Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-296/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ilə, ##.##.1996-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin ## ### 2026-cı il, saat 17:40-dan hesablanması, qərarın icrasının Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol (##.##.2026-cı il tarixli MN 2710029) tərtib edilmişdir ki, o, ##.##.2026-cı il tarixdə, Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs aldadaraq ona məxsus olan 400 (dörd yüz) manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, H.Cavid küçəsi, ev 36 ünvanında yaşayır və fərdi qaydada makler kimi fəaliyyət göstərir. 2026-cı ilin aprel ayında Zərərçəkmiş şəxs Şirvan adlı şəxs vasitəsilə tanımış, X1 yanında üç gün müddətində kirayə mənzil tapacağını vəd edərək ondan cəmi 400,0 manat (350 manat kart hesabına göndərilmiş, 50 manat nağd ödənmişdir) almış, lakin həmin müddətdə kirayə mənzil tapa bilməmiş və aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhərində kirayədə yaşayır və hal-hazırda yaşadığı evin şəraitsiz olması səbəbindən başqa kirayə mənzil tapmaqdan ötrü Şirvan adlı vasitəçiyə müraciət etmişdir. Bir müddət sonra Şirvan adlı vasitəçi tərəfindən ona verilən +************ saylı mobil nömrə ilə əlaqə saxlamış, həmin mobil nömrənin sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona X1 yanında kirayə mənzili olduğunu və kirayə haqının 400 manat təşkil etdiyini bildirmişdir. Mənzilin kirayə haqqını ödəmək məqsədilə ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona təqdim etdiyi 41697388******** saylı kart hesabına 350 manat göndərmiş, ##.##.2026-cı il tarixdə isə ona əlbəəl 50 manat vermişdir. Lakin sonradan aldadıldığını bilmiş və bu barədə polisə şikayət etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-137)- ***/**** nömrəli qərarına əsaən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Apellyasiya məhkəməsi hakimlərinin diqqətinə çatdırır ki, artıq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 400 manat borc zərərçəkmiş şəxsə ödənilmişdir.(borcun ödənilməsinə dair qəbzin surəti və Qəbələ regional “ASAN Xidmət” mərkəzində yerləşən notariusdakı ərizə apellyasiya şikayətinə əlavə edilmişdir). Bu səbəbdən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına əsas olan səbəb yəni 400 manat ödəməməyi məsələsi aradan qalxmışdır. Bu səbəbdən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati xəta tərkibi yoxdur. Əməlində İXM-nin 227-ci maddəsinin tərkibi yaranmadığından iş üzrə xitam verilməli və həbsdən azad olunmalıdır. Belə ki, AR İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin tələbindən göründüyü kimi borc məbləği ödənmədiyi halda həmin maddə ilə məsuliyyət yaranır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mənimsədiyi məbləği artıq ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli oıan digər halları müəyyən etmək uçun hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür taktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd etdiyi maddələrə əsasən əməldə İnzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 126.1-civə 127-4.1 -ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Fikrincə, artıq dəymiş ziyan ödənildiyindən inzibati məsuliyyətə cəlb edilmənin səbəbi və əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi aradan qalxdığından hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.2-ci maddəsinə əsasən inzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən görünür ki, şikayətə 1 (bir) gün müddətində baxılmalıdır. Odur ki, şikayətin 1 (bir) gün müddətində baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə köməklik edilməsini xahiş edir. Odur ki, Qəbələ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə edərək bildirdi ki, o, heç kimi aldatmaq fikrində olmamışdır. Himayəsində 3 azyaşlı övladı var. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Verilən suallara cavab olaraq bildirdi ki, dəymiş ziyan 400 manat olmuşdur ki, onu da tam ödəmişdir. Odur ki, şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 çıxış edərək bildirdi ki, apellyasiya şikayəti əsaslıdır, hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqlarını müdafiə etdiyi şəxsdən heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. Hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində 3 azyaşlı övladı var. Odur ki, şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq protokol tərtib etmiş orqan Protokolu tərtib edən orqan-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 055-448-38-39 mobil nömrəli telefonla əlaqə saxlandıqda, o, hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahat və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-yə məxsus “Milliön” elektron ödəmə sisteminin qəbzindən görünür ki, ##.##.2026-cı il tarixdə saat 21:03:28-də 400 manat vəsait 52391517******** nömrəli kart hesabına ödənilmişdir (əməliyyat nömrəsi 22068208614). İş materialında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ##.##.2026-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir şikayət və tələbi yoxdur. Həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlandıqda, o, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Apellyasiya məhkəməsinin qənaətincə, inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığı üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinin səbəbi və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi aradan qalxdığından hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, şərh olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibаti Xətаlаr Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli, o, inzibati məsuliyyətdən azad edilməklə həmin işin icraatına xitam verilməli, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 133- 135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərdiyi 4(dörd) saat hüquqi yardıma görə 44(qırx dörd) manat vəsait dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-296/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-296/2026
02.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver