Məhkəmə qərarları › İş №3(3-10)-329/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-329/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-329/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, X11 Xidmətinin nümayəndəsi X2, X3 Xidmətinin nümayəndələri X5 və Orucov İlham Səməd oğlunun iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim B.Qasımov) X3 Sistemlərinin İstismarı İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İŞİN HALLARI: Vətəndaş X6 şikayəti əsasında Azərbaycan Republikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən X3 Sistemlərinin İstismarı İdarəsinə müraciətlə əlaqədar ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** saylı məktub göndərilmiş, (RSD vasitəsilə) qeyd edilən sənədlər 7 (yeddi) iş günü ərzində DƏMX-in Dağlıq Şirvan regional şöbəsinə təqdim edilməsi tələb edilsə də, sənədlər şöbəyə təqdim edilməmişdir. Bu barədə X11 xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən X3 Sistemlərinin İstismarı İdarəsi barəsində ##.##.2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir .İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə X11 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən X3 Sistemlərinin İstismarı İdarəsi barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli ##.##.2026-cı il tarixli protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Şikayətçi hesab etmişdir ki, Ağsu Rayon Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, Xidmət tərəfindən tərtib edilmiş protokol əsasında İdarə inzibati məsuliyyətə cəlb edilməlidir. Şikayətçi bildirmişdir ki, X6 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı X3 Sistemlərinin İstismarı İdarəsinə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub "ASİS" vasitəsilə müəssisənin ƏMAS-da olan elektron kabinetinə yerləşdirilmiş və vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin müəssisə tərəfindən həmin sənədlər təqdim edilməmişdir. X3 Sistemlərinin İstismarı İdarəsinə məktub ünvanlayaraq X6 aid sənədlərin onlara göndərilməsi xahiş edilmişdir. Lakin sənədlər onlara təqdim edilməmişdir. Buna görə də İdarəyə qarşı protokol tərtib edilmişdir. İlk öncə sənədlər RSD proqramı vasitəsilə göndərilsə də şöbəyə çatmamış, bundan sonra elektron poçt ünvanı vasitəsilə göndərilsə də tam çatmamış və protokol tərtib edildikdən sonra İdarənin nümayəndəsi X4 şəxsən Şahin müəllimə protokol tərtib edildikdən sonra təqdim etmişdir. Şikayətçi qeyd etmişdir ki, ## ##### 2019-cu il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında" Əsasnamənin 2-ci bəndində MEİS-in strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası müəyyən edilmişdir. Həmin Əsasnamənin 2.3.2-ci bəndinə əsasən "Əmək və məşğulluq" altsistemi vasitəsilə (müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi həyata keçirilir. Şikayətçi sənədlərin təqdim edilməsi ilə bağlı sorğunun "ASİS" vasitəsilə elektron kabinetə göndərilməsinin qanuni olduğunu, məhkəməyə göndərilmiş iş materialları ilə də müəyyən edildiyini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"yə uyğun olaraq sənədlərin tələb olunduğunu bildirmişdir. Şikayətçi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edildiyini qeyd etmişdir. Qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyətin təkcə sənədlərin təqdim edilməməsinə görə deyil, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yarandığını bildirmişdir. Şikayətçi inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlərin hələ təqdim edilmədiyini, İXM-in 539.3-cü maddəsi ilə bağlı məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilmədiyini qeyd etmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Ağsu Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən X3 Sistemlərinin İstismarı İdarəsi barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında İdarənin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 Xidmətinin nümayəndəsi X2 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 Xidmətinin nümayəndələri X5 və Orucov İlham Səməd oğlu çıxış edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş X6 şikayəti əsasında Azərbaycan Republikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən X3 Sistemlərinin İstismarı İdarəsinə müraciətlə əlaqədar ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** saylı məktub göndərilmiş, (RSD vasitəsilə) qeyd edilən sənədlər 7 (yeddi) iş günü ərzində DƏMX-in Dağlıq Şirvan regional şöbəsinə təqdim edilməsi tələb edilsə də, sənədlər şöbəyə təqdim edilməmiş və İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir . - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Dağlıq Şirvan regional şöbəsinin ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** saylı X3 Sistemlərinin İstismarı İdarəsinə yazılmış məktubundan görünür ki, vətəndaş X6 X3 Sistemlərinin İstismarı İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin Dağlıq Şirvan regional şöbəsində araşdılır.Qeyd olunanları nəzərə alaraq X6 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Dağlıq Şirvan regional şöbəsinə (İsmayıllı şəhəri, H.Əliyev prospekti 8;) təqdim edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Dağlıq Şirvan regional şöbəsinin ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** saylı X3 Sistemlərinin İstismarı İdarəsinə yazılmış məktubundan görünür ki, vətəndaş X6 X3 Sistemlərinin İstismarı İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin Dağlıq Şirvan regional şöbəsində baxılır. X11 Xidməti Dağlıq Şirvan regional şöbəsi tərəfindən 7 (yeddi) iş günü ərzində İdarəyə sənədlərin təqdim edilməsi və məsələyə aydınlıq gətirilməsi ilə bağlı ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu göndərilmişdir. Həmin məktubda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə dair bu Məcəllənin 539.3-cü maddəsinə əsasən tərəflərindən müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacağı bildirilmiş, lakin hal-hazıradək idarədən şöbəyə müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı məktub daxil olmamışdır. Onların və ya səlahiyyətli nümayəndənin (notariat qaydada təsdiqlənmiş etibarnamə ilə) iştirakını təmin etməyiniz və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X9 Xidməti publik hüquqi şəxs X3 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-*/*-**/**** saylı və ##.##.2026-cı il tarixli, *-**-*-*/*-**/**** saylı məktublardan görünür ki, X3 Sistemlərinin İstismarı İdarəsi ## ###### 2026- cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubuna cavab olaraq bildirilmişdir ki, Ağsu rayon sakini X6 ##.##.2021-ci il tarixində X8 İdarəsində işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## ###### 2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən “xxxx” ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “X9 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ## ### 2024-cü il tarixli, ***/F nömrəli əmri ilə “X9 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən bəzi vəzifə üzrə ştat vahidi ##.##.2024-cü il tarixində ixtisara düşmüşdür. Bununla əlaqədar olaraq Müəssisədə 47 nəfər əməkdaşın əmək müqaviləsinə qanuna müvafiq qaydada xitam verilmişdir. Hər bir xitam olunan əməkdaşlarada hər birinə bildiriş paylanılıb, tanış olublar və bir nüsxəsini də qəbul etmişdirlər. Qoşma olaraq əlavə edilmişdir: 5 (beş) vərəqə “X8 İdarəsi Həmkarlar İttifaqı” Komitəsinin protokolu, 1 (bir) vərəqə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqbildirişi, 1 (bir) vərəqə işdən çıxma əmri, 3 (üç) vərəqə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti publik hüquqi şəxsin X3 Sistemlərinin İstismarı İdarəsinin ştat cədvəli ##.##.2024-cü il tarixdən qüvvəyə minməsi, 1 (bir) vərəqə Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əməkmüqaviləsi bildirişi, 4 (dörd) vərəqə kollektiv müqavilə, 1 (bir) vərəqə təqdimat, 2 (iki) vərəqə cədvəl, 1 (bir) vərəqə son haqq-hesab və əmək haqqı cədvəli və 1 (bir) vərəqə ödəniş tapşırığı və 2 (iki) vərəqə struktur birləşməsi ilə bağlı əmr - elektron ünvan 1 elektron poçtunun çıxarışından görünür ki, ##.##.2026-cı il tarixdə Vahid Səfərov tərəfindən sənədlər PDF formasında elektron ünvan 2 və elektron ünvan 3 ünvanına göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmış, qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş və iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsi barədə qanuni, əsaslı nəticəyə gəlinmişdir. Şikayətçi tərəfindən təqdim olunmuş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin çıxardığı qərarın hüquqi əsaslarını sarsıtmır və həmin məhkəmə aktının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. İXM-in 3-cü maddəsinin tələbinə görə, şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün onun yalnız qanunla nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və əməlin inzibati xəta tərkibinin bütün digər əlamətlərini (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) daşıması mütləqdir. Bu baxımdan, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni və əsaslı tələbi ilə zəruri olan məlumatların və ya sənədlərin qəsdən və ya səhlənkarlıq ucbatından təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi faktı subyektiv və obyektiv tərəfdən tam sübuta yetirilməlidir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 Sistemlərinin İstismarı İdarəsi tərəfindən dövlət orqanının sorğusuna ümumiyyətlə etinasız yanaşılmamış, əksinə, sorğu edilən sənədlərin elektron poçt (elektron ünvan 1) vasitəsilə və həmçinin "RSD" proqram təminatı üzərindən PDF formatında "elektron ünvan 2" və "elektron ünvan 3" ünvanlarına vaxtında göndərilməsi üçün zəruri tədbirlər görülmüşdür. Həmçinin iş üzrə müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin struktur dəyişiklikləri və bəzi vəzifə üzrə ştat vahidlərinin ixtisarı ilə əlaqədar idarənin daxili fəaliyyətində və kargüzarlıq prosesində obyektiv texniki gecikmələr baş vermiş, buna baxmayaraq inzibati xəta haqqında protokol tərtib edildiyi dövrdə və ondan dərhal sonra bütün tələb olunan sənədlər səlahiyyətli şəxslərə kağız daşıyıcıda da şəxsən təqdim edilmişdir. İXM-in 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırkı işin halları çərçivəsində, hüquqi şəxs statuslu X3 Sistemlərinin İstismarı İdarəsinin sənədləri bilərəkdən gizlətməsi, dövlət orqanının qanuni tələbini icra etməkdən qəsdən yayınması və ya qanunvericiliyə itaətsizlik nümayiş etdirməsi barədə materiallarda mötəbər sübutlar mövcud deyil. Sənədlərin ötürülməsi zamanı yaranmış elektron və kargüzarlıq xarakterli gecikmələr subyektiv təqsirin olmamasını sübut edir və bu hal əməlin inzibati xəta tərkibinin subyektiv cəhətini istisna edir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olub-olmaması barədə yaranan və aradan qaldırılması mümkün olmayan bütün şübhələr, habelə qanunvericiliyin tətbiqi zamanı ortaya çıxan faktiki uyğunsuzluqlar mütləq qaydada barəsində icraat aparılan şəxsin xeyrinə şərh edilməlidir. İnzibati orqan tərəfindən protokol tərtib edilərkən müəssisənin strukturunda baş verən yenidənqurma prosesləri, ştat ixtisarları və sənədlərin elektron qaydada göndərilməsi cəhdləri tam araşdırılmamış, işin hallarına birtərəfli yanaşılmışdır. Belə olan təqdirdə, subyektiv təqsiri və hüquqazidd niyyəti sübuta yetirilməyən hüquqi şəxsə qarşı sanksiyanın tətbiqi qanunvericiliyin fundamental prinsiplərinə ziddir. İnzibati sanksiyaların tətbiqi zamanı mütənaseblik və ədalətlilik prinsipləri rəhbər tutulmalıdır. Qanunvericiliyin məqsədi təkcə cəzalandırmaq deyil, həm də hüquqi asayişin qorunması və pozulmuş hüquqların bərpa edilməsidir. İş materiallarından göründüyü kimi, vətəndaş X6 əmək münasibətlərinə xitam verilməsi ilə bağlı bütün hüquqi sənədlər (əmrlər, xəbərdarlıq bildirişləri, son haqq-hesab cədvəlləri və ödəniş tapşırıqları) tam və düzgün formalaşdırılmış və sonradan müfəttişliyə təqdim edilmişdir. Mövcud vəziyyətdə hüquqi şəxsin ağır maliyyə sanksiyasına məruz qoyulması cəhdi onun mülkiyyət hüququna və təsərrüfat fəaliyyətinə əsassız müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da dövlət nəzarətinin ağlabatan və mütənasib hədlərini aşır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İXM-in 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.3-cü maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən orqan tərəfindən işin halları hərtərəfli araşdırılmamış, işçinin əmək münasibətlərinin hazırkı statusu (məzuniyyətdə olması) dəqiqləşdirilməmişdir. Yanlış faktiki ehtimala söykənən sorğu və həmin sorğunun icra edilməməsinə görə tərtib olunan protokol İXM-in 3-cü maddəsində nəzərdə tutulan "təqsir" və "xəta tərkibi" prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Hüquqi şəxs tərəfindən xitam sənədlərinin təqdim edilməməsi qanuna itaətsizlik deyil, sorğunun faktiki hallarla uyğunsuzluğunun nəticəsidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipinə (İXM maddə 8) əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli ilə bağlı yaranan bütün şübhələr və faktiki uyğunsuzluqlar həmin şəxsin xeyrinə şərh edilməlidir. İnzibati orqanın yanlış sorğusu əsasında hüquqi şəxsi 2000 manatdan başlayan ağır pul cəriməsinə məruz qoymaq ədalətlilik və mütənasiblik prinsiplərinin kobud pozulması olardı. Digər tərfədən məhkəmə onu da xatırlatmağı zəruri bilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 Sistemlərinin İstismarı İdarəsini hüquqi şəxs olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Halbuki, İXM-in 18-ci maddəsi üzrə inzibati məsuliyyətin subyekti kimi çıxış etmək yalnız hüquqi şəxs statusuna malik olan təşkilatlara münasibətdə mümkündür. İşin materiallarından görünür ki, X3 Sistemlərinin İstismarı İdarəsinın Əsasnaməsinin 1.1ci bəndində göstərilmişdir ki, X3 Sistemlərinin İstismarı İdarəsi hüquqi şəxs deyildir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X3 Sistemlərinin İstisamarı İdarəsinin əməlində İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi (obyektiv və subyektiv tərəfləri) yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata xitam vermişdir və apellyasiya instansiyası həmin qərarın dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. Məhkəmə həmçinin Avropa Şurasının "İnzibati aktlar üzərində mütənasiblik" prinsiplərinə istinad edərək qeyd edir ki, tətbiq olunan inzibati tənbeh hədəfə çatmaq üçün zəruri olan həddi aşmamalıdır. Müvcud olmayan bir sənədin təqdim edilməməsinə görə hüquqi şəxsə 2000 manatdan başlayan ağır maliyyə sanksiyasının tətbiqi mütənasiblik balansını kobud şəkildə pozur. Bu, həm də AİHM-in * saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) kontekstində mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilə bilər. Ona görə də, X3 Sistemlərinin İstismarı İdarəsi barəsində İXM-in 539.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xəta tərkibi olmadığından xitam verilməlidir Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X3 Sistemlərinin İstisamarı İdarəsinin İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-110)-155/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar