Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-330/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-110)-145/2026 (sədrlik edən A.Əsgərov) saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməsi, inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM-in) 271-ci maddəsinə əsasən 3.000 manat miqdarında cərimə tətbiq edilmişdir. O, sözügedən inzibati xəta ilə özünü təqsirli bilmir. Ona qanunsuz olaraq cərimə tətbiq edilmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən ##.##.2026- cı il tarixdə Ağsu rayonunun Daşdəmirbəyli və Ərəbuşağı kəndlərinin ərazilərində zibil poliqonunda monitorinq keçirilmiş baxış zamanı zibil poliqonunun kənarlarının hasarlanmaması və çeşidlənməməsi, düzgün idarə olunmaması və qalaqlanaraq yandırılması aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Sözügüedən ərazi 1975-ci ildən hal-hazıra kimi Ağsu Rayon İcra Hakimiyyətinin balnasındadır, Ağsu rayonunun ərazisindən çıxarılan məişət tulantılarının məhv edilməsi, küçələrin süpürülməsi və daşınması üçün ayrılmış ərazidir. Bundan əlavə, Ağsu rayon Kommunal Müəsissələri Kombinatı Ağsu Rayon cra Hakimiyyətinin tabeçiliyində Xidmət Sahəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilən aktında həmin ərazinin hasarlanması və məişət tulantılarının çeşidlənməməsi böyük vəsait tələb etdiyi üçün Kommunal Müəssisəsinin hesabınada müvafiq vəsaitin olmamasıdır. Zibil poliqonu standartlara uyğun yalnız Bakı şəhəri Balaxanı qəsəbəsində yerləşir. Buna görə də, inzibati qərar əsassızdır və ləğv olunmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə “”İXM-in 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə əsaslı sübutlar olmamasına görə inzibati iş üzrə icraata xitam verilmişdir. Belə ki, * saylı RETSİ-in əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağsu rayonu Daşdəmirbəyli və Ərəbuşağı kəndləri yaxınlığında yerləşən tullantıların yığılması məqəsdilə istifadə olunan sahədə qalaqlanmış tullantıların düzgün şəkildə idarə edilmədən yandırılması faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı İdarənin əməkdaşları tərəfindən İXM-in 271-ci maddəsinə əsasən Ağsu rayon Kommunal Müəssisələr Kombinatının rəhbəri Qərardan şikayət verən orqan (şəxs) Eldniz oğlu barəsində qanunamüvafiq qaydada protokol tərtib edilmiş, müvafiq bildirişlər və dəvət məktubu vətəndaşa ünvanlanmış, daha sonra isə ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) özü və ya səlahiyyətli nümayəndəsi Qərarın çıxarılması üçün edilmiş dəvətə baxmayaraq prosesdə iştirak etməmişdir. Qeyd edək ki, həmin tarixdə Ağsu rayon Kommunal Müəssisələr Kombinatının direktoru barəsində İdarə tərəfindən MN ******* nömrəli Qərar çıxarılaraq vəzifəli şəxs qismində 3000,00 (üç min) manat məbləğində cərimə edilmiş, daha sonra isə adı çəkilən şəxs Qərardan müvafiq qaydada Ağsu Rayon Məhkəməsinə şikayət vermişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsəgərov) ## ### 2026-cı il tarixli, 3(5- 110)- ***/**** nömrəli Qərarına əsasən heç bir qanunvericiliyə əsalanmadan və müvafiq araşdırmalar nəzərə alınmadan İdarənin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarı ləğv edilmişdir. Belə ki, Məhkəmə İXM-in 271-ci maddəsinin subyekt tərkibini yanlış tətbiq edərək faktiki olaraq vəzifəli şəsin məsuliyyətini təşkilatın büdcə imkanları ilə qarışdırıb, hansı ki, vəzifəli şəxsin məsuliyyəti üçün əsas məsələ maliyyənin olub-olmaması deyil, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icra olunub-olunmamasıdır. Ağsu Rayon Məhkəməsi (hakim Anar Əsgərov) işə baxarkən belə nəticəyə gəlmişdir ki, Ağsu KMK-ın müstəqil büdcəsi olmadığı üçün direktor məsuliyyət daşımır. Azərbaycan Respublikasının Qanunvericilik aktlarında “maliyyə vəsaitinin olmaması” inzibati məsuliyyəti istisna edən əsas kimi qəbul edilməsə də məhkəmənin absurd yanaşmasında bu hal həlledici parametr kimi qəbul edilmişdir. Həmçinin bildiriik ki, məhkəmə tərəfindən işə baxılarkən sübutlar birtərəfli şəkildə qiymıtləndirilmişdir, belə ki, * saylı RETSİ-in fakt üzrə təqdim etdiyi iş materiallarında qanun pozuntusu ilə bağlı bütün əsaslar qeyd edilsə də işə baxan hakim yalnız şikayətçinin izhatına üstünlük vermişdir. Bundan başqa tullantıların yığıldığı ərazidə baş vermiş yanğın hallarının konkret şəxsin göstərişi ilə törəilmədiyi əsas götürülmüşdür, halbu ki, İXM-in 271-ci maddəsində məsuliyyət üçün mütləq şəxsin özünün tullantıları yandırması yox, tullantıların qanunvericiliyə uyğun idarə olunmaması kifayət edir. Qeyd etmək lazımdır ki, Ağsu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli Qərarında qanun pozuntusu ilə əlaqədar olan parametrlər, yəni tullantı ərazinin hasarlanmamış olması, çeşidlənmənin olmadığı, ərazi üzrə nəzarətin təmin edilmədiyi, ərazidə tullantıların qalaqlanması və yandırılması kimi hallar faktiki pozuntu olaraq qiymətləndirilmş, lakin məntiqə zidd şəkildə məsul şəxsin məsuliyyəti inkar edilir, məhkəmə tərəfindən yuxarıda qeyd edilmiş inzibati xətaya göz yumulması, inzibati tədbirin görülməsi nəzərdə tutulmuş iş üzrə qərarın absurd şəkildə ləğv edilməsi gələcəkdə bu kimi ekoloji qanun pozuntusu hallarının artmasına şərait yaratmaqla yanaşı, təqsirkar şəxs və ya şəxslərin məsuliyyətdən kənar qalmasına, ətraf mühitə və insan sağlığına böyük mənfi təsirlər göstərməklə yanaşı, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli Sərəncamına əsasən idarəmüəssisələr və qurumlar qarşısında qoyulmuş tapşırıqların, həmçinin öhdəliklərin tələblərinə tamamilə zidd durum yaratmış olur. Qeyd etmək lazımdır ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Odur ki Ağsu Rayon Məhkəməsinin 2026-cı il ## ### tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, Ağsu Kommunal Müəssisələr Kombinatı barədə İXM-in 271-ci maddəsinə əsasən inzibati tənbeh verməyə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. Apellyasiya məhkəməsi iclasınının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli ****** saylı aktdan görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli **** saylı sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, ”Ekoloji Təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tullantılar haqqında” və digər mövcud ekoloji qanunvericiliyin icra vəziyyəti yoxlamaq məqsədilə Ağsu rayonunun Daşdəmirbəyli və Ərəbuşağı kəndlərinə yaxın ərazidə yerləşən tullantı poliqonunda tullantıların düzgün idarə olunmadığı məlum olmuşdur. Əraziyə baxış zamanı zibil poliqonunun kənarının hasarlanmadığı, nəzarət buraxılış məntəqəsinin quraşdırılmadığı, tullantıların çeşidlənmədən qalaqlandığı və yandırıldığı məlum olmuşdur. Məsələ ilə bağlı Ağsu Kommunal Müəssisələr Kombinatının rəisi Qərardan şikayət verən orqan (şəxs) tullantı poliqonu ilə bağlı heç bir rəsmi və şifahi məlumat təqdim etmədi. - “İnzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə” ##.##.2026-cı il tarixli ***/** saylı qərardadın surətindən görünür ki, inzibati xəta haqqında iş ##.##.2026-cı il tarixdə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasında saat 10:00-da baxılması üçün təyin edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 271-ci maddəsi ilə təqsirli bilinmişdir Məhkəmə iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəki Apelyasiya Məhkəməsinin icraatında olan bu inzibati xəta haqqında iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün şərh edərək qanuni nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən iddialar birinci instansiya məhkəməsinin hüquqi gənaətini təkzib etmir və qəbul edilmiş məhkəmə aktının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. İş materiallarının və qüvvədə olan normativ-hüquqi aktların sistemli təhlili birmənalı olaraq sübut edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) rəhbərlik etdiyi Ağsu rayon Kommunal Müəssisələr Kombinatı hüquqi statusuna və struktur iyerarxiyasına görə müstəqil maliyyə-təsərrüfat fəaliyyəti həyata keçirən subyekt deyil, birbaşa yerli icra hakimiyyəti orqanının strukturuna daxil olan və onun ayırdığı cari təxsisatlar (dotasiyalar) hesabına yalnız texniki-təsərrüfat xidmətlərini icra edən yardımçı bir xidmət sahəsidir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.7.3-cü yarımbəndinin imperativ tələbinə görə, inzibati ərazidə məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi və bu sahədə qlobal infrastrukturun qurulması üçün strateji tədbirlərin görülməsi birbaşa və müstəsna olaraq yerli icra hakimiyyəti başçısının vəzifə və səlahiyyətlər qrupuna aid edilmişdir. Həmin Əsasnamənin 7.2-ci və 7.3-cü bəndlərinə müvafiq olaraq, kommunal xidmət təyinatlı torpaq sahələri, təbiət obyektləri və zibil poliqonları yerli icra hakimiyyətinin ümumi idarəçiliyində və mülkiyyət tərkibində olmaqla, onların saxlanılması, yenidən qurulması və modernləşdirilməsi dövlət büdcəsindən xüsusi məqsədlər üçün ayrılan əsaslı vəsaitlər hesabına maliyyələşdirilir. Bu baxımdan, İXM-in 271-ci maddəsinin pozulması faktı kimi irəli sürülən – zibil poliqonunun kənarlarının standartlara uyğun şəkildə fundamental hasarlanmaması, ərazidə xüsusi nəzarət-buraxılış məntəqəsinin təşkil edilməməsi və daxil olan tullantıların növlərinə görə (plastik, şüşə, kağız və s.) sənaye üsulu ilə çeşidlənməməsi halları cari istismar qüsuru deyil, kapital tutumlu, irihəcmli dövlət investisiyaları və xüsusi büdcə asignasiyaları tələb edən infrastruktur layihələridir. Müstəqil büdcəsi, sərəncamında xüsusi investisiya fondu və ya gəlir mənbəyi olmayan, yerli icra hakimiyyətinin sırf cari süpürmə, təmizləmə və mexaniki daşıma xərcləri üçün ayırdığı məhdud vəsait çərçivəsində fəaliyyət göstərən kombinat direktorunun, dövlət proqramları və mərkəzi maliyyələşmə tələb edən bu cür qlobal mühəndiskommunikasiya işlərini icra etmək üçün heç bir faktiki imkanı mövcud deyil. Hüququn fundamental prinsipinə görə, icrası qeyri-mümkün olan, habelə icrası üçün zəruri maddi və hüquqi alətləri qanunla şəxsin sərəncamına verməyən bir öhdəliyin yerinə yetirilməməsinə görə fərdi qaydada vəzifəli şəxsin delikt məsuliyyətinə cəlb edilməsi qeyri-qanunidir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati-delikt hüququnda obyektiv təqsirləndirmə – yəni şəxsin subyektiv təqsiri (qəsdi və ya ehtiyatsızlığı), eləcə də onun real fəaliyyət imkanları araşdırılmadan, sadəcə baş vermiş neqativ nəticəyə və ya struktur elementindəki çatışmazlığa görə avtomatik olaraq məsuliyyətə cəlb edilməsi qətiyyən yolverilməzdir. İXM-də təsbit olunmuş qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik prinsipləri tələb edir ki, tətbiq edilən inzibati tənbeh tədbiri törədilmiş xətanın xarakterinə, xətanı törədənin şəxsiyyətinə və onun real imkanlarına mütənasib olmalıdır. Məhkəmənin mövqeyinə əsasən, repressiv və preventiv xarakter daşıyan inzibati məsuliyyət tədbirləri tətbiq edilərkən dövlət orqanları fərdlərin və vəzifəli şəxslərin hüquqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməli, formal yanaşmalara deyil, şəxsin hüquqpozmanı törətməmək üçün obyektiv imkanlarının olubolmaması faktoruna hüquqi qiymət verməlidirlər. Hazırkı işdə isə inzibati orqan təşkilatın mütləq dövlət investisiyası tələb edən maliyyə-büdcə imkansızlığını və struktur asılılığını tamamilə gözardı edərək, vəzifəli şəxsə qanunla icrası onun səlahiyyətlərinə daxil olmayan və faktiki reallaşdırılması qeyri-mümkün olan bir yükü yükləmişdir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq maddi hüquq normalarının yanlış tətbiqi kimi qiymətləndirilmiş və barəsindəki əsassız tənbeh qərarı ləğv edilmişdir. İXM-in 271-ci maddəsinə əsasən, tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.7.3-cü yarımbəndində məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən, yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndiskommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən, yerli icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyri-yaşayış binaları, təhsil, mədəniyyət, tibb və idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak da ola bilər. Məhkəmə qeyd edir ki, Kommunal Müəssisələr Kombinatı yerli icra hakimiyyəti orqanına tabe olan təşkilat olmaqla, özünün müstəqil büdcəsi yoxdur. Özünün müstəqil büdcəsi olmayan təşkilatın zibil poliqonunun kənarının hasarlanması, nəzarət buraxılış məntəqəsinin quraşdırılması və tullantıların çeşidlənməsi kimi böyük vəsait tələb edən işlərin həyata keçirilməməsinə görə təşkilatın direktoru barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi əsaslı deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, Ağsu rayonunun Daşdəmirbəyli və Ərəbuşağı kəndlərinə yaxın ərazidə yerləşən tullantı poliqonunda tullantıların yandırılması ilə bağlı, yandırıldığı təqdirdə, yanğının məhz Ağsu Kommunal Müəssisələr Kombinatının direktorunun tapşırığı ilə həyata keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İXM-in qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-10)-330/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-330/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver