Məhkəmə qərarları › İş №3(3-10)-293/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-293/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-293/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ### 2026-ci il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə(sədrlik edən Ş.Cəfərova) ##.##.1985-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, FİN ******* olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəlinin ## ### 2026-cı il tarixdən, saat 10:00-dan hesablanması qərara alınmışdır. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş *-*(***)-*/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən 130700 manat və 420,70 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədi ##.##.2026-cı il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borclu tərəfindən borcun ödənilməsini təmin etməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sisteminə sorğu edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlakının, gəlirlərinin olmadığı müəyyən edilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsi tərəfimizdən bidirilsədə heç bir ödəniş edə bilməyəciyini bildirdi. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, topdan alqı-satqı şirkətində 18 il sürücü vəzifəsində işləmişdir. Həmin müəssisədə mühasib vəzifəsində işləyən Pərviz Qədimov adlı şəxs ona vergi məsələləri ilə problemlərin yarandığını bildirmiş, həmçinin onun rəsmi işçi kimi ştata alınacağını, kart vasitəsi ilə maaş veriləcəyini bildirmiş, bu səbəblə ona VÖEN hesabı açmağı təklif etmiş, o da 18 il orda işlədiyi üçün onlara güvənmiş, adına vergi oqranında VÖEN açılmasına razılıq vermişdir. Bundan sonra təxminən 6-7 ay müddətində maaşının 250 manat hissəsi həmin hesaba göndərilmiş, qalan hissəsini isə əvvəlki qaydada, nağd şəklində ödənilmişdir. Bir müddət sonra isə maaşı nağd şəkildə ödənilməyə başlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs VÖEN ilə bağlı sənədlərin və asan imza ilə əlaqəli olan bütün sənədlərin Pərviz Qədimovda qaldığını bildirmiş, həmin sənədlər nəticəsində vergilərdən yayınmaq məqsədi ilə Pərviz Qədimov onun sənədlərindən istifadə edərək, onu elektron qaydada şirkətin rəhbəri hesabı kimi əlavə etdiyini qeyd etmişdir. Sənədlərin imzalanmasında Pərviz Qədimov öz imzasından istifadə etmişdir. Kommersiya məhkəməsində işə baxılan zaman əldə edilmiş ekspert rəyində də bu sübut edilmişdir. Daha sonra şirkət tərəfindən alqısatqı üçün 1000000 manat məbləğində mal alınmış, lakin sonradan şirkət rəhbərlərinin maddi vəziyyətinin pisləşməsi nəticəsində həmin maldan 130000 manat borcları qalmışdır. Şirkət rəhbərlərinin Türkiyə və Rusiyaya getmələri nəticəsində, həmçinin şirkətin rəhbərlərindən biri kimi əlavə edilməsi səbəbindən 130000 manat ondan tələb edilmişdir. Pərviz Qədimov bu hadisədən dərhal sonra təxminən 2023- cü ilin mart ayında ümumvətəndaş pasportu alaraq Türkiyənin Ankara şəhərinə getmişdir. Ona zəng edilib məsələ haqqında məlumat verildikdə isə, məsələnin həlli üçün 1 həftə vaxt verilməsini istəmişdir. Daha sonra məsələnin həlli üçün heç nə etməyərək, “Opel” markalı avtomobilini satmış, daha sonra isə Rusiyaya getmişdir. Yenidən ona zəng edilən zaman isə bütün bu əməlləri həmin şirkətin rəhbər şəxslərindən olan Rövşən Süleymanov adlı şəxsin tapşırığı ilə etdiyini etiraf etmişdir. Ekspert tərəfindən tərtib edilmiş protokolda bu hall öz əksini tapmışdır. Daha sonra bu işlə əlaqədar prokurorluğa da çağırılmış, hadisə haqqında məlumat vermişdir. Qədimov Pərviz oğlu barəsində cinayət işi açdığını, daha sonra onu mülki formada məhkəməyə verdiyini, bu işdə günahkarın Pərviz Qədimov olduğunu qeyd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsindən kassasiya şikayəti vermiş olsa da, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda isə Şəki Kommersiya Məhkəməsinin icraatında onun Pərviz Qədimova qarşı pul tələbinə dair işinə baxılmaqdadır. Həmin iş üzrə iddiası təmin ediləcəyi təqdirdə Pərviz Qədimovdan pulu alaraq hazırki icra sənədi üzrə borcun ödənilməsinə yönəltmək niyyətindədir. Həmin iş üzrə yekun məhkəmə aktı çıxarılanadək aylıq 500 manat məbləğində ödəniş edə bilər, aylıq qazancı aşağıdır, həmin məbləği böyük hissəsini ödəmək imkanı yoxdur İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ### 2026-ci il tarixli, 3(5-158)-669/2026 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, onun hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 adlı şəxsin yanında işçi kimi çalışmışdır. Həmçinin digər firmanın işçisi X1 da həmin şirkətdə mühasib vəzifəsində işləmişdir. Həmin şirkətdə uzun müddət işlədiyi üçün X2 ona etibar etmişdir. Bir müddət keçdikdən sonra Pərviz Qədimov şirkətin və digər firmaların pullarını ələ keçirərək ölkədən qaçmışdır. Vəkil qeyd etmişdir ki, daha sonra Zərərçəkmiş şəxs MMC Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında müqavilə bağlandığını və müqavilə üzrə ödənilməmiş 130.700 manat məbləğində pul vəsaitinin və 420.70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Həmin tələbin kökündə ##.##.2022-ci il tarixli **-******/** saylı alqı-satqı müqaviləsi dayanır. Bu müqavilə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən deyil, Pərviz Qədimov tərəfindən onun adından imzalanmış, onun adından mallar qəbul edilmişdir. Bu barədə ekspert rəyi də mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə üzrə Zərərçəkmiş şəxs MMC-nin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı qaldırdığı iddia tələbi təmin edilməsə də, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 131.120,7 manat məbləğində pul vəsaiti və 422 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs MMCyə verilməsi qərara alınmış, Ali Məhkəmə isə həmin qərarı qüvvədə saxlamışdır. Vəkil bildirmişdir ki, hazırda həmin məbləği Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tək ödəyə bilmədiyi üçün və həmin məbləğin yaranma səbəbi ondan asılı olmayan səbəblərdən - digər şəxslər Pərviz Qədimov və Rövşən Süleymanov tərəfindən aldadılması səbəbindən yarandığı üçün, həmin pul məbləğinin reqress qaydada həmin şəxslərdən tutularaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müqavilə üzrə vəkil tutaraq həmin pul məbləğini tələb etməklə tələbkar Zərərçəkmiş şəxs MMC-yə çatacaq pulun ödənilməsi məqsədi daşıyır. Hazırda həmin iş Şəki Kommersiya Məhkəməsinin icraatındadır. Vəkil qeyd etmişdir ki, bu dövr ərzində Şəki rayon İcra Şöbəsi guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi əsası ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs cəzasına məhkum edilmişdir. Vəkil qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə diqqət edildikdə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi nəzərdə tutulmuşdur. Halbuki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin borcu ödəməkdən yayınmır, sadəcə olaraq hazırkı vəziyyətdə 500 manat ödəniş edə biləcəyini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs MMC-nin tələb etdiyi pulu Pərviz Qədimov və Rövşən Süleymanovdan tələb etmə məqsədi məhz Zərərçəkmiş şəxs MMC-yə ödənilməli olan pulun ödənilməsi məqsədi daşıyır. Çünki əks halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məbləği ödəmək iqtidarı, maddi vəziyyəti yoxdur. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili vəkil1 şikayətin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta barədə protokol tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: . İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarında olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş *-*(***)-*/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən 130700 manat və 420,70 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxsMMC-yə ödənilməlidir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2026-cı il tarixli bildirişdən görünür ki Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş *-*(***)-*/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinə dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmış, materiallarda toplanmış sübutlara hüquqi baxımdan düzgün qiymət vermiş və mütənasib tənbeh növü seçmişdir. İş materiallarının araşdırılmasından görünür ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-*(***)-*/****-*** saylı icra sənədinə əsasən borclunun tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 130700 manat əsas borc və 420,70 manat dövlət rüsumu ödəməsi müəyyən edilmişdir. Həmin icra sənədi ##.##.2026-cı il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya qanunla müəyyən olunmuş 10 günlük könüllü icra müddəti təyin edilərək rəsmi bildiriş təqdim olunsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu müddət ərzində və ondan sonrakı dövrdə məhkəmə qətnaməsinin icrasını təmin etməmiş, üzrsüz səbəbdən icra sənədindəki tələbi yerinə yetirməkdən yayınmışdır. İcra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin müəyyən edilməsi üçün aidiyyəti dövlət qurumlarına və "Elektron icra" informasiya sisteminə sorğular göndərilsə də, tələbin yönəldilə biləcəyi heç bir rəsmi əmlak və ya gəlir aşkar edilməmişdir. Borclunun keçən uzun müddət ərzində real və effektiv heç bir ödəniş etməməsi, əməlin qərəzliliyini və subyektiv şəkildə icra sənədindən yayınma niyyətini birbaşa təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktları Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının məcburiliyi prinsipi hüququn aliliyinin və ədalət mühakiməsinin səmərəliliyinin fundamental əsasını təşkil edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının borclu tərəfindən icra edilməməsi və ya icrasından yayınması tələbkarın pozulmuş hüquqlarının bərpasını qeyrimümkün edir, məhkəmə müdafiəsi hüququnu tamamilə səmərəsizləşdirir və deklarativ xarakterə salır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə uyğun olaraq, borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət, o cümlədən işin hallarına və pozuntunu törədənin şəxsiyyətinə görə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində təsbit edilmiş inzibati xətanın tərkibi tam elementləri ilə mövcuddur və materiallarda olan MN ******* nömrəli inzibati xəta haqqında protokol, icra məmurunun izahatı və icra sənədləri ilə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətində borclunun vəkili tərəfindən irəli sürülən o dəlil ki, borcun yaranmasında digər şəxslərin (Pərviz Qədimov və Rövşən Süleymanov) cinayətkar əməlləri və fırıldaqçılığı səbəb olmuşdur, hazırkı inzibati xəta işinin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir. Borcun mülki-hüquqi xarakteri, müqavilənin kimin tərəfindən imzalanması və ya reqress qaydada kommersiya məhkəməsində digər şəxslərə qarşı qaldırılmış iddia icraatının olması qanuni qüvvəyə minmiş və hazırda icrada olan məhkəmə qərarının məcburiliyini ortadan qaldırmır. Mülki və kommersiya mübahisələri üzrə yekun məhkəmə aktları Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır və həmin aktlar şübhə altına alına bilməz. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, son nöqtə qoyulmuş məhkəmə qərarları hər bir şəxs tərəfindən qeyd-şərtsiz icra edilsin. Digər şəxslərlə bağlı hüquqi müstəvidə iddiaların mövcudluğu borclunu cari icra icraatının tələblərini yerinə yetirmək öhdəliyindən azad etmir. Eyni zamanda, borclunun məhkəmə iclasında aylıq yalnız 500 manat ödəyə biləcəyi barədə bəyanatı və borcu ödəməkdən tam yayınmaması barədə vəkilin gətirdiyi arqumentlər də məhkəmə kollegiyası tərəfindən əsassız hesab olunur. 131.120,70 manat ümumi borcun fonunda heç bir real ödəniş edilməməsi, icra məmuruna konkret və rəsmi bir ödəmə planının təqdim olunmaması, habelə könüllü icra müddətindən sonra keçən vaxt ərzində heç bir məbləğin tələbkarın hesabına köçürülməməsi borclunun niyyətinin "obyektiv imkan daxilində icra etmək" deyil, prosesi süni şəkildə uzatmaq və yayındırmaq olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinin ruhuna və ümumi hüquq prinsiplərinə görə, heç kim özünün hüquqa zidd və ya laqeyd davranışından üstünlük əldə edə bilməz. Borclunun passiv davranışı və öhdəliyin icrasına yönəlmiş real hərəkətlərin yoxluğu subyektiv qərəzin bariz nümunəsidir. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna, xüsusilə "Hornsbi Yunanıstana qarşı" (1997) və "Burdov Rusiyaya qarşı" işləri üzrə qərarlarına istinad edərək xatırladır ki, məhkəmə qərarının icrası İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) ayrılmaz tərkib hissəsidir. Dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün qanun çərçivəsində bütün effektiv və mütənasib vasitələrdən istifadə etməyə borcludur. Bu kontekstdə borcluya qarşı tətbiq edilən inzibati tənbeh tədbiri yalnız cəza xarakteri daşımır, eyni zamanda borclunun qanunlara və məhkəmə hakimiyyətinə hörmət etməsini, gələcəkdə belə hüquq pozuntularının qarşısının alınmasını və onun icraya məcbur edilməsini hədəfləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İXM-in 528.1-ci maddəsinin şərhinə dair # ######## 2018-ci il tarixli qərarında qeyd edildiyi kimi, inzibati tənbeh ədalətli və mütənasib olmalı, xətanın xarakterinə və törədilmə şəraitinə, eləcə də pozuntunu törədənin şəxsiyyətinə uyğun gəlməlidir. Birinci instansiya məhkəməsi borclunun şəxsiyyətini, ailə vəziyyətini, orta təhsilli olmasını və fərdi əməklə məşğul olmasını, habelə borcun yüksək məbləğini və icra tədbirlərindən yayınma müddətini düzgün qiymətləndirmişdir. İXM-in 528.1-ci maddəsində qanunverici tərəfindən 1 ayadək inzibati həbs müddəti nəzərdə tutulduğu halda, Şəki Rayon Məhkəməsi tərəfindən borclunun barəsində cəmi 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi təyin edilmişdir. Bu cəza həddi İXM-in 9-cu maddəsində təsbit olunmuş ədalətlilik və mütənasiblik prinsiplərinə tam cavab verir. Təyin olunmuş bu tənbeh növü həm borclunun qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması, həm də tələbkarın hüquqlarının müdafiəsi baxımından yetərli və zəruri hesab edilməlidir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, tərəflər arasında mübahisəyə son qoyan yekun məhkəmə qərarı şübhə altına alınmasın və icra olunsun. Məhkəmə qərarlarının uzun müddət icra olunmaması cəmiyyətdə ədalət mühakiməsinə olan inamı sarsıdır və hüquq qaydasını pozur. Beynəlxalq standartlara görə, dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün bütün effektiv vasitələrdən istifadə etməyə borcludur. İnzibati həbs tənbehi burada borclunu cəzalandırmaqdan daha çox, onu məhkəmə aktına hörmət etməyə və qərarın icrasına məcbur etmək xarakteri daşıyır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə uzun müddət ərzində bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində uyğun inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Bu baxımdan da, şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə həmin dəlilləri inandırıcı qəbul etmir. Bu səbəbdən də işə yenidən baxan apellyasiya məhkəməsi bu fikirdədir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-in 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 8 (səkkiz) gün inzibati həbs cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ### 2026-ci il tarixli, 3(5-158)-669/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili vəkil2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ### 2026-ci il tarixli, *(*- ***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar