Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-312/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsi tərəfindən şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 499.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. işin halları: Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, *****-*****/**/* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC (VÖEN: **********) tərəfindən ##.##.2023-cü il tarixli, 01231000085425 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi gömrük dəyəri 294,73 manat təşkil edən 13.500 ədəd aksiz markası müvəqqəti idxal xüsusi gömrük proseduru altında ölkə ərazisinə gətirilmiş, həmin aksiz markalarının 12.960 ədədi ##.##.2024-cü il tarixli, 01242000001556 sorğu nömrəli gömrük bəyannaməsi ilə Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük Idarəsində rəsmiləşdirilərək təkrar ixrac edilmiş, 540 ədəd aksiz markasının isə şirkətin təqdim etdiyi məlumata əsasən yararsız hala düşdüyü üçün qeyd olunan aksiz markaları üzrə müvəqqəti idxal xüsusi gömrük prosedurunun müddəti ##.##.2024-cü il tarixdə başa çatmasına baxmayaraq təkrar ixrac edilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir . Proforma invoys sənədindən müəyyən edilir ki, ##.##.2023-cü il tarixli, 01231000085425 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti idxal xüsusi gömrük proseduru altında ölkə ərazisinə gətirilmiş 13.500 ədəd aksiz markasının hər birinin invoys dəyəri 0,01 ABŞ dolları təşkil etmişdir. Beləliklə, yararsız hala düşdüyü bildirilən və geri qaytarılması mümkün olmayan 540 ədəd aksiz markasının ümumi gömrük dəyərinin 5,40 ABŞ dolları olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında ölkə ərazisinə gətirilmiş ümumi gömrük dəyəri 5,40 ABŞ dolları təşkil edən 540 ədəd aksiz markası gömrük orqanı tərəfindən müəyyən edilmiş müddət başa çatmasına baxmayaraq təkrar ixrac edilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş digər gömrük proseduru altında yerləşdirilməmişdir. Bu səbəbdən, şirkət barəsində Azərbaycan Respublikası IXM-nin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və iş üzrə materiallar Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin ##.##.2026-cı il tarixli, *****/*****/* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadı ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. şikayətin və prosses iştirakçılarının dəlilləri: Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsi apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onlаrın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli, 01231000085425 sorğu nömrəli gömrük bəyannaməsindən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC tərəfindən Belarus Respublikasından gətirilmiş 13.500 ədəd aksiz markası müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin bəyannaməyə əsasən malların ümumi gömrük dəyəri 294,73 manat, netto çəkisi isə 0,8 kq təşkil etmişdir. Işdə olan ##.##.2024-cü il tarixli, 01242000001556 sorğu nömrəli gömrük bəyannaməsindən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC tərəfindən əvvəllər müvəqqəti idxal xüsusi gömrük proseduru altında ölkə ərazisinə gətirilmiş aksiz markalarının bir hissəsi Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük Idarəsində ixrac gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin gömrük bəyannaməsinə əsasən, 12.960 ədəd aksiz markası ixrac edilmiş, malların ümumi gömrük dəyəri 277,71 manat, netto çəkisi isə 0,8 kq göstərilmişdir. Bəyannamədə ixrac olunan malların “18x18 mm ölçülü aksiz markaları” olduğu, “CAB” seriyalı markaları əhatə etdiyi, həmçinin 780266001-780269500 və 780270001-780280000 seriya nömrələri intervalında yerləşdiyi qeyd edilmişdir. Eyni zamanda həmin aksiz markalarının Belarus Respublikasında istehsal olunduğu və ixrac məqsədilə rəsmiləşdirildiyi müəyyən edilir. Iş materiallarına əlavə edilmiş proforma invoice sənədindən müəyyən edilir ki, satıcı qismində Belarus Respublikasında yerləşən “xxxx” MMC, alıcı qismində isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC çıxış etmişdir. Sənəd əsasında alıcıya aksiz markalarının göndərilməsi nəzərdə tutulmuşdur. Proforma invoice-də göstərilmişdir ki, göndərilən mallar 18x18 mm ölçülü, içkilər üçün nəzərdə tutulmuş aksiz markaları olmuşdur. Malların bir hissəsi “CAB” seriyalı 780266001-780269500 nömrə aralığını əhatə edən 3.500 ədəd, digər hissəsi isə “CAB” seriyalı 780270001-780280000 nömrə aralığını əhatə edən 10.000 ədəd aksiz markalarından ibarət olmuşdur. Beləliklə, ümumilikdə 13.500 ədəd aksiz markasının göndərilməsi nəzərdə tutulmuşdur. Sənəddən görünür ki, malların ümumi dəyəri 294,73 ABŞ dolları təşkil etmiş, netto çəkisi 0,8 kq göstərilmişdir. Həmçinin çatdırılmanın Belarus Respublikasının Minsk şəhərindən həyata keçirildiyi qeyd edilmişdir. Eyni zamanda sənədin məzmunundan müəyyən edilir ki, göstərilən aksiz markalarının idxalı sonradan ##.##.2023cü il tarixli ************** nömrəli müvəqqəti idxal gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli müraciətdən müəyyən edilir ki, ##.##.2023-cü il tarixli, ************** nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş ümumilikdə 13.500 ədəd aksiz markasından 540 ədədinin geri qaytarılmadığı bildirilmiş və həmin mallar üzrə müvəqqəti idxal xüsusi gömrük prosedurunun müddətinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək uzadılması xahiş edilmişdir. Iş materiallarına əlavə edilmiş ərizədən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC-nin baş direktoru Bəylər Abbasov tərəfindən Hava Nəqliyyatında Baş Gömrük Idarəsinin rəisi, R Anar Cahangirova müraciət edilmişdir. Ərizədə göstərilmişdir ki, Belarus Respublikasından EA*********BY nömrəli qaimə ilə gətirilmiş 13.500 ədəd aksiz markası üzrə ************** nömrəli müvəqqəti idxal gömrük bəyannaməsi tərtib olunmuş, həmin aksiz markalarının 540 ədədi yararsız hala düşdüyündən geri qaytarılması mümkün olmamış, qalan 12.960 ədədi isə içkilərin üzərinə vurularaq ************** nömrəli ixrac gömrük bəyannaməsi ilə ixrac edilmişdir. Bununla əlaqədar olaraq, ərizə ilə ************** nömrəli müvəqqəti idxal gömrük bəyannaməsinin ************** nömrəli ixrac gömrük bəyannaməsi ilə bağlanmasına icazə verilməsi xahiş edilmişdir. Işdə olan ##.##.2022-ci il tarixli, **/**/**/E nömrəli müqavilədən müəyyən edilir ki, Belarus Respublikasında yerləşən “xxxx” MMC ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC arasında malların, o cümlədən aksiz markalarının təchizatına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, təchizatçı malları alıcının sifarişi əsasında göndərməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Malların miqdarı, çeşidi və qiyməti spesifikasiyalarla müəyyən edilir, ümumi müqavilə məbləği isə təxminən 5.000.000 Rusiya rublu nəzərdə tutulmuşdur. Ödənişlərin Rusiya rublu ilə həyata keçirilməsi, malların 30 təqvim günü ərzində ödənilməsi və sifariş təsdiqləndikdən sonra 5 iş günü müddətində göndərilməsi razılaşdırılmışdır. Müqavilədə həmçinin malların mülkiyyət hüququnun təhvil verildiyi andan alıcıya keçməsi, tərəflərin məsuliyyəti və fors-major halları da tənzimlənmişdir. Iş materialına əlavə edilmiş ## ###### 2024-cü il tarixli “aksiz markalarının yararsız vəziyyətə düşməsi barədə” Aktdan müəyyən edilir ki, “xxxx” QSC tərəfindən ##.##.2023cü il tarixli, ************** nömrəli gömrük bəyannaməsi əsasında ölkə ərazisinə müvəqqəti idxal xüsusi gömrük proseduru ilə 13.500 ədəd aksiz markası idxal edilmişdir. Həmin aksiz markalarından 12.960 ədədi ##.##.2024-cü il tarixli gömrük bəyannaməsi əsasında Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük Idarəsində rəsmiləşdirilərək ixrac edilmiş, qalan 540 ədəd aksiz markası isə baxış zamanı yararsız vəziyyətdə aşkar edilmişdir. Aktda qeyd olunmuşdur ki, həmin 540 ədəd aksiz markası bir-birinə yapışmış, ayrılarkən parçalanmış, üzərindəki mühafizə elementləri- holoqramlar qismən və ya tam silinmiş, markalar büzüşmüş, deformasiyaya uğramış və üzərindəki məlumatlar oxunmaz hala düşmüşdür. Müvəqqəti idxal müddətinin ##.##.2024-cü il tarixində başa çatmasına baxmayaraq, markaların fiziki yararsızlığı səbəbindən onların yenidən ixracı mümkün olmamışdır. Aktda aksiz markalarının yararsız hala düşməsinin obyektiv xarakter daşıdığı və şirkətin iradəsindən asılı olmayan hal kimi qiymətləndirildiyi göstərilmişdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdəki mötəbər sübutlаrdаn görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsƏhmədov adına “xxxx” QSC tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında ölkə ərazisinə gətirilmiş 13.500 ədəd aksiz markasının 12.960 ədədi müəyyən olunmuş qaydada ixrac edilmiş, yalnız 540 ədəd aksiz markası fiziki cəhətdən yararsız vəziyyətə düşdüyündən geri qaytarılmamışdır. Iş materiallarında olan ## ###### 2024-cü il tarixli aktdan görünür ki, həmin aksiz markaları bir-birinə yapışmış, ayrılarkən parçalanmış, üzərindəki mühafizə elementləri silinmiş, deformasiyaya uğramış və istifadəyə tam yararsız hala düşmüşdür. Eyni zamanda həmin aktda aksiz markalarının yararsız vəziyyətə düşməsinin şirkətin iradəsindən asılı olmayan obyektiv səbəblərlə bağlı olduğu göstərilmişdir. Həmçinin iş mаteriаllаrındаn görünür ki, geri qaytarılmayan 540 ədəd aksiz markasının təkrar ixrac edilməməsi və ya digər gömrük proseduru altında yerləşdirilməməsi hüquqazidd davranış nəticəsində deyil, həmin aksiz markalarının fiziki olaraq yararsız hala düşməsi ilə bağlı olmuşdur. Iş materiallarında həmin markaların qəsdən məhv edilməsi, gizlədilməsi, mənimsənilməsi və ya gömrük nəzarətindən yayındırılması ilə bağlı hər hansı sübut mövcud deyildir. Əksinə, şirkət tərəfindən hələ müvəqqəti idxal müddəti başa çatmamış gömrük orqanına müraciət edilərək yaranmış vəziyyət barədə məlumat verilmiş, prosedur müddətinin uzadılması və müvafiq bəyannamənin bağlanmasına icazə verilməsi xahiş edilmişdir. Bu hal şirkətin gömrük nəzarətindən yayınmaq niyyətində olmadığını və vicdanlı davranış nümayiş etdirdiyini təsdiq edir. Göründüyü kimi, hüquqi şəxs “xxxx” QSC-nin əməlində Azərbaycan Respublikası IXMnin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yоxdur. Azərbaycan Respublikası IXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası IXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası IXM-nin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Аpellyаsiyа məhkəməsi işin fаktоlоji hаllаrı və hüquqi əsаslаrı kоnteksində belə nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsi hаqlı оlаrаq “xxxx” QSC bаrəsində Аzərbаycаn Respublikаsı IXM-nin 499.2-ci mаddəsi ilə оlаn inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm vermişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Оnа görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmаlıdır. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. nəticəvi hissə: Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı X1 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-312/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-312/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver