Məhkəmə qərarları › İş №3(3-10)-292/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-292/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-292/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, X4 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim K.Musayev) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 192.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: X4 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, X5 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə məxsus Bakı şəhəri, Abdulvahabov Salamzadə 4-cü döngə (Qəbələ dairəsi tərəf) ünvanında yerləşən iş yerində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərini pozaraq ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində əmək müqavilələri hüquqi qüvvəyə minənədək “qənnadçı” vəzifələri üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qismində iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xxxx MMC barəsində qəbul edilmiş qərar əsassız olmaqla yanaşı İXM-in maddələrinə ziddir. Belə ki, qərar qəbul edilərkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməli, izahatı alınmalı olduğu halda bunlara məhəl qoyulmamışdır. Halbuki İXM-nə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərarxxxxlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qayxxxxa səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Tərtib edilmiş protokolda Hüquqi şəxsin nümayəndəsinin iştirakını qeyd etsələr də nümayəndənin ata adını düzgün qeyd etməmişlər, eyni zamanda iştirakı təmin edilmiş olsaydı belə iş üzrə izahatı alınmalı və qərarda qeyd edilməli idi. İkinci bir tərəfdən iş üzrə bildirirk ki, Səmayə Heydərova ilə xxxx MMC arasında heç bir zaman əmək münasibətləri olmamış, Səmayə Heydərova instaqram sosial şəbəkəsində (səhifə məlumatları əlavə olunur) şirniyyat bişirib satdığı üçün onlar da həmin səhifədən lazım olduqca sifariş edib əvəzini onun kart hesabına ödəmişlər. Əslinə qalanda Səmayə Heydərova vergi cinayəti törədərək vergidən bilə-bilə yayınmışdır. Odur ki, yuxarıda sadalanan hallara əsasən hüquqi şəxs barəsində tərtib edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli iş üzrə icraata xitam verilməlidir. ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi qərarında MMC-nin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam vermişdir. Məhkəmə işə baxılmasında yalnız barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən müəssisənin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmış, protokolu tərtib etmiş orqan tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Halbuki məhkəmənin qərarında istinad etdiyi sübutlar barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin təqsirini və onun əməlində olan inzibati xəta tərkibinin əlamətlərini tam təsdiq edir. X6 tərəfindən Xidmətə əmək hüquqlarının pozulması barədə müraciət edilmişdir. Müraciətçinin izahatına əsasən, o, uzun müddət barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də qənnadçı vəzifəsində çalışmış, lakin vəzifəsi ilə bağlı olmayan işlərə (qabları yumaq, kompyuterdə işləmək, sexdən kafeyə gedib nəzarət etmək, vitrinlərə baxmaq və s.) məcbur edilmiş və əmək haqqı verilmədən işdən qovulmuşdur. Müraciətçi tərəfindən araşdırmaya təqdim edilən bank çıxarışları barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən fərqli vaxtlarda onun bank kartına pul köçürülməsi edildiyini təsdiq edir. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən aparılan araşdırma zamanı müraciətçi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC arasında mövcud olan əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. "Əmək və Məşğulluq Altsistemi"nə baxış keçirilərkən müraciətçi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC arasında qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla da işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb edildiyi sübut olunmuşdur. Beləliklə, Şəki Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmət tərəfindən İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş protokol tam qanuni və əsaslıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. MMC-nin təqsiri iş materiallarında mövcud olan mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Əmək Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş tələblərin təmin edilməməsi, işçiyə əmək haqqının ödənilməsinin təmin edilməməsi, habelə Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbinin pozulması ilə nəticələnmiş və İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyinə və əlavə obyekti sayılan işçinin maraqlarına ziyan vurulduğu aşkar olunmuşdur. Eyni zamanda, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. İXM-in 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Şəki Rayon Məhkəməsinin qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hər cür faktik məlumatlar sübutlar sayılır. Məcəllənin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər, lakin əmək qanunvericiliyinin pozulmasına görə bu müddət bir ildir. Məcəllənin 2-ci maddəsində inzibati xətalar qanunvericiliyinin vəzifələri, 21-ci maddəsində isə inzibati tənbehin məqsədi göstərilmişdir. İş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən İXM-in 192.1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmət tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında şirkətin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş; - ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən İXM-in 192.1-ci maddəsinin tələblərini pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. -barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nə ünvanlanmış ##.##.2025ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qayxxxxa inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq, X5 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. - X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, o, 1966cı il təvəllüdlü Səmayə Heydərova uzun müddətdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC şirkətində qənnadçı vəzifəsində çalışmışdır. Bildirmək istəyir ki, vəzifəsi qənnadçı olduğu halda başqa işlər görməyə də məcbur ediblər (məsələn qabları yumaq, kompyuterdə işləmək, sexdən VMF kafeyə gedib nəzarət etmək, vitrinlərə baxmaq), həm də müqaviləsiz çalışmışdır. ##.##.2025-ci il tarixində ona VMF şirkətinin baş ofisinə gəlməyi bildirmişlər. Ona satışın niyə olmaması barədə və niyə görə sosial mediyada paylaşım etməməyi barəsində soruşmuşlar. Onu hörmətsiz sözlərlə işdən qovmuş və maaşını verməmişlər. Bunu edən VMF şirkətinin təsisçisi Vahid Mustafayevin barəsində tədbir görülməsini xahiş etmişdir. - ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, X5 məxsus bank hesabına 546 manat məbləğində pul köçürülmüşdür. - ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, X5 məxsus bank hesabına 125 manat məbləğində pul köçürülmüşdür. - ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, X5 məxsus bank hesabına 570 manat məbləğində pul köçürülmüşdür. - ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, X5 məxsus bank hesabına 1 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli xitam haqqında qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta tərkibinin mövcudluğu obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət elementlərinin vahid və ayrılmaz vəhdətini tələb edir. Bu elementlərdən hər hansı birinin aşkar edilməməsi, əməldə inzibati xəta tərkibinin formalaşmasını qəti olaraq istisna edir. İşin materiallarından göründüyü kimi, protokolu tərtib etmiş orqan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCnin əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətlərinin olduğunu iddia etsə də, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı hüquqi şəxs barəsində irəli sürülmüş ittihamın tərkib elementləri obyektiv və mötəbər sübutlarla təsdiqini tapmamışdır. İXM-in 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qayxxxxa əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti müəyyən edir. Bu xətanın obyektiv cəhətinin formalaşması üçün tərəflər arasında məhz faktiki əmək münasibətlərinin mövcudluğu subut olunmalıdır. Halbuki iş materiallarında olan sənədlərin, o cümlədən ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli bank qəbzlərinin və çıxarışlarının məzmunu fərqli vaxtlarda pul köçürmələrinin icra olunduğunu göstərsə də, bu ödənişlərin birbaşa əmək funksiyasının yerinə yetirilməsinə görə ödənilən əmək haqqı olmasını vahid qayxxxxa sübut etmir və bu münasibətlərin mülki-hüquqi xarakterli sifariş və ya birdəfəlik xidmət münasibətləri olması barədə hüquqi şəxsin irəli sürdüyü əsaslı ehtimalları təkzib etmək iqtidarında deyildir. İXM-in 76.1-ci maddəsinə uyğun olaraq, inzibati xətanın olub-olmamasını, onu törətmiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hər cür faktik məlumatlar sübutlar sayılır. Bu məlumatlar inzibati xəta haqqında protokolla, baxış protokolları ilə, izahatlarla, ekspert rəyləri və digər sənədlərlə müəyyən edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən təqdim olunmuş materiallar arasında vətəndaş Səmayə Heydərovanın yalnız birtərəfli qayxxxxa verdiyi ərizə və izahatı, eləcə də "Əmək və Məşğulluq Altsistemi"ndə əmək müqaviləsinin qeydə alınmaması faktı yer alır. Lakin təkcə iddia olunan şəxsin subyektiv izahatı və sistemdə müqavilənin olmaması faktı tərəflər arasında faktiki əmək münasibətlərinin qurulduğunu, işçinin daxili intizam qaydalarına tabe olduğunu və müəyyən olunmuş iş rejimi əsasında çalışdığını subut etmək üçün qanunvericiliyin tələb etdiyi lüzumlu və kifayət edən sübutlar məcmusunu təşkil etmir. İXM-in 8.1 və 8.2-ci maddələrinə əsasən təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qayxxxxa sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində bütün şübhələr onun xeyrinə həll edilməlidir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Səmayə Heydərovanın sosial şəbəkələr vasitəsilə fərdi qayxxxxa qənnatçılıq fəaliyyəti ilə məşğul olması və köçürülən vəsaitlərin məhz həmin platformadan edilən sifarişlərin əvəzi olaraq ödənildiyi barədə irəli sürdüyü etirazlar iş sənədləri ilə tam təkzib olunmamışdır. Belə olan halda, yaranmış köklü şübhələr birbaşa olaraq barəsində icraat aparılan hüquqi şəxsin xeyrinə şərh olunmalı və onun məsuliyyətini şərtləndirən amil kimi qəbul edilməməlidir. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə, məsuliyyət yaradan halların subut olunması prosesində “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartı əsas götürülməlidir. Bu standart subutlardan hasil olunan nəticənin hər növ alternativ fərziyyələri istisna etməsini və işin faktiki hallarının yalnız və yalnız vahid bir hüquqazidd nəticəyə dəlalət etməsini tələb edir. Hazırkı iş üzrə protokolu tərtib etmiş X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş faktiki məlumatlar bu standartın tələblərinə cavab vermir, hüquqi şəxsin iddia olunan xətanı törətməsini əsaslı şübhədən kənar şəkildə təsdiq etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə mütləq qayxxxxa xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə isə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi imperativ norma kimi təsbit olunmuşdur. Şəki Rayon Məhkəməsi iş üzrə mövcud olan materialları tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edərək, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin formalaşmadığı və təqsirliliyin subuta yetirilmədiyi barədə tam qanuni və əsaslı nəticəyə gələrək icraata xitam vermişdir. İXM-in 133.2.8-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında tam həcmdə yoxlayaraq müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları ilə sübutlar arasında uyğunsuzluq yol verilməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş gəldiyi hüquqi nəticələri şübhə altına almağa əsas vermir və formal xarakter daşıyır. Qanunvericiliyin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda və ya şəxsin təqsirliliyi sübuta yetirilmədikdə başlanmış icraata mütləq qayxxxxa xitam verilməlidir. Birinci instansiya məhkəməsi işin hallarını qiymətləndirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, əsassız ittiham üzrə açılmış işə xitam verməklə qanunauygundur qərar qəbul etmişdir. Bu səbəbdən, X4 Xidmətinin Hüquq İdarəsinin apellyasiya şikayəti tamamilə əsassız hesab edilməli, Şəki Rayon Məhkəməsinin qərarı isə İXM-in 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən qanunvericiliyin tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qayxxxxa sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırda, təhlil olunan sübutlar barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxsin məlum inzibati xətanın törədilməsində təqsirləndirilməsi üçün kifayət etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi qəbul edilmiş qərarın hansı sübutlar əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübutu da təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinin əhəmiyyətli dərəcədə pozulmasını və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamasını müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi əsaslı deyildir. Beləliklə, məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Şəki Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, 3(5-158)-169/2026 nömrəli nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 0# ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar