Məhkəmə qərarları › İş №3(3-10)-288/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-288/2026

03.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-288/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib edən orqanın nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Qəbələ Rayon Məhkəməsinin (hakim Nərgiz Abbaszadə) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İşin halları: Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X7 Xidməti ** saylı Şəki-X5 vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində ##.##.2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi çay evində, Qəbələ SMSİİ-nin balansında olan 20/E-21 reper nömrəli subartzian quyusundan qanunsuz qoşulmaqla suyun talanmasına görə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati protokol tərtib edən orqan Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X7 Xidməti ** saylı Şəki-X5 nümayəndəsi Nümayəndə protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Vəndam Qəsəbəsində olan həmin subartzian quyusu 2017-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair Siyahıya daxil edilmişdir. Həmin subartezian quyusu əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədi ilə qazılmışdır. Subartzian quyusundan istifadə ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə müvafiq müqavilə bağlanmamışdır. Qeyd olunanları nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında özünü təqsirli bilməyərək həmin subartezian quyusundan onun işlətdiyi çay evinə suyun gəldiyini, 40 nəfər vətəndaşa və obyektə də suyun gəldiyini, rəsmi sayğac quraşdırıldığını, xidmət edildikdən sonra ödəniş edəcəyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şikayət verilmişdir. şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə AR İXM-İn 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı rəsmi olaraq ## ### 2026-cı ildə əldə etmişdir. Hesab edir ki, qəbul edilmiş məhkəmə qərarı əsassızdır və nəzarət tədbirləri qanunvericiliyin tələblərinə uyğun olmadan aparılmışdır. Azərbaycan Dövlət X3 yanında Suların istifadəsinə və X7 Xidmətinin ** saylı Şəki- X5 rəisi Sabir Əhmədovun ##.##.2026-ci il tarixli **** nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət X3nin 2024-cü il ## ###### tarixli FƏ ** nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət X3 yanında Suların istifadəsinə və X7 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirləri aparılması ilə bağlı Şəki, Oğuz və Qəbələ rayonları ərazisində 3 gün müddətinə nəzarət tədbirləri aparılması göstərişi verilmişdir. Azərbaycan Dövlət X3 yanında Suların istifadəsinə və X7 Xidmətinin ** saylı Şəki- X5 ##.##.2026-cı il tarixli ****** nömrəli Aktında göründüyü kimi, Qəbələ rayonu Vəndam qəsəbəsində ona məxsus çay evinin (sahibkarlıq obyektinin) 20/E-21 reper nömrəli subartezian quyusundan D-15 mm plastik boru vasitəsilə qoşulması faktı aşkar edilmişdir. Sözügedən nəzarət tədbirləri sahibkarlıq obyekti olan çay evində aparılmışdır. Lakin həmin nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) tələbləri nəzərə alınmadan aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il ## #### *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azerbaycan Dövlət X3 yanında Suların İstifadəsinə və X7 Xidməti haqqında Əsasnamənin 3.1.31-ci yarımbəndinə əsasən Xidmətin qanunda nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama aparmaq vəzifəsi vardır. Həmin Əsasnamədə qeyd olunduğu kimi, yoxlama aparmaq Qanunun tələbləri nəzərə alınmaqla aparılmalıdır. Qanununun 2.1 -ci maddəsində qeyd olunmuşdur ki, Bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 1.1.3-cü maddəsinə əsasən yoxlayıcı orqan, qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslərdir. Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, iş materiallarına nəzər yetirdikdə isə yoxlamaların vahid məlumat reyestrindən çıxarışla bağlı hər hansı sənədə rast gəlmək mümkün deyildir, bu isə qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, bu cür hallar sui-istifadə hallarına yol açır. Qanununun preambulasına nəzər yetirdikdə görərik ki, Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Məqsəd isə tərəflərin hüquq və vəzifələrinin konkret müəyyən etməklə sui-istifadə hallarına yol açmamaqdır. iş materiallarında yoxlamaların vahid məlumat reyestrindən çıxarışın olmaması və Qanunun tələbləri nəzərə alınmadan nəzarət tədbirlərinin həyata keçirilməsinin hüquqi nəticəsi yoxdur. Odur ki, Qəbələ rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı əsassız hesab edilərək ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini müdafiə edərək bildirdi ki, barəsində qəbul edilmiş qərardan narazıdır. Protokol tərtib edən orqanın nümayəndələri onu xəbərdar etmədən yoxlama aparmışlar. İşlətdiyi çay evi ona qayınatasından miras qalıb. Artezian quyusu həmişədən istifadədə olub, o, da həmin artezianın suyundan istifadə etmişdir. İstifadə etdiyi suya görə də kənd bələdiyyəsinə hər ay 5 manat pul ödəmişdir. Qarşı tərəfin onun barəsində qaldırdığı iddianı əsassız hesab edir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, o, bələdiyyənin hesabına pul ödəsə də, bələdiyyədən ona qəbz verilməmişdir. Yoxlama qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmamışdır. Ona yoxlama aparılması barədə məlumat verilməmişdir. Sudan istifadə etmək üçün bələdiyyə ilə müqavilə bağlamamış, sudan istifadəedənlər birliyi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X1 bildirdi ki, onlara daxil olan məlumata əsasən və sərəncama uyğun olaraq tərəflərindən subartezian quyusunda yoxlama keçirilmişdir. Məlumatda qeyd olunmuşdur ki, heç bir müqavilə olmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sudan istifadə edir. ## ##### 2026-cı il tarixdə əməkdaşları obyektdə olub, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çağırsalar da, o, obyektdən çölə çıxmamışdır və bildirmişdir ki, “mən sizi tanımıram”. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, o istifadə etdiyi suyun pulunu bələdiyyəyə ödəyir. Onların əməkdaşları bələdiyyədə olmuş, bələdiyyədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bələdiyyənin hesabına heç bir məbləğdə pul ödəmədiyi bildirilmişdir. Bu barədə bələdiyyədən müvafiq arayış da alınmışdır. Həmin gün şəxs barəsində akt tərtib olunaraq, ## ##### 2026-cı il tarixi üçün bölməyə dəvət edilmiş və xəbərnaməli məktub şəxsin yaşadığı ünvana göndərilmişdir. ## ##### 2026-cı il tarixdə şəxs bölməyə gəlmədiyi üçün şəxsin barəsində müvafiq sənədlər toplanaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmiş, Qəbələ Rayon Məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs qismində 1000 manat cərimə etmişdir. Verilən suallara cava olaraq bildirdi ki, məlumat onlara su meliorasiya idarəsindən daxil olmuşdur. Əhali sudan istifadə üçün müqavilə bağlayır və istifadə etdikləri suyun pulunu bələdiyyəyə ödəyirlər, lakin qeyri-əhali müqaviləni sudan istifadəedənlər birliyi ilə bağlayırlar və pulu da həmin birliyə ödəyirlər. Sudan istifadəedənlər birliyi tərəfindən su meliorasiya idarəsinə məlumat daxil olub ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müqavilə bağlamayaraq sudan istifadə edir. Yoxlama ilə əlaqədar əməkdaşları obyektə daxil olmamışlar. Onlar yoxlamanı su təsərrüfatı obyektində keçirmişlər, sahibkarın obyektində keçirməmişlər. Qanunsuz qoşulmuş başqa obyektlər barəsində də tədbirlər görmüşlər. İki obyekt sahibi müqavilə bağlamış, digərləri barəsində protokol tərtib olunmuşdur. Hətta Pərviz adlı sahibkar da 1000 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bölməyə yaxınlaşmadığı üçün onunla heç bir dəqiqləşmə aparılmamışdır. Sudan istifadə ilə bağlı qeyri-qanuni qoşulmanı onlara sudan istifadəedənlər birliyinin əməkdaşı bildirmişdir. Əgər şəxsin sudan istifadə etdiyi üçün ödənişin qəbzi olsa idi, onlar şəxs barədə protokol tərtib etməzdirlər. Belə olan halda bələdiyyə barədə müvafiq tədbir görəcəkdilər. Sudan istifadə üçün bələdiyyəyə ödənilmiş vəsaiti ödəniş kimi qəbul edirlər. Bələdiyyənin belə ödənişləri qəbul etmək səlahiyyəti var. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. hüquqi məsələlər: Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin məzmunundan görünür ki, onun əsas dəlili nəzarət tədbirlərinin Qəbələ rayonu Vəndam qəsəbəsində ona məxsus çay evində aparılaraq obyektin 20/E-21 reper nömrəli subartezian quyusundan D-15 mm plastik boru vasitəsilə qoşulması faktının aşkar edilməsi, həmin nəzarət tədbirlərinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmadan aparılmasıdır. İnzibati Xətalar Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, tərəfləri dinləyib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Qəbələ SMSİİ-nin rəisinin Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X7 Xidməti ** saylı Şəki-X5 rəisinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubda Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İdarənin balansında olan 20/E-21 reper nömrəli subartezian quyusundan müvafiq icazə və müqavilə olmadan qanunsuz şəkildə su götürülməsi aşkar edilmişdir. Aparılmış yerində baxış zamanı qeyd olunan şəxs tərəfindən subartezian quyusundan çəkilmiş su xətti vasitəsilə suyun istifadə edildiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ Sudan İstifadəedənlər Birliyinin Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X7 Xidməti ** saylı Şəki-X5 rəisinə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyinatsız talan etdiyi 60 kubmetr içməli suya görə 60 (altmış) manat məbləğində mövcud tarif qiymətlərinə uyğun olaraq ödənişin təmin edilməsi və qanunsuz su istifadəsinin aradan qaldırılması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışda Qəbələ rayonu Vəndam qəsəbə sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus çay evinin Vəndam bələdiyyəsi ilə içməli məişət və suvarma suyuna dair tərəflər arasında heç bir rəsmi icazə sənədi (müqavilə) olmadığı, Vəndam bələdiyyəsinə sudan istifadəyə görə heç bir ödəniş etmədiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X7 Xidməti ** saylı Şəki-X5 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli ****** nömrəli aktda ## ##### 2026-cı il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən çay evinin Qəbələ Rayonu Su Meliorsiya Sistemləri İdarəsinin balansında olan Qəbələ rayonu, Vəndam qəsəbəsini içməli və suvarma suyu ilə təmin edən, 20/E-21 reper nömrəli subartezian quyusundan suyun heç bir icazə sənədi(müqavilə) olmadan qanunsuz qoşulmaqla talanması faktı aşkar edilmişdir. Aşkar olunan faktla bağlı aparılan ilkin araşdırma zamanı çay evinin Qəbələ rayonu Vəndam qəsəbə sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli fotoşəkillərdən müəyyən edilir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən **/E** nömrəli subartezian quyusundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi çay evinə qanunsuz su xətti çəkilmişdir. İş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan çıxarışdan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs VÖEN-ə (4401649422) malikdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandıraraq göstərmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus çay evinin Vəndam bələdiyyəsi ilə içməli məişət və suvarma suyuna dair tərəflər arasında hər hansı rəsmi icazə sənədi, müqavilə olmamış, Vəndam bələdiyyəsinə sudan istifadəyə görə rəsmi heç bir ödəniş edilməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qəbələ Rayonu Su Meliorsiya Sistemləri İdarəsinin balansında olan Qəbələ rayonu, Vəndam qəsəbəsini içməli və suvarma suyu ilə təmin edən, 20/E-21 reper nömrəli subartezian quyusundan suyun heç bir icazə sənədi (müqavilə) olmadan qanunsuz qoşulmuş, bununla da vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilərək barəsində 1000 (bir min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul etməklə tam ədalətli və qanuni mövqe tutmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X7 Xidməti ** saylı Şəki-X5 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli ****** nömrəli aktdan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi Azərbaycan Dövlət X3 Yanında Suların İstifadəsinə və X7 Xidmətinin ** saylı Şəki-X5 əməkdaşları Qəbələ rayonu, Vəndam qəsəbəsini içməli və suvarma suyu ilə təmin edən, 20/E-21 reper nömrəli subartezian quyusuna baxış keçirmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektə daxil olmamış və həmin obyektdə nəzarət tədbirləri həyata keçirməmişlər. Həmçinin məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi X1 izahatından müəyyən edilmişdir ki, yoxlama ilə əlaqədar əməkdaşlar obyektə daxil olmamış, onlar yoxlamanı su təsərrüfatı obyektində keçirmiş, sahibkarın obyektində yoxlama keçirməmişlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 2.1-ci bəndində göstərilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar