Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-322/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək, 1050 (bir min əlli) manat məbləğində cərimə edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hаkim Hümbət Səlimov) ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək, 1050 (bir min əlli) manat məbləğində cərimə edilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs "xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli MN ******* nömrəli və## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ki, hüquqi şəxs "xxxx” MMC-yə məxsus, ünvan 1 ünvanında yerləşən aptek təşkilatında ##.##.2026-cı il tarixdə saat 10:30-da və Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən aptek təşkilatında ##.##.2026-cı il saat 11:30-da plan üzrə (növbəti) yoxlama zamanı aptek təşisatlarına dair tələblərin pozulması(divar və döşəmənin hamar və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizləməyə davamlı örtüyə malik olmaması,dərman vasitələrinin saxlanması şəraitinin pozulması) faktları aşkar edilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsi və “xxxx" MMC-nin barəsində AR Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tərtib olunmuş hər iki protokol üzrə ayrı-ayrılıqda inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunan inzibati xəta haqqında protokolları və digər sübutları təhlil edərkən düzgün qiymətləndirmə aparmamış, sözügedən xəta barəsində iş üzrə icraata səthi yanaşaraq iki ayrı aptek barəsində vahid cərimənin tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, həyata keçirilən yoxlamalar Səhiyyə Nazirliyinin xxxx tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus bir aptekdə deyil, iki ayrı-ayrı ünvanlarda yerləşən apteklərdə aparılmışdır. Həmin yoxlamalar zamanı Balakən rayonu, Qabaqçöl qəsəbəsi, H.Xəlilov küçəsində yerləşən aptekdə (Zeytun - 5) bir sıra dərman vasitələrinin saxlanma rejiminə riayət edilmədiyi, Balakən rayonu, Qabaqçöl qəsəbəsində yerləşən aptekdə (Zeytun - 4) isə aptekin divar və döşəməsinin hamar olmaqla, özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizləməyə davamlı örtüyə malik olmadığı və dərman vasitəsinin saxlanma rejiminə riayət edilmədiyi aşkar edilmişdir. Buna görə də aşkar edilmiş faktlarla bağlı hər iki aptek barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokollardan da görünür ki, onlar həm ayrı-ayrı ünvanlarda yerləşən apteklərdə tərtib olunmuş, həm də həmin inzibati xətalar müxtəlif vaxtlarda törədilmişdir. Məhkəmə qanunvericiliyin normalarına laqeyd münasibət göstərərək işin hallarını hərtərəfli araşdırmamış, nəticədə əsassız qərar çıxarılmışdır. Belə olacağı təqdirdə isə digər aptek təşkilatları barəsində də analoji halların baş verməsi və onların da eyni şəkildə məhkəmə tərəfindən məsuliyyətdən azad edilməsi halları baş verə bilər. Apellyasiya instansiyası məhkəməsi iclasında iştirak edən Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini araşdırıb, proses iştirakçısının şikayətlə bağlı izahat və xahişini dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək, 1050 (bir min əlli) manat məbləğində cərimə edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan # ###### 2019-cu il tarixli INIL-****/****/*** nömrəli lisenziyanın əlavəsində göstərilmişdir ki, Azərbaycan Respublikasımın Iqtisadiyyat Nazirliyi (Bakı şəhəri,Ü.Hacıbəyov küçəsi 854,Hökumət evi) tərəfindən ## ###### 2016 il tarixində INIL- I783/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ( hüquqi ünvanı,Balakən şəhəri Qabaqçöl qəsəbəsi (115.2) kv/m) ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx” X2in ## #### 2026-cı il tarixli *-**-*/*-*-***/**** nömrəli qərarından görünür ki, həmin qərarla Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyətinin yoxlanılması məqsədi ilə 06.04-##.##.2026-cı il tarixlərdə planlı yoxlama aparılması qərara alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx” X2in ## #### 2026-cı il tarixli *-**-*/*-*-***/**** nömrəli qərarından görünür ki, həmin qərarla Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyətinin yoxlanılması məqsədi ilə 06.04-##.##.2026-cı il tarixlərdə planlı yoxlama aparılması qərara alınmışdır. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli Ə-*** nömrəli Pərakəndə satış X6 üzrə (növbəti) yoxlama aktından görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi H.Xəlilov ünvanında(Zeytun-5) yerləşən hüquqi şəxs "xxxx” MMC (**********) məxsus aptekdə saat 10:25-dən 11:20-yə kimi yoxlama aparılmış, yoxlama zamanı Balakən rayonu Qabaqçöl qəsəbəsi H.Xəlilov ünvanında yerləşən hüquqi şəxs "xxxx” MMC (**********) məxsus aptekdə "Oksitosin-Rixter” 5ME/ml(2 qutu),”Ayqeron”1000,000 ME(1 qutu).”Enicil”0,005/% 2,5 ml (1 qutu) və "Ofta-Latan”50 mg/ml 2,5 ml (1 qutu) dərman vasitələrinin qablaşdırmanın və içlik təlimatında göstərilən saxlama rejiminə uyğun saxlanmadığı faktı aşkar edilmişdir. Faktla bağlı IXM-nin 452.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli Ə-*** nömrəli Pərakəndə satış X6 üzrə (növbəti) yoxlama aktından görünür ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında(Zeytun-4) yerləşən hüquqi şəxs "xxxx” MMC (**********) məxsus aptekdə saat 11:25-dən 12:00-a kimi yoxlama aparılmış, yoxlama zamanı Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında(Zeytun4) yerləşən hüquqi şəxs "xxxx” MMC (**********) məxsus aptek təşkilatında divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizləməyə davamlı örtüyə malik olmadığı və "Oftan Kataxran” 10 ml dərman vasitələrinin qablaşdırmanın və içlik təlimatında göstərilən saxlama rejiminə uyğun saxlanmadığı faktı aşkar edilmişdir. Faktla bağlı IXM-nin 452.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Iş materiallarında olan "xxxx” MMC-nin ## ####### 2023-cü il tarixli ****K nömrəli əmrdən çıxarışdan görünür ki, X1 "xxxx” MMC-nin tabeliyində Balakən rayon Qabaqçöl qəs (115.2 kv/m) ünvanında fəaliyyət göstərən "Balakən-4” saylı aptekə ##.##.2023-cü il tarixdən Əczaçı vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan "xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli ****K nömrəli əmrdən çıxarışdan görünür ki, X3 "xxxx” MMC-nin tabeliyində Balakən rayon Qabaqçöl qəsəbəsi H.Xəlilov (40 kv/m) ünvanında fəaliyyət göstərən "Balakən-5” saylı aptekə ##.##.2026-cı il tarixdən Əczaçı vəzifəsinə təyin edilmişdir. Inzibati xəta haqqında protokol tərtib etmiş orqanın apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən inzibati tənbehin tətbiqi zamanı Inzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə bağlı olmuş, inzibati orqan apellyasiya şikayətində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin hər bir protokol üzrə ayrı-ayrılıqda cərimə edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi). Qeyd edilən Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Belə ki, hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Inzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Inzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan Inzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. “Normativ hüquqi aktlar haqqında” ## ###### 2010-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Inzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh Inzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Inzibati Xətalar Məcəlləsində Cinayət Məcəlləsindən fərqli olaraq törədilmiş inzibati xətalar üzrə təyin edilmiş tənbeh tədbirlərinin tamamilə və ya qismən toplanılması, eləcə də az ciddi tənbehin daha ciddi tənbeh tədbiri ilə əhatə olunması nəzərdə tutulmamışdır. Həmçinin qüvvədə olan Inzibati Xətalar Məcəlləsi və “Normativ hüquqi aktlar haqqında” ## ###### 2010-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunun yuxarıda qeyd olunmuş normaları maddi normalar üzrə analogiyanın tətbiqini qadağan edir. Qeyd olunan ziddiyətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” # ######## 2020-ci il tarixli Qərarı da inzibati tənbeh tədbirlərinin toplanmasının mümkünlüyünü nəzərdə tutmayaraq belə qənaətə gəlmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlər üzrə tənbeh tədbiri hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmaqla təyin olunmalıdır. Apellyasiya instansiya məhkəməsi onu da diqqətə çatdırır ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında da qanunverici tərəfindən hər hansı bir ictimai münasibətlərin tənzimlənməsinə dair normativ-hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulanmışdır. Sözügedən prinsiplər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il ## ###### tarixli Konstitusiya Qanununun 8-ci maddəsində normayaratma fəaliyyətinin əsas başlanğıcları kimi təsbit olunmuşlar. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Qeyd olunanları ümumiləşdirərək apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin məzmunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” # ######## 2020-ci il tarixli Qərarı nəzərə alınaraq şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tədbirləri ayrı-ayrılıqda təyin edilərək toplanmamalı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” # ######## 2020-ci il tarixli Qərarında göstərilən qaydada, (şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlər üzrə tənbeh tədbiri hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmaqla təyin olunmalıdır), yəni Inzibati Xətalar Məcəlləsində qeyd olunan inzibati xətalar üzrə müəyyən edilmiş tənbeh tədbirlərinin həddləri nəzərə alınmaqla vahid inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Birinci instansiya məhkəməsi də hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini tərtib edilmiş hər iki protokol üzrə Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilərək vahid tənbeh tətbiq etdiyindən düzgün nəticəyə gəlmişdir. Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək, 1050 (bir min əlli) manat məbləğində cərimə edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-322/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-322/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver