Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-321/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarından protokolu tərtib edən orqan2 Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərvanə Məmmədova) ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi müəyyən edilmişdir. işin halları: protokolu tərtib edən orqan2 Şəki-Zaqatala Regional şöbəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə bildirmişdir ki, hüquqi şəxsə sənədlərin təqdim edilməsi barədə sorğu göndərilmiş, çatdırılmış, lakin təqdim edilməmişdir. Vətəndaşın şikayəti əsasında bu icraat başlanılmışdır. ##.##.2026-cı il tarixdə müraciət edərək şikayətinin olmadığını və baxılmamış saxlanılmasını xahiş etmişdir. Buna görə də qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından protokolu tərtib edən orqan2 Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: protokolu tərtib edən orqan2 Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının, məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, IXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki IXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Şəki Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qayxxxxa aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli Inzibati xəta haqqında protokoldan görünür ki, X3 müraciəti əsasında araşdırma aparılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı sorğu məktubuna cavab verilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli *-***/*-*****/**** saylı məktubun məzmunundan görünür ki, X3 müraciətində qeyd etdiyi məsələyə MDSS haqlarının ödənilməməsi münasibət bildirilməsi və 7 iş günü ərzində şöbəyə qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. ##.##.2026-cı il tarixdə poçt göndərişlərinin izlənməsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmışdır. Iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında protokolu tərtib edən orqan1 daxil olmuş ##.##.2026-cı il tarixli məktubdan məlumdur ki, hüquqi şəxsə sənədlərin təqdim edilməsi barədə sorğu göndərilmiş, çatdırılmış, lakin təqdim edilməmişdir. Vətəndaşın şikayəti əsasında bu icraat başlanılmışdır. ##.##.2026-cı il tarixdə müraciət edərək şikayətinin olmadığını və baxılmamış saxlanılmasını xahiş etmişdir. Baş direktor X5 barəsində IXM-in 539.3-cü maddəsinə əsasən tərəflərindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvədən salınmışdır. Iş materiallarında olan X3 DƏMX-nə ünvanladığı müraciətdən görünür ki, MDSS ödənişləri tam ödəndiyindən şikayəti qalmamışdır. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Inzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən Iizibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Inzibati Xətalar Məcəlləsinin 18.4-cü maddəsinə əsasən Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi ilkin olaraq qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi dispozisyasından da göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi tələb olunur. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli *-***/*-*****/**** saylı məktubun məzmunundan görünür ki, X3 müraciətində qeyd etdiyi məsələyə, yəni MDSS haqlarının ödənilməməsinə münasibət bildirilməsi xahiş olunmuş, hər hansı məlumat və ya sənəd tələb olunmamışdır. Qeyd olunanlardan əlavə Inzibati Xətalar Məcəlləsinin 18.4-cü maddəsinin məzmunundan görünür ki, hüquqi şəxs o vaxt inzibati məsuliyyətə cəlb edilə bilər ki, IXM-nin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilsin və ya vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. Inzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Iş materiallarının 1-ci cildinin 31-ci səhifəsində olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında protokolu tərtib edən orqan1 rəisi Akif Əliyev tərəfindən Şəki Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, baş direktor X5 barəsində IXM-in 539.3-cü maddəsinə əsasən tərəflərindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvədən salınmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, həmin qərar Inzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsi ilə qüvvədən salınmadığından, vəzifəli şəxsin inzibati məsuliyyətdən azad edilməsi, artıq hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Qeyd olunanlardan əlavə məhkəmə iclasında ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvədən salınması barədə qərar inzibati orqanın nümayəndəsindən tələb olunsa belə, həmin qərar məhkəməyə təqdim olunmamışdır. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il Qərarında göstərilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (Inzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Iş materiallarında olan X3 ##.##.2026-ci il tarixli DƏMX-nə ünvanladığı müraciətdən görünür ki, MDSS ödənişləri tam ödəndiyindən şikayəti qalmamışdır. Apellyasiya məhkəməsi hesab edir ki, hüquqi şəxs tərəfindən MDSS ödənişləri ##.##.2026-cı il tarixdə ödənildiyi təqdirdə, hüquqi şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında protokolu tərtib edən orqan1 ünvanladığı və ##.##.2026-cı il tarixdə qəbul edildiyi məktubun cavablandırılmamasında heç bir maddi marağı müəyyən olunmur. Təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən normalara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qayxxxxa sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X12 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X12 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: protokolu tərtib edən orqan2 Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-321/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-321/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver