Məhkəmə qərarları › İş №3(3-10)-316/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-316/2026

10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-316/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Tural Hüseynli) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə, ##.##.1973-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayon, Boyəhmədli ərazi dairəsi, Boyəhmədli kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh edilməsi müəyyən edilmişdir. işin halları: Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- **/**** nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı Yevlax rayonu Havarlı kəndində yerləşən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inşa edilmiş tikilinin (evin) borclunun hesabına sökülməsi və onun həmin torpaq sahəsindən çıxarılması barədə icra sənədinin icrası zamanı borclu icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, məhkəmə qətnaməsinin tələblərini yerinə yetirməkdən boyun qaçırmış və beləliklə, eyni icra sənədi üzrə əvvəllər tətbiq edilmiş inzibati tənbehə baxmayaraq, həmin qanunsuz hərəkətləri təkrar törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)**/**** saylı icra sənədinə əsasən Yevlax rayon Havarlı kəndində yerləşən tələbkar Zərərçəkmiş şəxs RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin üzərində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inşa edilmiş tikilinin(evin) borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun hesabına sökülməsi və borclunun həmin 0.06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o icra sənədini icra etməkdən yayınmışdır. Belə ki, icra sənədi borclunun Yevlax rayon Havarlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikilidən(evdən) çıxarılması hissəsində icra edilməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tikilinin(evin) qapı kilidini sındıraraq yenidən həmin tikiliyə daxil olub yerləşmişdir. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, həqiqətən Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı icra sənədinə əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən iddiaçı Zərərçəkmiş şəxs RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin üzərində onun tərəfindən inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bildirmişdir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən 2005-ci ildə ona satılmış, 2007ci ildə qeyd edilən torpaq sahəsinin sənədinin bələdiyyə tərəfindən ona verilməsi barədə qərarı olmuşdur. Bu səbəbdən də tələbkar Zərərçəkmiş şəxs RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan torpaq sahəsinin üzərində onun tərəfindən inşa edilmiş tikilini(evi) sökməyəcəyini və həmin torpaq sahəsindən çıxmayacağını qeyd etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona verilən suallara cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təkrar bildirmişdir ki, qeyd olunan tikilidən çıxmasına baxmayaraq məhkəmə qərarı ilə razılaşmayıb həmin tikilinin qapı kilidini qırmaqla yenidən ailəsi ilə birlikdə qeyd olunan evə yerləşmişdir. Birinci instansiya məhkəməsinin iclasında məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 hüquqularını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi - vəkil vəkil2 izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etmir. Borclu icra sənədinin icra edilməsi üçün heç bir şərait yaratmır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı, Zərərçəkmiş şəxs barəsində həbs növündə inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati haqqında qərarının ləğv edilərək, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç vaxt icra sənədini icra etməkdən yayınmamışdır. Əksinə Şəki inzibati Məhkəməsinə torpaq sahəsinin onun olması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Şəki Inzibati Məhkəməsinin icraatında iş davam edir. Lakin Icra məmuru onu hər dəfəsində inzibati həbs etdirməyə çalışır. Onun bütün sənədləri hətta torpaqla bağı rəydə torpağın ona məxsus olması yazılmışdır. Qarşı tərəfin torpağı əsassız formada əldə etməsi tez bir zamanda sübut olunacaqdır. Ona görə də heç vaxt icra işindən imtina etməmişdir. Guya ona axtarış verilmiş və polislə gətirilmişdir. Lakin bunlar yalan və absurtdur. O, bütün çağırışlara gəlmişdir və qeyd olunanlar həbs olunmağı üçün bəhanələrdir. Bundan əvvəl icra məmuru onu məhkəməyə vermiş və Mingəçevir Şəhər Məhkəməsinin qərarına əsasən 15 gün həbs olunmuşdır. Qərarın heç bir hüquqi əsası yoxdur. O, heç zaman icra məmurunun qanuni tələbini icra etməkdən yayınmamışdır. Bunu nə ilə sübut edirlər bilmir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, barəsində seçilmiş inzibati həbs növündə tənbeh tədbirinin ləğv edilməsini, tikilinin sökülməsinə razı olduğunu bildirdi. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq zərərçəkmiş şəxs və potokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı icra sənədinə əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən iddiaçı Zərərçəkmiş şəxs RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin üzərində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmalıdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qərardadla Yevlax Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yevlax Rayon Icra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimat təmin edilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi icra olunması üçün “Icra haqqında Azərbaycan Respublikası Qanununun 10-cu və 24-cü maddələrinə əsasən aidiyyəti üzrə Mingəçevir Şəhər Icra və Probasiya göndərilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yevlax Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi haqqında bildirişi göndərilmişdir. Iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” ## ######## 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Inzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Qüvvədən düşmüş Inzibati Xətalar Məcəlləsindən fərqli olaraq, yeni qəbul olunmuş Məcəllədə ədalətlilik prinsipi daha geniş təsbit edilmişdir. Belə ki, Məcəllənin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Inzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə isə barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Inzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin mənasına görə, şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra həmin xətanı törətməkdə davam edərsə Məcəllənin 35-ci maddəsində müəyyən edilmiş bir il müddət gözlənilmədən yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. Inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda-qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında-subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Apellyasiya Məhkəməsinin qənaətincə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər əsasızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə əvvəllər Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən 500 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin icra tələbi hələ də icra edilməmişdir. Bu da onu deməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tam icra olunmasından yayınır. Apellyasiya məhkəməsi qeyd edir ki, AR IXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən başqa tənbeh tədbirinin tətbiqi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olmaz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan səbəbdən də apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 528.1- 1-ci maddəsinin sanksiyasında göstərilmiş həddə yəni 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 oğluna tapşırılmışdır. Müdafiəçi vəkil1 oğlu tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi vəkil1 oğluna 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi vəkil1 oğluna əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait vəkil1 oğlunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar