Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-318/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X2 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə baxmağa hazırlıq zamanı, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X2 tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət Şəki Аpellyasiya Məhkəməsinə аiddir. Inzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edildi ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş, qərarın Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilməsini təsdiq edən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ## ### 2026-cı il tarixdə almışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət ## #### 2026-cı il tarixdə tərtib edilməklə həmin tarixdə də Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından şikayət vermə müddəti bitəndən 02 gün sonra, Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (Inzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. Inzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (Inzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında qərardadından şikayət vermə müddətinin bərpasına baxılmalı və bu səbəbdən də inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət, şikayət vermə müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün inzibati işin materialları Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-318/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-318/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver