Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-308/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs), onun barəsində Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən tərəfindən qəbul olunmuş ##.##.2026- ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Binəqədi Rayon Polis Idarəsi tərəfindən şikayət verilmişdir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edildi ki, iş materiallarında olan (cild 1, iş vərəqi 30) məktubdan görünür ki, Binəqədi Rayon Dövlət X1 Yol Patrul Xidmətinə Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ## ##### 2026-cı il tarixdə “Azdoc elektron sistemi” vasitəsilə imza edilərək göndərilmişdir. Qаnunvericiliyin tələbinə əsаsən Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarındаn həmin qərаrın “Azdoc elektron sistemi” vasitəsilə imza edilərək Binəqədi Rаyоn Pоlis Şöbəsinə göndərilməsi tаrixindən, yəni 13 аprel 2026-cı il tаrixdən 10 gün müddətində şikаyət verilə bilərdi. Lаkin iş materialları ilə müəyyən edilir ki, Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayət həmin qərardan şikayət vermə müddəti bitəndən 6 gün sonra, yəni ## ##### 2026-cı il tarixdə verilmiş, nəticədə həmin qərаrdаn şikаyət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Binəqədi Rayon Polis Idarəsi tərəfindən də Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarındаn şikаyətin verilməsi üçün burаxılmış müddətin bərpаsı bаrədə vəsаtətlə məhkəməyə mürаciət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan qanun normalarının mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından həmin qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Iş materiallarından görünür ki, Binəqədi Rayon Polis Idarəsi Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (Inzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətinin bərpasına baxılmalı və bu səbəbdən də inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şəki Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayət, şikayət vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün inzibati işin materialları ilə birlikdə Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-308/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-308/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver