Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-299/2026 08.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, barəsində inzibati xəta barədə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İsmayılzadə Dərya Ceyhun qızının, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-137)-302/2026 saylı qərarı ilə (sədrlik edən hakim N.Abbaszadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 428.7.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsidən daxil olmuş MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus reklam icazəsiz yerləşdirilmişdir və yayımlanır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsinin nümayəndəsi nümayəndə2 protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərmişdir ki, protokol tərtib edilən zaman açıq məkanda reklam yerləşdirilməsinə dair icazə sənədi olmamışdır. 2025-ci ilin dekabr ayında icazə sənədinin vaxtı bitmişdi. ## ##### 2026-cı ilədək icazə sənədi olmamışdır. Reklam qurğularının söküntüsü ilə bağlı qərarlar çıxmışdı, lakin söküntü aparılmamış və prosedur aprel ayına qədər çəkmişdir. Göstərilən halların nəzərə alınmasını və inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İsmayılzadə Dərya Ceyhun qızı izahatında göstərmişdir ki, reklam qurğularının söküntüsü ilə bağlı qərarlar gələndə dövlət idarələrinə öz etirazlarını bildirdilər, eyni zamanda sistem üzərindən bütün qurğulara dair müraciət göndərdilər. Müraciət göndəriləndə qurğular üzərində ləğv sözü yazılmışdı. İcazə ilə bağlı yanvarda müraciət etmişlər. Dekabr ayında da davamlı müraciətləri olmuşdur. ADRA-nın elektron portalı üzərindən müraciət edilib. Protokol tərtib edilərkən icazə olmamışdı. Protokol verilən zaman məsələ ilə bağlı aktiv müraciətlər etmələrini nəzərə alaraq protokolun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin qərardan şikayət verərək Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus reklam icazəsiz yerləşdirilmişdir və yayımlanır. Nəticədə MMC tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şikayətçi protokolun tərtib edilməsini onunla əsaslandırdığını bildirmişdir ki, protokol tərtib edilən zaman açıq məkanda reklam yerləşdirilməsinə dair icazə sənədi olmamışdır. 2025-ci ilin dekabr ayında icazə sənədinin vaxtı bitmişdir. ## ##### 2026-cı ilədək icazə sənədi olmamışdır. Reklam qurğularının söküntüsü ilə bağlı qərarlar çıxmış, lakin söküntü aparılmamış və prosedur aprel ayına qədər çəkmişdir. Şikayətçi məhkəmənin öz qərarında qeyd etdiyini bildirmişdir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən protokoldan müəyyən edilir ki, sözügedən reklam icazəsiz yerləşdirilmişdir və yayımlanır. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Şikayətçi məhkəmənin yanlış qənaətə gəlməklə qanunvericiliyin tələblərini pozan qərar qəbul etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırdığını qeyd etsə də, faktiki olaraq yalnız Agentlik tərəfindən təqdim edilmiş protokola əsaslanmış, digər mühüm hallar və sübutlar araşdırılmamışdır. Məhkəmə tərəfindən iş üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmamışdır. Şikayətçi "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasının" müvafiq bəndlərinə istinad etmişdir. 3.1-ci bəndə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.2-ci bəndə əsasən müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndə əsasən reklam yayıcısının yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə göstərişdə müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Şikayətçi məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin Agentlik tərəfindən yerinə yetirilib-yetirilməməsinin, reklam yayıcısına icrası məcburi olan yazılı göstərişin təqdim edilib-edilməməsinin araşdırılmadığını bildirmişdir. Şikayətçi qeyd etmişdir ki, onlara belə bir yazılı göstəriş təqdim edilməmişdir. Qanunvericiliyin tələbindən də müəyyən olunduğu kimi, belə bir yazılı göstəriş təqdim edilmədiyi halda barələrində əsassız və qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmə araşdırma aparmadan barələrində qanunsuz olaraq cərimə tətbiq edilmişdir. Bundan əlavə, şikayətçi məhkəmə tərəfindən işin faktiki hallarının tam və hərtərəfli araşdırılmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2026-cı il tarixində X1 İdarəsinə açıq məkanda yerləşən reklam daşıyıcıları üzrə elektron qaydada müraciət edilmiş, həmin müraciətə mübahisə predmeti olan reklam daşıyıcısı da daxil olmuşdur. Elektron sistem məlumatlarından (ekran görüntüsü qoşmada əlavə olunur) da göründüyü kimi, müraciət MMC tərəfindən edilmiş, müvafiq icra Agentliyin əməkdaşına həvalə olunmuş və müraciət üzrə icazə müddəti ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək müəyyən edilmişdir. Şikayətçi qeyd etmişdir ki, qeyd olunan reklam daşıyıcısı ilə bağlı əvvəlki dövrdə texniki tələblərə uyğun olmaması iddiası ilə akt tərtib edilmiş və onun sökülməsi məsələsi qaldırılmışdır. Lakin həmin reklam daşıyıcısı MMC tərəfindən 2025-ci ildə təmir edilmiş, texniki cəhətdən yararsız və tələblərə cavab verməyən reklam daşıyıcıları sökülmüş, yaxşı vəziyyətdə olan daşıyıcılarla bağlı isə Agentliyin baş idarəsi və digər aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılmışdır. Eyni zamanda, reklam daşıyıcılarının qanunsuz sökülməsi ilə bağlı tərəflərindən müvafiq hüquqi mübahisələr başlanılmış və məsələ yekun inzibati-hüquqi həllini tapmamışdır. Belə olan halda, mübahisə predmeti olan reklam daşıyıcısının taleyi ilə bağlı yekun qərar qəbul edilmədiyi, tərəflər arasında inzibati müzakirələr və hüquqi mübahisələr davam etdiyi bir vaxtda, Agentlik tərəfindən həmin daşıyıcının elektron sistemdə "ləğv" statusuna salınması və daha sonra ##.##.2026-cı il tarixində "icazəsiz yerləşdirmə və yayım" əsası ilə inzibati xəta haqqında protokol tərtib edilməsi əsassız və qanunsuz olmuşdur. Şikayətçi daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Agentliyin rəhbərliyi arasında aparılmış görüş və müzakirələr nəticəsində həmin reklam daşıyıcısının texniki vəziyyətinin qənaətbəxş olduğu və yerində saxlanılmasının mümkünlüyünün qəbul edildiyini bildirmişdir. Bunun təsdiqi olaraq, MMC tərəfindən ##.##.2026-cı il tarixində yenidən elektron müraciət edilmiş, həmin müraciət üzrə icazə müddəti ##.##.2025-ci il tarixindən ##.##.2026-cı il tarixinədək müəyyən edilmiş və müraciət Agentlik tərəfindən "təsdiqləndi" statusu ilə qəbul edilmişdir. Şikayətçi bu halın bir daha sübut etdiyini bildirmişdir ki, mübahisə predmeti olan reklam daşıyıcısı faktiki olaraq qanunsuz və icazəsiz daşıyıcı kimi qiymətləndirilə bilməzdi. Məhkəmə isə yuxarıda göstərilən halları, yəni MMC tərəfindən elektron müraciətlər edildiyini, müraciətlərə baxıldığını, icazə müddətlərinin müəyyən edildiyini, ##.##.2026-cı il tarixli müraciətin "təsdiqləndi" statusu aldığını və icazənin rəsmiləşdirildiyini nəzərə almamışdır. Bu faktlar, şikayətçinin hazırkı apellyasiya şikayətində göstərdiyi kimi, məhkəmə araşdırmasının natamam aparıldığını və Qəbələ Rayon Məhkəməsinin yalnız inzibati xəta haqqında protokola əsaslanaraq formal qərar qəbul etdiyini bir daha təsdiq edir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İsmayılzadə Dərya Ceyhun qızı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsinin nümayəndəsi nümayəndə2 çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus reklam icazəsiz yerləşdirilmişdir və yayımlanır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 2 ədəd fotoşəkildə MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən dayanıqlı reklam qurğusunun fotoşəkilləri əks edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolun surəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş çıxarışdan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli Gəlirlər Baş İdarəsində vergi qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1 m.33-dür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş açıq məkanda reklam yerləşdirilməsinə dair ##.##.2026-cı il tarixli icazə sənədində Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən ölçüsü 6.00* 3.00 m olan bilbordun yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2026-cı il tarixli “A” formatlı ödəniş tapşırıqlarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası X3 hesabına köçürülən ödənişlər əks edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və iş üzrə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İXM-in 428.7.1-ci maddəsinə əsasən, müvafiq icazə, o cümlədən mühüm şərtlər barədə icazə olmadan və ya onun şərtlərinə əməl edilməməklə, yaxud müvafiq dövlət orqanının yazılı göstərişinə əməl edilməməklə açıq məkanda reklam yerləşdirilməsinə görə hüquqi şəxslər cərimə edilir. Lakin işin faktiki hallarından aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyətində həmin maddənin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud olmamışdır. İXM-in 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xətanın tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarında mövcud olan elektron sistem məlumatlarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC hələ ##.##.2026-cı il tarixində, yəni inzibati xəta haqqında protokolun tərtib edildiyi ## ##### 2026-cı il tarixdən xeyli əvvəl mübahisə predmeti olan reklam daşıyıcısı da daxil olmaqla, açıq məkanda yerləşən reklam daşıyıcıları üzrə elektron qaydada X3 X1 İdarəsinə müraciət etmişdir. Həmin müraciət üzrə icazə müddəti elektron sistemdə ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək müəyyən edilmişdir. Bu hal onu sübut edir ki, hüquqi şəxs öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün zəruri və davamlı tədbirlər görmüş, icazə sənədinin rəsmiləşdirilməsi məqsədilə rəsmi qaydada iradə nümayiş etdirmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası"nın 3.2-ci bəndinin tələbinə görə, müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib etməli və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim etməlidir. İnzibati icraat zamanı aşkar olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qanunvericilikdə nəzərdə tutulmuş icrası məcburi olan belə bir yazılı göstəriş təqdim edilməmişdir. Müvafiq dövlət qurumu tərəfindən imperativ prosessual qaydalara riayət edilməməsi, reklam yayıcısına pozuntunu aradan qaldırmaq üçün qanuni müddətin verilməməsi və birbaşa xəta protokolunun tərtib olunması prosessual hüquq normalarının kobud şəkildə pozulması deməkdir və bu əsasla tərtib olunmuş protokol hüquqi qüvvəyə malik sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2026-cı il tarixində yenidən edilmiş elektron müraciət əsasında, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X1 İdarəsi tərəfindən hüquqi şəxsə açıq məkanda reklam yerləşdirilməsinə dair ##.##.2026-cı il tarixli rəsmi icazə sənədi verilmişdir. Həmin icazə sənədində reklam daşıyıcısının (bilbordun) yerləşdirilməsi üçün icazə müddəti məhz ##.##.2025-ci il tarixindən ##.##.2026-cı il tarixinədək müəyyən edilmiş və müraciət Agentlik tərəfindən "təsdiqləndi" statusu ilə qəbul olunmuşdur. Beləliklə, səlahiyyətli dövlət orqanı öz rəsmi qərarı ilə inzibati xəta haqqında protokolun tərtib edildiyi ## ##### 2026-cı il tarixini də əhatə edən dövr üçün reklamın yerləşdirilməsinə hüquqi icazə vermişdir. Bu fakt mübahisəli dövrdə reklam daşıyıcısının qanunsuz və ya icazəsiz yerləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tamamilə təkzib edir. İXM-in 76-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə daxil olmuş sübutları qiymətləndirərkən hakim, səlahiyyətli mütəşəkkil orqan (vəzifəli şəxs) qanuna və hüquq düşüncəsinə əsaslanaraq, işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanan daxili inamına görə sübutlara qiymət verir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi isə iş materiallarında olan fotoşəkilləri və xəta protokolunu formal olaraq əsas tutmuş, hüquqi şəxs tərəfindən təqdim edilmiş elektron müraciətləri, dövlət orqanının yekun icazə sənədini və ödəniş tapşırıqlarını hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda təsbit olunmuş və milli qanunvericiliyimizdə öz əksini tapmış “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartı baxımından, işdə hüquqi şəxsə məxsus reklamın icazəsiz yayımlanması ilə bağlı hər hansı mötəbər sübut qalmamış, əksinə, əməlin hüquqa uyğunluğu tam rəsmiləşdirilmişdir. İXM-in 53-cü maddəsinə və 134.1.3-cü maddəsinə müvafiq olaraq, inzibati xətanın tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Göstərilən maddi və prosessual hüquqi əsasları rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından, Qəbələ Rayon Məhkəməsinin cərimə tətbiq edilməsinə dair qərarı qanunsuz və əsassız hesab edilərək ləğv olunmalı, iş üzrə icraata isə xitam verilməlidir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməliməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 135.1 və 135.1.5-1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin . Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-299/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-299/2026
08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver