Məhkəmə qərarları › İş №3(3-10)-332/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-332/2026

24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-332/2026 24.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Ələkbərov İkram Şaban oğlunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Ələkbərov İkram Şaban oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-in 539.3cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə edilmişdir. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 müraciəti ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcələsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub göndərilərək, qeyd olunan sənədlər X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim etməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarını əsassız, qanunsuz hesab etdiyini, heç bir sübuta və maddi və prosessual qanunvericiliyə istinad edilmədən, sadəcə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə tərtib edildiyini, iş üzrə heç bir araşdırma aparılmadığını, barəsində təqdimat verilmiş hüquqi şəxsin iştirakı olmadan iclas keçirilməklə qərar qəbul edildiyini bildirmişdir. Şikayətçi ilk olaraq qeyd etmişdir ki, məhkəmənin qərarı bu günə qədər onlara rəsmi olaraq təqdim edilməmişdir. Şikayətçi inzibati xəta tərkibinin mövcud olmaması ilə bağlı bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, inzibati məsuliyyət yalnız qanunla nəzərdə tutulmuş inzibati xəta törədildikdə yarana bilər. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən X3 Xidmətinin tələb etdiyi sənədlərin təqdim edilməməsi faktının heç bir mötəbər sübutla təsdiqlənmədiyini, əksinə, tərəfindən təqdim edilmiş sənədlərin (poçt göndərişləri, elektron yazışmalar, bank çıxarışları, əmək müqaviləsi bildirişləri) inzibati xəta tərkibinin obyektiv tərəfinin mövcud olmadığını açıq şəkildə sübut etdiyini bildirmişdir. Bu baxımdan, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin iş üzrə formalaşmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən sübutetmə və sübutların qiymətləndirilməsi tələblərinin pozulması ilə bağlı şikayətçi bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 78-ci maddəsinə görə isə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara ümumiyyətlə hüquqi qiymət verilmədiyini, yalnız inzibati xəta haqqında protokolun mövcudluğunun formal əsas kimi qəbul edildiyini bildirmişdir. Şikayətçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraitin müəyyən edilməli olduğunu qeyd etmişdir. İnzibati xəta haqqında protokol özlüyündə təqsirin sübutu hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətaya dair iş üzrə icraat aparan orqan və məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməlidir. Lakin hazırkı iş üzrə sənədlərin faktiki təqdim edilib-edilməməsi araşdırılmamış, poçt və elektron göndərişlər yoxlanılmamış, əmək münasibətlərinin faktiki vəziyyəti qiymətləndirilməmişdir. Şikayətçi cəmiyyətin müdafiə hüququnun kobud şəkildə pozulması ilə bağlı bildirmişdir ki, Əmək müfəttişliyi tərəfindən bildiriş (yəni sənədlərin təqdim edilməsi barədə) xxxx MMC-yə ##.##.2025-ci il tarixində daxil olmuş, bildirişdə tələb olunan sənədlər tərəfindən ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünə, təkrar sorğudan sonra ##.##.2025-ci il tarixində isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilmişdir. Şikayətçi İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunduğunu, İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə onun təqsirsiz hesab edildiyini qeyd etmişdir. Şikayətçi əlavə olaraq, tərəfindən təqdim edilmiş elektron yazışmaların, poçt göndərişlərinin, bank çıxarışlarının və əmək müqaviləsi bildirişlərinin surətlərini şikayətə əlavə etdiyini göstərmişdir. Həmin sənədlər əmək haqqının ödənilməsini, əmək müqaviləsinə xitam verilməsini və sənədlərin vaxtında təqdim edildiyini təsdiq edir. Şikayətçi bu sübutların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını və qiymətləndirilmədiyini bildirmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Ələkbərov İkram Şaban oğlu apellyasiya şikayətinin məzmununa uuyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 şikayətin dəillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşə əlavə edilmiş ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, vətəndaş X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsində baxılır. Qeyd edilənlərə əsasən X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədləri 7 iş günü ərzində X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə təqdim edilməsi xahiş olunur. İXM-in 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205- 1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilməlidir. İş materiallarının araşdırılmasından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən vətəndaş X2 müraciəti əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ## #### 2025-ci il tarixli rəsmi sorğu göndərilmiş və vətəndaşın əmək hüquqlarının pozulması hallarının yoxlanılması məqsədilə müvafiq sənədlərin 7 iş günü müddətində təqdim edilməsi tələb olunmuşdur. Lakin hüquqi şəxs qeyd olunan qanuni tələbi icra etməyərək tələb olunan sənədləri müəyyən edilmiş müddətdə müvafiq regional şöbəyə təqdim etməmiş və bununla da İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə yol vermişdir. Birinci instansiya məhkəməsi iş üzrə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində materialların rəsmi olaraq təqdim edilməməsi, habelə sənədlərin fərqli tarixlərdə nazirliyin mərkəzi aparatına və ya regional şöbəyə göndərilməsi barədə gətirilən dəlillər hüquqi şəxsi inzibati məsuliyyətdən tam azad etmək üçün əsas sayıla bilməz. Belə ki, İXM-in tələblərinə uyğun olaraq, iş üzrə tərtib edilmiş ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar obyektiv tərəfi tam sübuta yetirir. Sənədlərin qanunla müəyyən edilmiş icra müddəti keçdikdən sonra və ya fərqli strukturlara natamam şəkildə göndərilməsi faktı xətanın formalaşmış tərkibini ortadan qaldırmır və birinci instansiya məhkəməsinin əməlin tövsifi ilə bağlı gəldiyi hüquqi nəticə maddi hüquq normalarına tam müvafiqdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunvericiliyin imperativ (məcburi) normalarının tələbləri nəzərə alınmamışdır. Belə ki, İXM-in 116.1-ci maddəsinin birbaşa tələbinə görə, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, həmin Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalıdır. İş materiallarından və məhkəmə baxışından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin son bir il ərzində analoji xətaya görə əvvəllər inzibati tənbeh alması barədə hər hansı bir dövlət qeydiyyatı və ya sübut müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, qanunvericiliyin humanistlik və tənbehin məqsədlərinə uyğunluq prinsipləri rəhbər tutularaq, hüquqi şəxs barəsində birbaşa icra olunan cərimə deyil, məhz şərti cərimə institutu tətbiq edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən bu imperativ normanın tətbiq edilməməsi apelyasiya instansiyası tərəfindən qərarın dəyişdirilməsini və tənbehin şərti olaraq müəyyən edilməsini zəruri edir. İnzibati cərimənin şərti tətbiq edilməsinin hüquqi təbiəti və bu instansiyada tətbiqinin məqsədəmüvafiqliyi onunla əsaslandırılır ki, inzibati tənbehin əsas məqsədi şəxsi cəzalandırmaqla yanaşı, həm də onun tərəfindən yeni xətaların törədilməsinin qarşısını almaq və intizama dəvət etməkdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin sənədləri gecikmiş olsa da, sonradan müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə çalışması, xətanın ictimai təhlükəlilik dərəcəsinin xarakteri və hüquqi şəxsin əvvəllər analoji intizamsızlığa yol verməməsi cərimənin şərti tətbiqinin effektiv olacağını göstərir. Bu yanaşma, sahibkarlıq subyektinin maliyyə-təsərrüfat fəaliyyətinə ağır iqtisadi yük qoymadan, qanunvericiliyin tələblərinə gələcəkdə ciddi əməl edilməsi üçün stimul yaradır və inzibati məsuliyyətin həm preventiv (qabaqlayıcı), həm də tərbiyəvi funksiyasına tam xidmət edir. Məhkəmə İXM-in 116.2-ci maddəsinin tələblərini rəhbər tutaraq müəyyən edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün konkret müddət nəzərdə tutulmalıdır. Hazırkı işin halları, X3 Xidməti tərəfindən tələb olunan sənədlərin həcmi, hüquqi şəxsin təşkilati-hüquqi forması, habelə hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması xüsusatları nəzərə alınmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə yol verdiyi hüquqpozmanı, yəni sorğu edilən sənədlərin tam şəkildə səlahiyyətli regional şöbəyə təqdim olunmasını təmin etməsi üçün qərarın qüvvəyə mindiyi gündən 1 (bir) ay müddət müəyyən edilməlidir. Bu müddət hüquqi şəxs tərəfindən icra intizamının bərpası və qanunçuluğun təmin edilməsi üçün ağlabatan və kifayət edən bir zaman kəsiyidir. İXM-in 116.3-cü maddəsinin imperativ şərtlərinə görə, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan və məhkəmə tərəfindən müəyyən edilən 1 (bir) ay müddətdə hüquqpozma tam aradan qaldırılarsa, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tələb olunan sənədlər qanunmüvafiq qaydada X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim edilərsə, tətbiq olunmuş 2000 manat məbləğində inzibati cərimə hüquqi şəxs tərəfindən ödənilmir və şərti tənbeh öz hüquqi təsirini başa vurur. Əks təqdirdə, yəni müəyyən edilmiş müddət ərzində hüquqpozma aradan qaldırılmadıqda və ya icradan boyun qaçırıldıqda, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan 2000 manat məbləğində cərimə dövlət büdcəsinə real olaraq ödənilməlidir. Bununla yanaşı, qanunvericiliyin tələbinə görə cərimənin ödənilməsi faktı şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması, yəni sənədlərin təqdim edilməsi öhdəliyindən azad etmir. İXM-in 116.4-cü maddəsi ilə tənzimlənən prosessual qaydalara müvafiq olaraq, inzibati xəta törətmiş şəxs qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC hüquqpozmanı aradan qaldırdıqda, yəni müəyyən olunmuş 1 (bir) ay müddət ərzində sorğu edilən sənədləri müvafiq orqana təqdim etdikdə, bu barədə dərhal inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) yazılı və ya elektron qaydada məlumat verməlidir. Hüquqi şəxs tərəfindən həmin rəsmi məlumatın verildiyi gündən İXM-in 116.2-ci maddəsində nəzərdə tutulan və məhkəmə tərəfindən müəyyən edilmiş 1 (bir) aylıq müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü, sənədlərin tamlığını və reallığını araşdırmalı, araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərməlidir. Təqdim edilmiş məlumatın səhv və ya qeyri-dəqiq olduğu müəyyənləşdirildikdə isə hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur və ümumi müddətin qaydalarına uyğun olaraq davam edir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026cı il tarixli qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXMin 539.3-cü maddəsi ilə təqsirli bilinib, 2000 manat məbləğində şərti cərimə edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilsin. “xxxx” MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 2000 manat məbləğində şərti cərimə tətbiq edilsin. İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün hazırkı qərarın qüvvəyə mindiyi gündən 1 (bir) ay müddət müəyyən edilsin. "xxxx" MMC-ə hüquqpozmanın aradan qaldırılması barədə məhkəməyə məlumat verilməsi izah edilsin. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar