Məhkəmə qərarları › İş №3(3-10)-320/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-320/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-320/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin IXM-in 539.1-1-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin sədri Məzahir Ibrəhimov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin IXM-in 539.1-1-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilməsi müəyyən edilmişdir. işin halları: X7 şikayəti əsasında Azərbaycan Republikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinə müraciətlə əlaqədar ##.##.2025-ci il tarixli, *-***/*-******/**** saylı məktub icrası məcburi göstəriş xarakterli məktub göndərilmiş, lakin göstəriş 7 iş günü müddətində icra edilmədiyindən Ağsu rayonu Ərəbuşağı bələdiyyəsinin barəsində IXM-in 539.1-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 məhkəmə iclasında bildirmişdir ki, X7 şikayəti əsasında Azərbaycan Republikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinə müraciətlə əlaqədar ##.##.2025-ci il tarixli, *-***/*-******/**** saylı məktub icrası məcburi göstəriş xarakterli məktub göndərilmişdir. Belə ki, həmin məktubla X2 Şöbəyə ünvanladığı şikayət xarakterli müraciətinə aydınlıq gətirmək və müraciətdə adı qeyd olunan şəxslərə aid əmək qanunvericiliyi üzrə təsbit olunmuş sənədlərin 7 iş günündən gec olmayaraq X8 xidməti X5 Şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Lakin həmin sənədlər Bələdiyyə tərəfindən Şöbəyə təqdim edilməmişdir. Bu səbəbdən, Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsi barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə iclasında bildirmişdir ki, ##.##.2025-ci il tarixdə bələdiyyələr formalaşdırılmış, Çaparlı bələdiyyəsi ilə Ərəbuşağı bələdiyyəsi birləşdirilərək Ərəbuşağı bələdiyyəsi yaradılmışdır. Daha əvvəl Çaparlı bələdiyyəsi tərəfindən X2 mühasib vəzifəsinə işə qəbul edilmiş, 2021-ci ildə işə götürülmüş və 2023-cü ildə işdən azad edilmişdir. Həmin şəxsin almadığı əmək haqqı borcu qalmışdır. Sonradan o, bu barədə əmək müfəttişliyinə müraciət etmişdir. Əmək müfəttişliyi tərəfindən ondan müəyyən sənədlər tələb olunmuş, həmin sənədləri təqdim etmişdir. Daha sonra, sənədləri şəxsən aparmağı istənilmiş, o də sənədləri özü təqdim etmişdir. Orada ona bildirilmişdir ki, bələdiyyə barəsində protokol tərtib ediləcəkdir. O isə həmin halın onun bələdiyyə sədri işlədiyi dövrdə baş vermədiyini, eləcə də hazırda bələdiyyənin büdcəsində vəsait olmadığını bildirmişdir. O borcun ödənilməsinə etiraz etmir və ödənişi etməyə hazırdır. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin sədri Məzahir Ibrəhimov tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin sədri Məzahir Ibrəhimov verdiyi apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı Qərarının ləğv edilməsi və Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X8 Xidməti X5 Şöbəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, X2 Rayonu Ərəbuşağı Bələdiyyəsində deyil, ləğv edilmiş Çaparlı Bələdiyyəsində işləmişdir. Ləğv etmə zamanı X15 Intiqam Paşa oğluna ödənilməmiş əmək haqqı borcunun olması barədə heç bir məlumat olmamışdır. Vətəndaş iki ildən sonra bu barədə şikayət etmişdir. Bundan əlavə, bələdiyyədən asılı olmayan səbəblərdən X8 Xidmətinin X5 Şöbəsinin vətəndaşa ödənilməmiş 462 manat məbləğində əmək haqqının ödənilməsi barədə göstərişinin yerinə yetirilməsi mümkün olmamışdır. Belə ki, vergi borcu ilə əlaqədar Bələdiyyənin bank hesablarına sanksiya qoyulmuşdur və bu səbəbdən də yalnız Bələdiyyə işçilərinin əmək haqqılarını ödəyə bilirlər, digər xərclərin ödənilməsi isə mümkün deyildir. X2 da hazırda Bələdiyyənin işçisi olmadığı üçün ona 462 manat məbləğində pulun ödənilməsi mümkün olmamışdır. Göründüyü kimi, işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar Çaparlı Bələdiyyəsi olduğu halda, heç bir əsaslı səbəb olmadan Ərəbuşağı Bələdiyyəsinin inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Bundan əlavə, vətəndaşa dəfələrlə həmin məbləğin nağd qaydada hissə-hissə ödənilməsi təklif edilmiş, lakin vətəndaş bildirmişdir ki, X5 bildiriblər ki, ödənişi nağd qaydada götürməsin, əgər götürsə o halda şikayətinə baxılmayacaq. Bu da X5 X21rşı qərəzli mövqe tutduğunu göstərir. Ağsu Rayon Məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan işin halları məhkəmənin diqqətinə çatdırılmış, bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmiş, lakin hakim tərəfindən işin halları, təqdim edilmiş sənədlər tam araşdırılmadan, Ərəbuşağı Bələdiyyənin təqsirinin nədən ibarət olması, onun maliyyə vəziyyətinin inzibati xətanın olub-olmaması, ödəmə imkanı olub-olmamasına qiymət verilməmişdir. Bununla da, qəbul edilən məhkəmə qərarı Ərəbuşağı Bələdiyyəsinin maliyyə vəziyyətinin daha da pisləşməsinə səbəb olur. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin və Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 xidməti X5 Şöbəsinin ##.##.2025-ci il tarixli, *-***/********/**** saylı Ağsu Rayonu Çaparlı Bələdiyyəsinə ünvanlanmış məktubundan görünür ki, X2 Ağsu Rayonu Çaparlı Bələdiyyəsində mühasib vəzifəsində, oğlu X6 vergi məsləhətçisi vəzifəsində işləmələri əmək hüquqları pozularaq işlədikləri müddət ərzində həm özünün həm də oğluna çatası əməkhaqqının ödnilməməsi, ödənilməyən əməkhaqqının ödənilməsinə köməklik göstərilməsi ilə bağlı X8 Xidmətinin X5 Şöbəsinə ünvanladığı şikayət xarakterli müraciəti X5 Şöbəsində araşdırılır. Bununla əlaqədar müraciətə aydınlıq gətirmək və müraciətdə adı qeyd olunan şəxslərə aid əmək qanunvericiliyi üzrə təsbit olunmuş sənədləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 7 iş günündən gec olmayaraq X8 xidməti X5 Şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Iş materiallarında olan inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş X3 şikayəti əsasında Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinə ##.##.2026-cı il tarixdə icrası məcburi göstəriş göndərilsə də, Bələdiyyə tərəfindən Azərbaycan Republikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir) bəndinin tələbləri pozulmuşdur. Iş materiallarında olan “poçt göndərişlərinin izlənilməsi barədə məlumat”dan görünür ki, məcburi göstəriş xarakterli məktub Ağsu Rayonu Çaparlı Bələdiyyəsi tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Iş materiallarında olan “elektron ünvan 1 elektron poçt ünvanından əldə edilmiş məlumat”dan görünür ki, məcburi göstəriş xarakterli məktub ##.##.2025-ci il tarixdə “elektron ünvan 1” emaili vasitəsilə Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin işçisi Əziz Əliyevə məxsus elektron poçt ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinə ##.##.2025-ci il tarixli, *-***/*-******/**** saylı icrası məcburi göstəriş xarakterli məktub Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinə göndərilsə də, həmin göstəriş Bələdiyyə tərəfindən yerinə yetirilməmişdir. Beləliklə, IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsi tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “Inzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta tərkibinin mövcudluğu və təyin olunmuş tənbehin həddi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa belə, hesab edir ki, Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin maliyyə imkanları nəzərə alınaraq onun barəsində cərimə şərti tətbiq olunmalı və törədilmiş inzibati xəta tərkibinin aradan qaldırılması üçün ona şərait yaradılmalıdır. Belə ki, IXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasəm Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Şərh olunanlara əsasən Ağsu rayonu Ərəbuşağı bələdiyyəsinin sədri Məzahir Ibrəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Ağsu rayonu Ərəbuşağı bələdiyyəsinə təqsirli bilindiyi IXM-in 539.1-1-ci maddəsi ilə tətbiq olunmuş 2.000 (iki min) manat məbləğində inzibati cərimə IXM-in 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli və MN ******* nömrəli protokolla müəyyən olunmuş pozuntuların aradan qaldırılması üçün 1 ay müddət təyin edilməli, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və X17 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinin sədri Məzahir Ibrəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinə təqsirli bilindiyi IXM-in 539.1-1-ci maddəsi ilə tətbiq olunmuş 2.000 (iki min) manat məbləğində inzibati cərimə IXM-in 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilsin və MN ******* nömrəli protokolla müəyyən olunmuş pozuntuların aradan qaldırılması üçün hazırki qərarın Ağsu Rayonu Ərəbuşağı Bələdiyyəsinə təqdim olunduğu andan 1 (bir) ay müddət təyin edilsin. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar