Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-323/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 Bölməsinin nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 264.0.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ** saylı X2 Bölməsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 bölməsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Ibrahim Fəttahov) ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə, ##.##.1968-ci il tarixdə Göyçay rayonu Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 264.0.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ** saylı X2 Bölməsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, ##.##.2025-ci il tarixdə Göyçay rayonunun Bığır kəndinin inzibati ərazisindən keçən Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin mühafizə zonasında qanunsuz torpaq qazıntısı aparılmaqla çəkdiyi müxtəlif borularla su götürməsi faktı aşkar edilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 Bölməsinin nümayəndəsi nümayəndə1 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərinə riayət olunması məqəsədi ilə Göyçay rayonu Bığır kənd sakini X3 müraciəti əsasında Oğuz-Qəbələ-Bakı magistral su kəmərində qanunsuz qoşulmalar ilə bağlı X2 Bölməsinin müvafiq sərəncamlarına əsasən yerində şikayətçi və digər şəxslərin iştirakı ilə araşdırılma aparılmış və məlum olmuşdur ki, Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin 51-ci kilometrliyində qəza baş vermiş, qəza yerində su sızıntısı olmuşdur. Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə baxış keçirilən zaman sızma yerində üzərində dəmir lövhələr və parçalar olduğu müəyyən edilmişdir. Dəmir lövhələri aradan qaldırmaq məqəsədi ilə Oğuz-Qəbələ-Bakı magistral nəzarətçisi Zahid Ismayılovun iştirakı ilə həmin lövhələrin üstü açılmış və məlum olmuşdur ki, qəza yerində 5 ədəd müxtəlif polietilen su boruları ilə su xətləri çəkilib aparılmışdır. Həmin boruların diametri D 76 2 ədəd D 50 mm-lik 1 ədəd və 2 ədəd D 25 mm-lik polietilen su boruları olmuşdur. Zahid Ismayılov yazılı izahat verərək bildirmişdir ki, həmin şəxslərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Ikram və Rauf adlı şəxslərdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq görüşülmüş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı izahatında bildirmişdir ki, həmin borudan 2 ədədi D 76 və D 50 metrlik borular onun həyətyanı sahəsinə sahib olduğu fermaya çəkilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərini, eyni zamanda “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli *** nömrəli qərarın 16-cı maddəsinin 3-cü bəndinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə heç bir müdaxilə etməmiş və su kəmərindən su götürməmişdir. Suya nəzarət edən əməkdaşlar tərəfindən uzun müddət əvvəl su kəmərinin su sızan yerindən boru basdırılmış və həmin sızıntı kəmərdan təqridbən 15 metr aralı dərəyə axıdılmışdır. Dərəyə axıdılan sudan yaxınlıqda yerləşən bağ sahəsini suvarmaq üçün istifadə etmişdir. Hazırda barəsində tərtib edilmiş protokol üzrə qeyd edilir ki, guya o, su borusuna müdaxilə edərək su kəmərindən su götürmüşdür. Lakin qeyd edilənlər tam əsassızdır, su borusuna heç bir müdaxilə etməmiş, yalnız qəza nəticəsində axar sudan istifadə etmişdir. Buna görə də barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su X7 Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 bölməsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su X7 Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 bölməsi verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 264.0.3-cü maddəsi ilə vəzifəli şəxs qismində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə Göyçay rayonu Bığır kəndinin inzibati ərazisindən keçən Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin mühafizə zonasında qanunsuz torpaq qazıntısı aparılması və müxtəlif diametrli borular vasitəsilə su götürülməsi faktı aşkar edilmiş və bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli aktla müəyyən edilmişdir ki, müdaxilə edilən ərazidə müxtəlif diametrli (d 76 mm x2, d 50 mm, d 25 mm) borular vasitəsilə su götürülməsi faktı mövcuddur və bu müdaxilə magistral su kəmərinin mühafizə zonasında həyata keçirilmişdir. Həmin hallar fotoşəkillər və digər materiallarla təsdiq olunur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərərkən əsaslı olaraq qeyd etmişdir ki, borular vasitəsilə su götürülən ərazinin magistral su kəmərindən hansı məsafədə yerləşməsi və həmin ərazinin mühafizə zonasına düşüb-düşməməsi müəyyən edilməmişdir. Bu hallar işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən birinci instansiya məhkəməsinə həmin xüsusatların araşdırılması tapşırılmışdır. Lakin işə təkrar baxan birinci instansiya məhkəməsi apellyasiya instansiyasının göstərişlərini yerinə yetirməmiş, qeyd edilən halları araşdırmadan, əlavə sübutlar toplamadan və mühüm faktiki xüsusatları müəyyən etmədən icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Bu isə prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6cı bəndinə əsasən, magistral su kəmərləri üçün mühafizə zonasının ölçüləri onların su buraxma qabiliyyətindən asılı olaraq müəyyən edilir. Iş materiallarından göründüyü kimi, sözügedən magistral su kəmərinin su buraxma qabiliyyəti yüksək olduğundan onun mühafizə zonasının ən azı 10 metr və ya daha artıq məsafəni əhatə edir və bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən sübutlara birtərəfli yanaşılmışdır. Belə ki, iş materiallarında qanunsuz su götürülməsi faktı mövcud olduğu halda, məhkəmə yalnız şəxsin birbaşa icraçı olub-olmamasına istinad etmiş və digər sübutlara lazımi hüquqi qiymət verməmişdir. Halbuki, iş üzrə toplanmış materiallar həmin şəxsin hüquqazidd əmələ aidiyyətini və pozuntu ilə əlaqəsini göstərir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 Bölməsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. O əlavə olaraq protokolda qazıntı işləri dedikdə suyun götürülməsi üçün boruların qoşulmasının nəzərdə tutulduğunu bildirdi. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında ## ####### 2025-ci il tarixli qərardaddan görünür ki, ##.##.2025-ci il tarixli, ***** nömrəli akt və toplanmış material üzrə Azərbaycan Respublikası IXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmış və inzibati araşdırma aparılmışdır. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə Göyçay rayonunun Bığır kəndinin inzibati ərazisindən keçən Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin mühafizə zonasında qanunsuz torpaq qazıntısı aparılmaqla müxtəlif borularla su götürməsi faktı aşkar edilmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli ****** nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında X13 Dövlət Nəzarəti Xidmətinə Göyçay rayonu Bığır kənd sakini X3 tərəfindən Oğuz-QəbələBakı magistral su kəmərinin Göyçay rayonu Bığır kənd ərazisindən keçən hissəsində qanunsuz müdaxilələrə edilməsi barədə ##.##.2025-ci il tarixli müraciəti SIMDNX-in ##.##.2025-ci il tarixli 124 EƏ əmriylə xidmətin ** saylı X2 bölməsinin Iş materiallarında olan 20 oktyabr 033 IS, ## ####### 2025 034 IS saylı sərəncamlarına əsasən tərəflərindən Oğuz-Qəbələ-Bakı magistral su təchizatı idarəsinin sahə rəisi X4 Oğuz- Qəbələ-Bakı magistral su təchizatı idarəsinin baxıcısı X5 iştirakı ilə yerində araşdırılma aparılmışdır. Məlum olmuşdur ki, OğuzQəbələ-Bakı magistral su kəməri (d-2000 mm, 2930 filtr su buraxma qabiliyyəti) iri şəhərlərin birləşmiş su təchizatı PHŞ-in balansında və istismarındadır. Şikayətdə qeyd olunan əraziyə baxış zamanı Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin Göyçay rayonu Bığır kəndinin inzibati ərazisindən keçən Ismayıllı rayonu Ivanovka kəndinə gedən yolun sağ hissəsində qəza baş verməsi səbəbindən kəmərdən suyun yer səthinə çıxdığı müəyyən edilmişdir. Həmçinin qəza yerinin üst hissəsi dəmir lövhələrlə, torpaqla örtülü olduğu, lakin D 76 mm-lik polietilen boru vasitəsi ilə (orta hesabla su sərfi 33 ltr/san) yaxınlığındakı dərəyə axıldığı kənarlarında bir neçə müxtəlif diametrli borular olduğu üçün həmin qəza yerinin daha dəqiq araşdırmaq üçün kəmərin üstündə olan dəmir lövhələri götürülməsi məqsədi uyğun hesab olunmuşdur. Oğuz-Qəbələ-Bakı magistral su təchizatı idarəsinin baxıcısı X5 tərəfindən dəmir lövhələr və torpaq götürülərək qəza yeri tam açılmışdır. Sözügedən yerdə suyun toplandığı (2x 2m torpaq sahəsində) oradan 5 (beş) ədəd müxtəlif diametrli (d 76 mm x2, d 50 mm, d 25 mm) kəmərin mühafizə zonasında qanunsuz aparılmış yer altı borular vasitəsiylə su götürüldüyü müəyyənləşdirilmişdir. Aktda adları qeyd olunan şəxlər Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 16-cı abzasının, Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli *** nömrəli qərarın 16-cı maddəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. Akta ərazidən çəkilən fotoşəkillər əlavə olunmuşdur. Akt 2 (iki) nüxsədə tərtib olunmuşdur. Iş materiallarında olan foto şəkillər, həmçinin məhkəmə iclasında təqdim edilmiş videogörüntülər tədqiq edilərkən bilavasitə qəza yerində, suyun toplandığı yerdə yer altı boruların aşkar edilməsi müəyyən edilməmişdir. Fotoşəkillərdə qeyd edilən yerdə yalnız müvafiq qurum tərəfindən qoyulmuş təxliyyə borusu müəyyən edilmişdir. Qeyd edilən borunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən çəkildiyi heç bir sübutla öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarında olan digər fotoşəkillər və videogörüntülərdən (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim etdiyi videogörüntülər) müəyyən edilmişdir ki, dərəyə axan təxliyyə borusuna plastik borular əlavə edilməklə su götürülür. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Seyfəli oğlunun ##.##.2025-ci il tarixdə Göyçay rayonu Bığır kəndinin inzibati ərazisindən keçən Oğuz- Qəbələ-Bakı magistral su kəmərinin mühafizə zonasında qanunsuz torpaq qazıntısı aparmaqla müxtəlif borularla su götürməsi halı öz təsdiqini tapmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Seyfəli oğlunun aşkar şəkildə axan sudan istifadə etməsi, onun su kəmərinin mühafizə zonasından qanunsuz olaraq müdaxilə edib su götürməsi anlamına gəlmir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Seyfəli oğlunun Azərbaycan Respublikası IXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, IXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Məhkəməyə göndərilmiş ******* nömrəli #.##.2025-ci il tarixli protokoldan da göründüyü kimi qeyd olunmuş protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə Göyçay rayonunun Bığır kəndinin inzibati ərazisindən keçən Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin mühafizə zonasında qanunsuz torpaq qazıntısı aparılmaqla müxtəlif borularla su götürməsi faktı üzrə tərtib edilmişdir. Lakin iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su kəmərinin mühafizə zonasında qanunsuz torpaq qazıntısı aparılması faktı öz təsdiqini tapmır və qazıntı aparılması faktı Azərbaycan Respublikası Su Məcəlləsinin 82-ci maddəsi ilə qadağan olunmuş fəaliyyət növlərinə daxil edilmir. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Inzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ******* nömrəli ##.##.2025-ci il tarixli protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə Göyçay rayonunun Bığır kəndinin inzibati ərazisindən keçən Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin mühafizə zonasında qanunsuz torpaq qazıntısı aparılmaqla (torpaq qazıntısının aparılması barədə nə qurum tərəfindən yerində tərtib olunmuş aktda, nə də ki, arazdırma zamanı alınmış izahatlarda hər hansı bir qeyd yoxdur) müxtəlif borularla su götürməsi faktı özlüyündə ona istinad edilən Inzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin tərkibini yaratmadığından, apellyasiya şikayətində qeyd edilən digər dəlillərə qiymət verilməsinə və əlavə araşdırma aparılmasına lüzum yoxdur. Ona görə də Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X9 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X9 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Dövlət Su X7 Suların Istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ** saylı X2 Bölməsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-323/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-323/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver