Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-319/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, qərarından şikayət verilən orqan1 X3 Şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı “Inzibati tənbeh tətbiq edilməsi haqqında” qərarının ləğv edilərək işə yenidən baxılmasının qərarından şikayət verilən orqan1 X3 Şöbəsinə həvalə edilməsinə dair Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından qərarından şikayət verilən orqan1 Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, qərarından şikayət verilən orqan1 X3 Şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı “Inzibati tənbeh tətbiq edilməsi haqqında” qərarının ləğv edilərək işə yenidən baxılmasının qərarından şikayət verilən orqan1 X3 Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarından şikayət verilən orqan1 X3 Şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-də dispetçer-elektrik vəzifəsində çalışan X2 ## ###### 2026-cı il tarixdə, saat 15:00 radələrində müəssisəyə məxsus Ağsu rayonu, Gəgəli kənd qışlaq ərazisində yerləşən işçilər üçün nəzərdə tutulmuş istirahət otağında ölü vəziyyətdə aşkar edilmişdir. Baş vermiş hadisə ilə bağlı ##.##.2026-cı il tarixində, *** saylı məktub ilə X6 Xidmətinə elektron poçt vasitəsi ilə müvafiq qaydada məlumat verilmişdir. X6 Xidmətinin X3 şöbəsi tərəfindən barəsində ## #### 2026-cı il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və ## #### 2026-cı il tarixli ******* saylı qərarla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi əsası ilə 1.000 manat məbləğində inzbati cərimə tətbiq edilmişdir. Lakin qeyd edilən qərar qanunsuz və əsassızdır. Belə ki, Ağsu rayon prokurorluğunun ## #### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli, * nömrəli rəyindən görünür ki, X2 ürəyin xroniki işemik xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir. Məhkəmə-tibbi ekspertiza rəyi ilə onun bədənində hər hansı xəsarət izləri aşkar edilməmiş, beləliklə, ölüm təbii səbəbdən baş vermişdir. Birinci instansiya məhkəməsi iclası zamanı qərarından şikayət verilən orqanın nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “xxxx” MMC-də dispetçerelektrik vəzifəsində çalışan X2 ## ###### 2026-cı il tarixdə müəssisədə ölü vəziyyətdə tapıldığı məlum olmuşdur. Lakin bununla bağlı müəssisənin direktoru əmək müfəttişliyinə heç bir məlumat verməmişdir. Istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı əmək müfəttişliyinə məlumat verilməli, müfəttişlik araşdırma zamanı ölümün istehsalatla bağlı yaxud, qəfil ölüm olmasını müəyyən etməli idi. Direktor tərəfindən məlumat verilmədiyi üçün Qərardan şikayət verən orqan (şəxs) barəsində protokol tərtib edilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından qərarından şikayət verilən orqan1 Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından qərarından şikayət verilən orqan1 Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin X3 şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin dispozisiyasına, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə nəzər yetirsək görərik ki, qanun "istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması" anlayışı ilə "hadisə” anlayışını bir-birindən fərqləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulan dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermək öhdəliyi hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq istehsalatla bağlılığının araşdırılması üçün müəyyən edilmişdir. Yəni Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyil. Sözügedən maddə üzrə inzibati xəta hadisə barədə araşdırmanın yekun nəticəsi ilə yox, hadisə baş verdikdən sonra araşdırılma aparılması məqsədi ilə bağlıdır. Hadisənin istehsalatla bağlı olub-olmaması, təqsirin müəyyənləşdirilməsi və s. xidmətin səlahiyyətindədir. Nəticədə məhkəmə tərəfindən qərar qəbul edilərkən məhkəmə araşdırmasının sadəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün müdafiə məqsədi ilə sonradan formalaşdırdığı mülahizələrə əsaslanmış, sübutlara hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqan1 Hüquq Idarəsinin nümayəndəsi və Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qərarından şikayət verilən orqan1 X3 Şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Iş materiallarında olan “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X2 ölüm saatı ##.##.2026-cı il saat 07:00 kimi müəyyən olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə - Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ##.##.2026-cı il tarixdə təqribən saat 15:00 radələrində Ağsu rayonu Gəgəli kənd ərazisində yerləşən “xxxx” MMC-də dispetçer-elektrik işləyən Göygöl rayonu Firuzabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 1958-ci il təvəllüdlü X2 meyiti iş yerində istirahət otağında aşkar edilmişdir. Meyitin daxili və xarici müayinəsi ##.##.2026-cı il tarixdə MTE və PAB-nin X1 Ağsu rayon şöbəsində aparılmışdır. Ilkin olaraq ölümə səbəb “Kəskin ürək - qan damar çatmamazlığı” olmuşdur. Daxili orqanlarından tikələr və qan nümunəsi götürülərək birliyin məhkəmə-histoloji və kimyəvi müayinlərinə göndərilmişdir. Ölümün dəqiq səbəbi laborator müayinələrin cavabları alındıqdan sonra rəy tərtib edərək hüquq mühafizə orqanlarına veriləcək. Meyit dəfn edilmək üçün yaxınlarına təhvil verildi. Iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli rəyindən görünür ki, X4 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində 11.##.##.2026-cı il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi. X4 ölümünə səbəb istehsalatda baş verən hər hansı bədbəxt hadisə deyil, ürək əzələsinin qalınlaşması, kardiskeleroz və aterosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək damar çatışmazlığı olmuşdur. Ölümün müddəti müayinədən 12 saatdan çox 48 saatdan azdır. X4 məhkəmə-tibbi ekspertizası zamanı arxa keçəcək dəliyində onunla qeyri – təbii yolla cinsi əlaqədə olmağa hər hansı bir zədə izləri aşkar edilmədi. Mərhum X2 meyitindən götürülmüş qanda məhkəmə - kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilmədi. Iş materiallarında olan Ağsu Rayon Prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarından görünür ki, ##.##.2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ##.##.2026-cı il tarixdə saat 15 radələrində Göygöl rayonu, Firuzabad kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan ##.##.1958-ci il təvəllüdlü “xxxx” MMC-də dispetçer-elektrik işləyən X2 meyiti Ağsu rayonu, Gəgəli kənd qışlaq ərazisində yerləşən iş yerində olan istirahət otağında vəfat etməsi ilə bağlı qeyd edilən xüsusatlar üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Inzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə-min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** nömrəli qərarının: 1.3-cü maddəsinə əsasən, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.4-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təbii ölüm istehsalatda baş verən bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Qanunvericiliyə əsasən, təbii ölüm halları yalnız məhkəmətibb ekspertizasının rəyi ilə təsdiqləndikdə, istehsalatda baş verən bədbəxt hadisə kimi qeydə alınmır və bu barədə akt tərtib edilmir. Yalnız istehsalat fəaliyyəti ilə birbaşa əlaqəli olmayan təbii ölüm halları bu kateqoriyaya aiddir və belə hallar üzrə müəssisə tərəfindən bədbəxt hadisə kimi uçot aparılmır. Bu, praktiki olaraq o deməkdir ki, işçinin iş yerində və ya iş vaxtı təbii səbəbdən vəfat etməsi bədbəxt hadisə kimi rəsmiləşdirilmir və aidiyyəti üzrə hesabatlara daxil edilmir. Göründüyü kimi, qərarından şikayət verilən orqan1 X3 Şöbəsinin rəisi X5 Fatimə Şamilovna barəsində “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati işə dair səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və IXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X2 ölüm saatı ##.##.2026-cı il saat 07:00 kimi müəyyən olunmuşdur. “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması işçinin səhhətinin pozulmasının əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı təhqiq edilməldir. Iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli rəyindən görünür ki, X4 ölümünə səbəb istehsalatda baş verən hər hansı bədbəxt hadisə deyil, ürək əzələsinin qalınlaşması, kardiskeleroz və aterosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyinin kəskinləşməsi nəticəsində baş vermiş kəskin ürək damar çatışmazlığı olmuşdur. Inzibati orqan isə X2 ölümünün tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli olubolmaması barədə əlavə araşdırma aparmamış, qeyd olunan halın təhqiq edilməli olubolmamasını müəyyən etmədən protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X12 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X12 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: qərarından şikayət verilən orqan1 Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-319/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-319/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver