Məhkəmə qərarları › İş №3(3-10)-336/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-336/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-336/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hаkim Ş.Cəfərova), ##.##.1988-ci il tarixdə Şəki şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə” haqqında qərarın dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Işin halları: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və ona hesablanmış əsassız cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Şəki şəhərində X2 küçəsi ilə ona məxsus **-NU-*** dövlət nömrə nişanlı “Hyundai Grandeur” minik markalı avtomobillə Calğalı Bulaq küçəsi istiqamətinə hərəkət edərək həmin küçəyə daxil olmuş və küçələrin kəsişməsindən sola dönərək irəlidə Calğalı Bulaq küçəsində yolun sağ kənarında dayanaraq avtomobilini tərk etmişdir. Həmin vaxt ərazidə xidmət aparan DYP əməkdaşları onun avtomobilinin həmin küçədə ondan arxada, yəni onun Calğalı Bulaq küçəsinə daxil olduğu yolayrıcından təxminən 150 metr arxada quraşdırılmış dayanmanı qadağan edən “3.27” nişanının təsir dairəsinə düşdüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 346.1-ci maddəsinə əsasən elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Həmin vaxt o, avtomobilini qadağanedici nişanın olduğu küçənin başqa küçə ilə kəsişməsindən sonra dayandırmış, həmçinin həmin küçədə “3.27” nişanı yolun “1.4” üfüqi nişanlanma xətləri ilə birgə tətbiq edilməmişdir. Bu halda isə “3.27” nişanının qadağanedici qüvvəsinin növbəti yolayrıcına qədər tətbiq edildiyini və ona məxsus avtomobilin həmin küçədə quraşdırılmış “3.27” nişanına nisbətdə yolayrıcından sonra dayandığını nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu iddia edir, ##.##.2026-cı il tarixində inzibati icraat qaydasında qərardan “E-Polis” tətbiqi vasitəsi ilə, ##.##.2026-cı il tarixdə isə “AsanPay” tətbiqindən elektron qaydada şikayətlər vermiş, lakin birinci şikayətindən 52 gün keçməsinə baxmayaraq müraciətlərinə heç bir münasibət bildirilməmişdir. Belə olan halda, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, o, barəsində tərtib olunmuş protokolla razı deyil. O, Calğalı Bulaq küçəsi istiqamətinə hərəkət edərək həmin küçəyə daxil olmuş və küçələrin kəsişməsindən sola dönərək, irəlidə Calğalı Bulaq küçəsində yolun sağ kənarında avtomobilini saxlamışdır. Onun avtomobilinin Calğalı Bulaq küçəsinə daxil olduğu yolayrıcından təxminən 150 metr arxada quraşdırılmış dayanmanı qadağan edən “3.27” nişanının təsir dairəsinə düşmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona məxsus nəqliyyat vasitəsinin dayandığı yerin yolayırıcı olmaması qənaətinə gəlmişdir. Lakin məhkəməyə həmin ərazini, ərazinin elektron xəritəsindən çıxarış və videogörüntü təqdim edilməsinə baxmayaraq, düzgün qiymətləndirməmişdir. Həmin ərazidə iki küçə - X2 küçəsi və Calğalıbulaq küçələri kəsişirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 11-ci bəndində “yolayrıcı” ifadəsinin tərifi öz əksini tapmışdır. Məhkəmə sözügedən qərarın əsaslandırmasına çox səthi yanaşmış, hər hansı bir araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə hesab edir ki, ona məxsus nəqliyyat vasitəsinin dayandığı yer yolayırıcından sonra deyil, sözügedən çıxışın təyinatı yaşayış məhəlləsinə girişdən ibarətdir və o küçələrin kəsişməsi xarakterini daşımır. Məhkəməyə onun tərəfindən ərazinin elektron xəritəsi və videoyazısı təqdim edilmişdir. Hər iki sübutdan tam aydın olur ki, həmin hissədə nəqliyyat vasitəsindən arxada, birinci, yolayırıcı kəsişməsi ondan arxada isə “3.27” nişanı yerləşir. Qərarda isə küçələrin kəsişməsinin xarakteri düzgün qiymətləndirilməmişdir. Bildirir ki, məhkəmə, ona məxsus nəqliyyat vasitəsinin dayandığı yerin yolayırıcı olmaması qənaətinə gəlmişdir. Lakin hesab edir ki, məhkəmə həmin ərazini, ərazinin elektron xəritəsindən çıxarış və videogörüntü təqdim etməsinə baxmayaraq, düzgün qiymətləndirməmiş və nəticədə şikayəti təmin edilməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin VI hissəsində birmənalı olaraq “3.27” nişanının qüvvəsinin, nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər olduğu qeyd edilir. Məhkəməyə əlavə olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin GPS naviqasiya sistemi olan “AzNav” Informasiya Sistemindən çıxarış əlavə etmişdir. Həmin görüntüdən, məhkəməyə təqdim etdiyi digər görüntülərdən də açıq aydın görünür ki, həmin ərazidə iki küçə - X2 küçəsi və Calğalıbulaq küçələri kəsişirlər. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində göstərilənləri müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 manat məbləğində inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Dayanma qadağandır” yol nişanının təsir qüvvəsi sürücünün nəqliyyat vasitəsini saxladığı hissədə də qüvvədə olmuşdur. Belə ki, video görüntünün 18-ci saniyəsində sürücünün sol tərəfində müşahidə olunan hissə yolayrıcı deyil, sözügedən çıxışın təyinatı yaşayış məhəlləsinə girişdən ibarətdir və o küçələrin kəsişməsi xarakterini daşımır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Republikası Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən, yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində “3.27” nişanının ən yaxın yolayrıcına qədər qüvvədə olduğunu qeyd etsə belə, video görüntünün 18-ci saniyəsində sürücünün sol tərəfində müşahidə olunan hissəni yolayrıcı kimi qiymətləndirmək olmaz. Iş materiallarına əlavə olunmuş videogörüntüdən də göründüyü kimi həmin ərazidə yerləşən kəsişmə bir səviyyədə deyildir. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) “Yol hərəkəti haqqında” Azərbaycan Republikası Qanununun tələblərinə riayət etməyərək IXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. “Yol hərəkəti haqqında” Qanunun 81-ci maddəsinə əsasən, bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üzrə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.1-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. IXM-in 31.2-ci mаddəsinə əsasən, fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar