Məhkəmə qərarları › İş №3(3-10)-309/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-309/2026

07.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-309/2026 07.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməsinə dair Ucar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 04 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 04 iyun 2026-cı il tarixli, 3(5-164)- 186/2026 saylı qərarı ilə, ## ####### 1972-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi sahibkar, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və Ucar şəhəri, N.Nərimanov küçəsi, ev 19-da yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməsi müəyyən edilmişdir. işin halları: İnzibati xəta haqqında işdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 18 radələrində Ucar şəhəri, N.Nərimanov küçəsində polis işçilərinin ictmai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərmişdir ki, ## #### 2026cı il tarixdə Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı şahid5 raportu əsasında inzibati araşdırma aparılmış və Ucar şəhəri, N.Nərimanov küçəsi, ev 19-da yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmiş, bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və əlavə edilmiş sənədlər ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə, saat 12:30 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə Ucar şəhəri, Oğuz küçəsi ilə yaşadığı evə nahar etməyə gedərkən yolpolisi əməkdaşları tərəfindən saxlanılmış, sənədləri olmadığından polis əməkdaşı nəqliyyat vasitəsini idarə edərək birlikdə Ucar Rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsində avtomobil duracağa yerləşdirilmiş və protokol tərtib edilmişdir. Daha sonra başqa polis əməkdaşı onu şöbəyə dəvət edib orada şəxsi əşyalarını növbətçi hissəyə təhvil vermiş, şöbənin inzibati binasında təhqiqatçı şahid5 ona izahat verməyi tələb etmiş və ondan Cümşüd Əliyevin şikayət etdiyini bildirmişdir. şahid5 onu şikayətlə tanış etməmiş, müdafiəçi tələb etsə də bununla təmin edilməmişdir, onu şöbədə saxlamışlar və gedə bilmədiyini demişlər. Həmin vaxta qədər şikayətlə bağlı onu şöbəyə çağırmamışlar, halbuki yaşadığı və işlədiyi yer hamıya məlumdur. Onu da heç vaxt çağırmamışlar. Bundan sonra onunla birlikdə yaşadığı evə polis əməkdaşları getmişlər, o da müdafiəçi dəvət olunmasını tələb etmişdir. Yaşadığı evə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamışdır. Yaşadığı evdə onun iştirakı ilə istifadə etdiyi komputeri polis əməkdaşları götürmüşlər. Oradan iş yerinə getmişlər və müşahidə kamerasında olan yaddaş sistemini, komputerini, mobil telefonunu və adapterini götürmüşlər. Oradan polis əməkdaşları ilə yaşadığı evə qayıtmışlar və həyətdə olan qohumuna məxsus avtomobilə baxış keçirmişlər, baxış zamanı heç bir qanunsuz əşya aşkar olunmamışdır. O, polis əməkdaşlarına heç bir maneçilik göstərməmişdir və onların tələblərini yerinə yetirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı şahid5 izahatında göstərmişdir ki, ## #### 2026cı il tarixdə icraatında olan araşdırma materialı ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ucar Rayon Polis Şöbəsində onun xidməti otağında olmuş, izahatı alındıqdan sonra yaşadığı evə və iş yerinə, idarə etdiyi avtomobillərə baxış keçirilməsi zərurəti yaranmışdır. O, şöbənin digər əməkdaşları ilə birlikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı evə və avtomobillərinə baxış keçirmişdir. Yaşadığı evdən çıxarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə əyləşdirilmiş, araşdırmanın davam etdirilməsi üçün Ucar Rayon Polis Şöbəsinə gedərkən təxminən 100 metr kənarlaşdıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə getməkdən etiraz etmiş, oturduğu arxa oturacaqdan (sol tərəfdən) yerə düşməyə cəhd etmiş, buna görə o, idarə etdiyi avtomobili saxlamış, yerə düşüb onu şöbəyə dəvət etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə izahat verdiyini bildirib getməyəcəyini demişdir. Bundan sonra başqa avtomobildə olan əməliyyat müvəkkiləri kömək məqsədi ilə yaxınlaşmışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da həmin əməkdaşlara da öz etirazını bildirmiş, getməkdən imtina etmişdir. Həmin əməliyyat müvəkkillərinin köməkliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili şahid1 izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə, saat 18 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı evin həyətində olan avtomobilə baxış keçirdikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şahid5 idarə etdiyi avtomobilə əyləşmişdir. Bir qədər evdən aralandıqdan sonra avtomobilin arxa sol qapısının açıldığını görmüşlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobildən düşmək istəmişdir, şahid5 da onu nizam-intizama dəvət edib şöbəyə getməyi bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs buna etiraz etmiş, onlar da yaxınlaşıb onu nizam-intizama dəvət edib şöbəyə getməyi bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili X3 izahatında göstərdi ki, ## #### 2026-cı il tarixdə şahid5 və digər polis əməkdaşları Ucar şəhəri. N.Nərimanov küçəsi, ev 19da yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı evə baxış keçirmişlər. Yaşadığı evdə baxışdan sonra işlədiyi ofisə getmişlər. Oradan və yaşadığı evdən komputer götürülmüş, oradan qayıdıb yaşadığı evin həyətindən olan avtomobilə baxış keçirmişlər. şahid5 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs araşdırmanın davam etdirilməsi üçün şöbəyə getməyi bildirmişdir. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şahid2lə şahid5 idarə etdiyi “VAZ-2107” markalı avtomobilə minmişlər, onlar da, yəni Vüsal, Pünhan və o, Pünhanın idarə etdiyi avtomobil ilə şahid5 idarə etdiyi avtomobilin arxası ilə şöbəyə getmişlər. Şöbəyə gedərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tabesizlik göstərib şöbəyə getmək istəməmişdir. Onlar da yaxınlaşıb Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə getməyi bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin KMQ-nin baş əməliyyat müvəkkili şahid2 izahatında göstərmişdir ki, ## #### 2026cı il tarixdə Ucar rayonu, Gəraybəyli kənd sakini Cümşüd Əliyevin müraciəti əsasında təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma materialı ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı ondan əlavə şöbənin bir neçə əməkdaşı da iştirak etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı evin həyətində olan avtomobilə baxış keçirildikdən sonra Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı şahid5 idarə etdiyi avtomobilə arxa sol tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, arxa sağ tərəfdən isə o əyləşib avtomobillə Ucar şəhəri, N.Nərimanov küçəsi ilə mühafizə bölməsi tərəfdən Nizami küçəsinə dönən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə getmədiyini bildirib qapını açmaq istəmişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs düşməməyini bildirmiş, həmin vaxt arxaları ilə digər polis əməkdaşları gəlmişlər. şahid5 avtomobili saxlamış və həmin vaxt əməliyyat müvəkkilləri yaxınlaşmışlar, onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nizam-intizama dəvət etmişlər və onu avtomobillə şöbəyə aparmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili şahid4 izahatında göstərdi ki, ## #### 2026-cı il tarixdə Cümşüd Əliyevin müraciəti əsasında Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı şahid5 tərəfindən araşdırma başlanmışdır. Araşdırma əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evinə və iş yerinə baxış keçirilmişdir. Baxışda o da iştirak etmişdir. Baxış zamanı bəzi lazım olan əşyalar aşkar olunmuşdur. Daha sonra qayıdıb Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı evin həyətində olan nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Bundan sonra şahid5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid2 şahid5 idarə etdiyi avtomobillə, o, şahid1 və Zamin Xəlilov şahid1 idarə etdiyi avtomobillə şöbəyə getməyə başlamışlar. Həmin istiqamətdə müəyyən qədər gedəndən sonra sağa dönən zaman şahid5 məxsus nəqliyyat vasitəsinin dayandığını və şahid5 yerə düşdüyünü, nəqliyyat vasitəsinin qapısının açıldığını görmüşlər. Onlar dərhal ora yaxınlaşmış, şahid5 onlara Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qaçmağa cəhd etdiyini bildirmişdir. Onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs araşdırma getdiyini və izahatının alınacağını demişlər, polisin qanuni tələbinə tabe olmasını bildirmişlər, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nizam-intizama dəvət etmişlər. Bir neçə dəfə dedikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlarla razılaşmış və şahid5 idarə etdiyi avtomobili ilə şöbəyə getmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 04 iyun 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 04 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulub. Hakim polisin hərəkətlərinin qanuni olub-olmamasını, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni və ya qanunsuz hər hansı hərəkətinə tabesizlik göstərməsini araşdırmamışdır. Sırf polislərdən ibarət “şahid”-lərin ifadələri ilə qanunsuz qərar qəbul edərək, hüququ pozulmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüququnu pozmuşdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə 12:30-dan 18:00-a kimi polis tərəfindən qanunsuz saxlanılması, ona məxsus sahibkarlıq obyektində, fərdi yaşayış evində, avtomobilində qanunsuz axtarış aparılması, ona məxsus olan əşyaların qanunsuz olaraq, polis tərəfindən götürülməsi, bu əşyalar götürüldükdən sonra da onun azadlığının polis tərəfindən qanunsuz məhdudlaşdırılıb, onun polis şöbəsinə araşdırma aparmaq adı ilə aparılmasının polisin hərəkətlərinin qanunsuz olmasını sübut etməsinə baxmayaraq, hakim tərəfindən bu hallar nəzərə alınmamışdır. Prosesi birtərəfli şəkildə aparan hakim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azadlığını qanunsuz məhdudlaşdıran Protokolu tərtib edən orqan-nin təhqiqat bölməsinin təhqiqatçısı şahid5 ehtimal olunan təhqirlə bağlı araşdırma materialı üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alındıqdan, onun evində, sahibkar ofisində, avtomobilində axtarış aparıldıqdan sonra yenidən polis şöbəsinə hansı əsasla gətirilməsi barədə sual verməyi hakimi hədsiz dərəcədə narahat etmiş və sualın cavablandırılmasına mane olmuşdur. Çünki, hakim özü də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı olunan hərəkətlərin heç bir hüquqi və qanuni əsası olmamasını bilirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evində, sahibkar ofisində, avtomobilində axtarış aparılmasında iştirak etmək üçün polis əməkdaşları ilə bir maşında mülki şəxslər gətirilmişdir. Bunu şahid kimi ifadə verən polis şöbəsinin əməkdaşı təsdiq etmişdir. Həmin şəxslərin məhkəmə iclasına şahid kimi dəvət olunması üçün vəsatət verdi. Lakin, şəxsin hüququnun müdafiəsi üçün verilmiş vəsatət təmin olunmadı. Təmin olunmama əsası isə hakim tərəfindən əsaslandırılmadı. Verdiyi vəsatəti əsassız yerə rədd olunmuşdur. Məhkəmə tərəfindən təhlükəsiz şəhər kamerasından görüntü tələb olunması barədə vəsatəti də təmin olunmamışdır. Təmin olunmama əsası isə hakim tərəfindən əsaslandırılmadı. Verdiyi vəsatət əsassız yerə rədd olunmuşdur. Təhqiqat bölməsinin icraatında olan araşdırma materialı üzrə şəxsin evində, sahibkar ofisində, avtomobilində axtarış aparılmasında polis şöbəsinin müxtəlif bölmələrində xidmət edən çoxsaylı polis əməkdaşlarının cəlb olunmasının səbəbinin araşdırılması məqsədilə verdiyi vəsatət də, məhkəmə tərəfindən təmin olunmadı. Təmin olunmama əsası isə hakim tərəfindən əsaslandırılmadı. Verdiyi vəsatəti əsassız yerə rədd olunmuşdur. Protokolu tərtib edən orqan-nin təhqiqat bölməsinin təhqiqatçısı şahid5 məhkəmədə verdiyi izahatda X5 “facebook” sosial şəbəkəsində təhqir olunması ilə bağlı Protokolu tərtib edən orqan-nə ünvanlanmış ərizə ilə bağlı icraatında araşdırma materialı olmasını bildirmişdir. Həmin material üzrə güya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanına 2 dəfə çağırış göndərmiş, lakin o çağırışa gəlməmişdir. Həmin çağırışın göndərilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin çağırışı almasını təsdiq edən sənədlərin alınaraq, iş materialına əlavə olunması barədə vəsatəti də hakim tərəfindən təmin olunmamışdır. Çünki, hakim təhqiqatçının verdiyi ifadənin həqiqəti əks etdirmədiyini bilirdi. Təmin olunmama əsası isə hakim tərəfindən əsaslandırılmadı. Verdiyi vəsatəti əsassız yerə rədd olunmuşdur. Məhkəməyə polis şöbəsinin təqdim etdiyi sənədlərdə X5 Protokolu tərtib edən orqan-nə ünvanlanmış ərizədə Seymur adlı şəxs barədə tədbir görülməsi qeyd olunub. Protokolu tərtib edən orqan-nin təhqiqat bölməsinin təhqiqatçısı şahid5 hüquqlarını müdafiə etdiyi şəxsdən hansı əsasla şübhələnməsi barədə sualına cavab olaraq, Əliyev Cümşüdün izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adını qeyd etməsini bildirmişdir. Həmin izahatın mövcud olmamasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azadlığının qanunsuz məhdudlaşdırılmasına hüquqi əsas yaratmaq məqsədi daşıdığını düşündüyü üçün həmin izahatın məhkəməyə təqdim olunması barədə vəsatəti də təmin olunmadı. Çünki, hakim təhqiqatçının verdiyi ifadənin həqiqəti əks elətdirmədiyini bilirdi. Təmin olunmama əsası isə hakim tərəfindən əsaslandırılmadı. Verdiyi vəsatəti əsassız yerə rədd olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdiyinə görə polis şöbəsində olarkən, ona tələb etməsinə baxmayaraq, müdafiəçi təyin olunmayıb. Nəticədə onun müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ qanunsuz olaraq məhdudlaşdırılıb. Apellyasiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu bildirdi ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ayın üçü saat 12:30-da evə gedərkən YPX-nin əməkdaşları tərəfindən saxlanılır və polis şöbəsinə aparılır. Bundan sonra sənədləşmə gedir, işi təhqiqatçıya verirlər. Təhiqatçı şəxsin izahatını aldıqdan sonra onu xidməti avtomobilinə mindirir, digər polis əməkdaşları ilə birlikdə iki avtomobillə Fuadın işlədiyi yerə gedirlər. Şəxsin evinə, obyektinə, avtomobilinə baxış keçirirlər, şəxsin obyektinin, qonşu obyektin müşahidə kameralarını söküb aparırlar, şəxsin telefonunu da aparırlar. Bunlar hamısı Ucar rayon sakini Cümşüd adlı şəxsin müraciəti əsasında olmuşdur. Onun müraciəti Seymur adlı şəxsin sosial şəbəkədə onu söyməsindən ibarət olmuşdur. Fuadın Seymurla heç bir əlaqəsi olmamışdır. Təhqiqatçı Fuadı çağırışla dəvət etdiyini, lakin onun gəlmədiyini bildirir. Həmin çağırışları tələb etdikdə, araşdırma materialını istədikdə hakim ona imkan verməmişdir. Hansı əsasla əməliyyatçının baxış keçirdiyini öyrənmək istəmişdir. Şəxsin evinə baxış keçiriblər, sənədləri götürüblər, daha sonra şəxsin qardaşı oğluna məxsus avtomobilinə axtarış etmişlər. Bundan sonra şəxsi polis şöbəsinə aparmışlar. Polislərin məhkəmədə verdikləri ifadələr arasında ziddiyyətlər olmuşdur. Birinci instansiya məhkəməsində verdiyi bir sıra vəsatətlər təmin edilməmişdir, əsas və səbəb kimi təkcə hakimin daxili inamını qeyd etmişlər, hakim sübutları göz ardı etmişdir. Vəsatətlərin təmin edilməmə səbəbləri əsaslandırılmamışdır. Qeyd etdiklərinə görə hakimə etiraz verdi, lakin etiraz baxılmamış saxlanıldı, onun da səbəbi daxili inam göstərildi. Şəxsin əməlini sübut edəcək hal yoxdur, dörd polisdən başqa şəxsin tabesizliyini sübut edəcək heç nə yoxdur. Ucar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 04 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, ## #### 2026-cı il tarixdə YPX-nin əməkdaşı onu saxladı, sənədlərin evdə qaldığını bildirdi. Onu polis şöbəsinə gətirmişlər, və o, özünü səliqəli şəkildə aparmışdır. Onu ikinci mərtəbədə təhqiqatçının otağına gətirdilər. Bu zaman gördü ki, bu avtomobil məsələsi deyil. Ona dedilər ki, şöbəyə çağırılır, barəsində şikayət var, lakin gəlmir. O, məlumatı olmadığını, şöbəyə çağırılmadığını bildirdi. Ona şikayəti göstərdilər, heç şikayət verən şəxsi adı yox idi. Sonra evinə, mağazasına gəldilər, komputerlərini, telefonunu, müşahidə kameralarının yaddaşını götürdülər. Bu proseslərdə iştirak edən hal şahidlərini məhkəmə iclasında dindirmədilər. Qardaşı oğlunun avtomobilində də axtarış keçirdilər. O, müqavimət göstərmədi, əməkdaşlar heç nə tapmadılar. Onlar üç avtomobil polis şöbəsinə getdilər. O, avtomobilin qapısını açmamış, polis əməkdaşlarına müqavimət və ya tabesizlik göstərməmişdir. Həmin günün axşamı sahə müvəkkili ona yaxınlaşaraq dedi ki, polis əməkdaşları onu aparmağa gələndə qapının qabağında avtomobilə minmək istəməmişdir. O da izahat verdi ki, elə bir şey olmamışdır, qapının qabağında olan müşahidə kameraları açılsın. Bundan sonra onlar məsələni dəyişdirdilər ki, guya 300 metr aralıqda avtomobilə minmək istəməmişdir. Hal şahidləri X1 və Həşimov adı yadından çıxıb, İntiqam oğlu gəlib ifadə verməmişlər, onlar onun yanında olmuşlar. Məhkəmə onları çağırıb dindirməmişdir. Polis əməkdaşları hamısı bir-birinə zidd ifadələr vermişlər. Onun polislərlə heç bir ədavəti olmamışdır, sadəcə Ucar rayon vətəndaşı Seymur adlı şəxsdən şikayət edib, qeyd olunan halın da onunla heç bir əlaqəsi yoxdur, burda anlaşılmazlıq olmuşdur. Polis əməkdaşlarının nə axtardıqlarını bilmir. Evin yanındakı müşahidə kameralarının götürülməsi ilə bağlı müraciəti polisdə olanda bildirmişdir, sonradan ona məlum oldu ki, yeri dəyişmişlər. Kameralar evinin yanındadır, polislər göstərdikləri yerdə kamera yoxdur. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs Protokolu tərtib edən orqan-nin İTB-nin polis sahə rəisi, X7 məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməsinə dair Ucar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 04 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya Məhkəməsinin qənaətincə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər əsasızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzbati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlunun apellyasiya şikayətini nəzərdən keçirdikdə, apellyasiya şikayətinin əsas dəlillərinin hazırki işin mahiyyətinə təsir etməyən əlavə sübutların toplanması ilə bağlı olduğu müşahidə olunur. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq şəxsin tutulduğu ərazidə olan kamera görüntülərinin götürülməsinə münasibətdə qeyd edir ki, şəxsin özünün izahatından görünür ki, şəxsin tutulduğu ərazidə müşahidə kameraları yoxdur. Bundan əlavə apellyasiya şikayətində cinayət prosesini həyata keçiriən orqanın apardığı araşdırmanın qanunsuz olması və şəxsin heç bir əsas olmadan tutularaq polis şöbəsinə aparılması bildirilsə belə, müdafiə tərəfi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan şikayət üzrə Ucar rayon polis şöbəsi tərəfindən aparılan araşdırmanın, onun tutulmasının və barəsində aparılmış istintaq hərəkətlərinin qanunsuz hesab olunması barədə şikayət verməmişdir. Belə ki, CPM-nin 449.3-cü maddəsinə əsasən Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: - 449.3.2. tutma və həbsdə saxlanılma; - 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan şikayət üzrə Ucar rayon polis şöbəsi tərəfindən aparılan araşdırmanın qanuniliyinin yoxlanması inzibati xəta üzrə icraat qaydasında yox, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə icraat qayadasında həyata keçirilməli və yalnız həmin hərəkətlər qanunsuz hesab edildikdən sonra həmin araşdırma ilə əlaqədar şəxin polis şöbəsinə dəvət olunması qanunsuz hesab oluna bilərdi. Hazırki icraatda isə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması qanunvericilikdə nəzərdə tutulmadığından, məhkəm apellyasiya şikayətinin dəlilləri ilə həmin hissədə də razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutların məcmusu iş üzrə yekun nəticəyə gəlməyə kifayət edir. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş inzibati tənbehə münasibətdə qeyd edir ki, AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlna münasibətdə inzibati həbs cəzasının tətbiq edilməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan səbəbdən də apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında göstərilmiş həddə yəni 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 04 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Məmmədov İlkin Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 04 iyun 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar