Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-314/2026 19.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim Z.Məmmədova) şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinə göndərilməsi, şikayət qalan hissədə təmin edilməməsi qərara alınmışdır. işin halları: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla, Azərbaycan Respublikası Inzibat Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası Inzibat Xətalar Məcəlləsi və ya IXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, tətbiq edilmiş 3000 (üç min) manat məbləğində inzibati cərimənin silinməsi və bununla əlaqədar həmin səlahiyyətli inzibati dövlət orqanının eyni vəzifəli şəxsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli inzbati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin inzibati xəta hadisəsi törədilmədiyinə və əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin (bundan sonra-DƏMX) Şəki- Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X1 tərəfindən tərtib olunmuş MN seriyalı 2463294 nömrali ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsaslanmaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla, o, Qərardan şikayət verən orqan (şəxs) (d/t ##.##.1989-cu il, VÖEN:5101035912, Ş/V:AA*******, FIN:*******) həmin səlahiyyətli inzibati orqanın eyni vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı Il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra-IXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir ki, onun tərəfindən X2 əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Hesab edir ki, əməlində IXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığına və həmin inzibati xəta hadisəsini törətmədiyinə görə barəsində səlahiyyətli inzibati orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, tətbiq edilmiş inzibati cərimə silinməli və tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində IXMnin 192.1-ci maddəsi ilə istər törədilməsi ehtimal edilən inzibati xəta haqqında protokol tərtib ediləndə, istərsə də inzibati tənbeh vermə haqqında qərar qəbul ediləndə səlahiyyətli inzibati orqanın vəzifəli şəxsi tərəfindən həqiqətin müəyyən edilməsi üçün zəruri sübutlar toplanılmamış, təqdim edilən mötəbər olmayan sübutlar isə obyektiv qiymətləndirilməmiş və bununla da səhv nəticəyə gəlinmişdir. O, ##.##.2016-cı il tarixdən vergi orqanında qeydiyyata alınmaqla, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur, sahibkarlıq fəaliyyətini daim intizamlı həyata keçirmişdir. Fərdi sahibkarlıq fəaliyyəti göstərdiyi müddətdə bütün vergiləri, sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam ödəmişdir. 2025-ci ilin noyabr ayında X2 olaraq işi öyrənmək məqsədilə ona müraciat etmişdir. O, onun təklifini nəzərə alıb, hərdənbir gəlib mağazada iş fəaliyyəti ilə tanış olmasına razılıq vermişdir, lakin onu heç bir işə cəlb etməmişdir. O, onunla nə faktiki, nə də hüquqi baxımdan əmək münasibətlərində olmamış və ona əmək haqqı hesablamamışdır. Qeyd edir ki, bəzi günlərdə hərdənbir mağazaya gəlib-gedən Leyla Şabanovanın onun həyat yoldaşı Səbuhi Məmmədovla şəxsi münasibət qurmağa çalışdığını hiss etdiyindən, onunla aralarında münaqişə yaranmışdır. Bunun nəticəsində X3 Rayon Polis Şöbəsinə barəsində şikayət ərizəsi vermiş və izahat verərkən təhqiqatçı Kamil Qurbanovun təzyiqi və təkidi ilə onun güya mağazasında işçi kimi işləməsi ilə bağlı həqiqətə uyğun olmayan ifadə vermişdir. Polis təhqiqatçısı Kamil Qurbanov bu məlumat üzrə heç bir araşdırma aparmamış və zəruri sübutlar toplalmamış, həmin xanımla onun münaqişədə olmağından, onun ondan şikayətçi olmasından istifadə edərək, himayəsində 4 aylıq südəmər körpə uşağının olmasına əhəmiyyət verməyib, ondan izahat alacağını bildirib onu Polis Şöbəsində 6 saatdan çox qanunsuz saxlayıb təzyiq və təsir göstərməklə, eyni zamanda qadın olmaqla, ilk dəfə polisdə olmağından və orada olduğu vaxtlarda çox həyəcan keçirməyindən sui-istifadə edərək, ondan və həyat yoldaşından özünün yazıb tərtib etdiyi izahatlara imza etməyini tələb etmişdir. Halbuki, o Polis Şöbəsində verdiyi izahatında Leyla Şabanovanı işçi kimi işə götürmədiyini, ona hər hansı məbləğdə əmək haqqı hesablamadığını bildirmişdir. Bu faktı məhkəməyə şahid qismində çağırılıb dindiriləcəyi təqdirdə, Leyla Şabanova da təsdiq edəcəkdir. Beləliklə, hazırkı inzibati xətanın törədilməsi ilə bağlı bütün sübutlar Zaqatala Rayon Polis Şöbəşində polis təhqiqatçısı Kamil Qurbanov tərəfindən aparılmış qeyriobyektiv araşdırma zamanı alınmış həqiqətə uyğun olmayan izahatlara əsaslanmışdır. Ona görə də qeyd edilən inzibati xəta haqqında protokolda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi barədə həqiqətə uyğun olmayan məlumat əksini tapmışdır. Belə vəziyyətdə isə barəsində tərtib edilmiş inzibati xəta haqqında həmin protokol qanuni və əsaslı sayıla bilməz. Xüsusilə qeyd edir ki, Leyla Şabanova ilə əmək müqaviləsi (kontraktı) bağlamadığına görə onu hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməyi mümkün deyildir. IXM-nin 192.1-ci maddəsinin dispozisiyasına görə barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün ən azı Leyla Şabanova ilə aralarında hüquqi qüvvəyə minməyən əmək müqaviləsinin (kontraktının) bağlanması faktı mövcud olmalıdır. Ancaq, istinad etdiyi faktlarla təsdiq edilir ki, işəgötürən qismində onunla işçi X2 arasında əmək müqaviləsi (kontraktı) ümumiyyətlə bağlanmamışdır. Bu səbəblərə görə inzibati xəta haqında protokolun dəlilləri və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı sayıla bilməz. Işin hallarından görünür ki, X2 onun tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktlarının mövcudluğu aydınlaşdırılmamış, qəbul edilmiş qərarda mötəbər və yoxlanılmayan dəlillərə istinad edilmişdir. Hesab edir ki, tərəfindən IXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmədiyinə və əməlində həmin inzibati xətanın tərkibi müəyyən edilmədiyinə görə barəsində Qanunun həmin maddəsində nəzərdə tutulan inzibati xətanın törətməyinə dair inzibati xəta haqqında protokol tərtib edilə bilməzdi. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsinin qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işəgötürən qismində vətəndaş X2 işçi kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mötəbər sübutlarla təsdiq olunsa da, məhkəmə bu sübutları diqqətə almamışdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Zaqatala Rayon Polis Şöbəsinə verdiyi izahatdan məlum olur ki, X2 onun tərəfindən aralarında hər hansı əmək müqaviləsi olmadan mağazada işlərə cəlb edilmişdir. X4 Zaqatala rayon Polis Şöbəsinə və Xidmətin Şəki-Zaqatala regional şöbəsinə verdiyi izahatlardan məlum olur ki, Qərardan şikayət verən orqan (şəxs) işlətdiyi mağazada müqavilə bağlanmadan işlərə cəlb edilmişdir. Digər tərəfdən Zaqatala Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli qərarından məlum olur ki, Qərardan şikayət verən orqan (şəxs) Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən mağazada X2 ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan sonuncunu satıcı kimi işə cəlb etmiş, bununla da Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin bildirilir ki, "Elektron kabinetə yerləşdirilməsi barədə" ##.##.2026-cı il tarixli arayışlardan görünür ki, qərara dəvət məktubu Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetində ##.##.2026-cı il tarixdə saat 01:03-də və 12:03-də yerləşdirilmişdir. Halbuki işə baxan hakim yuxarıda qeyd edilən məsələlərə və qanunun normasına əhəmiyyət verməyərək öz qərarında Qərardan şikayət verən orqan (şəxs) barəsində aparılan inzibati icraat zamanı inzibati orqan tərəfindən qərara dəvət barədə məktub vaxtında çatdırılmamasını və icraatın, icraatın obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozularaq aparılmasını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 133.2-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən:…133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlibgəlmədiyi müəyyən edilir; 133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) ərizəsi təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 192.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən məhkəmə araşdırmasına səthi yanaşmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) X2 əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ləğv edilərək yeni qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində aparılan inzibati icraat zamanı inzibati orqan tərəfindən protokola dəvət və protokolun tərtib edilməsi barədə məktublar vaxtında çatdırılmamış və icraat icraatın obyektiv araşdırılmasına maneə törədəcək dərəcə pozularaq aparılmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) Zaqatala Rayon Polis şöbəsində verdiyi izahatdan görünür ki, Leyla Şabanova aylıq 230 manat əmək haqqı almağa razılaşmış və işlədiyi müddətdə əmək haqqını ondan yox, əri Səbuhidən nağd şəklində almışdır. Onunla əmək müqaviləsi bağlamamışdır, çünki etibarlı işçi olubolmamasını yoxlamaq istəmişdir. ## ###### 2025-## ###### 2025-ci il tarixləri aralığında Leyla Şabanova onun yanında işləmişdir. Məmmədоvа Günel Rəcəb qızı tərəfindən Şаbаnоvа Leylа Məmməd qızının əmək müqaviləsi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi Şаbаnоvа Leylа Məmməd qızının Zаqаtаlа Rаyоn Pоlis Şöbəsində verdiyi izаhаtı, Zаqаtаlа Rаyоn Pоlis Şöbəsinin TB-nin bаş təhqiqаtçısı, pоlis mаyоru Qurbаn kаmil Şаbаn оğlunun qəbul etdiyi ##.##.2025-ci il tаrixli cinаyət işinin bаşlаnmаsının rədd edilməsi hаqqındа qərаr, 12 mаrt 2026-cı il tаrixli MN ******* nömrəli inzibаti xətа hаqqındа prоtоkоl və sаir işdə оlаn sübutlаrlа təsdiq оlunur. Iş materiallarında olan X6 Xidməti Şəki-Zaqatala regional şöbəsinin Qərardan şikayət verən orqan (şəxs) ünvanladığı ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026-cı il tarixdə inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakının təmin olunması məqsədi ilə dəvət olunmuşdur. Iş materiallarında olan X6 Xidməti Şəki-Zaqatala regional şöbəsinin Qərardan şikayət verən orqan (şəxs) ünvanladığı ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması ## #### 2026-cı il tarixə təyin olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) X2 əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; I.Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X2 əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi və nəticədə IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işdəki sübutlarla tam təsdiq olunur. Iş materiallarından görünür ki, törədilmiş inzibati xəta ilə əlaqədar X6 Xidmətinin Şəki- Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. IXM-nin 57-1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57- 1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: - 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; - 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; - 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla). - 57-1.2. Internet informasiya ehtiyatında yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. Iş materiallarına əlavə edilmiş protokola dəvətlə bağlı “Elektron kabinetə yerləşdirmə haqqında arayış”-dan görünür ki, protokola dəvətlə bağlı məktub ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, həmin qərаrlа Məmmədоvа Günel Rəcəb qızı qаnuni və əsаslı оlаrаq IXM-nin 192.1-ci mаddəsilə təqsirli bilinərək, həmin mаddənin sаnksiyаsındа vəzifəli şəxslər üçün nəzərdə tutulmuş аşаğı həddə-3000 mаnаt məbləğində cərimə edilmişdir. Qаnunvericiliyin tələbinə əsаsən də Məmmədоvа Günel Rəcəb qızı vergi оrqаnındа hüquqi şəxs yаrаtmаdаn sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn şəxs kimi qeydiyyаtа аlınmış və оnа müvаfiq VÖEN verilmişdir. O, təşkilаti-sərəncаmvericiyi funksiyаlara malik vəzifəli şəxsdir. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 17-ci mаddəsinə əsаsən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin IXM-nin 17-ci mаddəsinin «Qeyd» hissəsinə əsаsən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Аpellyаsiyа məhkəməsi hesаb edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığı üçün Zаqаtаlа Rаyоn Məhkəməsinin ##.##.2026-cı il tаrixli qərаrı ləğv edilməli və Məmmədоvа Günel Rəcəb qızının IXM-nin 192.1-ci mаddəsilə inzibаti məsuliyyətə cəlb edilməsinə dаir inzibаti оrqаnın vəzifəli şəxsinin qərаrı qüvvədə saxlanılmalıdır. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Аpellyаsiyа məhkəməsi hesаb edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikаyəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 192.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın törədilməsində təqsirli bilinərək 3000 (üç min) mаnаt məbləğində cərimə edilməsinə dаir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinin rəisi Əliyev Аkif Rəhmаn оğlunun ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən sаxlаnılmаlıdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. IXM-in 135.1 və 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 192.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın törədilməsində təqsirli bilinərək 3000 (üç min) mаnаt məbləğində cərimə edilməsinə dаir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinin rəisi Əliyev Аkif Rəhmаn оğlunun ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən sаxlаnılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-314/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-314/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver