Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-325/2026 11.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs təyin edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Ibrahim Fəttahov) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə, ##.##.2006-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Alpout kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs edilməsi müəyyən edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 535.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixdə saat 18 radələrində Göyçay- Bərgüşad yolunun Cəyirli kəndi istiqamətində idarə etdiyi Opel Astra markalı **-XU-*** dövlət nömrə nişanlı avtomaşınla toy karvanında ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa ##.##.2026-cı il tarixdə saat 22 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmiş video görüntü 2026-cı ilin yanvar ayında qeydə alınmışdır. Həmin videoda heç bir xuliqanlıq hərəkətlərinə yol verməmiş, həmin görüntülərdə idarə etdiyi Opel Astra markalı **-XU-*** dövlət nömrə nişanlı avtomaşınla manevr qaydalarını pozmuşdur. Bundan başqa ##.##.2026-cı il tarixdə Göyçay şəhəri ərazisində avtomobilini yolun kənarında saxlamış, həmin vaxt Göyçay RPŞ-nin DYPB-nin rəisi Vüsal Həsənov şəxsi avtomobili ilə ona yaxınlaşmış, YPX-nin əməkdaşlarını olduğu yerə çağıracağını bildirmiş, bundan sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş, avtomobili Göyçay RPŞ-nin duracağına aparacaqlarını bildirmişlər, polis əməkdaşlarına atasının gəldiyini, atasını gözləməklərini xahiş etmiş, atası gəldikdən sonra avtomobili sürərək Göyçay RPŞ-nin duracağına aparmış, bundan sonra Göyçay RPŞ-nin DYPB-nin rəisi Vüsal Həsənovun yanına getmiş, daha sonra onu müvəqqəti saxlanc yerinə salmışlar. Müvəqqəti saxlanc yerində izahat yazmışdır. Həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Buna görə də barəsində tərtib edilmiş protokollar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-nin 511.1.3-cü maddəsi üzrə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda bu əlamətlər yalnız qanunun mətni sanki yenidən yazılaraq göstərilmişdir. Konkret olaraq kimin sakitliyinin pozulduğu, əhalinin dincliyinə hansı şəkildə xələl gətirildiyinin, hörmətsizliyin cəmiyyətin hansı kəsiminə qarşı yönəldildiyinin heç bir faktiki əsasla müəyyənləşdirilməsi aparılmamışdır. Müvəkkili hərəkəti öz iradəsiylə, ictimai qaydanı pozmaq məqsədiylə deyil, situasiya kontekstindən irəli gələn bir reaksiya olaraq etdiyini tutarlı şəkildə izah etmişdir. IXM-nin 8.1ci maddəsindəki təqsirsizlik prezumpsiyası prinsipinə görə şəxsin təqsiri sübuta yetirilməyibsə, o, inzibati xəta törətmiş hesab edilə bilməz. Qərəzliliyin isbat yükü ittiham tərəfinin üzərindədir. Birinci instansiya məhkəməsi qərəzlilik əlamətinin mövcudluğunu konkret faktlarla əsaslandırmamışdır. IXM-nin 511.1.3-cü maddəsi davamlı sürtünmə səslərinin çıxarılmasım və çoxsaylı təkər izlərinin buraxılmasını tələb edir. Hərəkətin nə qədər davam etdiyi, neçə saniyə ərzində icra edildiyi, fasiləsiz xarakter daşıyıb-daşımadığı, izlərin sayı haqqında nə protokolda, nə raportda, nə də video görüntüdə konkret məlumat öz əksini tapmamışdır. Bu tələblərin yerinə yetirilib-yetirilmədiyi etibarlı sübutlarla müəyyən edilməmişdir. Müvəkkili Protokolu tərtib edən orqan Dövlət Yol Polis bölməsinin əməkdaşı barəsində Daxili Işlər Nazirliyinə şikayət etmiş, eləcə də ## ##### 2026-cı il tarixdə X4 Göyçay şəhərindəki vətəndaş qəbuluna müraciət etmişdir. Həmin şikayət və müraciətdən qısa müddət sonra barəsində protokol tərtib edilmişdir. Bu faktların ardıcıllığı protokolun şikayət hüququnun həyata keçirilməsinə cavab olaraq qərəzli motiv əsasında tərtib edildiği ehtimalını güclü şəkildə meydana çıxarır. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil2 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə olaraq bildirdi ki, videogörüntülərdə olan avtomobil ona məxsusdur və sükan arxasında özü olub. Əməlindən peşmandır. Firmada işlədiyindən barəsində seçilmiş inzibati tənbeh tədbirinin ləğv edilməsini xahiş edir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs təyin edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 22:50-də inzibati qaydada tutulmuş, ##.##.2026-cı il tarixdə saat 16:20-də həbsdən azad edilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixdə Göyçay RPŞ-də verilmiş izahatdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı **-XU-*** dövlət nömrə nişanlı avtomaşınla Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi istiqamətində dostunun toy karvanında nəqliyyat və əhalinin sıx toplaşdığı ərazidə ziq-zaq vari hərəkətlər edərək avtomobilin əl əyləclərindən istifadə etməklə avtomobili fırladaraq qayda pozuntusu törədərək xuliqanlıq hərəkətlər etmişdir. Etdiyi hərəkətləri mahiyyətin dərk edir və belə hərəkətlərə daha yol verməyəcəkdir. Iş materiallarında olan DVD disk görüntülərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi Opel Astra markalı **-XU-*** dövlət nömrə nişanlı avtomaşınla ##.##.2026-cı il tarixdə saat 18 radələrində Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi istiqamətində toy karvanında hərəkət edən zaman dəfələrlə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq avtoxuliqanlıq hərəkətlərinə yol verir. Iş materiallarında olan Göyçay RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru R Vasif Calalov tərəfindən Göyçay RPŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 22 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə YPX inspektoru R X1 ilə xidmətdə olan zaman həmin küçədə Opel Astra markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini piyada səkisində saxladığı üçün həmin avtomobilin sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş, avtomobili piyada səkisinin üzərindən götürməsini bildirmiş, avtomobilə baxış keçirən zaman avtomobilin arxa oxlarının yayları istismara yarasız olmasını və tətbiqinə qanunla icazə verilməyən arxa şüşəyə örtüklər çəkdiyi görmüş və bu səbəbdən avtomobili duracağa yerləşdirəcəklərini bildirmişlər. Sürücüdən avtomobilin açarlarını təqdim etməyini bildirmiş, açarları təqdim etməkdən imtina edərək yaxınlıqda olan çay evlərinə tərəf getmiş, sürücünü dəfələrlə çağırsa da məhəl qoymayaraq avtomobilin açarlarının atasında olmasını bildirmiş, əraziyə atası gələrək avtomobilin açarlarının onda olmadığını, oğlunun yalan danışdığını bildirmişdir. Sonradan sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə nizam intizam və polisin qanuni tələblərinə riayət etməsini bildirsə də öz hərəkətlərini davam etdirmişdir. Belə olan halda radio rabitə vasitəsi ilə ərazidə xidmət aparan PPXB-nün polis nəfərlərini köməyə çağırmış, əraziyə PPXB-nün polis nəfərləri gəldikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs açarların özündə olmasını bildirərək avtomobilinə əyləşdi və RPŞ-nin inzibati binasının mühafizə olunan duracağına yerləşdirdi. Duracaqda avtomobili sürücüdən təhvil alaraq nəqliyyatın saxlanca qəbulu barədə akta qol çəkdikdən sonra ünvansız nalayiq ifadələr işlətdi. Nizam intizama dəvət etsə də daha da aqressivləşərək ucadan danışmağa və nalayiq ifadələr işlətməyə başladı. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aidiyyəti üzrə RPŞ-nin NH-nə təhvil vermişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası IXM-nin 511.1.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi və ya hərbi qulluqçusunun qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası Inzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 ##.##.2026-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində xidmətdə olan Göyçay RPŞ-nin YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi hərəkətlərə yol verməmişdir. Apellyasiya Məhkəməsinin qənaətincə birinci instansiya məhkəmə iş üzrə düzgün nəticəyə gəlmiş və ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər əsasızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzbati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlar və video görüntü ilə öz təsdiqini tapır. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş inzibati tənbehə münasibətdə qeyd edir ki, AR IXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə inzibati həbs cəzasının tətbiq edilməsini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan səbəbdən də apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 511.1.3-cü maddəsi ilə, daha ciddi inzibati tənbeh tədbiri olan həbsin aşağı həddində, yəni 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-123)-490/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil2 tapşırılmışdır. Müdafiəçi vəkil2 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi vəkil2 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi vəkil2 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait vəkil2 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-325/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-325/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver