Məhkəmə qərarları › İş №3(3-10)-297/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-297/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-297/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Şəki Şəhər- Rayon Polis Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim P.Məmmədova) Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan-nin DYP bölməsinin vəzifəli şəxsinin ##.##.2026-cı il tarixli, TP 7978589 qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməyərək, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 327.2-ci maddəsi əsasında barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP 7978589 qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətin ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ##.##.2026 tarixində Şəki şəhər yol patrul xidməti əməkdaşları tərəfindən Qaraməryəm- İsmayıllı-Şəki yolunun Şəki rayonu ərazi hissəsində Şəki şəhər yol patrul xidmətinin xidmət ərazisinə aid olmayan ərazidə onun barəsində İXP7994145 nömrəli inzibati protokol tərtib edilmişdir. Lakin sözügedən protokol qanunsuzdur. Belə ki, həmin əməkdaş protokolu öz xidməti ərazisinə (dislokasiyasında) aid olmayan yerdə tərtib etmişdir. Yol patrul xidməti avtomobil nömrəsi **YP***, avtomobildəki iki əməkdaşın birinin adı Rəşad, digəri isə R rütbəli adını bilmədiyi şəxs idi. Həmçinin onuda qeyd edir ki, ona tərtib olunan elektron protokolda bu protokolu tərtib edən şəxslərin adı və soyadı yoxdur. Onun etirazına baxmayaraq elektron protokol tərtib olunub. Azərbaycan Respublikasının qanunvericiliyinə və "Yol Patrul Xidməti haqqında Təlimat"a əsasən, inspektor yalnız ona ayrılmış marşrut üzrə xidmət aparmalı və səlahiyyətdən istifadə etməlidir. Xidməti ərazidən kənarda görülən işlər səlahiyyət həddini aşma sayılır.Buna görə də həmin protokolun hüquqi qüvvəsinin olmadığını hesab edir. Barəsində yazılmış TP******* saylı ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, həmin işin icraatına xitam verilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Qərarından şikayət verilən orqan-nin DYP bölməsi yol patrul xidmətinin inspektoru X1 oğlu şikayətə etiraz edərək bildirmişdir ki, hadisə bilavasitə onun tərəfindən aşkarlanmışdır. Onun xidmət sahəsi Şəki rayonudur. O, vəzifə borcunu yerinə yetirmiş, aşkarladığı pozuntuya görə cərimə tətbiq etmişdir. Şikayət ərizəsində yazılanlar tamamilə əsassızdır. Buna görə də qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026cı il tarixdə Şəki şəhər yol patrul xidmətinin əməkdaşları tərəfindən Qaraməryəm-İsmayıllı- Şəki yolunun Şəki rayonu ərazi hissəsində, Şəki şəhər yol patrul xidmətinin xidməti ərazisinə aid olmayan ərazidə YPX-nin xidməti avtomobili ilə onun barəsində İXP7994145 nömrəli inzibati protokol tərtib edilmiş və etirazına baxmayaraq TP******* nömrəli qərar verilmişdir. Həmin qərardan Şəki Rayon Məhkəməsinə şikayət verilmişdir. ##.##.2026-cı il tarixdə məhkəmə prosesində ##.##.2026-cı il tarixinə aid dislokasiya sxemi, marşrut xətti, xidməti ərazidən kənarda xidmət aparmaq üçün rəsmi sənəd və aşkar edilmiş qayda pozulmasının video görüntüsü təqdim edilməmişdir. Lakin buna baxmayaraq, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, TP******* nömrəli qərar qüvvədə saxlanılmışdır. Şikayətçi Yol Patrul Xidməti haqqında Təlimatın (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hüquqi aktı) 8.6-cı bəndinə əsasən YPX-nin əməkdaşlarına təhkim olunmuş xidməti ərazidən (marşrutdan) kənarda xidmət aparmağın qadağan olduğunu bildirmişdir. Təlimata əsasən, inspektor yalnız ona ayrılmış marşrut üzrə xidmət aparmalıdır. Ərazidən kənarda yazılan protokol səlahiyyət həddini aşma sayılır və hüquqi qüvvəsi yoxdur. Şəki Rayon Məhkəməsində qərar qəbul edilərkən qanunvericiliyin tələbləri tam təmin edilməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) çıxış edərək ## ##### 2026-cı il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolu istiqamətində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan nəqliyyat vasitəsini 1.1 nişanlanma xətlərinin tələblərini pozaraq ötüb keçdiyini, lakin qeyd edilən halla bağlı səlahiyyəti olmayan şəxs tərəfindən barəsində protokol tərtib edildiyini bildirdi. Qərardan şikayət verən orqan (şəxs) qeyd etdi ki, qeyd edilən ərazi protokol tərtib edən polis əməkdaşlarının dislokasiyasına aid deyildir. Belə ki, həmin polis əməkdaşlarının ərazi dislokasiyası şəhər ərazisini əhatə etsə də, onun barəsində protokol şəhərdən kənar ərazidə tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, o həmin protokolun əsasslz olması ilə bağlı hadisə zamanı da polis əməkdaşına öz etirazını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan-nin nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməsini xahiş etdi və bildirdi ki, ## ##### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) barəsində əks istiqamətli yola çıxmaqla ötmə qaydalarını pozduğuna görə elektron protokol tərtib edilmişdir. Həmin protokol və onun əsasında qəbul edilmiş qərar bort-kompuyterdə olan texniki çatışmalıq səbəbi ilə “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə” əsası ilə tərtib edilmişdir. Belə ki, bortkompuyterdə “əks istiqamətli yola çıxmaqla ötmə qaydalarını pozma” əsası ilə protokol tərtib etmək mümkün olmamışdır. Protokol tərtib edildikdən sonra Qərardan şikayət verən orqan (şəxs) tələsdiyini bildirmiş və hadisə yerindən uzaqlaşmışdır. Protokolda etirazla bağlı heç bir qeyd aparmamışdır. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti qismən təmin olunmalı və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-in 6-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə tənbeh tətbiq edilərkən qanunçuluq prinsipinə ciddi riayət olunmalı, inzibati xəta haqqında iş üzrə icraat qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində və tam qanunauyğun prosedurlar əsasında həyata keçirilməlidir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, İXM-in 84-cü maddəsinin tələblərinə zidd olaraq sübutları məcmuda düzgün qiymətləndirməmiş və nəticədə qanunsuz məhkəmə aktı qəbul etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişində qanunvericiliyin tələb etdiyi əsas prosessual sənədlərin mövcudluğu və forması məcburi xarakter daşıyır. İXM-in 100-cü maddəsinin müddəalarına əsasən, inzibati xəta törədilməsi faktını təsdiq edən ilk və əsas sənəd qanunauyğun şəkildə tərtib edilmiş inzibati xəta haqqında protokoldur. Hazırkı iş materiallarının tədqiqi zamanı isə məlum olmuşdur ki, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol mövcud deyildir. İnzibati xəta haqqında protokolun iş materiallarında olmaması prosessual qanunvericiliyin fundamental şəkildə pozulması deməkdir. Müvafiq protokol olmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunması qanunsuzluq təşkil edir və birinci instansiya məhkəməsi bu mühüm halı tamamilə nəzərdən qaçırmışdır. Digər tərəfdən, apellyasiya araşdırması zamanı müəyyən edilmişdir ki, Qərarından şikayət verilən orqan-nin DYP bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə səhv əsasla və təhrif olunmuş faktlar üzrə tərtib edilmişdir. Məhkəmə iclasında DYP nümayəndəsi X1 etiraf etmişdir ki, sürücü faktiki olaraq əks istiqamətli yola çıxmaqla ötmə qaydalarını pozduğu halda, qərar bort-kompüterdə olan texniki çatışmazlıq səbəbi ilə “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə” əsası ilə rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qəti olaraq bildirir ki, dövlət orqanlarının xidməti fəaliyyətində istifadə olunan elektron avadanlıqlarda və ya bort-kompüter sistemlərində yaranan texniki çatışmazlıqlar, proqram qüsurları və ya subyektiv çətinliklər vətəndaşın hüquqlarının pozulmasına, əməlin səhv tövsif edilməsinə və qərarın əsassız tərtib olunmasına bəhanə ola bilməz. Belə bir texniki problem yarandığı təqdirdə, vəzifəli şəxs qanunvericiliyin alternativ imkanlarından istifadə edərək müvafiq qaydada maddi daşıyıcıda olan kağız protokol və ya qərar blanklarından istifadə etməli, əməlin real mahiyyətini sənədləşdirməli idi. Real faktla hüquqi sənəddə əks olunan əsasın fərqli olması birbaşa qərarın qanunsuzluğunu və qeyri-mötəbərliyini şərtləndirir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ən mühüm hüquqi məsələlərdən biri – qərarı qəbul etmiş vəzifəli şəxsin belə bir səlahiyyətinin olub-olmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. İXM-in 43-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa və inzibati tənbeh tətbiq etməyə yalnız qanunla və ya müvafiq icra hakimiyyəti orqanının aktı ilə xüsusi səlahiyyət verilmiş vəzifəli şəxslərin hüququ vardır. Bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2027-ci il tarixli, **** nömrəli Fərmanı ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilmiş və həmin fərmanla inzibati tənbeh tətbiq edə biləcək subyektlərin dəqiq dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.2-ci bəndinə əsasən, İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq və qərar qəbul etmək səlahiyyəti imperativ olaraq yalnız Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan MR DYPİ-nin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri və ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərlərinə verilmişdir. Hazırkı işdə inzibati tənbeh haqqında qərarı qəbul etmiş şəxsin kiçik serjant rütbəsində olması və ştat vahidinə görə sıravi yol-patrul xidməti inspektoru vəzifəsini icra etməsi faktı, onun sözügedən Fərmanda nəzərdə tutulmuş rəis, rəis müavini və ya qrup rəhbəri kimi məhdud vəzifəli şəxslər dairəsinə daxil olması baxımından əsaslı şübhələr yaradır.. Birinci instansiya məhkəməsi tərəfindən vəzifəli şəxsin qanunvericiliklə müəyyən edilmiş səlahiyyət həddini aşıb-aşmaması faktı tamamilə araşdırılmamış, qərarın hüquqi qüvvədən məhrum olan qeyri-səlahiyyətli subyekt tərəfindən verilməsi halına hüquqi qiymət verilməmişdir. Məhkəmə həmçinin onu vurğulayır ki, inzibati xəta haqqında icraat zamanı barəsində icraat aparılan şəxsin qanunla qorunan hüquqlarının, o cümlədən etiraz etmək və izahat vermək hüququnun təmin edilməsi məcburidir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) hadisə yerində protokol tərtib edilərkən öz etirazını bildirmiş və ərazi aidiyyatı ilə bağlı narazılığını ifadə etmişdir. İXM-in 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə görə inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bortkompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-in 124.4-1-ci maddəsinə görə bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Belə olan təqdirdə, inzibati xəta haqqında iş üzrə icraat ümumi qaydada aparılmalı, iş baxılması üçün müvafiq orqana (vəzifəli şəxsə) göndərilməlidir. Sürücünün etirazına baxmayaraq, yerindəcə birbaşa elektron qaydada inzibati tənbeh haqqında qərarın rəsmiləşdirilməsi vətəndaşın müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir və bu hal qərarın qanunauyğunluğunu tamamilə istisna edir. Məhkəmə iclasında polis nümayəndəsinin irəli sürdüyü "şəxs tələsdiyini bildirib getdiyinə görə ona protokol verilməmişdir" dəlilinə gəlincə, məhkəmə qeyd edir ki, bu iddia birbaşa prosessual qanunvericiliyin imperativ normaları ilə ziddiyyət təşkil edir. İXM-in 100.4cü maddəsinin tələbinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolu imzalamaqdan və ya onu almaqdan imtina etdikdə, yaxud hər hansı səbəbdən hadisə yerini tərk etdikdə, bu barədə protokolda mütləq qaydada müvafiq rəsmi qeyd aparılmalı və imtinanın səbəbləri göstərilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi həqiqətin üzə çıxarılması üçün ən mühüm şərt olan protokolda belə bir rəsmi qeydin aparılıb-aparılmadığı, habelə protokola imtina barədə qeydin hansı hüquqi əsaslarla daxil edildiyi ümumiyyətlə araşdırılmamışdır. Birinci instansiya məhkəməsi polis əməkdaşının şifahi və fərziyyələrə əsaslanan izahatını heç bir maddi sübutla yoxlamadan qəbul etmiş, İXM-in 100.4-cü maddəsində nəzərdə tutulmuş məcburi qeydin sənəddə mövcudluğunu obyektiv şəkildə tədqiq etməmiş və bu kobud prosessual çatışmazlığı diqqətdən kənarda saxlamışdır. İXM-in 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta barədə iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar