Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-290/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-167)-448/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim V.Məmmədov) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş onun barəsində ## ### 2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X16 Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, R X2 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ## ###### 2026-cı il tarixli icra sənədinə əsasən borclular X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 və İsmayılova Fəridə Elşan qızından birgə qaydada 42 000 (qırx iki min) manat pul vəsaiti alınaraq ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməli, Zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 355 (üç yüz əlli beş) manatın 216 (iki yüz on altı) manatı borclular Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X3, İsmayılova Fəridə Elşan qızı və X4 alınaraq ilk iddia üzrə iddiaçıya verilməli, qalan 139 (bir yüz otuz doqquz) manatı isə ilk iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçılar X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 və İsmayılova Fəridə Elşan qızının ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ##.##.2020-ci il tarixində 3620000162 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1.643 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs çıxarılmalı, qarşılılqı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs alınaraq ilk iddia üzrə cavabdeh X4 verilməli, 100 (bir yüz) manat vəkil xərci qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməli, Ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat xərclərin 100 (bir yüz) manatı birgə qaydada qarşılıqlı iddia üzrə iddiaçılar X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 və İsmayılova Fəridə Elşan qızından, 100 (bir yüz) manat isə ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Zərərçəkmiş şəxs 42 000 (qırx iki min) manat pulun ödənilməsi və оnun 1.643 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması eyni zamanda icra edilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Zərərçəkmiş şəxs 1.643 hektar torpaq sahəsindən çıxarılmağa hazır olduğunu bildirsə də, borclular 42 000 (qırx iki min) manat pul ödəməmişdirlər. Qeyd edilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Vəkil oxşar məzmunlu izahatlar verərək, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun çağırışlarından yayınmasını, axtarış qərarı üzrə gətirilməsini nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdirlər. Həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs borclular tərəfindən onun torpaq sahəsindən istifadəsinə maneələr yaradıldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin e*(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən yeni xəbərdar olmuşdur. Həmin qərar əsasında verilmiş icra sənədini icra etməkdən boyun qaçırmır. Hazırda icra sənədində qeyd edilən məbləği tələbkarın xeyrinə ödəmək imkanı yoxdur. İcra sənədində qeyd edilən tələbi icra etmək üçün pulu və gücü yoxdur. Barəsində tənbeh tədbiri tətbiq edildiyi halda belə həmin tələbi icra edə bilməyəcəyini bildirir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Həmçinin bildirmişdir ki, hazırda Zaqatala rayonu Uzuntala kəndində yerləşən 1,643 ha torpaq sahəsi Zərərçəkmiş şəxs istiadəsindədir və o, həmin bağdan qazanc əldə edir. Qeyd edilən məbləğ tələbkarın xeyrinə ödənilənədək, sonuncunun torpaq sahəsindən istifadəsinə etirazı yoxdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsi və icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs 42000 manat pul ödəməlidir və pul ödənildikdən sonra Zərərçəkmiş şəxs torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verilməlidir. Şikayətçi inzibati xəta haqqında işə rayon məhkəməsində baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xətanın tərkibinin olubolmamasının məhkəmə tərəfindən kifayət qədər araşdırılmadığını, bununla da düzgün olmayan nəticəyə gəlindiyini bildirmişdir. Şikayətçi qərarın giriş hissəsində qeyd olunduğunu bildirmişdir ki, işə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə baxılır. Lakin məhkəmə iclasında Zərərçəkmiş şəxs iştirak etməmişdir, onun yerinə nümayəndəsi kimi şikayətçi özü iştirak etmişdir. Bundan başqa, şikayətçi məhkəmə qərarında tərəflərin məhkəmə iclasında verdikləri izahat və ifadələrin düzgün qeyd olunmadığını, təhrif edildiyini bildirmişdir. O, bunu işin video görüntülərinə baxaraq müəyyən etməyin mümkün olduğunu qeyd etmişdir. Şikayətçi qeyd etmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyinə görə o, izahat verməmişdir, nümayəndəsi olaraq şikayətçi izahat vermişdir. Şikayətçi və Zərərçəkmiş şəxs vəkili izahat verərək bildirmişlər ki, onlar torpaq sahəsindən çıxmaq üçün hazırdırlar. Qətnamədə göstərilən 42000 manat pulun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməsini, yəni qətnamənin icrasını tələb etmişlər. Şikayətçi eyni zamanda vəkilin məhkəməyə izahat verərək bildirdiyini qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsində göstərilən torpaq sahəsinə artıq girmiş, torpağın bir hissəsindən Zərərçəkmiş şəxs çıxartmış və həmin torpaq sahəsini Uzuntala kənd sakini X6 icarəyə vermişdir. Qudavasov Ramazan da həmin torpaq sahəsini traktorla becərərək həmin torpağa dənli bitki olan arpa əkmişdir və halhazırda həmin arpa yetişmək üzrədir. Şikayətçi məhkəmə iclasında vəkil tərəfindən belə bir faktın olduğu deyilsə də, məhkəmənin bu faktın doğruluğu ilə bağlı hər hansı bir araşdırma aparmadığını, əksinə əhəmiyyətsiz bir fakt kimi yanaşdığını bildirmişdir. O, məhkəmənin X6 dəvət edərək onu dinləyə biləcəyini qeyd etmişdir. Bundan başqa, şikayətçi məhkəmənin nəzərinə çatdırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi Elvin Əhmədova ##.##.2026-cı il tarixdə ərizə ilə müraciət edərək ərizədə qeyd etmişdir ki, o, həmin torpağı hal-hazırda arendaya verib, Zərərçəkmiş şəxs torpaqdan çıxmalıdır və o hesab edir ki, məhkəmə qətnaməsində göstərilən pulu, yəni 42000 manat pulu ödəməməlidir. Şikayətçinin fikrincə, buradan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı olaraq məhkəmə qərarını icra etməkdən imtina edir. Zaqatala rayon məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı verdiyi bu ərizəsinə də hər hansı bir qiymət verməmişdir və qərarında qeyd etməmişdir. Şikayətçi qeyd olunanlardan belə bir nəticəyə gəlmək olacağını bildirmişdir ki, məhkəmə Azərbaycan Respublikası adından qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamənin icra edilməməsi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şərait yaratmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı olaraq məhkəmə qətnaməsində göstərilən pulu ödəməkdən imtina etməsi ona hər hansı bir üzrlü səbəb yaratmır. Şikayətçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin və 9.2, 35-ci maddələri baxımından şərh edilməsinə dair ##.##.2018-ci il tarixli qərarında qeyd olunduğunu bildirmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini araşdırmalıdır. Zaqatala rayon məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilənlərə də əməl etməmiş, kifayət qədər araşdırma aparmamışdır. Şikayətçi sonda qeyd etmişdir ki, inzibati xəta haqqında işə rayon məhkəməsində baxılarkən məhkəmə tərəfindən icra məmurunun icraatında olan icra işi tam olaraq öyrənilməmiş, xüsusi əhəmiyyət kəsb edən sübut və sənədlər məhkəmənin icraatında olan inzibati xəta haqqında iş materiallarına əlavə olunmamışdır. Məhkəmə icra məmurunun icraatında olan iş materiallarının içərisində xüsusi əhəmiyyət kəsb edən sənəd və sübutların hansı səbəbdən məhkəməyə təqdim edilməməsi məsələsini də araşdırmamışdır. Şikayətçi burada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin icrasından qəsdən yayınması və icra etməməsinə dair yazdığı ərizəni, onun icra məmurunun axtarış qərarı ilə, polis vasitəsilə məhkəməyə gətirilməsinə dair axtarış qərarını və tutulmasına dair protokolu da icra məmuru tərəfindən məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Şikayətçi həmin ərizəni apellyasiya şikayətinə əlavə edərək məhkəməyə özü təqdim etdiyini qeyd etmişdir. Şikayətçi məhkəmə qərar qəbul edərkən protokol tərtib edən vəzifəli şəxsin məhkəməyə təqdim etdiyi inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri kifayət qədər araşdırmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və zərərçəkmiş şəxsin vəkili Vəkil Şaban oğlu çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinin əsassız olduğundan təmin edilməməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Zaqatala rayonu üzrə icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin e*(***)-**/**** nömrəli ## ###### 2026-cı il tarixli icra sənədinə əsasən borclular X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 və İsmayılova Fəridə Elşan qızından birgə qaydada 42 000 (qırx iki min) manat pul vəsaiti alınaraq ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməli, Zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 355 (üç yüz əlli beş) manatın 216 (iki yüz on altı) manatı borclular Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X3, İsmayılova Fəridə Elşan qızı və X4 alınaraq ilk iddia üzrə iddiaçıya verilməli, qalan 139 (bir yüz otuz doqquz) manatı isə ilk iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçılar X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 və İsmayılova Fəridə Elşan qızının ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ##.##.2020-ci il tarixində 3620000162 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1.643 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs çıxarılmalı, qarşılılqı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs alınaraq ilk iddia üzrə cavabdeh X4 verilməli, 100 (bir yüz) manat vəkil xərci qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməli, Ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat xərclərin 100 (bir yüz) manatı birgə qaydada qarşılıqlı iddia üzrə iddiaçılar X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X4 və İsmayılova Fəridə Elşan qızından, 100 (bir yüz) manat isə ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Zərərçəkmiş şəxs 42 000 (qırx iki min) manat pulun ödənilməsi və оnun 1.643 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması eyni zamanda icra edilməlidir İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından, barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs 42 000 (qırx iki min) manat pulun ödənilməsi оnun 1.643 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması ilə eyni zamanda icra edilməlidir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərərfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, qətnamənin icrası ilə əlaqədar borclulardan Cənnətey Həsənova şöbə rəisinin qəbulunda olmuş və ona ərizə verərək qətnamədə göstərilən 42000 manat pulu ödəməyəcəyini yazılı qaydada bildirmişdir. Qətnamədə eyni zamanda torpaq sahəsindən tələbkarın çıxması nəzərdə tutulmuşdur. 42000 manat pulun ödənildiyi anda torpaq sahəsini təhvil verməyə hazırdırlar. Qətnamənin onlara dair hissəsini tam olaraq icra etməyə hazır olduqlarını bildirmişdir. Borclular qanunsuz olaraq məhkəmə qərarını icra etmədən, yəni məhkəmə qərarında göstərilən 42000 manat pulu ödəmədən torpaq sahəsinə soxulmuşlar. Bu da o deməkdir ki, onlar həm məhkəmə qərarını icra etməyəcəyini yazılı surətdə bildirmiş, həm də məhkəmə qərarında göstərilən məbləği ödəmədən torpaq sahəsinə soxularaq məhkəmə qərarının icrasından imtina etmişlər. Ərizəçi qeyd olunan məsələni müzakirə etmək məqsədi ilə Zaqatala rayon İcra və Probasiya şöbəsində icra məmurunun qəbulunda olarkən borcluların qətnamənin icrasından boyun qaçırma hərəkətləri etdiyini və onların bu hərəkətinin cinayət məsuliyyəti yaratdığını, cinayət məsuliyyətindən əvvəl inzibati məsuliyyətə cəlb edilmələri üçün barələrində inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmasını tələb etdiyini bildirmişdir. Söhbət əsnasında belə bir inzibati xəta protokolunun təmin olunmayacağı barədə hakim tərəfindən fikir bildirildiyi qeyd olunmuşdur. Lakin ərizəçi bu deyilənlərə inanmadığını, hesab etdiyini bildirmişdir ki, 2 ay bundan əvvəl qətnamə qəbul etmiş hakim həmin qətnamənin icrasından boyun qaçıran şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxarkən qətnamənin icra olunmamasına şərait yaratmayacaq, əksinə boyun qaçıran şəxsin məsuliyyətə cəlb olunması barədə müvafiq tədbirlər görəcəkdir. Əgər hazırkı qətnamənin icrasından boyun qaçıran şəxslərin barəsində inzibati xəta haqqında protokol tərtib etmək istəmirlərsə, ümumiyyətlə məhkəmə qərarının icrasını normal vaxt ərzində süründürməyərək icrasını həyata keçirmək istəmirlərsə, mövcud qanunvericilik əsasında İcra Baş İdarəsinə müraciət edərək işin başqa icra məmuruna və ya başqa rayonun icra məmuruna icra olunması üçün göndərilməsini xahiş edə bilər və yaxud da bu barədə ona və ya tələbkarın vəkilinə yazılı və şifahi olaraq bildirə bilər.Bundan başqa, ərizəçi qeyd etmək istədiyini bildirmişdir ki, hazırkı qətnamənin icrasını həyata keçirmək istəməməsi ilə bağlı arzunu da normal qəbul edir. Belə ki, Cənnətey Həsənova şöbə rəisinin yanına, qəbuluna tanımadığı, bilmədiyi, özünü şəhid anası kimi təqdim edən şəxslərlə gəlmişdir və çox güman ki, şöbə rəisi şəhid adı statusuna və özünün sosial mövqeyinə görə ehtiyat edir. Bununla bağlı ərizəçi bildirmişdir ki, borcluların heç biri şəhid ailəsi deyildir. Kənar şəhid ailəsinin isə bu işə müdaxilə etməsinə sadəcə olaraq qanun yol vermir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 3(5- 167)-385/2026-cı il tarixli qərarından görünür ki, X4 Zaqatala Rayon Məhkəməsinin e- *(***)-**/****-*** nömrəli icra sənədini icra etmədiyinə görə 500 manat cərimə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunaraq inzibati xəta haqqında iş materialları işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya borclunu müəyyən hərəkətləri etməyə yaxud müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə inzibati məsuliyyət təsbit edilmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində bu xətanın tərkibinin olmaması qənaətinə gələrək icraata xitam versə də, işin mühüm əhəmiyyət kəsb edən halları araşdırmadan kənarda saxlanılmış, sübutlar İXM-nin 84-cü maddəsinin tələblərinə zidd olaraq məcmuda və daxili inam əsasında obyektiv qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsi eyni qaydada qanuni qüvvəyə minmiş məhkəmə aktlarının bütün fiziki və hüquqi şəxslər üçün məcburi olduğunu və üzrsüz səbəbdən icra edilməməsinin qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğunu qəti şəkildə müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, icra sənədi üzrə borclu olan şəxsin sadəcə işləməməsi və ya maddi imkanının zəif olduğunu bəyan etməsi, onu məhkəmə qərarını icra etmək ümumi hüquqi vəzifəsindən azad edən mütləq bir əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2018-ci il tarixli qərarına əsasən, bu qəbildən olan işlərə baxılarkən hüquqtətbiqedici mütləq qaydada işin faktiki hallarını hərtərəfli araşdırmalı, borclunun icra məmurunun tələblərini yerinə yetirmək üçün mövcud imkan və vasitələrdən istifadə edib-etməməsini, habelə əməlin məhz qərəzli və ya qəsdən yayınma xarakteri daşıyıb-daşımadığını obyektiv qiymətləndirməlidir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs 42 000 manat pul vəsaitinin ödənilməsi ilə onun torpaq sahəsindən çıxarılması eyni zamanda icra edilməli olan qarşılıqlı öhdəliklərdir. Tələbkar tərəf torpaqdan çıxmağa hazır olduğunu bəyan etdiyi halda, borclunun icra prosesindən yayınması və onun yaşadığı yer müəyyən edilmədiyi üçün barəsində ## ##### 2026-cı il tarixdə axtarış qərarının çıxarılması faktı birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməmişdir. İcra məmurunun qanuni çağırışlarına gəlməyən və barəsində axtarış elan edilən şəxsin hərəkətlərində qəsdən yayınma elementlərinin olub-olmaması araşdırılmadan icraata xitam verilməsi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında mövcud olan və zərərçəkmiş tərəfin icra qurumuna təqdim etdiyi ərizənin məzmunundan aydın görünür ki, tələbkar tərəf Zaqatala Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli qətnaməsindən irəli gələn qarşılıqlı öhdəliklərin özünə aid olan hissəsini, yəni mübahisəli 1.643 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini boşaldaraq təhvil vermək vəzifəsini icra etməyə hazır olduğunu rəsmən bəyan etmişdir. Ərizədə tələbkar tərəf qətnamənin "eyni zamanda icra edilməli" olan şərtinə sadiq qaldığını, borclunun 42 000 manat pul vəsaitini ödədiyi anda torpaq sahəsindən çıxacağını bildirməklə icra prosesində öz tərəfindən hər hansı bir ləngiməyə və ya qanunsuz yayınmaya yol vermədiyini subut etmişdir. Buna qarşı olaraq, zərərçəkmiş tərəfin ərizəsində borcluların məhkəmə qərarında təsbit edilmiş pul öhdəliyini yerinə yetirmədən, yəni qarşılıqlı şərt bərpa olunmadan qanunsuz olaraq torpaq sahəsinə daxil olduqları bəyan edilmişdir. Bu xüsusat borclu X1 icra məmurunun tələblərindən qəsdən boyun qaçırdığını, məhkəmə aktının icrası rejimini özbaşına dəyişməyə çalışdığını və prosesdə "qərəzlilik" nümayiş etdirdiyini göstərən ciddi bir dəlildir. Əlavə olaraq, ## ##### 2026-cı il tarixli məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, eyni icra sənədi üzrə birgə borclu olan X4 Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli icra sənədinin tələblərini üzrsüz səbəbdən icra etmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə tənbehinə məruz qalmışdır. Bu fakt ilk növbədə onu sübut edir ki, borclular tərəfindən sözügedən icra sənədinin qanuni tələblərinin yerinə yetirilməməsi fərdi deyil, sistemli və davamlı xarakter daşıyır. Birgə borclulardan birinin analoji əmələ görə artıq inzibati məsuliyyətə cəlb olunması, icraat sənədinin icrasının qəsdən gecikdirildiyini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasının davam etdiyini aşkar nümayiş etdirir. Bundan başqa, apellyasiya şikayətinin dəlillərindən və işə əlavə edilmiş materiallardan məlum olur ki, borclu X1 ## ##### 2026-cı il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinə yazılı ərizə ilə müraciət edərək, məhkəmə qətnaməsində göstərilən pul vəsaitini ödəməyəcəyini və tələbkarın torpaqdan çıxmalı olduğunu bildirmişdir. Eyni zamanda, borclunun həmin torpaq sahəsinə faktiki olaraq daxil olması və onu üçüncü şəxsə (X6) icarəyə verməsi barədə tələbkar tərəfin irəli sürdüyü mühüm dəlillər və sübutlar birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilməmiş, bu iddiaların doğruluğunu yoxlamaq məqsədilə müvafiq şahidlərin dindirilməsi təmin olunmamışdır. Borclunun bir tərəfdən maddi imkansızlıq bəhanəsi ilə icradan imtina etməsi, digər tərəfdən isə icra predmeti olan əmlakı idarə edərək ondan gəlir götürməsi barədə məlumatlar iş üzrə əməlin "qərəzlilik" sferasını müəyyən etmək üçün xüsusi əhəmiyyət kəsb edən hallardır və bu hallar aydınlaşdırılmadan əməldə xəta tərkibinin olmaması qənaətinə gəlmək qeyri-mümkündür. Sadalanan səbəblərə görə də işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeni əsaslı bilmir. Oxşar münasibətləri nizama salan İXM-in 53-cü maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən hüquq normasının məzmunundan aydın olur ki, ararşdırılan iş üzrə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinə səbəb ola biləcək hər hansı hal yoxdur. Bu baxımdan da apellyasiya instansiya məhkəməsi bu fikirdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, işləməməsi, madddi imkanının zəif olması sonuncunu borcu ödəmək vəzifəsindən azad etmir. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-in 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Ona görə də, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-167)-448/2026 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-290/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-290/2026
04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver