Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-315/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı (hаkim Pərvanə Məmmədova) ilə, ##.##.2002-ci il tarixdə Şəki rayonu, Qırxbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FIN : ******* olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Qırxbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi müəyyən edilmişdir. işin halları: Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e*(***)-****/****-*** nömrəli, ## #### 2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ## #### 2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2024-cü il tarixli № ********* saylı (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1116.90 manat əsas, 10 manat cərimə olmaqla, ümumilikdə 1126.90 manat borc və 33.36 manat ödənilmiş dövlət rüsumu borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2025-ci il tarixdə Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən könüllü olaraq təmin olunmamışdır. Icra sənədi borclu tərəfindən könüllü müddətdə icra olunmadığı üçün məcburi icra tədbirlərinə başlanılmış, borclunun bank hesabları və həmin hesablarda pul vəsaitlərinin, iş yeri, əmək haqqı və pensiyasının, adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlakının, təsərrüfatında iri və xırdabuynuzlu malqaranın, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması müvafiq qaydada sorğulanmış, laki heç bir nəticə əldə olunmamışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə təyin olunmuş borcunu vaxtında tam şəkildə ödəməmiş, icra məmurunun çağırışlarından yayınmış, borcluya xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından boyun qaçırmışdır. Borclu şəxsin qeydiyyatda olduğu ünvanda yaşamadığı, faktiki yaşadığı ünvanı müəyyən etmək mümkün olmadığı üçün ##.##.2026-cı il tarixində icra məmuru tərəfindən borclunun axtarılması haqqında qərar qəbul olunmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinə gətirildi. Borcluya barəsində olan icra sənədi və onun tələbi haqqında məlumat verildi. Icra sənədinin icrasına münasibəti ilə bağlı borclunun izahatı alındı. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, iş yeri olmadığı üçün bu günədək borcunu tam şəkildə ödəyə bilməmişdir, hal-hazırda fəhləliklə məşğul olur, bu gün 200 manat ödəniş edəcək, icra sənədi üzrə geri qalan borcunu hər ay ən azı 250 manat olmaqla ödəyəcək. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə yaranmış borcu 1160.26 manat borc və 10% 116 manat icra ödənişi təşkil edir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə yaranmış bütün borcunu tam şəkildə ödəməsi tələb olundu, lakin o, icra məmurunun bu tələbini yerinə yetirməkdən imtina etdi. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd olunan icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, borcunu ödəməyə imkanı yoxdur. Hal-hazırda fərdi əməklə ot yığımı ilə məşğul olur. Vaxt verilsə hissə-hissə ödəyə bilər. Bu gün 250 manat ödəyə bilər. Qeyd etdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X4 izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin onun əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək borcun tam ödənilməsini nəzərə alıb şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Şəki şəhər Icra və probasiya şöbəsinin icra məmuru X1 və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahat və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və həmin işin icraatına xitam verilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə gəldiyi huquqi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin hallarına görə onu Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati həbs tənbehi tətbiq etməkdə haqlı olmuşdur. Lakin, iş materiallarında olan “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli məktubundan və iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs e-*(***)-****/****-*** nömrəli, ## #### 2025-ci il tarixli qətnamə üzrə borcunu tam ödəmişdir. Bundan başqa Şəki şəhər Icra və probasiya şöbəsinin icra məmuru X1 ##.##.2026-cı il tarixli qərarı ilə e-*(***)-****/****-*** nömrəli, ## #### 2025-ci il tarixli icra sənədinə xitam verilmişdir. IXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Apellyasiya məhkəməsinin qənaətincə, icra sənədi artıq icra olunduğundan, bununla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinin səbəbi və onun əməlində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi aradan qalxdığından hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Inzibаti Xətаlаr Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, şərh olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və həmin işin icraatına xitam verilməlidir və o, inzibati məsuliyyətdən azadedilməklə həmin işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X2 tapşırılmışdır. X4 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə X4 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 133- 135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Şəki şəhər-rayon polis şöbəsinə həvalə edilsin. X4 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-315/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-315/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver