Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-301/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Azərbaycan Respublikası X1 Sərvətlər Nazirliyinin * saylı Regional X1 Sərvətlər İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Ağayev İbrahim Məzahir oğlunun iştirakı ilə, Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Ağayev İbrahim Məzahir oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Nərgiz Abbaszadə) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. işin halları: Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyi * saylı Regional X1 Sərvətlər İdarəsi Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlu tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmişdir. Nəticədə Ağayev İbrahim Məzahir oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin iclasında protokol tərtib edən orqan Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyi * saylı Regional X1 Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, İXM-nin 253-1.1.3-cü maddəsinin tələbləri Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlu tərəfindən pozulmuşdur. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyinə təqdim etməmişdir. Bu səbəbdən Ağayev İbrahim Məzahir oğlu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev İbrahim Məzahir oğlu izahatında göstərmişdir ki, ##.##.2024ci il və ##.##.2025-ci illərdə bələdiyyə ərazisində uçota alınan yaşıllıqlar barədə məlumat Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyi * saylı Regional X1 Sərvətlər İdarəsinə göndərilmişdir. Bununla bağlı məktubları və məlumatları məhkəməyə təqdim edir. Lakin həmin məlumatların 20 fevral tarixinə qədər verilməsindən məlumatsız olmuşdur. Yaşıllıqların uçotu vərəqəsini ## ##### 2026-cı il tarixdə poçt vasitəsi ilə, ## ##### 2026cı il tarixində isə İdarənin rəsmi elektron poçtuna göndərmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Ağayev İbrahim Məzahir oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Ağayev İbrahim Məzahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 3 (*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli məhkəmə qərarından razı deyildir. Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyinin * saylı X1 Sərvətlər idarəsinin şikayəti əsasında Qəbələ rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərarı ilə Cığatelli bələdiyyəsinə Yaşıllıqların uçotu vərəqəsinin təqdim edilmədiyi ilə bağlı Cığatelli bələdiyyəsinin vəzifəli şəxsinə İXM 253.1.1.3-cü maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxsə 1000 manat cərimə tətbiq edilmişdir. Qeyd edilən uçot vərəqəsinin son təqdim etmə tarixi ilə bağlı müvafiq qurum tərəfindən heç bir rəsmi xəbərdarlıq bildirişi şəxsinə və ya rəhbərlik etdiyi quruma təqdim edilməmişdir. Qeyd etmək istəyir ki, ## ##### 2026-cı il tarixində ** nömrəli məktubla uçot vərəqəsini Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyinin * saylı X1 Sərvətlər idarəsinə poçt vasitəsilə göndərmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qərarı əsasında tətbiq edilən cərimə məbləğinin əsassız olduğunu hesab edir və qərara təkrar baxılması və ya qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikası X1 Sərvətlər Nazirliyi * saylı Regional X1 Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X2 izahat verərək bildirdi ki, 07 apel 2026-cı il tarixdə Qəbələ rayonu ərazisində mülkiyyətçilər tərəfindən yaşıllıqların uçot və monitorinq vərəqəsinin təqdim edilməsi ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qəbələ rayon Cığatelli Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində olan yaşıllıqların uçot və monitorinq vərəqəsi təqdim edilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, yaşıllıqların uçotu və monitorinqi deyəndə, yaşıllıqların sayı, növü barədə məlumatlar başa düşülür. Mülkiyyətçilər cari ilin yanvar ayının 1-dən fevral ayının 20-dək ərazilərində olan yaşıllıqların uçotu və monitorinqini idarəyə təqdim etməlidilər. Qəbələ rayon Cığatelli Bələdiyyəsi müvafiq sənədləri onlar inzibati protokol tərtib etdikdən sonra idarəyə təqdim etmişlər. İnzibati protokol ## ##### 2026-cı il tarixdə tərtib olunmuşdur. Yaşıllıqlarla bağlı məlumatlar il ərzində bir dəfə təqdim olunur. Onlar bələdiyyə sədrindən müvafiq sənədlərin təqdim edilməməsinin səbəbini soruşduqda, bələdiyyə sədri işlərinin çox olmasını və ərazilərinin böyük olmasını bildirmişdir. Həmin məlumatların təqdim edilməsi üçün onlar xəbərdarlıq etməməlidirlər, hesabatın təqdim edilməsi bələdiyyələrin vəzifə borcudur. Odur ki, şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Ağayev İbrahim Məzahir oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, protokol tərtib edən orqan tərəfindən bələdiyyəyə və ya bələdiyyənin vəzifəli şəxsinə har hansı bildiriş və ya xəbərdarlıq göndərilməmişdir. Buna baxmayaraq həm hüquqi şəxs kimi, həm də vəzifəli şəxs kimi barəsində inzibati qaydada protokol tərtib edilərək cərimə olunmuşdur. O, bələdiyyə sədri kimi hər iki protokodan şikayət vermişdir. Bələdiyyə olaraq ötən illər ərzində yaşıllıqların uçotu və kadastrı vərəqəsini ilin müəyyən vaxtlarında X1 sərvətlər idarəsinə təqdim etmişlər. Yeni seçilmiş bələdiyyə sədri olsa idi haradasa səhv edə bilərdi. Verilən suallara cavab olaraq bildirdi ki, hüquqi şəxs kimi cərimə olunmaları barədə qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmişdir. O, 2022-ci ilin avqust ayından Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri vəzifəsində işləyir. X1 Sərvətlər İdarəsi tərəfindən yaşıllıqların uçot vərəqəsi onlara 2025-ci ildə fevral ayında, 2024-cü ildə avqust ayında göndərilmişdir, 2023-cü ildə isə ümumiyyətlə göndərilməmişdir. Yaşıllıqların uçot vərəqəsinin ilin hansı dövründə təqdim etmələri ilə bağlı X1 sərvətlər idarəsi tətəfindən onlarla hər hansı maarifləndirici söhbət aparılmamışdır. Onlar yaşıllıqların uçot vərəqəsini ## ##### 2026-cı il tarixdə təqdim etmişlər, lakin protokol ## ##### 2026-cı il tarixdə tərtib olunmuşdur. Bu məsələnin o, bələdiyyə sədri işləmədən əvvəlki dövrdə necə tənzimlənməsi barədə məlumatı yoxdur. X1 Sərvətlər İadrəsi yaşıllıqların uçot vərəqəsini onlardan nə vaxt tələb etsələr, onlar da həmin dövrdə göndərmişlər. Barələrində protokol tərtib olunduqdan sonra yaşıllıqların uçot vərəqəsini hansı dövrdə göndərməli olduqlarını bilmişlər. Onlarla maarifləndirici söhbət aparılmış olsaydı, onlar yaşıllıqların uçot vərəqəsini vaxtında göndərərdilər. Əməllərində pozuntu var, lakin maarifləndirici söhbət aparılsa idi bu pozuntu da olmayacaqdı. Şikayətinin əsası ondan ibarətdir ki, əməlilərində pozuntu olsa da, Nazirlər Kabinetinin müvafiq qərarından və qərarın mahiyyətindən xəbərləri olmamışdır. Şikayətinin təmin olunmasını xahiş edir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ## ##### 2026-cı il tarixli, MN N:******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, * saylı Regional X1 Sərvətlər İdarəsi tərəfindən Qəbələ rayonu, Cığatelli bələdiyyəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsinə əssən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan * saylı Regional X1 Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Qəbələ rayonu ərazisində yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları təqdim etməyən mülkiyyətçilər barədə qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə aparılan araşdırma zamanı Qəbələ rayonu, Cığatelli bələdiyyəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi barədə məlumatlar “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə (hər ilin yanvar ayının 01-dən fevral ayının 20-dək) Azərbaycan Respublikası X1 Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlu Yaşıllıqların uçotu vərəqəsini ## ##### 2026-cı il tarixdə poçt vasitəsi ilə, ## ##### 2026-cı il tarixində isə Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyi * saylı Regional X1 Sərvətlər İdarəsinin rəsmi elektron poçtuna göndərsə də, məlumatlar “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarının 2.5-ci bəndinə əsasən qanunla nəzərdə tutulmuş müddət ərzində göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə görə yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə əsasən bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının X1 Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Ağayev İbrahim Məzahir oğlu yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları cari ilin fevral ayının 20-dək Azərbaycan Respublikası X1 Sərvətlər Nazirliyinə təqdim etməyərək Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. İXM-nin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Ağayev İbrahim Məzahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri Ağayev İbrahim Məzahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-301/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-301/2026
16.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver