Məhkəmə qərarları › İş №3(3-10)-335/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-335/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-335/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbayıl oğlunun sədrliyi, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-135)-103/2026 saylı qərarı ilə (sədrlik edən hakim M.Zeynalov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, vurulmuş ziyanın bir misli məbləğində 1.000 (min) manat miqdarında cərimə edilmişdir. Işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş MN 2197778 /4-19 №li, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən məhv etmiş, 01 ədəd dəmir darvaza, 01 ədəd işıq dirəyi, 01ədəd 4G modul tipli müşahidə kamerası və kameranın qidalandırıcı blokunu çıxarıb öz həyətinə gətirərək özgə əmlakını məhv etmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati protokol tərtib edilmiş şəxs Protokolu tərtib edən orqan-in sahə rəisi X3 izahatında göstərmişdir ki, ## ###### 2026-cı il tarixdə vət. Zərərçəkmiş şəxs Protokolu tərtib edən orqan-nə ərizə ilə müraciət edərək, göstərmişdir ki, ## ###### 2026-cı il tarixində vət.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona məxsus əmlakı qəsdən məhv etmiş, bir ədəd dəmir darvaza, bir ədəd işıq dirəyi, bir ədəd 4G modul tipli müşahidə kamerası və kameranın qidalandırıcı blokunu çıxardıb öz həyətinə gətirərək özgə əmlakını məhv etmişdir. Buna görə də barəsində protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqlnda iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, baş verən hadisə ilə bağlı zərərçəkmiş şəxs ilə barışmış və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan şikayət verərək, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, 2026-ci il tarixdə 32 il istifadə etdiyi torpaq sahəsinə Zərərçəkmiş şəxs tərəfindən basdırılmış dəmir darvaza və kamera asmaq üçün basdırılmış dəmir turbanı (işıq dirəyini) səliqəli şəkildə torpaqdan çıxarmışdı. Həmçinin ağaca bərkidilmiş kameranı da çıxartmışdır. O həmin çıxardığı əşyaları kimsə oğurlamasın deyə öz həyətinə gətirib. Zərərçəkmiş şəxs polis şöbəsinə şikayət etmiş və Qax rayon Polis Şöbəsinin müstəntiqi Laçın müəllim ona həmin çıxardığı kamera,dəmir darvaza və kamera asmaq üçün basdırılmış dəmir turbanı (işıq dirəyini) gəlib yerində baxış edəcəyini bildirdi və onlara onları səliqəli şəkildə saxlamağı tapşırdı. Daha sonra Laçın müəllim aprel ayında da gəlib həyətində olan dəmir darvaza və kamera asmaq üçün basdırılmış dəmir turbanı (işıq dirəyini) şəklini çəkdi və ona polis şöbəsinə gəlib akta qol çəkmək lazım olduğunu bildirdi. O, Qax rayon Polis Şöbəsinə gedib akta imza edib. Bir neçə gün sonra Laçın Ədilov ona zəng edərək oraya Qazel markalı maşın göndərməsini və dəmir darvazanı və dəmir turbanı təhvil vermək lazım olduğunu deyib, o da elə edib. Hər iki əşyanı səliqəli şəkildə maşına yüklədi. Sonradan tanış olduğu Laçın Ədilovun cinayət işinin başlanamasmın rədd edilməsi haqqında qərarında qeyd edilir ki, ## #### 2026-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürüdüyü əşyalara, yəni ki, 01 ədəd işiq dirəyinə və 01 ədəd dəmir darvazaya baxış keçirilmiş və həmin əşyalar tərəfindən maddi sübut kimi götürülmüşdür.Bundan başqa iş materiallarına əlavə edilmiş ## #### 2026-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və sahibinə geri qaytarılması haqqında qərardan və qəbzdən görünür ki, 01 ədəd işıq dirəyi və 01 ədəd dəmir darvaza maddi sübut hesab edilərək sahibi Zərərçəkmiş şəxs geri qaytarılmış, 01 ədəd müşahidə kamerasının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Zərərçəkmiş şəxs geri qaytarılması isə iş üzrə nəzərə alınmışdır. Burada şikayətçinin götürülən əşyaların istifadəyə yararsız olması və yaxud da işlək vəziyyətdə olmaması barədə heç bir etiraz yoxdur. Lakin qərarın nəticə hissəsində müstəntiq bir cümlə ilə özgə əmlakını qəsdən məhv etmiş və zədələmişdir deyərək 1000 manat məbləğində maddi ziyan hesablamışdır. Lakin buna dair əsaslı sübut işə əlavə etməmişdir. Qax rayon Məhkəməsinin hakimi öz qərarında dəmir darvazanın və dəmir turbanın (işıq dirəyinin) təhvil verilməsini və yaxud da yararsız vəziyyətdə idisə onun hər hansı görüntüsünü ona təqdim etməyib və bu barədə qərarda heç bir cümlədə qeyd etməmişdir. Buradan görünür ki, hakim işi araşdırmamış, sadəcə Qax rayon Polis Şöbəsinin verdiyi protokolu qəbul etmiş və araşdırma aparmadan barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. O, həmin əşyaları sağlam şəkildə təhvil vermişdir. Əgər şikayətçi məhkəmə iclasında iştirak etsə idi və yaxud hakim onun iştirakını təmin etsə idi, o zamana aydın olacaqdı ki, mallar təhvil verilib və əgər əşyalar həqiqətən də yararsız vəziyyətdə olsa idi, foto şəkillərini sübut kimi təqdim etməli idilər. Bundan əlavə o, öz təqsizliyimi sübut etməməlidir, protokolu yazan şəxs protokolunun həqiqiliyini sübut etməlidir. Məhkəmə öz qərarını bildiyi mülahizələrlə deyil, faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının məzmunundan görünür ki, hakim işi araşdırmadan qərar vermişdir. Bundan əlavə polis orqanı tərəfindən qiymətləndirilmiş kameranın marka və modeli göstərilməmişdir və o, haradan bilə bilər ki, həmin kameradır, yoxsa başqa birisi. Polis istənilən 4G markalı kameranın qiymətini qeyd etmişdir. O, qeyd edə bilər ki, hər cür qiymətə, yəni 50-300 manata kimi satışda kameralar var. Həmçinin kameranın qiymətini aldığı Narmobile Rabitel MMC-mağazasının Qax şəhərində yerləşən mağazasında kamera satışı mövcuddurmu? Necə ola bilərki, kamera satışı ilə məşğul olmayan, sadəcə məişət texnikası və telefon satışı ilə məşğul olan bir mağaza necə buna qiymət qoya bilərdi. Marka və model göstərilmədən. Qax rayonunda yalnız Star Elektroniks mağazasında kamera satışı mövcuddur və mütəxəssis vardır. Bundan başqa dəmir darvazanın və dəmir turbanın qiyməti ilə bağlı da həmçinin eyni cürə qiymət alınmışdır. Odur ki, Qax rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməsini, Qax rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan protokol tərtib etmiş orqan Qax Rayon Polis Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək hazırkı işə onun iştirakı olmadan baxılmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə aralarında heç bir barışığın olmadığını qeyd edərək şəxsə etdiyi əməlin qarşılığında cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Respublikаsı IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Аzərbаycаn Respublikаsı IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Аzərbаycаn Respublikаsı IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Аzərbаycаn Respublikаsı IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-135)- 103/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında də olan ## ##### 2026-cı il tarixli, MN 2197778/419 №li protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. ## ##### 2026-cı il tarixdə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. IXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təhlil olunan iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı qəsdən məhv etmiş, 01 ədəd dəmir darvaza, 01 ədəd işıq dirəyi, 01ədəd 4G modul tipli müşahidə kamerası və kameranın qidalandırıcı blokunu çıxardıb öz həyətinə gətirərək özgə əmlakını məhv etmişdir. Iş mаteriаllаrı ilə həmçinin müəyyən оlunur ki, müvаfiq mütəxəssis rəyləri ilə sözügedən əmlаklаrın qiyməti 1000 mаnаt müəyyən edilmişdir. Bununlа dа Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi yuxarıda təsvir edilmiş sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası IXM-nin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Inzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Hazırda iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışıq olduğunu bildirsə də, iş üzrə zərərçəkmiş şəxs apellyasiya məhkəməsinə ərizə göndərərək heç bir barışığın olmadığını qeyd etmiş və şəxsə etdiyi əməlin qarşılığında cəza təyin edilməsini xahiş etmişdir. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəki Ərazi Idarəsinin Qax Rayon Polis Şöbəsinə verdiyi # ##### 2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı cavab məktubundan müəyyən olunur ki, Qax rayonu, Əmbərçay kəndi ərazisində yerləşən 3.40 ha torpaq sahəsindən 1.3 ha torpaq sahəsi ************ reyestr nömrəli çıxarışla ##.##.2025-ci il tarixdə X1 adına qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi ##.##.2025-ci il tarixdə notariat qaydasında Zərərçəkmiş şəxs adına satılmış, ##.##.2025-ci il tarixdə isə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəsdən məhv etdiyi 01 ədəd dəmir darvaza, 01 ədəd işıq dirəyi, 01ədəd 4G modul tipli müşahidə kamerası və kameranın qidalandırıcı bloku zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs rəsmi şəkildə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs rəsmi mülkiyyətində olan əmlakını qəsdən məhv etmiş və ya zədələmiş, bununla da IXM-nin 232-1 maddəsində nəzərdə tutulan qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-nin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxsə təyin edilmiş tənbehlə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməlinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Nəticəvi hissə: Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar