Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-295/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hаkim Ü.Qənbərov) ilə, ##.##.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, AR vətəndaşı, subay, Göyçay rayonu, Ikinci Ərəbcəbirli ərazi dairəsi, Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilməsi müəyyən edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR IXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol, (##.##.2026-cı il tarixli MN 2397144) tərtib edilmişdir ki, o, ##.##.2026-cı il tarixdə, Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs aldadaraq ona məxsus olan 480 (dörd yüz səksən) manat dəyərində 1 ədəd “Playstation 4” oyun cihazı və 2 ədəd oyun pultunu dələduzluq yolu ilə ələ keçirmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, özünü təqsirli bilir, Göyçay rayonu, Ikinci Ərəbcəbirli ərazi dairəsi, Birinci Ərəbcəbirli kəndində yaşayır və heç yerdə işləmir. ##.##.2026-cı il tarixdə işə girmək məqsədilə Qəbələ şəhərinə gəlmiş, lakin iş tapa bilməmişdir. Qəbələ şəhərinin mərkəzində olarkən oyun aparatlarının icarəyə verildiyi kluba girmiş, şəxsiyyət vəsiqəsini təqdim edib 20 manat ödəniş edərək Ruslan adlı şəxsdən 1 ədəd “Playstation 4” oyun cihazı və 2 ədəd oyun pultunu 1 günlük icarəyə götürmüş və daha qaytarmayaraq həmin oyun cihazı və onun pultlarını Bakı şəhərində 130 manata satıb əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır və Qəbələ şəhəri, 28 May küçəsində yerləşən “Nt playstation” oyun klubunu icarə əsasında işlədərək playstation aparatlarını gündəlik icarəyə verməklə qazanc əldə edir. ##.##.2026-cı il tarixdə, səhər vaxtı oyun klubunu açdıqdan sonra işi olduğu üçün klubun idarəçiliyini tanışı Ruslana tapşıraraq getmişdir. Saat 10:20 radələrində Ruslan ona zəng edərək bir nəfər şəxsin 400 manat dəyərində “Playstation 4” oyun cihazını və hər biri 40 manat dəyərində 2 ədəd pultu 20 manat ödəniş etməklə 1 gün müddətinə icarəyə götürdüyü barədə məlumat vermişdir. Həmin şəxs icarəyə götürdüyü oyun avadanlığını ##.##.2026-cı il tarixdə, saat 11-00 radələrində kluba təhvil verməli olduğu halda gətirməyərək mənimsəmişdir Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək zərərçəkmiş şəxsə vurulmuş ziyаnın tаm ödənilməsini və zərərçəkmiş şəxs barışıq əldə olunmasını nəzərə alıb şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Qəbələ Rayon Polis Şöbəsinin ITB-nin sahə rəisi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahat və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməli, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə gəldiyi huquqi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin izahatları, işdə olan sənədlər və digər iş materialları məhkəmə tərəfindən araşdırılaraq qiymətləndirildikdə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs aldadaraq ona məxsus olan 480 (dörd yüz səksən) manat dəyərində 1 ədəd “Playstation 4” oyun cihazı və 2 ədəd oyun pultunu dələduzluq yolu ilə ələ keçirmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən hərəkətləri aldatma yolu ilə özgə əmlakını ələ keçirmə kimi qiymətləndirilir və o, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin hallarına görə onu Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 480 manat məbləğində ziyanı tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin apellyasiya məhkəməsinin iclası zamanı məhkəmə iclas katibi tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə telefon danışığı aparılmış və telefon danışığı zamanı da zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona vururlmuş ziyanın tam şəkildə ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını təsdiq etmişdir. Azərbaycan Respublikası IXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası IXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş zərər ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 39.2-ci maddəsi tətbiq olunaraq o, inzibati məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. X2 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə X2 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 39.2, 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qərarı ləğv edilsin. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödədiyinə və zərər çəkmiş şəxslə barışdığına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227ci maddəsilə inzibati məsuliyyətdən azad edilsin və onun barəsində olan həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. X2 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-295/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-295/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver