Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-307/2026 05.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hаkim N.Abbaszadə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 528.1ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin ## #### 2026-cı il saat 12:20-dən hesablanması və qərarın icrasının Qəbələ Rayon Polis şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Qəbələ rayon Icra və Probasiya Şöbəsinin rəisi, R X3 tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında Qəbələ rayon Icra və Probasiya Şöbəsinin rəisi, R X3 protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzürsüz səbəbdən icra edilməmişdir. Odur ki, verilmiş inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, özü fəhlə işləyir, imkanı olduqca borcundan ödənişlər etmişdir. Lakin yağışların olması səbəbilə bir müddətdir ki, işləyə bilmədiyi üçün ödəniş etməyə pulu olmamışdır. Əmək müqaviləsi dünən rəsmiləşdirilmişdir, 400 manat maaş alır. Adına hər hansı əmlakı yoxdur. Hazırda borcundan ödəniş edə bilmir. Pulu işlədikcə ödəyə bildiyi, həbs olunsa işləyə bilməyəcəyi üçün məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqları ilə maraqlanmamışdır, onları görməyə də gəlmir. Odur ki, aliment borcunu ödəməsini tələb edir. Məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, borcun tam ödənilməsini nəzərə alıb şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Qəbələ rayon Icra və Probasiya Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, prosesdə iştirаk edən şəxslərin şikayətlə bağlı izahat və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər biri üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Işdə olan Qəbələ rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Iş materiallarından görünür ki, Qəbələ rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli məktubu ilə Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə tələbin könüllü icrası üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş, 1400 manat aliment borcunun ödəməmiş, bununla da Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin hallarına görə onu Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati həbs tənbehi tətbiq etməkdə haqlı olmuşdur. Lakin iş materiallarında olan # #### 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə qərаr qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs icrа sənədi üzrə hаzırkı inzibаti xətаnın predmeti оlаn 1400 manat borcunu tam şəkildə ödəməklə bağlı həmin məbləği Qəbələ rаyоn Icrа və Prоbаsiyа Şöbəsinin depоzit hesаbınа qоymuşdur. Аzərbаycаn Respublikаsı IXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Аzərbаycаn Respublikаsı IXM-nin 528.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Apellyasiya məhkəməsinin qənaətincə, Qəbələ Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad olunan hazırki Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın predmeti üzrə artıq icra olunduğundan, bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinin səbəbi və onun əməlində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi aradan qalxdığından hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Аzərbаycаn Respublikаsı IXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:...134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında... Аzərbаycаn Respublikаsı IXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:...135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması... Beləliklə, şərh olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 133- 135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-307/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-307/2026
05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver