inzibati xətanı istisna edir. * saylı RETSİ tərəfindən edilmiş xəbərdarlıqlara və dəfələrlə aparılmış maarifləndirici söhbətlərə baxmayaraq “* nömrəli Yol İstismarı” MMC tərəfindən inzibati xətanın törədilməsi hərəkətsizliklə ifadə olunduğundan qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində uçot-hesabatın təqdim edilməməsi inzibati xətanın törədilmiş hesab edilməsi üçün yetərli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu il ## #### tarixli **/** №-li qərarı ilə təsdiq edilmiş “atmosfer havasına atılan zərərli maddələrə dair”, ## ###### 2013-cü il tarixli, ***/** saylı qərarına əsasən “sudan istifadəyə dair”, # ##### 2013-cü il tarixli **/** saylı qərarına əsasən “təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair” 2 TG hesabatıAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli orqanları ilə razılaşdıraraq Dövlət Statistika Komitəsinə təqdim edilməlidir. Ancaq “* saylı Yol İstismarı” MMC-nin balansında olmaqla 1 (bir) ədədi İsmayıllı rayonundakı Ax-Ox çay yatağında və 1 (bir) ədədi isə rayondan keçən Girdimançay çay yatağında yerləşən beton zavodlarının fəaliyyəti zamanı atmosferə atılan tulllantılarla bağlı hesabatlar, eləcə də MMC-in balansındakı avtomobil və texnikaların istismarı zamanı istifadə edilən yanacaq və sürtkü yağları barədə statistik göstəricilər * saylı RETSİ ilə razılaşdırılmamış, tələb olunmasına baxmayaraq İdarəyə düzgün şəkildə təqdim olunmamışdır.Belə ki, MMC tərəfindən hesabat və göstəricilər İdarəyə təqim edilərkən də yalnız həmin göstəricilər üçün ##.##.2024-cü il tarixli ER-**/*** saylı Ekoloji Pasport əsas tutulmuşdur ki, həmin pasport sadecə MMC-in Girdimançay çay yatağındakı beton zavodunun fəaliyyəti ilə bağlı olmuşdur. Göründüyü kimi rayon ərazisindəki Ax-Ox çay yatağındakı zavoda dair lazım olan və qanunvericilik əsasında tələb edilən digər ekoloji normativ sənədlər olmadan və bu hal nəzərə alınmadan düzgün olmayan hesabatlar İdarəyə təqdim edilmək istənilsə də həmin halların aradan qaldırılması MMC-in nümayəndələrinə və rəhbərliyinə tapşırılmışdır. Bütün bunlara baxmayaraq MMC tərəfindən tapşırıqlara əhəmiyyət verilmədən hesabatlar alt sənədlərsiz və əsassız şəkildə hazırlanmaqla yanaşı zmanında İdarəyə təqdim edilmədiyi üçün * saylı RETSİ tərəfindən ##.##.2026-cı il tarixli ******* saylı protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilmiş bütün məsələlər Məhkəmə tərəfindən (hakim Nərmin Qoşqarova) tam şəkildə nəzərə alınmamış, müvafiq və detallı araşdırma aparılmadan, əsasız və qərəzli şəkildə * saylı RETSİin inzibati protokolu ləğv edilərək icraata xitam verilmişdir. Bu kimi qərarın qəbul edilməsi gələcəkdə MMC tərəfindən ekoloji qanun pozuntularına arxayınlıqla yol veriləcəyinə, həmçinin qanunvericiliyin bu sahə üzrə olan tələblərinə ciddi şəkildə riayət edilməyəcəyinə şərait yaratmaqla “* nömrəli Yol İstismarı” MMC-in inzibati məsuliyyətdən kənar qalmasına şərait yaratmış olur. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2026-cı il ## ### tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, “* nömrəli Yol İstismarı” MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən inzibati tənbeh verməyə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir Apellyasiya məhkəməsi iclasında ““* №-li Yol İstismarı “ MMC-nin nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. ##.##.2025-ci il tarixdə ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq məktubu göndərilmiş, həmin məktub Mədinə Əhmədova tərəfindən qəbul edilmişdir. “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixli rəsmi məktub göndərilməsinə baxmayaraq 2-TG illik statistik hesabtlarını təqdim etməməsi ilə bağlı ## ##### 2026-cı il tarixli, ****** saylı Akt tərtib olunmuşdur. “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixli, **-*/*-*-**/**** nömrəli məktubdan görünür ki, 2025-ci il ərzində 105000 m3 təbii qaz, 29 ton benzin, 80,9 ton dizel yanacağı istifadə olunmuş, 2 TG (hava) №-li illik statistik hesabatını razılaşdırılmaq üçün ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sərəncamına göndərilmişdir. “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2024cü il tarixdə “Ekoloji Pasport” əldə edilmiş, həmin Pasport Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılmış, təsdiq edilmişdir. “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli “atmosfer havasına atılan zərərli maddələrə dair” 2025-ci il üçün 2-TG (hava) illik rəsmi statistik hesabatı ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmişdir. “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli “təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair” 2025-ci il üçün 2-TG (hava) illik rəsmi statistik hesabatı ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmişdir Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İsmayıllı Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarından verdiyi apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hüquqi normaları düzgün tətbiq edərək barəsində inzibati xəta haqqında icraat aparılan “* №-li Yol İstismarı” MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmiş və iş üzrə icraata xitam verməklə hüquqi baxımdan tam əsaslandırılmış qərar qəbul etmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə müəyyən edilmiş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati məsuliyyətin yaranması üçün şəxsin əməlində inzibati xətanın obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin tamlığı tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanına müvafiq hesabatların, pasportların, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatlarda bilə-bilə təhrif olunmuş məlumatların verilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin maddənin dispozisiyasından göründüyü kimi, xətanın obyektiv cəhəti qanunla müəyyən edilmiş sənədlərin rəsmi orqana təqdim edilməməsi və ya gecikdirilməsi forması olan passiv hərəkətsizlikdə ifadə olunur. İş materiallarının və tərəflərin izahatlarının təhlili göstərir ki, “* №-li Yol İstismarı” MMC qanunvericiliklə müəyyən edilmiş müddət ərzində, yəni ## ###### 2026-cı il və ## ###### 2025-ci il tarixlərində atmosfer havasına atılan zərərli maddələrə, eləcə də təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair 2-TG illik rəsmi statistik hesabatlarını rəsmi məktublarla Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmişdir. Hüquqi şəxs tərəfindən hesabatların təqdim olunması faktı həm rəsmi yazışmalar, həm də iş sənədləri ilə tam təsdiq olunur. Bu isə o deməkdir ki, İXM-in 239-cu maddəsinin dispozisiyasında nəzərdə tutulan "hesabatın təqdim edilməməsi" barədə obyektiv cəhətin əlamətləri real həyatda mövcud olmamış, hüquqi şəxs öz üzərinə düşən öhdəliyini faktiki olaraq icra etmişdir. Apelyasiya şikayəti verən orqanın protokolda və şikayətdə əsas gətirdiyi digər dəlil, yəni MMC tərəfindən hesabatlara əlavə olaraq Dövlət Ekoloji Ekspertiza Agentliyinin xüsusi icazə sənədinin (və ya digər zavodla bağlı normativ sənədlərin) təqdim olunmaması arqumenti məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Belə ki, qanunçuluq prinsipinə əsasən, inzibati məsuliyyət tədbirləri yalnız dəqiq tənzimlənən və qanunla birbaşa vəzifə olaraq müəyyən edilən qaydaların pozulmasına görə tətbiq edilə bilər. İş üzrə dindirilmiş şahid — * saylı Regional İdarənin əməkdaşının ifadəsindən və iş sənədlərindən aydın olur ki, qeyd edilən əlavə icazə sənədi yalnız 2026-cı ildən etibarən tələb olunmağa başlanmış, əvvəlki illərdə isə hesabatların qəbulu zamanı belə bir şərt irəli sürülməmişdir. Həmçinin, hüquqi şəxsə yeni qaydalar və sənədlərin siyahısı barədə öncədən hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq təqdim edilməmişdir. Dövlət orqanının daxili idarəetmə metodunu dəyişərək vətəndaş və ya hüquqi şəxs üçün qabaqcadan aydın olmayan, normativ cəhətdən əvvəlcədən elan edilməyən tələblər irəli sürməsi və bunun icra edilməməsini inzibati xəta kimi qiymətləndirməsi hüquqi müəyyənlik və ədalətlilik prinsipləri ilə daban-dabana ziddir. İXM-in 9-cu maddəsinə əsasən, inzibati xətanın törədilməsində fiziki və ya hüquqi şəxsin təqsiri sübuta yetirilməlidir. Hüquqi şəxsin inzibati məsuliyyəti o halda yaranır ki, onun tərəfindən qanunvericiliyin normalarına riayət edilməsi üçün hər bir imkan mövcud olsun, lakin şəxs bu normaların qorunması üçün özündən asılı olan bütün zəruri tədbirləri görməsin. Hazırkı işdə isə “* №-li Yol İstismarı” MMC-nin qüvvədə olan ekoloji pasportu mövcud olmuş, statistik göstəricilər vaxtında idarəyə göndərilmiş, əlavə tələb olunan sənədlərin qısa müddətdə əldə edilməsinin qeyri-mümkünlüyü və bu barədə rəsmi məlumatlanıdrımanın aparılmaması isə şəxsin iradəsindən kənar obyektiv maneələrin olduğunu göstərir. Bu səbəbdən MMC-nin hərəkətlərində və ya hərəkətsizliyində hər hansı qəsd və ya ehtiyatsızlıq formasında təqsirin mövcudluğu sübuta yetirilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan İsmayıllı Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İnzibati Xətalar Məcəllləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 0# ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-10)-287/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-287/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver