Məhkəmə qərarları › İş №3(3-10)-331/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-331/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-331/2026 29.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokol tərtib edən şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarı ilə, ## ###### 1997-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN ******* olan, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. İşin halları: Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru R X1 tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ### 2026-cı il tarixdə, saat 18:36 radələrində İXM-nin 333.1-ci maddəsinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini əsaslandıraraq bildirmişdir ki, Şəki Şəhər Rayon Polis şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş İXP ******* nömrəli Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin həmin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə obyektiv baxaraq ədalətli qərar qəbul edəcəkdir. Məhkəmənin ədalətsiz qərar qəbul etməsini söyləməyə imkan verən əsaslardan biri ondan ibarətdir ki, yalnız icra məmurunun təqdimatda göstərdiyi xüsusatları əsas götürməsi, həmin xüsusatların mötəbər sübutlarla öz təsdiqini tapıb-tapmamasını araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasəninzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61 -ci maddəsində görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tamş olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Həmin Məcəllənin 75-ci maddəsində qeyd olunur: İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı işə əlavə edilmiş materiallardan da görünür ki, o, özünü təqsirli bilmiş və maddənin sanksiyasında nəzərdə tutlmuş 400 (dörd yüz) manat cərimə ilə razılaşır. Birinci dəfə olaraq içkili avtomobil idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin ticarətlə məşğul olduğu üçün daimi avtomobil idarə edir. Onun sürücülük hüququnun məhdudlaşdırılması onun qazancının olmamasına həmçinin maddi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Bundan əlavə olaraq polis əməkdaşları tərəfindən saxlanıldıqda da o, öz təqsirini etiraf edib cərimə olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsindən ona zəng olunaraq 400 (dörd yüz) manat cərimə ilə razı olub olmadığını dəqiqləşdirilmişdir. Cavab olaraq razı olduğunu və iki günə ödəyəcəyini bildirmişdir. Həmçinin bildirmək istəyir ki, Şəki Rayon Məhkəməsinin qərarı rəsmi olaraq ona ##.##.2026-cı il tarixdə çatdırılmışdır. İXM-nin130-cu maddəsində qeyd olunur ki, bu Məcəllənin 126.1 -ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında is üzrə qərardan şikayət və va protest verilə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənlərə əsasən hazırkı şikayətlə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının apellyasiya instansiyasında bərpa edilməsinə nail olmaq istəyir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırılması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun əliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il, M.Şahverdiyevanın şikayəti üzrə ## #### 2013-cü il tarixli Qərarları). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, polis şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona içkili olduğunu bildirmişdilər, o da buna etiraz etməmişdir. Ona demişdilər ki, “səni 400 manat inzibati cərimə edib buraxacayıq”. Sonradan bilmişdir ki, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılıb. İçkili maşın idarə etmişdir, səhvini də etiraf edir. Şikayətinin təmin olunmasını xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, onu təhlükəsizlik kəmərindən istifadə etrmədiyi üçün saxlamışlar. Polis əməkdaşları onu saxlayanda avtomobillə hərəkətdə olmuşdur. Təhlükəsizlik kəmərindən istifadə etməmişdir, sərxoş olmuşdur. Onun bir azyaşlı övladı var, ailədə yeganə işləyən şəxs özüdür. O, işləməsə ailəsini dolandıran olmayacaqdır. Sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında protokol tərtib edən şəxs X1 bildirdi ki, Şəki şəhərinin “Dodu” adlanan ərazisində xidmətdə olan zaman yolun yuxarı istiqamətində qalxanda vətəndaş həmin yolu aşağı istiqamətdə gəlmişdir. Onlar vətəndaşı təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamış və sənədlərini yoxlamışlar. Bu zaman vətəndaşdan spirtli içkinin iyi gəlmiş, alkotesterlə yoxlamış, vətəndaşın içkili olduğu məlum olmuşdur. O, da bu barədə protokol tərtib etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, vətəndaşın içkili olmasını özlərinə məxsus alkotesterlə yoxlamışlar. Vətəndaşı tibb məntəqəsinə aparmamışlar. Vətəndaş alkotesterlə yoxlamadan keçəndə video çəkiliş aparmışlar. Bu barədə qəbz işin materiallarına əlavə edilmişdir. Vətəndaş özü də spirtli içki qəbul etdiyini etiraf etmişdir. Vətəndaşın hansı dərəcədə alkoqol sərxoşluğu olması yadında deyil. Vətəndaşın əvvəllər inzibati məsuliyyətə cəlb olunmasından məlumatı yoxdur. Şikayətin təmin olunmamasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. İş materiallarına əlavə edilmiş Şəki rayonu R X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə ##.##.2026-cı il tarixli, ******* saylı aktda göstərilir ki, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş alkotester müayinəsinin qəbzindən görünür ki, müayinə zamanı alkoqol tərkibi 0,579 promil müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli iltizamdan görünür ki, barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Şikayətlə əlaqədar öyrənilmiş iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv surətdə baxılmış sübutlara əsaslanaraq Azərbaycan Respublikası İXM-in 84cü maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, maddənin dispozisiyasına əsasən həmin maddədə göstərilən məsuliyyətin yaranması üçün şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmalı, o, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya məhkəməsi sadalanan qanun normalarının işığında qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı inzibati tənbeh təyin etməklə düzgün nəticəyə gəlmişdir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar