Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-306/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Qərarından şikayət verilən orqan-nin nümayəndəsi Səlimov Səlim İsrayıl oğlunun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sərlik edən Ş.Cəfərova) Qərarından şikayət verilən orqan-nin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, R Səlimov Səlim İsrayıl oğlu tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) onun barəsində ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və 300 manat məbləğində cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bundan sonra mətndə İXM-in) 266.3-cü maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İXM-in 266.3-cü maddəsi məhz məişət tullantılarının (mətbəx zibili və s.) tutumlardan kənar yerlərə atılmasını nəzərdə tutur. Lakin ərizəsinə əlavə etdiyi fotolardan da göründüyü kimi, sözügedən materiallar məişət tullantısı deyil, şəxsi həyətindən çıxan və kisələrə yığılmış tikinti qalıqlarıdır (daş və kərpic). Tikinti materiallarının zibil qutusuna (urnaya) atılması qadağan olduğuna görə "urnadan kənara atma" maddəsi burada tətbiq edilə bilməz. Yaşadığı ünvan (İ.Həmidov küç., ev 2/10) mərkəzi küçə və ya prospekt deyil, dalanda yerləşdiyini bildirmişdir. Bu dalanda ondan sonra cəmi 1 qonşu yaşadığını, kisələr divarın dibinə səliqəli şəkildə düzüldüyünü, yolu və piyadaları bağlamadığını qeyd etmişdir. Avtomobillərin hərəkətinə heç bir maneə törətməmişdir. Bildirişdə hadisənin ##.##.2026-cı ildə baş verdiyi qeyd olunsa da, ona bu barədə yalnız bir ay sonra, ##.##.2026-cı il tarixində SMS vasitəsilə məlumat verilmişdir. O, ərazini zibilləmək niyyətində olmadığını, əksinə, tullantıları (daş qalıqlarını) kisələrə yığaraq ərazidən uzaqlaşdırmaq üçün müvəqqəti olaraq öz evinin divar dibinə yerləşdirdiyini bildirmişdir. Hazırda heç bir yerdə rəsmi və ya daimi işlə təmin olunmadığını, maddi gəlirinin olmadığını və himayəsində iki övladının olduğunu, onlardan biri ali təhsil müəssisəsində (institutda), digəri isə orta məktəbdə təhsil aldığını qeyd etmişdir. İşsiz olmağını və iki övladının təhsil xərclərini qarşılamağı səbəbindən 300 (üç yüz) manat məbləğində cəriməni ödəmək onun üçün çox çətin olacağını nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırılmışdır ki, ərazinin xüsusiyyəti və hərəkətə maneənin olmamasını göstərmişdir. Hadisənin baş verdiyi İzzət Həmidov küçəsi, ev 2/10 ünvanındakı ərazi mərkəzi küçə deyil, yaşayış evlərinin yerləşdiyi və hərəkətin məhdud olduğu dalan yoldur. Yolun örtüyü asfalt deyil, təbii daşlıq və çınqıllıqdan ibarətdir. Qoşma etdiyi fotoşəkillərdən aydın göründüyü kimi, müvəqqəti yerləşdirilmiş materiallar yolun gediş-gəliş hissəsini tutmamış, divarın dibinə nizamla düzülmüşdür. İkinci səbəb olaraq, şikayətçi müddət və məqsədi qeyd etmişdir. Həmin kisələr əraziyə tullantı kimi atılmamış, şəxsi təsərrüfat işləri üçün gətirilmiş və təxminən 1 (bir) saat ərzində ərazidən tamamilə təmizlənmişdir. Bu qədər qısa müddət ərzində materialın dalan yolda (daşlıq ərazidə) qalması nə piyadaların, nə də nəqliyyatın hərəkətinə heç bir real təhlükə və ya maneə yaratmamışdır. Üçüncü səbəb olaraq, şikayətçi birinci instansiya məhkəməsinin "bərk material" arqumenti barədə fikrini bildirmişdir. Məhkəmə qərarını əsaslandırarkən materialın "bərk" olmasını protokolun ləğv edilməməsi üçün səbəb kimi göstərmişdir. Şikayətçi hesab etmişdir ki, materialın fiziki halı (bərk olması) qanun pozuntusunun ağırlığını müəyyən edən əsas meyar ola bilməz. Yolun özü onsuz da daşlıq (bərk) örtükdən ibarət olduğu üçün, həmin materialların yola və ya ətraf mühitə hər hansı zərər vurması qeyri-mümkündür. Dördüncü səbəb olaraq, şikayətçi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Məhkəmə xətanın azəhəmiyyətli olmasını, əməlin heç bir zərərli nəticə doğurmamasını və qısa müddətdə (1 saat) aradan qaldırılmasını nəzərə alaraq onu məsuliyyətdən azad edə və ya şifahi xəbərdarlıqla kifayətlənə bilərdi. Lakin məhkəmə bu hüquqi imkandan istifadə etməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Qərarından şikayət verilən orqan-nin nümayəndəsi Səlimov Səlim İsrayıl oğlu şikayətin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 266.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) izahatında təxminən iki ay əvvəl fərdi yaşayış evinin təmiri ilə bağlı evdən çıxan daş qum təmir tullantılarını gələcəkdə atılması üçün küçəyə səliqəli şəkildə kisələrə yığılmış halda qoymuşdur. ##.##.2026-cı il tarixdə polis əməkdaşı həmin tullantının zibil qabından kənara qoyulduğu üçün qanuna zidd olduğunu ona izah etdiyini bildirmişdir. “AsanPay” elektron sistemindən Qərardan şikayət verən orqan (şəxs) göndərilmiş smsdə MN******* nömrəli protokol üzrə ##.##.2026-cı il tarixindən etibarən icra qərarının qüvvəyə mindiyi qeyd edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş foto şəkillərdə kisələrdə daş qırıntıları küçədə yolun kənarında divarın kənarına yığılmışdır Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından verdiyi apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün şərh edərək hüquqi nəticəyə gəlmişdir. Şikayətçinin apelyasiya şikayətində irəli sürdüyü dəlillər iş materialları və aşkar edilmiş faktlarla təkzib olunur, habelə qəbul edilmiş məhkəmə aktının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları formalaşdırmır. İXM-in 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə inzibati tənbeh tədbiri müəyyən edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) fərdi yaşayış evinin təmiri nəticəsində yaranmış daş, kərpic və digər tikinti qalıqlarını kisələrə yığaraq İzzət Həmidov küçəsi, ev 2/10 ünvanında, ümumi istifadədə olan yolun kənarına, divarın dibinə yerləşdirmişdir. Şikayətçinin sözügedən materialların məişət tullantısı deyil, tikinti qalıqları olması və bu səbəbdən əməlin İXM-in 266.3-cü maddəsi ilə tövsif edilməsinin qeyri-qanuni olması barədə arqumenti hüquqi cəhətdən əsassızdır. Qanunvericiliyin mənasına və ətraf mühitin mühafizəsi, sanitariya-epidemioloji sağlamlıq normalarının tələblərinə görə, hər hansı bir tullantının, o cümlədən tikinti qalıqlarının ümumi istifadədə olan küçələrə, yollara və ya digər qeyri-müəyyən yerlərə atılması, müvəqqəti də olsa saxlanılması qanunla qadağan edilən və inzibati məsuliyyət yaradan hərəkətdir. Maddənin mətnində mötərizədə göstərilən "məişət tullantıları" ifadəsi qəti siyahı formalaşdırmır və insanın məişət fəaliyyəti, o cümlədən yaşadığı sahənin təmiri nəticəsində formalaşan tullantıların hamısını əhatə edir. Şikayətçinin hadisə yerinin mərkəzi küçə olmaması, dalanda yerləşməsi və materialların divar dibinə səliqəli şəkildə düzülərək hərəkətə maneə yaratmaması barədə iddiaları da əməlin inzibati xəta tərkibini istisna etmir. İXM-in müvafiq maddəsi formal tərkibli xəta qrupuna daxildir və burada məsuliyyətin yaranması üçün tullantıların müəyyən olunmamış yerə atılması və ya qoyulması faktının özü kifayətdir, hər hansı bir maddi zərərin vurulması və ya nəqliyyatın, piyadaların hərəkətinin tamamilə məhdudlaşdırılması kimi maddi nəticələrin baş verməsi məcburi şərt deyildir. Ümumi istifadədə olan hər bir küçə və dalan ictimai yer hesab olunur və şəxslərin öz şəxsi tullantılarını, tikinti materiallarını müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan və ya müəyyən edilmiş xüsusi tutumlardan kənarda bu ərazilərdə yerləşdirməsi ictimai qaydaya və sanitariya normalarına ziddir. Eyni zamanda, materialların ərazidə cəmi bir saat qalması və sonradan uzaqlaşdırılması barədə verilən izahatlar törədilmiş inzibati xətanın baş tutmuş faktını ortadan qaldırmır. İnzibati xəta protokolu tərtib edilən andan inzibati xəta başa çatmış hesab olunur və şəxsin sonradan hüquqazidd vəziyyəti aradan qaldırmaq istiqamətindəki hərəkətləri yalnız tənbeh tətbiq edilərkən yüngülləşdirici hal kimi qiymətləndirilə bilər, lakin bu xətanın mövcudluğunu istisna edən hüquqi əsas ola bilməz. Şikayətçinin İXM-in 21-ci maddəsinə istinad edərək əməlin azəhəmiyyətli hesab olunması və inzibati məsuliyyətdən azad edilməsi barədə tələbinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, əməlin az əhəmiyyətli xəta kimi qiymətləndirilməsi məhkəmənin mülahizəsinə daxil olan hüquqdur, vəzifə deyil. İşin halları, ərazinin ümumi vəziyyəti və qanun pozuntusunun xarakteri nəzərə alındıqda, birinci instansiya məhkəməsinin İXM-in 21-ci maddəsini tətbiq etməməsi qanunvericiliyin tələblərinə tam uyğundur və bu hissədə hər hansı bir prosessual qanun pozuntusuna yol verilməmişdir. Bildirişin və SMS məlumatının gecikməsi ilə bağlı prosessual dəlilə münasibətdə məhkəmə kollegiyası müəyyən edir ki, inzibati xəta protokolu və tənbeh vermə haqqında qərar qanunla müəyyən edilmiş müddətlər daxilində və səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilmişdir. İcra qərarı barədə şəxsə elektron sistem vasitəsilə məlumatın çatdırılması müddəti şəxsin müdafiə hüququnu və məhkəməyə şikayət etmək imkanını məhdudlaşdırmamışdır. Şəxs qanunla müəyyən edilmiş müddətdə birinci instansiya məhkəməsinə və ardınca apelyasiya instansiyasına şikayət vermək hüququndan tam və maneəsiz istifadə etmişdir. Bu səbəbdən, məlumatlandırma sistemindəki zaman fərqi qəbul edilmiş inzibati tənbeh qərarının maddi hüquq baxımından ləğv edilməsi üçün əsas yaradan kobud prosessual qayda pozuntusu hesab edilə bilməz. Şikayətçinin hazırda rəsmi iş yerinin olmaması, maddi durumunun çətinliyi və himayəsində iki təhsil alan övladının olması barədə gətirdiyi ailəvi və maddi vəziyyətə dair arqumentləri məhkəmə tərəfindən diqqətlə nəzərdən keçirilmişdir. İXM-in 266.3-cü maddəsinin sanksiyası fiziki şəxslər üçün sabit olaraq məhz 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh nəzərdə tutur. Həmin maddənin sanksiyasında hər hansı bir alternativ tənbeh növü (məsələn, xəbərdarlıq) və ya cərimənin aşağı və yuxarı hədləri (hüdudları) müəyyən edilməmişdir. Qanunvericiliyin imperativ tələbinə görə, sanksiyada tənbehin həddi dəqiq göstərildiyi halda, hakimin və ya səlahiyyətli orqanın qanunda nəzərdə tutulmuş cərimə məbləğindən daha aşağı məbləğdə tənbeh tətbiq etmək səlahiyyəti mövcud deyildir. Bu baxımdan, Şəki Rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 300 manat məbləğində cərimə qanunun birbaşa tələbi olub, şəxsin maddi vəziyyətindən asılı olaraq dəyişdirilə bilməz. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-306/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-306/2026
09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver