Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-337/2026 03.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hаkim C.Camalzadə), ##.##.1993-cü il tarixdə Göyçay rayonu, Qəbələ Müskürlü kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Göyçay rayonu, Qəbələ Müskürlü kəndində qeydiyyatda olmaqla yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarla onun idarə etdiyi “MAN” markalı, 99-VU878 dövlət qeydiyyat nişanlı yük avtomobilinin icazə verilən ümumi kütləsinin aşılması əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz olmuşdur. Idarə etdiyi nəqliyyat vasitəsinin dartıcı hissəsi “MAN” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı, qoşqu hissəsi isə “Narko” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı olmuşdur. AE №****** saylı və BD****** saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən həmin nəqliyyat vasitələrinin icazə verilən maksimal ümumi kütləsi 40.000 kq təşkil etmişdir. ##.##.2026-cı il tarixdə saat 18:51 radələrinə M-2 Bakı–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində avtomatik tərəzi üzərindən keçərkən nəqliyyat vasitəsinin ümumi faktiki çəkisi 36.560 kq olduğu halda, tərəzi tərəfindən səhvən 46.370 kq müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ******* nömrəli qaiməyə əsasən avtomobilə yüklənmiş yükün və nəqliyyat vasitəsinin ümumi faktiki kütləsi 36.560 kq olmuş, tərəzi qəbzində göstərilən 46.370 kq göstəricisi reallığı əks etdirmir, nəqliyyat vasitəsinin icazə verilən maksimal ümumi kütləsinin aşılması barədə nəticə düzgün hesablanmamış və onun əməlində inzibati xəta tərkibi mövcud olmamışdır. Bununla əlaqədar olaraq məhkəmədən ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki AE ****** saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Man TGA 18.440 4X2 BLS” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili X3 mülkiyyətindədir. Həmin avtomobilin mülkiyyətçisi ona nəqliyyat vasitəsindən istifadə etməyinə dair baş etibarnamə vermişdir. BD ****** saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Narko Yarımqoşqu” markalı, **- ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu X1 mülkiyyətindədir. Həmin yarımqoşqunun mülkiyyətçisi ona yarımqoşqudan istifadə etməyinə dair etibarnamə vermişdir. ##.##.2026cı il tarixdə saat 18:51:44-də M-2 244.2 km, Ucar rayonu, Ucar şəhəri, Bakı istiqamətində olarkən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış elektron tərəzinin üzərindən keçərkən tərəzi texniki səhv edərək avtomobilinə icazə verilən maksimal kütlənin 40.000 kq olduğu halda, avtomobilinin 46.370 kq yük ilə hərəkət etdiyini müəyyən etmiş, buna görə də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AE № ****** saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MAN TGA 18.440 4X2 BLS” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili boş kütləsinin 7.675 kq, icazə verilən maksimal ümumi kütləsinin isə 19.000 kq-dır. - BD****** saylı yarımqoşqunun qeydiyyat şəhadətnaməsindən görünür ki, “Narko” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı konteyner daşıyan yarımqoşqunun boş kütləsinin 8.000 kq, icazə verilən maksimal ümumi kütləsinin isə 40.000 kq-dır. - Fotoşəkillərdən görünür ki, ##.##.2026-cı il tarixdə saat 18:51-də M-2 Bakı–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində avtomatik çəkiölçmə texniki vasitəsi ilə “MAN” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkəti qeydə alınmış, nəqliyyat vasitəsinin “çəki” normativini pozduğu, ümumi çəkisinin 46.370 kq olduğu və icazə verilən maksimal ümumi kütlənin 40.000 kq təşkil etdiyi göstərilmişdir. - ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. - Tərəzi qəbzindən görünür ki, qəbz ##.##.2026-cı il tarixdə, saat 09:15:58-də tərtib edilmiş, qəbzdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının **-VU-*** və daşınan yükün “metal” olduğu, avtomobilin brutto çəkisinin 36.560 kq, tara çəkisinin 15.860 kq, netto yük çəkisinin isə 20.700 kq olduğu, tərəzi nəticələrinə əsasən nəqliyyat vasitəsinin ümumi faktiki çəkisinin 36.560 kq müəyyən edilmişdir. - ##.##.2026-cı il tarixli, ******* nömrəli qaimə-fakturadan görünür ki, sənəd “xxxx” MMC tərəfindən tərtib edilmiş, qaimə-fakturada yük göndərən kimi “xxxx” MMC göstərilmiş, yükün “metal” olduğu qeyd edilmiş, “MAN” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı dartıcı və “Narko” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı qoşquya ümumilikdə 20.700 kq metal yük yüklənmişdir. Sənəddə həmçinin nəqliyyat vasitəsinin boş çəkisinin 15.860 kq, ümumi faktiki çəkisinin isə 36.560 kq olduğu qeyd edilmişdir. Qaimə-fakturada göstərilən məlumatlardan müəyyən edilir ki, yükün çəkisi və nəqliyyat vasitəsinin ümumi faktiki kütləsi ayrıca hesablanmış, ümumi çəkinin 36.560 kq təşkil etdiyi qeyd olunmuşdur. - “Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə Sertifikat”dan müəyyən edilir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Kistler Instrumente AG” (Isveçrə) istehsalı olan “9835A” markalı hərəkət halında çəki ölçmə nəzarət sistemi üzrə tip təsdiqi həyata keçirilmişdir. Sertifikatın CH.T.28.069.U. № ****** nömrəsi ilə # ###### 2024- cü il tarixdə verildiyi, # ###### 2029-cu il tarixədək etibarlı olduğu, həmin ölçmə vasitəsinin dövlət reyestrində 6520-2024 nömrəsi ilə qeydiyyata alındığı və Azərbaycan Respublikasında tətbiqinə icazə verildiyi görünür. - Azərbaycan Metrologiya Institutu publik hüquqi şəxsi tərəfindən verilmiş ÖV №****** nömrəli “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamədən görünür ki, “xxxx” MMC-yə məxsus “Hərəkət halında çəki ölçmə nəzarət sistemi M2-S7”, tip “9835A”, zavod (seriya) nömrəsi Z/N ******* olan ölçmə vasitəsi ##.##.2025-ci il tarixdə yoxlamadan keçirilmiş, növbəti yoxlama tarixinin ##.##.2026-cı il olduğu qeyd edilmişdir. - Şəhadətnamənin davamı olan yoxlama nəticələrinə dair hissədən müəyyən edilir ki, yoxlanılan ölçmə vasitəsi “Hərəkət halında çəki ölçmə nəzarət sistemi UCAR” olaraq göstərilmiş, nominal yük həddinin bir oxa düşən maksimum 30.000 kq olduğu qeyd edilmişdir. Yoxlama zamanı cihazın xarici baxışında hər hansı qüsur aşkar edilməmiş, nəzarət funksiyası üzrə ölçmə zamanı maneəyə rast gəlinməmiş və yoxlamanın nəticəsi “yararlı” kimi qiymətləndirilmişdir. Həmçinin cihazın ölçmə dəqiqliyi üzrə aparılmış sınaqlarda xəta göstəricilərinin icazə verilən ±5% hədd daxilində olduğu müəyyən edilmişdir. Belə ki, müxtəlif sürətlərdə aparılmış ölçmələr zamanı xəta göstəriciləri sağ zolaq üzrə - 0,844%, -1,350%, -0,549%, sol zolaq üzrə isə -2,025% və 1,435% təşkil etmişdir ki, bunlar da normativ həddi aşmamışdır. - Avtomatik çəki ölçmə sisteminin məlumat cədvəlindən görünür ki, ##.##.2026-cı il tarixdə saat 18:51:44-da M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 244.2-ci kilometrliyində, Ucar rayonu, Bakı istiqamətində yerləşən stansiyada **-VU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə ölçmə aparılmış, ölçmə nəticələrinə əsasən nəqliyyat vasitəsinin ümumi çəkisinin 46.370 kq olduğu halda, icazə verilən maksimal çəkinin 40.000 kq olduğu, ox qrup başına düşən çəkinin 26.065 kq olduğu, halbuki icazə verilən həddin 24.000 kq təşkil etdiyi qeyd olunmuşdur. Bununla yanaşı, nəqliyyat vasitəsinin hündürlüyünün 4043 mm olduğu halda, icazə verilən həddin 4000 mm olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati tənbeh qərarının əsasını təşkil edən ölçmələr qanunvericiliklə müəyyən edilmiş qaydada tip təsdiqindən və metroloji yoxlamadan keçmiş, istifadəyə yararlı hesab edilmiş elektron ölçmə sistemi vasitəsilə həyata keçirilmişdir. Ölçmə vasitəsinin yoxlama müddəti hadisə tarixinədək qüvvədə olmuş, cihaz üzrə yol verilən xəta hədləri normativ çərçivədə qalmış və cihazın işlək vəziyyətdə olduğu səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Buna görə də həmin ölçmə nəticələri iş üzrə sübut kimi qəbul edilə bilən və hüquqi əhəmiyyət daşıyan məlumatlar hesab olunur. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayətçi tərəfindən təqdim edilmiş tərəzi qəbzi və qaimə-faktura məhkəmə tərəfindən iş üzrə mötəbər və təkzibedilməz sübut kimi qəbul edilmir. Belə ki, həmin sənədlər inzibati xətanın qeydə alındığı anda və xüsusi texniki vasitə vasitəsilə aparılmış ölçmələr zamanı deyil, sonradan tərtib edilmiş sənədlərdir. Tərəzi qəbzindən görünür ki, çəkim əməliyyatı ##.##.2026-cı il tarixdə həyata keçirilmişdir. Halbuki inzibati xəta ##.##.2026-cı il tarixdə saat 18:51:44-da qeydə alınmışdır. Bu hal təqdim edilən tərəzi nəticələrinin məhz inzibati xətanın törədildiyi andakı faktiki çəki göstəricilərini əks etdirdiyini birmənalı şəkildə təsdiq etmir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində “elektron tərəzinin texniki səhv edərək avtomobilin 46.370 kq yük ilə hərəkət etdiyini müəyyən etməsi” barədə dəlilinə münasibət bildirərək məhkəmə qeyd edir ki, inzibati xəta barədə məlumatın qeydə alındığı ##.##.2026-cı il tarixdə həmin ölçmə vasitəsinin metroloji yoxlama müddəti qüvvədə olmuş və cihaz istifadəyə yararlı hesab edilmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması onun özünün izahatı ilə yanaşı, iş materialları ilə kifayət qədər sübut olunur. Ona görə də birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) şikayətini təmin etməməkdə haqlı olmuşdur. Çünki, şikayət müəllifi faktiki olaraq iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə elektron nəzarət sistemindən əldə olunan video və fotoşəkillərin mötəbərsizliyini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. IXM-in 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. IXM-in 31.2-ci maddəsinə əsasən isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə-fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. IXM-in 127-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. Göründüyü kimi, tədqiq edilən sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs IXM-in 353.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Şəki Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 127-4.2-ci maddəsinə görə, dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edərsə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-337/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-337/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver